Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-465/2024 23.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment və yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya baxışından çıxarma, işin istənilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment və yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tаrixli, 2(024)-688/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 hər birindən hər ay sabit pul məbləğində 350 manat alimentin alınıb özünə verilməsi və cavabdehlərdən əməliyyat üçün tələb olunan 2500 manat pul vəsaitinin alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü ildə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 Rəşidova kimi oxunmasını xahiş etmişdir Qax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tаrixli, 2(024)-688/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 hər ay 100 manat, Cavabdeh1 hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 56 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İş apellyasiya icraatına qəbul olunmazdan öncə Qax Rayon Məhkəməsinin sədri X7 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, qətnamədən digər Cavabdeh1 tərəfindən də apellyasiya şikayəti verilmişdir. İş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması üçün mülki işin Qax Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, digər şəxsin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsinin apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsindən öncə müəyyən edildiyindən, ləğv edilməli olan icraata qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Qax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tаrixli, 2(024)-688/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti həmin qətnamədən digər Cavabdeh1 verdiyi apellyasiya şikayətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə Qax Rayon Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Qax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-465/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-465/2024
23.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver