Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-485/2025 30.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10ə qarşı “müvəqqəti əvəzetmə və yüksəkliyə görə haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əməkhaqqına əlavələrin ödənilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(037)-45/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İsmayıllı rayon Mərkəzi Xəstəxanasının 05 mart 2019-cu il tarixli, 17 nömrəli əmrinin surətindən görünür ki, RMX-nın Lahıc qəsəbə xəsatəxanasında baş həkim vəzifəsinin müvəqqəti icrası 05 mart 2019-cu il tarixdən həmin xəstəxananın həkim-stomotoloqu İddiaçı həvalə edilmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 31 mart 2020-ci il tarixli, 312 nömrəli əmrin surətindən görünür ki, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 Lahıc ASM-də həkim olmadığı üçün həmin bölmənin müdiri vəzifəsi müvəqqəti olaraq 01 aprel 2020-ci il tarixdən səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkimstomotoloqu İddiaçı həvalə edilmiş və stomotoloji işlərini Lahıc ASM-də aparmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10ə qarşı iddia ərizəsi ilə müraciət edərək, "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10 səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin (Lahıc qəsəbəsində fəaliyyət göstərən) həkimstomotoloqu İddiaçı əmək haqqına xx.xx.2019-cu il tarixdən hesablanmaqla 20% əlavənin ödənilməsinin bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10 Lahıc qəsəbə xəstəxanasında (sonradan adı Lahıc ASM adlandırılmışdır) baş həkim vəzifəsini icra etdiyinə görə hər ay üçün 200 manat hesabı ilə 63 ay üçün 12600 manat və hüquqi yardıma görə vəkil bürosunun hesabına ödənilmiş 320 manat, mediasiya təşkilatının hesabına ödənilmiş 51 manat məbləğinin əvəzi olmaqla, cəmi 12711 manat məbləğinin "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxslə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən stomotologiya bölməsinə müddətsiz olaraq həkimstomotoloq vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən işə başlamış və əmək haqqı 560 manat müəyyən edilmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2019-cu il tarixli, 17 nömrəli əmrə əlavə əsasında Lahıc qəsəbə xəstəxanasında baş həkim vəzifəsinin müvəqqəti icrası xx.xx.2019-cu il tarixdən həmin xəstəxananın həkimstomotoloqu ona həvalə edilmişdir. Bununla da o, xx.xx.2019-cu il tarixdən “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 Lahıc qəsəbə xəstəxanasında baş həkim vəzifəsini icra etməklə həmin qəsəbə xəstəxanasında həkim-stomotoloq kimi əmək funksiyalarını yerinə yetirmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2020-ci il tarixli, 312 nömrəli əmrinə əsasən Lahıc ASM-də bölmə müdiri olmadığı və həkim çatışmazlığını nəzərə alaraq xx.xx.2020-ci il tarixdən səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu vəzifəsi ona həvalə edilmiş və stomotoloji işlərini Lahıc ASM-də aparmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 Lahıc qəsəbə xəstəxanasında (sonradan adı dəyişdirilərək Lahıc ASM adlandırılmışdır) baş həkim vəzifəsini icra etməklə həmin qəsəbə xəstəxanada həkim-stomotoloq kimi əmək funksiyalarını yerinə yetirmiş, xx.xx.2020-ci il tarixdən halhazıra kimi həmin qəsəbə xəstəxanasında həkim-stomotoloq fəaliyyətini davam etdirir. Ona son haqq-hesab verilərkən bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsi və yüksəkliyə görə əmək haqqına əlavə haqq ödənilməmişdir. Bu məqsədlə cavabdeh təşkilata rəsmi qaydada müraciət etmiş, bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsi və yüksəkliyə görə əmək haqqına əlavənin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, 18-1-47/2- 939/2024 nömrəli cavab məktub ilə bildirilmişdir ki, o, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsində həkim-stomotoloq vəzifəsində işləyir. Həmin şöbə İsmayıllı şəhəri ərazisində yerləşir. Tabel uçotu "Səhiyyə xidmətlərinin təşkili" şöbəsinin “Stomotologiya" bölməsində aparıldığından dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. Tabel uçotu Lahıc ASM-dən təqdim olunmuş 2023-cü il may ayından 2024-cü ilin may ayı dövrü üçün 20% dağ yüksəkliyi üçün əmək haqqına əlavə ödənildiyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyin ödənilməsi qaydası haqqında 2 saylı qərarın 17.1.1-ci maddəsinə əsasən bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsinin həkimstomotoloqlara şamil olunmadığı göstərilmişdir. Cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 bu cavabı tam qanunsuzdur. Belə ki, o, xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 Lahıc qəsəbə xəstəxanasında (Lahıc ASM) həkim stomotoloq kimi əmək funksiyalarını yerinə yetirir. Tabelin harada tərtib edilməsindən asılı olmayaraq əmək funksiyalarını Lahıc qəsəbəsində yerinə yetirmiş və Lahıc qəsəbəsi də dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşdiyi üçün əmək haqqına 20% əlavə ödənilməlidir. Cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tabel uçotunun Lahıc ASM-dən təqdim olunduğunu və 2023-cü il may ayından 2024-cü ilin may ayı dövrü üçün 20% dağ yüksəkliyi üçün əmək haqqına əlavə ödənildiyi göstərsə də burada da qeyri-dəqiqlik vardır. Belə ki, xx.xx.2019cu il tarixdən 2023-cü ilin may ayına kimi əmək haqqı düzgün hesablanmamış, sonradan bunun qanunsuz olduğunu bilib həmin adla bu qanunsuzluğu aradan qaldırmışdır. Reallıqda isə xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi 20% dağ yüksəkliyi üçün əmək haqqına əlavə ödənilmir. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 Lahıc qəsəbə xəstəxanasında (Lahıc ASM) baş həkim vəzifəsini icra etməsi iddia ərizəsinə əlavə edilmiş əmrlərin surətləri və digər sübutlarla tam təsdiq edilir və bu mübahisə doğurmur. Lakin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyin ödənilməsi qaydası haqqında 2 saylı qərarın 17.1.1-ci maddəsinə əsaslanaraq bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsinin həkim-stomotoloqlara şamil olunmadığı bildirilir. Cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs buna əsaslanmaqda səhvə yol verir. Belə ki, bu hal daha yüksək hüquqi qüvvəyə malik qanunəmək məcəlləsi ilə təmzinlənir və müvaviq icra hakimiyyəti orqanlarının qərarları əsas götürülə bilməz. Göründüyü kimi cavabdeh həm dağ yüksəkliyinə görə 20% əlavənin, həm də bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsinin ödənilməməsində haqlı deyil. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində həkim-stomotoloq vəzifəsində işləyir və həmin şöbə İsmayıllı şəhəri ərazisində yerləşir. Tabel uçotu “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində aparıldığından və qeyd edilən şöbənin İsmayıllı şəhər ərazisində yerləşdiyinə görə dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. Lahıc qəsəbəsinin rayon mərkəzindən 35 km aralı olmasını, Lahıc qəsəbəsi də daxil olmaqla ətraf kəndlərin əhalisinin stomatoloji xidmətlə təmin edilməsi məqsədi ilə və həmçinin iddiaçının Lahıc qəsəbəsində yaşamasını, gündəlik gediş-gəlişin çətin olmasını nəzərə alaraq 01 aprel 2020-ci il tarixdən 01 iyun 2024-cü il tarixədək Lahıc Ailə Sağlamlıq Mərkəzində vakant olan şöbə müdiri vəzifəsi iddiaçıya həvalə edilmiş və öz razılığı ilə stomotoloji fəaliyyətini Lahıc ASM-də yerinə yetirməsi tapşırılmışdır. Şöbə müdiri kimi Lahıc ASM-də işlədiyi dövr ərzində Lahıc ASM-dən iddiaçının imzası ilə təqdim olunmuş tabel uçotunda yalnız 2023- cü ilin may ayı – 2024-cü ilin may ayı dövründə şöbə müdiri kimi adı göstərilmiş və həmin dövr üçün 20% dağ yüksəkliyi ödənilmişdir. 2024-cü ilin iyun ayından Lahıc ASM-ə yeni müdir təyin olunduğundan iddiaçının adı Lahıc ASM-nin tabel cədvəlindən çıxarılmışdır. Qeyd edilən dövr istisna olmaqla, digər dövrlərdə iddiaçının adı Lahıc ASM-nin tabelində olmadığı üçün 20% dağ yüksəkliyinin ödənilməsi mümküm olmamışdır. İddiaçının adı özü tərəfindən təsdiq olunmuş Lahıc ASM-nin tabelində deyil, “Stomotologiya” bölməsinin tabelindədir. Mövcud vəziyyətlə bağlı olaraq uyğunsuzluğun aradan qaldırılması üçün Lahıc ASM-də stomotoloji kabinetin yaradılması məqsədi ilə 11 İyul 2024-cü il tarixli 18-1- 47/2-832/2024 saylı məktubla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə müraciət olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası haqqında 2 saylı qərarın 17.1.1-ci maddəsinə əsasən bölmə rəhbərliyinə görə aylıq 200 manat icbari tibbi sığorta əlavəsi