Məhkəmə qərarları › İş №2(107)-486/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-486/2022

10.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-486/2022 10.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların himayəyə verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: nikahın pozulması və uşaqların himayəyə verilməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların himayəyə verilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(033)- 1056/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı ilə Cavabdeh nikahlarını 24 noyabr 2011-ci il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan onların 18 oktyabr 2012-ci ildə X7 və 06 mart 2015-ci ildə X12 adlı iki uşaqları doğulmuşdur. Azyaşlı uşaqlar hal-hazırda iddiaçı olan ataları ilə birlikdədirlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Zaqatala rayonu Qeydiyyat Şöbəsində 24 noyabr 2011-ci il tarixdə 308 nömrə ilə qeydə alınmış nikahın pozulması və birgə nikahdan doğulmuş 18 oktyabr 2012-ci il təvəllüdlü X2 və 06 mart 2015-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nikahlarını 24 noyabr 2011ci il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan onların 18 oktyabr 2012-ci ildə X7 və 06 mart 2015-ci ildə X12 adlı iki uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və cavabdeh ailəsinin yanına Rusiya Federasiyasına yaşamaq üçün getmişdir. Cavabdehlə hazırda ayrı yaşayırlar və artıq ailəsinin bərpası mümkün deyil. Onlar ayrılsalar da azyaşlı uşaqları onun himayəsində qalmış və onların qayğısına hal-hazıradək özü və valideynləri qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və barışıq üçün vaxt verilmədən cavabdehlə aralarında bağlanmış nikahın pozulmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə nikahlarını 24 noyabr 2011-ci il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan onların 18 oktyabr 2012-ci ildə X7 və 06 mart 2015-ci ildə X12 adlı iki uşaqları doğulmuşdur. O, iddiaçı ilə aralarında 24 noyabr 2011- ci il tarixdə bağlanmış nikahın pozulmasına etiraz etmir. Lakin iddia tələbinin 18 oktyabr 2012-ci ildə doğulmuş X2 və 06 mart 2015-ci ildə doğulmuş X8 iddiaçının himayəsində qalması hissəsi ilə qəti razı deyil. Belə ki, ikinci övladı doğulduqdan sonra onun ayağında şiş yaranmış və iddiaçı onu həkim müayinəsinə aparmadığından şiş böyüməyə başlamışdır. O, və valideynləri Rusiya Federasiyasının vətəndaşıdırlar. Onun səhhəti ağırlaşdığından əri və iki övladı ilə birlikdə Rusiya Federasiyasına valideynlərinin yanına getmiş və orada müayinələrdən keçdikdən sonra ona məlum olmuşdur ki, onkoloji xəstədir. Onu orada təcili olaraq əməliyyat etmişlər və o, əməliyyatdan sonra hər üç aydan bir həkim müayinəsində olmalı idi. Ərinin işi Zaqatala şəhərində olduğundan və özü yataq xəstəsi olduğu üçün anası daim ona qulluq etdiyi üçün o, uşaqlarının iddiaçı ilə rayona qayıtmasına razılıq vermişdir. 11 aprel 2018-ci ildə o, təkrar olaraq əməliyyat keçirmiş və həmin vaxt Abuzər onun yanında olmuşdur. 