Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-455/2024 03.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(033)-1192/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Cavabdeh 03 mart 2018-ci il tarixdə nikah bağlamışlar. Onların 06 fevral 2007-ci il təvəllüdlü X11 və 06 dekabr 2010-cu il təvəllüdlü X10 adlı qızı doğulmuşlar. Tərəflər arasındakı nikah 29 mart 2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuş, X11 atasının, X10 anasının yanında saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə 06 fevral 2007-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat alimentin və mediasiyaya ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon məhkəməsinin 2(033)- 72/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Zaqatala rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikah pozulmuş, xx.xx.2007-ci il tarixdə anadan olmuş X11 atası İddiaçı və xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 anası Cavabdeh himayəsində saxlanılmış, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 100 manat aliment tutularaq X4 ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-72/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun himayəsində saxlanılan xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 üçün cavabdeh heç bir maddi yardım göstərmir. Övladı ilə maraqlanmır. Cavabdeh Zaqatala rayon X8 hüquqi şəxsdə işləyir. Ümumi əmək haqqı 434 AZN təşkil edir. Onun himayəsində saxlanılan xx.xx.2007-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat aliment alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər 03 mart 2018-ci il tarixdə nikah bağlamışlar. Həmin nikahdan 06 fevral 2007-ci il təvəllüdlü X11 və 06 dekabr 2010-cu il təvəllüdlü X10 doğulmuşlar. Tərəflər arasındakı nikah 29 mart 2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuş, X11 atasının, X10 anasının yanında saxlanılmışdır. X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan hər ay 100 manat aliment tutulur. Cansunun maddi təminatının əksər hissəsini ödəyən cavabdeh Zaqatala rayon X8 Hüquqi Şəxsin 1-ci anesteziologiya reanimasiya terapiya şöbəsində kiçik tibb bacısı vəzifəsində çalışır və əmək haqqısı 434 manatdır.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin tələbi ilə ondan qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat aliment tutulur, cavabdeh şikayət etdiyindən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 1200 manat aliment borcunu və əmlak tələbinə görə borclu olduğu pulu cavabdehə ödəmişdir. O, da oğlunun saxlanması üçün cavabdehdən hər ay 220 manat aliment tələb edir.
6. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayır və qeyd edilən halların mövcüdluğunu iddianın təmin edilməsinə əsas saymır. İlk öncə iddiaçı, tələbini 06 fevral 2007-ci il təvəllüdlü Ənvəri saxlamaqda maddi çətinliyinin olması ilə deyil, cavabdehə aliment borcu və əmlakının dəyərini ödəməsi, cavabdehin şikayəti əsasında inzibati qaydada həbs edilməsi ilə əsaslandırır. İddiaçı eyni zamanda, Ənvəri saxlamaqda maddi çətinliyinin olması barədə sübut da təqdim etməmişdir. İş üzrə sübutlarla iddiaçının Ənvəri saxlamaqda maddi yardıma ehtiyacının olması təsdiq edilməmişdir. Hazırda minimum həddə yaşamaq hüquqlarını təmin etmək üçün cavabdehin özünə 261 manat, Cansunun saxlanmasına isə 220 manat olmaqla ümumilikdə 481 manat tələb olunsa da, növbəti aydan (2024-cü ilin yanvar ayından) bu məbləğ müvafiq olaraq 287 manat və 235 manat olmaqla ümumilikdə 522 manat təşkil edir.
7. Zaqatala rayon məhkəməsinin xx.xx.2023-cü il tarxli qatnaməsindən cavabdeh İddiaçı tərəfindən verinmiş şikayətə baxılarkən Şəki Apelyasiya məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında olan hüquqi mövqeyindən müəyyən olunur ki, cavabdeh hər iki uşağı tələb etdiyindən kollegiya hesab edir ki, uşaqları saxlamaq üçün onun kifayət qədər vəsaiti vardır. Əks halda o, uğaqların hər ikisinə tələb etməzdi.
8. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, cavabdehin aliment tutula biləcək digər gəlirlərə malik olması təsdiq edilmir. 434 manat əmək haqqı və iddiaçı tərəfindən ödənilən 100 manat aliment onun və Cansunun maddi təlabatlarını yaşayış minimumu həddində təmin edən 522 manatdan cəmi 12 manat artıqdır. Həmin məbləğ isə cüzi də olsa Cansunun üstün tutmalı və daha yaxşı təmin edilməli olan mənafelərinin, hüquqlarının təmin olunmasına şərait yaradır. Həmin vəsaitin cavabdehdən alınıb iddiaçıya ödənilməsi Cansunun üstün tutmalı və daha yaxşı təmin edilməli olan mənafelərini və hüquqlarını pozur.
9. Zaqatala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(033)-1192/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikah dövründə xx.xx.2007-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat alimentin və mediasiyaya ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci onun özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 77 və 99-cu maddələrinə və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zaqatala rayon X8 Hüquqi Şəxsin 05 may 2023-cü il tarixli arayış Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə Zaqatala rayon məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnamə 3(033)-321/2023 saylı İnzibati xətalar haqqında iş materialına əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərarın 3(033)-321/2023 saylı İnzibati xətalar haqqında iş materialına əlavə edilmiş Şəki Apellyasiya məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərarın 26 sentyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış
12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iclasında cavabdeh ilə aralarında olan ailə mübahisələri olduğunu, razılaşma əsasında boşandığını və cavabdehin əsassız yerə ondan razılaşdığı təqdirdə aliment tələb etməsini bildirmişdir. Məhkəmə iclasında bildirmiş olduğu fikirləri məhkəməyə o qənaətə gəlməsinə əsas olmur ki, o onun himayəmdə saxlanılan övladına alimenti cavabdehdən əvəz çıxmaq məqsədi ilə tələb edir. O, cavabdehin himayəsində saxlanılan övladına aliment ödəyirsə, cavabdeh də onun himayəsində saxlanılan övladına aliment ödəməlidir. Ailə Məcəlləsində uşaqları saxlamaq valideynlərin borcu olmasını qeyd edir. Burada valideynlər dedikdə hər iki valideyn nəzərdə tutulur. Uşaqları saxlamaq öhdəliyi təkcə bir valideynin üzərinə qoyulmamışdır.
14. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(033)- 1192/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
15. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(033)-1192/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 1-ci bəndinə əsasən uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: 1.1-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən: pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından; pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən; pul və natura ilə verilən mükafatlardan; iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət və bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından; işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən; müvəqqəti əvəzetməyə görə ödəmədən; qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan; qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən; xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan; il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan; əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından; qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından. 1.2-ci bəndinə əsasən qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən: məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla); istehsalatda əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən; faktiki alınan pensiyadan; ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən; aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından; işsizlik müavinətindən. 1.3-ci bəndinə əsasən fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə şəxsi və fərdi kəndli (fermer) təsərrüfatından əldə etdiyi xalis gəlirdən. 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.
20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 261 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(033)- 1192/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala Rayon məhkəməsinin 2(033)- 72/2023 saylı işi üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdə doğulmuş ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ilə olan xx.xx.2018-ci il tarixli Zaqatala rayon qeydiyyat şöbəsində qeydə alınmış 44 saylı nikah akt qeydinin pozulmasına, İddiaçı onun xeyrinə hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin xx.xx.2007-ci il tarixdə doğulmuş X6 və xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənilməsinə, boşandıqdan sonra uşaqların onun himayəsində saxlanılmasına, vəkilə ödənilmiş xidmət haqqı 50 manat, mediatra ödənilmiş 50 manat, banka ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 150 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə Zaqatala Rayon məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Zaqatala rayon qeydiyyat şöbəsində bağlanmış 03 mart 2018- ci il tarixli, 44 nömrəli nikah pozulmuş, tərəflərin uşaqları olan-06 fevral 2007-ci il tarixdə anadan olmuş X11 atası İddiaçı, 06 dekabr 2010-cu il tarixdə anadan olmuş X10 anası Cavabdeh yanında saxlanılması, 06 dekabr 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq Cavabdeh ödənilməsi, aliment tutulmasının əvvəli 08 sentyabr 2022- ci il tarixdən hesablanması, cavabdeh İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul və iddiaçının dövlətə büdcəsinə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun, cəmi 100 (bir yüz) manat pul vəsaitinin alınaraq iddiaçı Cavabdeh verilməsi və cavabdeh İddiaçı 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdeh olan İddiaçı həmin qətnamədən apellyasiya şiakyəti verərək göstərmişdir ki, birgə nikah dövründə anadan olmuş xx.xx.2010-cu il tarixli X3 iddiaçının himayəsində saxlanılmasını iddiaçının uşağın mənəvi və əxlaqi keyfiyyətlərinə mənfi təsir göstərəcəyindən doğru hesab etmir. Uşaq iddiaçının təsiri altında ifadə vermişdir. Qəyyumluq və himayə orqanının iştirakı ilə uşaq dindirilərkən Cansu Mehdiyeva cavabdehin yanında qalmasını bildirsə də sonradan iddiaçının təsiri altında iddiaçının yanında qalmasını bildirmişdir. İddiaçı 2021-ci il 02 avqust tarixində uşaqları ataraq çıxıb getmiş, 2 il uşaqlar onun himayəsində qalmışlar. İddiaçı uşaqlarla 2 il ərzində maraqlanmamışdır. Daha ətraflı şəkildə məhkəmə iclasında bildirəcək. xx.xx.2010-cu il tarixdə doğulmuş X9 xx.xx.2022-ci il tarixdən iddiaçının yanındadır. Həmin tarixə qədər onun, cavabdehin yanında olmuşdur. İddiaçı Muradova X7 rayon X8 Hüquqi şəxsində işləyir. Aylıq əmək haqqı 400 manatdan artıqdır. O isə heç bir yerdə işləmir. Günəmuzd işləməklə ailəsini dolandırır. Qeyd edilənləri nəzərə alaraq, Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-72/2023 saylı qətnaməsinin qismən birgə nikah dövründə anadan olmuş xx.xx.2010-cu il tarixli X3 iddiaçının himayəsinə verilməsi və aliment məbləği hissəsində ləğv olunması, birgə nikah dövründə anadan olmuş xx.xx.2010-cu il tarixli X3 və xx.xx.2007-ci il tarixli X6 cavabdehin himayəsinə verilməsi və hər iki uşağın saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay hər uşağa görə 220 manat aliment alınaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-737/2023 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-72/2023 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh İddiaçı xeyrinə aliment tutulmasına dair tələbə 2023-cü ilin avqustun 17-də baxılaraq həmin tələb təmin edilməmişdir. İddiaçı həmin tarixdən hazırki iddia verilən 23 oktyabr 2023-cü ilə qədər keçən müddət ərzində özünün və Cavabdeh maddi vəziyyətində hər hansı dəyişikliklərin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
27. Beləliklə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(033)-1192/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(033)-1192/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.