həkim-stomotoloqlara şamil olunmur. İddia tələbini əsassız hesab edir və təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı rayon Mərkəzi Xəstəxanasının 05 mart 2019-cu il tarixli, 17 nömrəli əmrinin surətindən görünür ki, RMX-nın Lahıc qəsəbə xəsatəxanasında baş həkim vəzifəsinin müvəqqəti icrası 05 mart 2019-cu il tarixdən həmin xəstəxananın həkim-stomotoloqu İddiaçı həvalə edilmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 31 mart 2020-ci il tarixli, 312 nömrəli əmrin surətindən görünür ki, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 Lahıc ASM-də həkim olmadığı üçün həmin bölmənin müdiri vəzifəsi müvəqqəti olaraq 01 aprel 2020-ci il tarixdən səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkimstomotoloqu İddiaçı həvalə edilmiş və stomotoloji işlərini Lahıc ASM-də aparmışdır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 18 avqust 2020-ci il tarixli, 1410 nömrəli arayışından görünür ki, İddiaçı 05 mart 2019-cu il tarixdən hal-hazıradək “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 Lahıc ASM bölməsinin müdiri vəzifəsində işləmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs 09 yanvar 2025-ci il tarixli, 18-1-47/2-18/2025 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, İddiaçı “İsmayıllı RMX” X10 “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində həkimstomotoloq vəzifəsində işləyir və həmin şöbə İsmayıllı şəhəri ərazisində yerləşir. Tabel uçotu “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində aparıldığından və qeyd edilən şöbənin İsmayıllı şəhər ərazisində yerləşdiyinə görə dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. Lahıc qəsəbəsinin rayon mərkəzindən 35 km aralı olmasını, Lahıc qəsəbəsi də daxil olmaqla ətraf kəndlərin əhalisinin stomatoloji xidmətlə təmin edilməsi məqsədilə və həmçinin İddiaçı Lahıc kəndində yaşamasını, gündəlik gedişgəlişin çətin olmasını nəzərə alaraq 01 Aprel 2020-ci il tarixdən 01 İyun 2024-cü il tarixədək Lahıc Ailə Sağlamlıq Mərkəzində vakant olan şöbə müdiri vəzifəsi ona həvalə edilmiş və öz razılığı ilə stomatoloji fəaliyyətini Lahıs ASM-də yerinə yetirməsi tapşırılmışdır. Şöbə müdiri kimi Lahıc ASM-də işlədiyi dövr ərzində Lahıc ASM-dən İddiaçı imzası ilə təqdim olunmuş tabel uçotunda yalnız may 2023 - may 2024 dövründə şöbə müdiri kimi adı göstərilmiş və həmin dövr üçün 20% dağ yüksəkliyi ödənilmişdir. Qeyd edilən dövr istisna olmaqla digər dövrlərdə İddiaçı adı Lahıc ASMnin tabelində olmadığı üçün 20% dağ yüksəkliyinin ödənilməsi mümküm olmamışdır. Mövcud vəziyyət ilə bağlı olaraq uyğunsuzluğun aradan qaldırılması üçün Lahıc ASM-də stomotiloji kabinetin yaradılması məqsədi ilə 11 İyul 2024-cü il tarixli 18-1-47/2-832/2024 saylı məktubla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə müraciət olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası haqqında 2 saylı qərarının 17.1.1 maddəsinə əsasən bölmə rəhbərliyinə görə aylıq 200 manat İcbari Tibbi Sığorta əlavəsi həkimstomotoloqlara şamil olunmur. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs 21 yanvar 2025-ci il tarixli, 18-1-47/2-55/2025 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, həkim-stomotoloq İddiaçı özü tərəfindən imzalanaraq təsdiq olunmuş və Lahıc ASMnin müdir vəzifəsində qeyd olunmuş may 2023-may 2024 dövrü üzrə (cəmi 13 ay) 20 faiz dağ yüksəkliyinə görə əlavə əmək haqqı ödənilmişdir. 2023-cü ilin iyun ayından Lahıc ASM-ə yeni müdir təyin olunduğundan X2 adı Lahıc ASM-nin tabel cədvəlindən çıxarılmışdır. May 2023 - may 2024 dövrü istisna olmaqla digər dövrlərdə İddiaçı tabel uçotu “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində aparıldığından və qeyd edilən şöbənin İsmayıllı şəhər ərazisində yerləşdiyinə görə dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. İnformasiyanın eyni olduğunu nəzərə alaraq həmin dövrlər üçün 2023-cü ilin yanvar ayına aid bir ədəd “nümunə” yazısı qeyd edilmiş tabel cədvəli əlavə olunmuşdur. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs 07 fevral 2025-ci il tarixli, 18-1-47/2-118/2025 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, həkim-stomotoloq İddiaçı özü tərəfindən imzalanaraq təsdiq olunmuş və Lahıc ASMnin müdir vəzifəsində qeyd olunmuş may 2023-may 2024 dövrü üzrə (cəmi 13 ay) 20 faiz dağ yüksəkliyinə görə əlavə əmək haqqı ödənilmişdir. 2024-cü ilin iyun ayından Lahıc ASM-ə yeni müdir təyin olunduğundan X2 adı Lahıc ASM-nin tabel cədvəlindən çıxarılmışdır və o, Lahıc ASM-nin müdiri vəzifəsindən azad olunmuşdur. May 2023 - may 2024 dövrü istisna olmaqla digər dövrlərdə İddiaçı tabel uçotu “Səhiyyə Xidmətlərinin Təşkili” şöbəsinin “Stomotologiya” bölməsində aparıldığından və qeyd edilən şöbənin İsmayıllı şəhər ərazisində yerləşdiyinə görə dağ yüksəkliyinə görə əlavənin verilməsi mümkün deyildir. 2023-cü ilin yanvar ayı üzrə stomotologiya və Lahıc ASM-nin tabel cədvəllərindən göründüyü kimi İddiaçı adı özü tərəfindən təsdiq olunmuş Lahıc ASM-nin tabeliyində deyil, stomotologiya bölməsinin tabeliyindədir. İsmayıllı Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(037)-45/2025 nömrəli qətnaməsi (hakim: İ.Hüseynov) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu işləyən İddiaçı 05 mart 2019-cu il tarixdən RMX-nın Lahıc qəsəbə xəsatəxanasında baş həkim vəzifəsinin müvəqqəti icrası həvalə edilsə də o, fəaliyyətini səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu kimi davam etdirmiş və məhz tabel uçotu da həmin işə uyğun tərtib edilmiş, İddiaçı Lahıc ASM-nin müdiri vəzifəsinə təyin edildiyindən 2023-cü ilin may ayından 2024-cü ilin may ayı dövrü üzrə ona 13 ay müddətinə 20 faiz dağ yüksəkliyinə görə əlavə əmək haqqı ödənilmişdir. İddiaçı məhkəmə iclasında 2019-cu il tarixdən 2023-cü il tarixə qədər adını səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu kimi deyil, Lahıc ASM-nin müdiri kimi tabel uçotuna qeyd etdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmənin verdiyi sorğuların cavabı olaraq isə göndərilən tabellərdə də 2019-2023-cü illərdə onun adı Lahıc ASM-nin müdiri kimi deyil, səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu kimi qeyd edilmiş və əmək haqqı hesabalanmışdır. Qeyd olunanlara əsasən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün – Azərbaycan Respublikası Konstitusiyasının 12, 35, Əmək Məcəlləsi 9, 61, 162, 163, 172.1, 172.5, 195, 196, 197, 287, 288, 290, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106.1, 217.4, 218.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publikhüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyin ödənilməsi qaydası haqqında 2 saylı qərarın 17.1.1-ci maddəsinə əsaslanaraq bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsinin həkim-stomotoloqlara şamil olunmadığı bildirilir. Cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs buna əsaslanmaqda səhvə yol verir. Belə ki bu hal daha yüksək hüquqi qüvvəyə malik qanunəmək məcəlləsi ilə təmzinlənir və müvaviq icra hakimiyyəti orqanlarının qərarları əsas götürülə bilməz. Göründüyü kimi cavabdeh həm dağ yüksəkliyinə görə 20% əlavənin, həm də bölmə rəhbərliyinə görə 200 manat icbari tibbi sığorta əlavəsinin ödənilməməsində haqlı deyil. “Tibbi Ərazi İdarəetmə Birliyi” X10 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasından görünür ki, kənd və qəsəbə yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələri fasiləsiz və əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq əlavə ödənilir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2019-cu il tarixdə İsmayıllı rayonu Lahıc Xəstəxanasında müvəqqəti olaraq Baş Həkim vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixədək müvafiq vəzifəni icra etmişdir. Lakin həmin dövrlər üçün ona nə əvəzetmə pilu nədə yüksəklik pulu ödənməmişdir. Pulun ödənilməməsini sonralar bilmişdir. Həmin dövrdə o başqa yerdə fəaliyyət göstərməmiş, ancaq həmin müəsisədə işləmişdir. Əlavə olaraq bildirdi ki, iddia tələbində 20% əlavənin ödənilməsinin bərpa edilməsi qeyd edilsədə, əslində ödənilməmiş dövrlər üçün ona əlavənin ödənilməsini istəyir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayəti qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2019-cu il tarixdə İsmayıllı rayonu Lahıc Xəstəxanasında müvəqqəti olaraq Baş Həkim vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixədək müvafiq vəzifəni icra etmişdir. İddiaçı həkim-stomotoloq olduğuna görə qanunvericilikdə ona əvəz pulunun ödənilməsi nəzərdə tutulmamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə iddiaçıya yüksəkliyə görə əlavə ödənilmişdir. Digər dövrlər üzrə sənədlər təqdim edilmədiyindən həmin əlavə iddiaçıya verilməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, yeni müqavilə bağlamadığından məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 3 5 . Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. M a d d ə 7 1 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq.
60. İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. 61.1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. 61.2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. 61.3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. 61.4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. 162.1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. 162.2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. 163.1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. 163.2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə. 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 197.2. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi. 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli Qərarı:
5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin.
6. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı: İsmayıllı rayonu, Lahıc qəsəbəsi.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”: 4.1. Bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş vəsaitlər hesabına səhiyyə işçisinin əmək haqqına aşağıdakılar daxildir: 4.1.1. tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı; 4.1.2. əmək şəraitinə görə ödənilən əlavələr; 4.1.3. həvəsləndirici əlavələr; 4.1.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, normativ hüquqi aktlarında, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlər. 17.1-ci bəndinə əsasən vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərini nəzərə alaraq, səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkimstomatoloq istisna olmaqla) 200 manat sabit aylıq həvəsləndirici əlavələr müəyyən edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı: “.....nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə işçiyə əmək haqqına əlavələrin ödənilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10ə qarşı iddia ərizəsi ilə müraciət edərək, "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10 səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin (Lahıc qəsəbəsində fəaliyyət göstərən) həkim-stomotoloqu İddiaçı əmək haqqına xx.xx.2019-cu il tarixdən hesablanmaqla 20% əlavənin ödənilməsinin bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10 Lahıc qəsəbə xəstəxanasında (sonradan adı Lahıc ASM adlandırılmışdır) baş həkim vəzifəsini icra etdiyinə görə hər ay üçün 200 manat hesabı ilə 63 ay üçün 12600 manat və hüquqi yardıma görə vəkil bürosunun hesabına ödənilmiş 320 manat, mediasiya təşkilatının hesabına ödənilmiş 51 manat məbləğinin əvəzi olmaqla, cəmi 12711 manat məbləğinin "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə, yəni iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin baş həkim vəzifəsini icra etdiyi dövr üçün iddiaçıya hər ay 200 manat ödənilməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşır və ilkin olaraq qeyd edir ki, hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək insanın ləyaqətini alçaltmamalı, insanların əsas hüquqlarına hörmət və əməyin mühafizəsini təmin edən şəraitdə işləməklə işçilərin əmək haqqının ədalətli ödənilməsində ifadə olunmalıdır. Buna görə də Konstitusiyada əmək hüququnun normativ məzmunu həmçinin insanın ləyaqətini alçaltmayan müəyyən şəraitlərdə işləmək hüquqları ilə səciyyələndirilir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Ümumiyyətlə, bu cür mübahisələrdə mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10 Lahıc qəsəbə xəstəxanasında (sonradan adı Lahıc ASM adlandırılmışdır) baş həkim vəzifəsini icra etdiyinə görə hər ay üçün 200 manat hesabı ilə 63 ay üçün 12600 manat ödənilməsini tələb edir. Əmək qanunvericiliyinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir (Əmək Məcəlləsi 162, 163). Lakin, iş