2018-ci ilin avqust ayında o, rayona qayıtmış və iddiaçı ilə aralarına heç bir mübahisə olmadan uşaqları ilə birlikdə 4-5 ay yaşamışlar. Daha sonra o, şüa almaq üçün yenidən Rusiya Federasiyasına getmiş və orada bir müddət qaldıqdan sonra yenidən rayona, ailəsinin yanına qayıtmışdır. Onun həkimi Moskva şəhərində olduğu üçün o, müalicəsinin davamı üçün zaman-zaman Rusiya Federasiyasına getməyə məcbur olurdu. Bu səbəbdən o, bir neçə dəfə Rusiyaya gedib gəlmişdir. Zaqatalada olduğu müddət ərzində ailəsi və uşaqları ilə birlikdə çox mehriban yaşamışlar. Müalicələrini davam etdirməsi üçün yenidən 08 mart 2020-ci ildə Rusiya Federasiyasına getmiş, lakin yayılmış koronavirus epidemiyasına görə xüsusi karantin rejimi elan edildiyindən və ölkələr arası gediş-gəlişə məhdudiyyətlər qoyulduğundan o, Azərbaycana qayıda bilməmişdir və özündən asılı olmayan səbəbdən 1 il 6 ay Rusiyada qalmışdır. Bu müddət ərzində o, daima övladları ilə görüntülü danışaraq telefon əlaqəsi saxlamış və söhbətlərin birində ona məlum olmuşdur ki, iddiaçı onun xəstə olmasından istifadə edərək başqa qadınla qeyrirəsmi olaraq evlənmiş və həmin qadını yaşadığı evə gətirmişdir. Bu xəbərdən onun psixoloji vəziyyəti ağırlaşmış xəstəliyi daha da şiddətlənmişdir. Uşaqlar onun əlindən alınarsa onun həyatda yaşaması çox ağır olar, dərdinin üstunə dərd gəlmiş olar. Hazırda onun səhhəti stabildir, xəstəliyi başqa orqanlarına yayılmayıb, şüa terapiyası ilə qarşısı alınmışdır. O, heç kimin qayğısına ehtiyacı olmadan özünü idarə edir və uşaqlarına tək başına baxıb tərbiyə edə bilər. O, həyatda olduğu halda onun uşaqlarına özgə bir qadının baxması ona olduqca pis təsir göstərir və tezliklə uşaqlarına qovuşmaq istəyir. Uşaqlarından ayrı düşməsi onun xəstəliyinə görə olmuşdur və onun köməksiz vəziyyətindən istifadə edərək iddiaçı uşaqlarını ona qarşı yönəltmişdir. Hazırda uşaqlarının onun himayəsinə verilməsini istəyir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zaqatala rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi - X4 İşləri və Hüqaqlarının Müdafiyəsi üzrə Komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X11 məhkəmə prosesində bildirmişdir ki, tərəflər arasında azyaşlı uşaqların atalarının yanında qalması ilə əlaqədar mübahisə vardır. İddiaçının yaşadığı evə baxış keçirilmiş və onun həyat tərzi öyrənilərək belə nəticəyə gəlinmişdir ki, uşaqların yaşamaları üçün iddiaçının yaşadığı ev hər cür şəraitə malikdir. Digər tərəfdən komissiyada hər iki uşaqla cavabdeh ananın iştirakı ilə söhbət aparılmış, həmin vaxt uşaqların hər ikisi biri-birindən ayrılmaq istəmədiklərini və atalarının himayəsində yaşamaq istədiklərini bildirmişlər. Bu səbəbdən də, yetkinlik yaşına çatmayan Məhəmməd və Ömərin atalarının himayəsində qalmaları məqsədə müvafiq hesab olunmuşdur. Məhkəmə iclasında fikri dinlənilmiş 18 oktyabr 2012-ci il təvəllüdlü X7 bildirmişdir ki, hazırda qardaşı Ömər ilə birlikdə ataları ilə birlikdə qalırlar. O, Zaqatala şəhəri Zəfər Murtuzəliyev adına tam orta məktəbin 4-cü sinfində, qardaşı Ömər isə birinci sinfində təhsil alır. O, atası İddiaçı yanında qalmaq istəyir. Belə ki, anaları Əminə onları qorxuzaraq onun yanında qalmasını təkid etmiş, onu seçməzlərsə ataları onları gələcəkdə internat məktəbinə qoyacağını bildirmişdir. O və qardaşı analarının yanına gedib evdə bir az səsküy salarkən sonuncu onlara “kökünüz kəsilsin, südüm sizə haram olsun” demiş və onları vurmuşdur. O, və qardaşı Ömərlə birlikdə yaşamaq istəyirlər. Bu səbəbdən də, onlar anasının yanında deyil, atasının yanında qalmaq istəyirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər nikahlarını xx.xx.2011-ci il tarixdə bağlamışlar. Onların birgə nikahından xx.xx.2012-ci ildə Məhəmməd və xx.xx.2015-ci ildə Ömər doğulmuşdur. Cavabdeh müalicəsi ilə bağlı ölkə xaricində olduğu vaxt iddiaçı başqa qadınla faktiki ailə qurmuşdur. Ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olsa da, aralarında boşanmadan sonra uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən edən saziş yoxdur. Fikri dinlənilmiş Məhəmməd atasının yanında qalmaq istəyir. Qəyyumluq və himayə orqanı da, uşaqların atalarının yanında qalmasını məqəsdəuyğun hesab etmişdir. Məhkəmə 10 yaşına çatmamış Məhəmmədin atasının yanında qalmaq barəsindəki fikrinin və Qəyyumluq və himayə orqanının həmin fikrə əsaslanan rəyinin nəzərə alınmasının mümkün olmadığı nəticəsinə gəlir. İlk öncə Qəyyumluq və himayə orqanı rəyini xx.xx.2012-ci il təvəllüdlü Məhəmmədin atasının yanında qalmaq barəsindəki fikri, cavabdehin Rusiya Federasiyasının vətəndaşı olması və hazırda xərçəng xəstəliyindən mütamadi olaraq müalicə olunması ilə əsaslandırılsa da, iş üzrə olan sübutlarla fikiri dinlənilmiş Məhəmmədin və qardaşının analarından ayrılmalarına əsas ola biləcək müstəsna şəraitin mövcudluğu təsdiq edilməmişdir. 18 oktyabr 2012-ci il təvəllüdlü Məhəmməd özünün və qardaşının ataları ilə qalmasını istəyir, deməsinə görə atalarını daha çox sevirlər Bununla bağlı məhkəmə qeyd edir ki, 10 yaşı tamam olmamış uşağın fikri həlledici deyil. Bundan başqa, uşaq öz fikirlərini yalnız onunla əsaslandırmışdır ki, atasını çox istəyir, bu isə hazırkı vəziyyətdə təbiidir, çünki uşaqlar analarının müalicəsi dövründə ataları ilə birlikdə yaşamış və onunla daha çox ünsiyyətdə olmuşlar. Himayəsində olduqları ögey ananın isə uzun müddət üzrlü səbəbdən onlara görüşə bilməyən doğma anaları barədə uşaqlara hansı məlumatlar verməsi bəlli deyil. Bəlli olan odur ki, uşaqlar doğma analarının onlara görüşə bilməməsinin ölkə xaricində müalicəsinin səbəb olmasından xəbərsizdirlər. Bu halın isə uşaqlarda analarına qarşı əsassız inciklik hissi yaratması istisna deyil. Bundan başqa, iddiaçı tələbini cavabdehin ailəsinin yanına Rusiya Federasiyasına yaşamaq üçün getməsi ilə bağlı azyaşlı uşaqlarının onun himayəsində qalması ilə əsaslandırsa da, yanaşı yoxlanılmış sübutlarla cavabdehin uşaqlarından imtina etmədiyi, yalnız müalicəsi ilə bağlı ölkə xaricinə getdiyi və KOVİD virusunun səbəb olduğu epidemiya ilə bağlı sərhədlərin qapanmasına görə bir müddət Azərbaycan Respublikasına qayıda bilmədiyi təsdiq edilmişdir. İddiaçı eyni zamanda uşaqlarının qayğısına hal-hazıradək özünün və valideynlərinin qaldığını iddia etmişdir. Məhkəmə, iddiaçının həmin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, iş üzrə sübutlarla uşaqların qayğısına bu işdə hər hansı məsuliyyət daşımayan iddiaçının valideynlərinin qalması təsdiq olunmur. Tərəflərin birgə nikahından doğulmuş uşaqlarına iddiaçı tərəfindən qulluq və qayğının həyata keçirilməsi isə istənilən halda cavabdehin həyata keçirə biləcəyindən keyfiyyətcə aşağıdır. Bundan başqa, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəflərin birgə nikahından doğulmuş uşaqlarını faktiki nikah münasibətində olduğu X3 himayəsinə vermişdir. Uşaqlara qulluq və qayğı da sonuncu tərəfindən həyata keçirilir. Nəticədə tərəflərin himayəsində və məsuliyyəti altında, məhəbbəti və mənəvi-maddi təminatı mühitində böyüməli, eləcə də valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, ləyaqətlərinə hörmət olunması hüququna malik olmalı olan uşaqlar faktiki olaraq valideyn himayəsindən məhrum olmuşlar. Məhkəmə, onu da qeyd etməyi zəruri sayır ki, uşaqlarının tərbiyəsinə, sağlamlığına, psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyan cavabdeh, bu işdə hər hansı məsuliyyəti olmayan X6 müqayisədə doğma uşaqlarının tərbiyəsində üstün hüquqlara malik olduğundan, uşaqların cavabdehin yanında saxlanılmaması, anası sağ olduğu halda uşaqların ögey ananın himayəsində saxlanılması xarakteri daşıdığından, hələ 10 yaşı tamam olmamış Məhəmmədin öz üstün tutulmalı və daha yaxşı təmin edilməli maraq və mənafelərinə zidd olan fikri və Qəyyumluq və himayə orqanının həmin fikrə əsaslanan rəyi nəzərə alına bilməz. Məhkəmə eyni zamanda boşanmadan sonra uşaqlarının onun deyil ögey ananın himayəsində saxlanılması xarakteri daşıyan qaydada həll edilməsinin sağlamlığını yenicə bərpa etməkdə olan ananın səhhətinə mənfi təsirini də nəzərə alır. Məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalı, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının ana nəvazişinə, qulluğuna və qayğısına daha çox ehtiyacları olduğundan, eləcədə analarından ayrılmaları üçün əsaslar olmadığından, iddia həmin hissədə rədd edilməli, boşanmadan sonra uşaqların cavabdehin yanında qaldıqları müəyyən edilməli və uşaqlar iddiaçıdan alınıb cavabdehə verilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(033)-1056/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında Zaqatala rayonu Qeydiyyat Şöbəsində 24 noyabr 2011-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 308 nömrə ilə qeyd edilmiş nikahın pozulması, iddianın qalan hissədə rədd edilməsi, tərəflərin birgə nikahından 18 oktyabr 2012-ci ildə doğulmuş X7 və 06 mart 2015-ci ildə doğulmuş X8 Cavabdeh himayəsində saxlanılmaları, 18 oktyabr 2012-ci ildə doğulmuş X7 və 06 mart 2015-ci ildə doğulmuş X8 İddiaçı alınıb Cavabdeh verilməsi, İddiaçı ödədiyi 20 (iyirmi) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17, 19, 22, 49, 52 və 58-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş AZ-İİ N 327228 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını 24 noyabr 2011-ci ildə 308 nömrə ilə rəsmiləşdirmişlər. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV 360825 saylı və AZ-İV 360824 saylı doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X7 18 oktyabr 2012-ci ildə, X12 06 mart 2015-ci ildə doğulmuşdur. Ataları İddiaçı və anaları Cavabdehdır. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli müayinə aktından görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan İddiaçı mənzil-məişət şəraitinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sözügedən evin ümumi sahəsi 190 kvm, yaşayış sahəsi 150 kvm, 5 otaqlı, mətbəxi və sanitar qovşağı olan 2 mərtəbədir. Həmin evdə İddiaçı atası, anası və 2 azyaşlı övladı ilə birgə yaşayır. Bu evdə həyat şəraiti qənaətbəxşdir İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli müayinə aktından görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Cavabdeh mənzil-məişət şəraitinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sözügedən evin ümumi sahəsi 150 kvm, yaşayış sahəsi 90 kvm, 3 otaqlı, mətbəxi və sanitar qovşağı olan 1 mərtəbədir. Həmin evdə Cavabdeh anası ilə birgə yaşayır. Bu evdə həyat şəraiti qənaətbəxşdir. İş materiallarına əlavə edilmiş X10 Nazirliyinin N.N.Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzi tərəfindən verilmiş həkim-nevroloqun 21 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh aşağı ətrafın birləşdirici və yumşaq toxumalarının bədxassəli yeni törəməsindən, bud nahiyyəsinin desmoid tipli aqressiv fibromatoz diaqnozu ilə xəstədir. Onkoloq həkim nəzarətində olması məsləhət görülür. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 15 noyabr 2021-ci il tarixli rəyində göstərilmişdir ki, 2012-ci il 18 oktyabr tarixdə anadan olmuş X7 və 2015-ci il 06 mart tarixdə anadan olmuş X12 hüquqşünas və psixoloqun iştirakı ilə dinlənilmişdir. Söhbət zamanı uşaqlar atasını daha çox sevdiyini, hazırda atasının yanında yaşadıqlarını və atasının onlara yaxşı baxdığını, qayğı göstərdiyini və anası ilə ünsiyyətdə olmaq şərti ilə atasının yanında qalmaq istədiklərini bildirmişlər. Söhbət zamanı Cavabdeh Rusiya Federasiyası vətəndaşı olması və hazırda xərçəng xəstəliyindən mütəmadi olaraq müalicə olunması aydınlaşdırılmışdır. İddiaçı bir evdə yaşadığı yeni həyat yoldaşı X9 yazılı izahat verərək azyaşlılar Məhəmməd Məmmədlini və Ömər Məmmədlini öz doğma övladları kimi sevdiyini, qayğı göstərdiyini onların tərbiyəsi, dərsləri ilə mütəmadi olaraq maraqlandığını və bundan sonra diqqət və qayğı göstərəcəyinə söz verdiyini bildirmişdir. 18 oktyabr 2012-ci il təvəllüdlü X2 fikrini və 06 mart 2015-ci il təvəllüdlü X8 mənafeyini nəzərə alınaraq və uşaqları bir-birindən ayırmamaq məqsədi ilə birgə ataları İddiaçı himayəsində saxlanılması uşaqların mənafeyinə uyğundur. Uşaqların atada qalması ananın uşaqlarla ünsiyyətini istisna etmir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə belə bir fikir yazmaqla nümayiş etdirmək istəmişdir ki, iddiaçı öz azyaşlı uzaqlarını analarından ayırır. Lakin Qəyyumluq və Himayə orqanının rəyində qeyd olunur ki, uşaqların atada qalması ananın uşaqlarla ünsiyyətini istisna etmir. Bundan başqa İddiaçı məhkəmə iclasında dəfələrlə qeyd etmişdir ki, uzaqların anaları ilə görüşməsində, ünsiyyət qurmalarında onun tərəfindən heç bir problem yoxdur və yaradılmamışdır. İddiaçı arvadı Cavabdeh və uşaqları ilə birlikdə 2017-ci ildə öz iş yerindən məzuniyyət götürməklə cavabdehin valideynlərinin yanına cavabdehin xəstəliyini müayinə etmək üçün getmişdir. Cavabdehin valideynləri Rusiyada bir otaqlı şəraitsiz mənzildə yaşadıqları məlum olmuşdur. Cavabdeh Rusiyada müayinə olduqdan sonra, onun müalicəsinə başlanıldıqdan sonra İddiaçı uşaqları götürüb Azərbaycana qayıtmışdır. Həmin dövrdə cavabdeh əməliyyat olunmuş 7-8 ay Rusiyada qaldıqdan sonra 3 ay müddətinə Azərbaycana gəlmiş, daha sonra yenə uzun müddətli Rusiyaya qayıtmış, sonuncu dəfə isə 4 ilə yaxın müddətdə Azərbaycana uşaqlarının yanına gəlməmişdir. Məhkəmə isə yazır ki, covid viruslu səbəbli sərhəddi keçə bilməmişdir. Bu doğru deyil, məhkəmənin belə bir nəticəyə gəlmək, üçün heç bir əsası və sübutu yoxdur, Bunun əksi olaraq' bildiririk ki, cavabdeh Rusiya vətəndaşı olsa da Azərbaycanda yaxın qohumu (rəsmi nikahlı əri və doğma uşaqları) olduğunu əsas göstərərək sərhəddi