materiallarından görünür ki, İddiaçı həkim-stomotoloq olmuşdur. Belə ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının 05 mart 2019-cu il tarixli, 17 nömrəli əmrinin surətindən görünür ki, RMX-nın Lahıc qəsəbə xəsatəxanasında baş həkim vəzifəsinin müvəqqəti icrası 05 mart 2019-cu il tarixdən həmin xəstəxananın həkimstomotoloqu İddiaçı həvalə edilmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 31 mart 2020-ci il tarixli, 312 nömrəli əmrin surətindən görünür ki, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 Lahıc ASM-də həkim olmadığı üçün həmin bölmənin müdiri vəzifəsi müvəqqəti olaraq 01 aprel 2020-ci il tarixdən səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkimstomotoloqu İddiaçı həvalə edilmiş və stomotoloji işlərini Lahıc ASM-də aparmışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 17.1-ci bəndinə əsasən vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərini nəzərə alaraq, səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla) 200 manat sabit aylıq həvəsləndirici əlavələr müəyyən edilir. Göründüyü kimi qanunverici aylıq həvəsləndirici əlavələrin ödənilməsini həkimstomatoloqlara şamil etməmişdir. Kolegiya bir məqamıda qeyd edir ki, tərəflər arasında aylıq əlavələrin ödənilməsi üçün qarşılıqlı razılığın olması da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli, 2 nömrəli qərarına əsasən Baş Həkim vəzifəsini icra etdiyinə görə iddiaçıya əlavələrin ödənilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Baş Həkim vəzifəsini icra etdiyi dövr üçün əlavə pul tələb edir. Apellyator tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli, 2 nömrəli qərarına istinad etmiş və bildirmişdir ki, həmin qərara əsasən iddiaçı icra etdiyi vəzifəyə görə aylıq 200 manat pul almalı idir. Kollegiya apellyatorun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli, 2 nömrəli qərarında onun istinad etdiyi 2.2.5.1-ci bəndi “Fasiləsiz əmək stajına görə əlavələrin ödənilməsi” ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli, 2 nömrəli qərarının 2.2.5.1-ci bəndinə görə, ayrı-ayrı tibb müəssisələrində çalışan səhiyyə işçilərinə fasiləsiz əmək stajına görə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir: Kənd yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələri - fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq. Göründüyü kimi, iddiaçının tələbi Baş Həkim vəzifəsini icra etdiyi dövr üçün əlavə pul ödənilməsi olsa da, istinad edilən norma fasiləsiz əmək stajına görə əlavələrin ödənilməsi ilə bağlı olmuşdur. İşdən isə görünür ki, fasiləsiz əmək stajına görə əlavələrin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında nədəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydalarında həkim-stomatoloqa əlavələrin ödənilməsi nəzərdə tutulmadığından birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin yüksəkliyə (hündürlüyə) görə əlavənin ödənilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdən hesablanmaqla hündürlüyə görə əmək haqqına 20% əlavənin ödənilməsinin bərpa edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün yüksəkliyə (hündürlüyə) görə pul əlavəsinin ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası ilkin olaraq ödənişin bərpa edilməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək İsmayıllı rayonu Lahıc qəsəbə xəstəxanasında (daha sonra Lahıc ASM-də) Baş həkim (daha sonra Lahıc ASM-də Bölmə müdiri) vəzifəsini icra etmişdir. xx.xx.2024-cü il tarixədə isə Lahıc ASM-ə yeni müdir təyin edilmişdir. Göründüyü kimi, İddiaçı ödənişlərin bərpası dedikdə faktiki olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş dövrlər üzrə hündürlüyə görə əmək haqqına əlavənin ödənilməsini tələb etmişdir. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək bildirmişdir ki, “....iddia tələbində 20% əlavənin ödənilməsinin bərpa edilməsi qeyd edilsədə, əslində ödənilməmiş dövrlər üçün ona əlavənin ödənilməsini istəyir....”