keçmək imkanına malik olmuşdur və onu da qeyd etmək istəyirəm ki, cavabdeh son bir neçə ildə Azrbaycana və uşaqlarının yanma gəlmədiyi halda iddiaçının başqa bir qadınla ailə həyatı qurduğunu və məhkəməyə nikahın pozulması ilə əlaqədar müraciət etdiyini eşidən kimi dərhal Azərbaycana gəlmişdir. Məhkəmənin bü fikrinə qarşı bildirmək istəyirik ki, uşaqlara iddiaçının valideynlərinin qullıfq göstərməsinin, qayğısına qalmasının təsdiq olunubolunmaması hazırki iş üzrə mübahisə mövzusu deyildir, buna qiymət verməyə ehtiyac yoxdur. Qaldı ki, məhkəmənin uşaqlara hansı valideynin keyfiyyətcə aşağı və yaxud da yuxarı qulluq və qayğının həyata keçirilməsinin müəyyən etməsi üçün eksperiment keçirməlidir, müşahidə olunmalıdır. Məhkəmə hesab etmişdir ki, uşaqlara uşaqların atası İddiaçı göstərəcəyi qulluq və qayğı, uşaqların anası olan, Rusiya vətəndaşı, Azərbaycan Respublikasında daimi yaşayış ünvanı və evi, işi və əmək haqqı, qazancı olmayan, səhhəti ilə əlaqədar ağır xəstəliyə düçar olmuş və nəticədə uşaqları məhkəmə yolu ilə ölkədən çıxardaraq Rusiyaya apararaq Rusiya vətəndaşı etmək istəyən Cavabdeh göstərəcəyi qulluq və qayğıdan keyfiyyətcə aşağıdır. Bu tamamilə absurtdur. Heç bir sübut ilə təsdiq olunmur. Məhkəmənin mülahizələridir. Məhkəmənin yazdığı bu fikirdən görünür ki, məhkəmə uşaqların atası olan İddiaçı valideyn hesab etmir, sanki məhkəmə uşaqların yaşadığı həyat və şəraiti müşahidə etmiş və buna görə də valideyn hfmayəsindən məhrum olunduqları nəticəsinə gəlmişdir. Lakin məhkəmə yuxarıda, qətnamənin bir neçə abzasında qeyd etmişdir ki, 10 yaşı tamam olmamış Məhəmmədin atasının yanında qalmaq istəməsinə dair fikri nəzərə alma bilməz. Lakin başqa yerdə yazmışdır ki, uşaqlar valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması hərtərəfli inkişafı ləyaqətlərinə hörmət olunması hüququna malik olmalıdırlar. Məhkəmə burada bir birinə zidd fikirlər söyləyir, bir tərəfdən deyir ki, uşaqın fikri nəzərə alınmalı, digər tərəfdən deyir, uşağın atasının yanında qalmasına dair fikri nəzərə alına bilməz. Lakin məhkəmə bu fikirlərini heç bir sübutla əsaslandıra bilmir. Ona görə də, Zaqatala rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)- 1056/2021 saylı qətnaməsinin, iddianın rədd edilən hissəsinin, yəni "Tərəflərin birgə nikahından 18 oktyabr 2012-ci ildə doğulmuş X2 və 06 mart 2015-ci ildə doğulmuş X8 Cavabdeh himayəsində saxlanılmaları, 18 oktyabr 2012-ci ildə doğulmuş X2 və 06 mart 2015-ci ildə doğulmuş X8 İddiaçı alınıb Cavabdeh verilməsi, hissəsinin ləğv edilməsinə, həmin hissədə uşaqların iddiaçının himayəsində saxlanılmalarına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)-1056/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 17.2-ci maddəsinə əsasən yetkinlik yaşyına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi, ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə, ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda müvafiq icra hakimiyyəti orqanında aparılır. 