. Belə olan halda kollegiya hesab edir ki, iddiaçın hüquqi marağı əlavənin bərpa edilməsi yox, ödənilməmiş dövrlərin tam olaraq ödənilməsi olduğundan xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, ödənilməmiş dövrlər üzrə iddiaçıya xx.xx.2019-cu il tarixdən hesablanmaqla may 2023-cü il tarixədək yüksəkliyə görə əmək haqqına əlavə ödənilməlidir. Belə ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli Qərarının 5-ci bəndinə görə, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin. Həmin qərarın 6-cı bəndində isə göstərilmişdir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısında İsmayıllı rayonu, Lahıc qəsəbəsi 1500 metrdən - 2000 metrədək hündürlükdə yerləşən yaşayış məntəqələrinə aid edilmişdir. Birinci instansiya məhkəməsi isə qanunun normasını düzgün tətbiq etməyərək iddia tələbini həmin hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin müvafiq qərarında Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısında Lahıc kəndi də nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçının işlədiyi müəsissənin də 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən həmin yaşayış məntəqəsində yerləşdiyi nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı may 2023-cü il tarixdən iyun 2024-cü il tarixədək, yəni vəzifəni icra etdiyi son tarixədək 12 ay müddətə yüksəkliyə görə əməkhaqqına 20% əlavə ödənilmişdir (iş v. 59). Belə olan iddiaçıya hündürlüyə (yüksəkliyə) görə əməkhaqqına 20% əlavə ödənilməyən müddət xx.xx.2019-cu il tarixdən may 2023-cü il tarixədək olduğu müəyyən edilir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının 05 mart 2019-cu il tarixli, 17 nömrəli əmrinə əsasən, RMX-nın Lahıc qəsəbə xəsatəxanasında baş həkim vəzifəsinin müvəqqəti icrası 05 mart 2019-cu il tarixdən həmin xəstəxananın həkim-stomotoloqu İddiaçı həvalə edilmişdir (iş v. 54). Həmçinin, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 31 mart 2020-ci il tarixli, 312 nömrəli əmri ilə, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 Lahıc ASM-də həkim olmadığı üçün həmin bölmənin müdiri vəzifəsi müvəqqəti olaraq 01 aprel 2020-ci il tarixdən səhiyyə xidmətlərinin təşkili şöbəsinin stomotologiya bölməsinin həkim-stomotoloqu İddiaçı həvalə edilmiş və stomotoloji işlərini Lahıc ASM-də aparmışdır. Bundan başqa, məhkəmə kollegiyasının sorğusuna cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi xx.xx.2025-ci tarixdə cavab olaraq bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Lahıc Ailə Sağlamlıq Mərkəzində vakant olan şöbə müdiri vəzifəsi həvalə edilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, yuxarıda qeyd edilən sorğuya cavabdeh “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi özüdə bildirmişdir ki, 2019-cu ildən 2023-cü ilin may ayınadək hündürlüyə görə əməkhaqqına ödənilməli olan 20% əlavə tabellərdə iddiaçının adı olmadığına görə ödənilməmişdir. Yəni, cavabdeh təşkilat iddiaçıya həmin pulun ödənilməməsini əlavənin iddiaçıya aid olmamasına görə yox, yalnız tabellərdə adı olmadığı üçün ödənilmədiyini etiraf etmişdir. Məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixdən may 2023-cü il tarixədək hündürlüyə görə əlavə ödəniləcək şəxslərin tabellərində iddiaçının adının olmaması ilə bağlı qeyd edir ki, doğrudan da iş materiallarına əlavə edilmiş tabellərdə həmin dövrlərdə iddiaçının adı görünmür. Bundan başqa, cavabdeh təşkilat eyni zamanda bildirmişdir ki, həmin dövrlərdə müəssisəyə rəhbərliyi hazırki iş üzrə iddiaçı etsədə tabellərdə öz adını qeyd etməmiş və buna etiraz etməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, 05 mart 2019-cu il tarixli, 17 nömrəli və 31 mart 2020-ci il tarixli, 312 nömrəli əmrlərə əsasən İddiaçı İsmayıllı rayon X3 qəsəbə xəsatəxanasında Baş həkimliyi, struktur dəyişikliyindən sonra isə Lahıc ASM-də bölmə müdiri vəzifəsi həvalə edilmiş və o, xx.xx.2024-cü il tarixədək həmin vəzifədə olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, hansısa tabeldə iddiaçının adı olmadığına görə ona verilməli olan əmək haqqına əlavənin ödənilməməsi birbaşqa qanun pozuntusudur. Kollegiya xx.xx.2019-cu il tarixdən may 2023-cü il tarixədək əlavələrin ödənilməsi ilə bağlı tabellərdə iddiaçının adının olmaması və özünün buna etiraz etməməsi ilə bağlı arqumentinə əlavə olaraq onuda qeyd edir ki, Lahıc qəsəbə xəstəxanası (Lahıc ASM) İsmayıllı rayon Mərkəzi Xəstəxanası daha sonra adı dəyişdirilərək “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 tabeliyində olmuş və əməkhaqqılarda məhz tabeliyində olan qrum tərəfindən ödənilmişdir. Cavabdeh təşkilat özü əmək haqqı və ya əlavələrin hesabatının düzgün aparılıb-aparılmamasına, siyahıların düzgün tərtib edilib-edilməməsinə, kimlərə əmək haqqı və əlavə ödilməsinə birbaşa nəzarət etməli qurum idi. Yəni, cavabdeh təşkilat əmək haqqı və əlavələrin hesablanmasına ciddi nəzarət etməli və onların düzgün ödənilməsini təmin etməli idi. Eyni zamanda, iddiaçının təxminən 3 il ərzində ona hündürlüyə görə əlavənin ödənilməsinə etiraz etməməsi iddiaçının həmin hüquqdan məhrum edilməsinə əsas ola bilməzdi. Belə ki, tərəf hüquqlarını bilməyə bilərdi və ya tabeli yazmağı səlahiyyətli olan şəxs həmin tabelləri yanlışda yaza bilərdi. Ancaq bu heç bir halda iddiaçını həmin ödənişləri almaqda məhrum edə bilməzdi. Vacib məqam isə ondan ibarətdir ki, iddiaçının adı əlavəyə görə tabelllərdə qeyd edilməsə də o, faktiki olaraq müdir vəzifəsini icra etmişdir. Bu işin mübahisələndirilməyən halıdır. Belə olan halda isə, ona həmin əlavələr ödənilməli idi. Kollegiya birdaha qeyd edir ki, cavabdeh təşkilat mübahisələndirilən məbləğin iddiaçıya aid olmamasını deyil, sadəcə tabellərdə adının olmaması və iddiaçının özünün bu hala etiraz etməməsi ilə əsaslandırmışdır. Kollegiya may 2023-dən xx.xx.2024-ə qədər olan dövr istisna olmaqla İddiaçı tabel uçotunun “Səhiyyə Xidmətlərinin Təşkili“ şöbəsinin “Stomotologiya” bölməsində aparılmasına da münasibət bildirərək qeyd edir ki, iddiaçının tabel uçotu yuxarıda qeyd edilən dövrlər istisna olmaqla “Səhiyyə Xidmətlərinin Təşkili“ şöbəsinin “Stomotologiya” bölməsində aparılsa da o faktiki olaraq 05 mart 2019-cu il tarixli, 17 nömrəli və 31 mart 2020-ci il tarixli, 312 nömrəli əmrlərə əsasən İsmayıllı rayonu Lahıc qəsəbə xəstəxanasında (daha sonra Lahıc ASM-də) Baş həkim (daha sonra Lahıc ASM-də Bölmə müdiri) vəzifəsini icra etmişdir. Yəni, iddiaçı faktiki olaraq həmin dövrlərdə Lahıcda qəsəbəsində fəaliyyət göstərmişdir. Ümumiyyətlə cavabdeh tərəf də iddiaçının qeyd edilən dövrlərdə Lahıcda fəaliyyət göstərməsini mübahisələndirməmiş, sadəcə tabeldə adının olmadığını bildirmişdir. Belə olan halda isə, yalnız tabeldə və siyahıda olmaması əsası ilə iddiaçıya yüksəkliyə görə əlavələrin verilməsindən imtina edilə bilməzdi. Kollegiya bir məqamıda qeyd edir ki, cavabdeh təşkilat may 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı hündürlüyə görə əməkhaqqına əlavələr ödəməklə iddiaçıda haqlı gözlənti yaratmışdır. İddiaçı hesab etmişdir ki, əgər eyni vəzifəni icra etdiyi halda ona may 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əlavələr ödənilməsi qanuni olmuşsa, onda xx.xx.2019-cu il tarixdən may 2023-cü il tarixdək olan müddətə görədə əməkhaqqına əlavə ödənməli idi. Yəni, bu hal iddiaçıda haqlı gözlənti yaratmışdır. Kollegiya aydınlıq olması üçün onuda qeyd edir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli Qərarının 5-ci bəndində göstərilmiş “1.2 misli miqdarı” 20% mənasını ifadə edir. Belə ki, misal: 500*1.2=600. Yuxarıda qeyd edilənlər konteksində kollegiya hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədən Lahıc ASM müdir vəzifəsini icra etdiyindən xx.xx.2019cu il tarixdən 01 may 2023-cü il tarixədək yüksəkliyə (hündürlüyə) görə əmək haqqına ödənilməli olan 1.2 misli (yəni, 20%) miqdarında əlavə iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda kollegiya hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 320 manat və mediasiya görə ödənilmiş 51 manat cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10dən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(037)-45/2025 nömrəli qətnaməsi qismən, yəni yüksəklikdə yerləşən təşkilatda işlədiyinə görə işçinin əmək haqqısına əlavənin ödənilməsi və rüsumlara aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən təşkilatda işlədiyinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqına hesablanmalı olan 1.2 misli (yəni, 20%) miqdarında əlavə İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş 320 manat və mediasiya görə ödənilmiş 51 manat cavabdeh "İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X10dən alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.