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşyına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 22.2.1-ci maddəsinə əsasən nikah pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən təbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Qərarlar: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Həmin Bəyannamədə göstərilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsində göstərilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeyləri tam həcmdə nəzərə alınmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün AM-in 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88- ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və AM-in 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Qərarının 7.6-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zaqatala rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)- 1056/2021 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(107)-486/2022 nömrəli qərardadı ilə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyul 2022-ci il tarixli 11/211 saylı rəyində göstərilmişdir: Cavabdeh və İddiaçı hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində və tərbiyə üslubunda azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək əlamətlər müəyyən olunmur. Valideynləri və digər yaxın qohumları arasındakı münasibətlərdə mövcud olan gərginlik, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X8 emosional-iradi sferalarına sirayət etməklə, halhazırda onların psixoloji vəziyyəti qənaətbəxş deyildir. xx.xx.2015-ci il təvəllüdlü X12 psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədə maraqlarına toxunan məsələlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik deyildir. xx.xx.2012-ci il təvəllüdlü X2 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı üzə çıxmır. xx.xx.2015-ci il təvəllüdlü X8 hal-hazırda anası Cavabdeh və atası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması, o cümlədən ayrı yaşayan valideyn ilə görüş qaydasının müəyyən olunması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. Yuxarıda göstərilən ekspert rəyindən də görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X8 halhazırda anası Cavabdeh və atası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. Bu hal onun anasının yanında qalmalı olmasını, eyni zamanda, xx.xx.2015-ci il təvəllüdlü X8 xx.xx.2012-ci il təvəllüdlü qardaşı X1 ayrı yaşamamasını zəruri edir. İş üzrə iddiaçı və cavabdehin Zaqatala rayon Yuxarı Tala kəndində qonşuluqda yaşamaları uşaqların birbirindən ayrı yaşayan hər iki valideynlə müntəzəm ünsiyyətdə olmalarına zəmin və şərait yaradır. Birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiklərinin əksinə olaraq hazırki iş üzrə yuxarıda göstərilənləri əsas götürərək qəbul etdiyi qətnamə ilə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(033)-1056/2021 saylı qətnaməsi mübahisələndirilən - tərəflərin birgə nikahından 18 oktyabr 2012-ci ildə doğulmuş X2 və 06 mart 2015-ci ildə doğulmuş X8 Cavabdeh himayəsində saxlanılmaları, 18 oktyabr 2012-ci ildə doğulmuş X2 və 06 mart 2015-ci ildə doğulmuş X8 İddiaçı alınıb Cavabdeh verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 80 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(033)-1056/2021 saylı qətnaməsi mübahisələndirilən - tərəflərin birgə nikahından 18 oktyabr 2012-ci ildə doğulmuş X2 və 06 mart 2015-ci ildə doğulmuş X8 Cavabdeh himayəsində saxlanılmaları, 18 oktyabr 2012-ci ildə doğulmuş X2 və 06 mart 2015-ci ildə doğulmuş X8 İddiaçı alınıb Cavabdeh verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 80 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar