Məhkəmə qərarları › İş №2(107)-487/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-487/2021

17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-487/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrliyi və məruzəsində), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilmiş və ödənimiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün təyin olunmuş alimentin miqdarının azaldılması və onlar yetkinlik yaşına çatana qədər hər ay hər uşağa 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-841/2019 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş qızı Sümeyya Dinbazova və xx.xx.2014-cü ildə anadan olmuş qızı Əsma Dinbazovanın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Onu da qeyd etmək istəyir ki, Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən cavabdeh hər uşağın saxlanması üçün 160 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını iddia etmişdir. xx.xx.2020-ci il tarixli, 2(033)-347/2020 saylı qətnamə çıxaran Zaqatala Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(033)-841/2019 nömrəli qətnamə ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğinin artırılaraq 130 manat məbləğində müəyyən edilməsini qət etmişdir. Bildirir ki, o, birinci qrup əlildir. Başqasının baxımına ehtiyacı var. Anasının himayəsindədir. Ona 65 yaşlı ahıl, ürək və digər xəstəliklərdən əziyyət çəkən anası qulluq edir. O, hal-hazırda yalnız anasının himayəsində həm mənəvi, həm də maddi dəstək alaraq yaşayır. Anası da yaşlanır, maddi köməklik göstərməyə artıq gücü çatmır. Bütün bunlara əsasən hesab edir ki, uşaqlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə cavabdehin uşaqların saxlanılması üçün ondan tutulan alimentin miqdarının çoxaldılmasına dair iddia tələbini təmin olunmadan saxlamalı idi. Lakin Zaqatala Rayon Məhkəməsi onun birinci qrup əlil olmasını, başqasının qulluğuna ehtiyacı olmasını və eyni zamanda, cavabdehin gəlirlərini nəzərə almadan, birtərəfli mövqe tutaraq qarşı tərəfin iddiasını təmin etmişdir. Belə ki, cavabdeh onun ödədiyi alimentdən əlavə, aylıq müavinət və ünvanlı sosial yardım alan vətəndaşdır. Hesab edir ki, yuxarıda göstərdikləri nəzərə alınaraq alimentin məbləği azaldılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci qrup əlildir. Fiziki iş və əmək qabiliyyəti yoxdur. Başqasının baxımına ehtiyacı var. Anasının himayəsindədir. Ona 65 yaşlı ahıl, ürək və digər xəstəliklərdən əziyyət çəkən anası qulluq edir. O, halhazırda yalnız anasının himayəsində həm mənəvi, həm də maddi dəstək alaraq yaşayır. Anasının ona maddi köməklik göstərməyə artıq gücü çatmır. Tələbkar isə ondan daha artıq gəliri olan biridir, ona alimentdən əlavə, dövlət tərəfindən aylıq müavinət və ünvanlı sosial yardım verilir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək aliment məbləğinin hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və aliment məbləğinin hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-347/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı birgə nikahından anadan olmuş xx xxxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-841/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 130 manat məbləğində müəyyən edilməsi, həmin məbləğin hər ay İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi, alimentin bu məbləğdə tutulmasının əvvəlinin hazırkı qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-347/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı birgə nikahından xx xxxxxxx 2011-ci ildə anadan olmuş X3 və xx xxxx 2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-841/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 manat məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı iş üzrə iddiaçı birinci qrup əlil olmasını və maddi imkanının aşağı olmasını səbəb gətirərək alimentin miqdarının azaldılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı hazırda həmin məbləğin ödənilməsində maddi cəhətdən çətinlik çəkdiyini bildirir və alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının gəlirinin az olması onun uşaqlarını lazımi səviyyədə saxlamaq vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaqlar qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsunlar. Qanunvericiliyin tələbinə görə uşaqlar minimum səviyyədə deyil, lazımi səviyyədə saxlanılmalıdırlar. Uşaqların saxlanması üçün müəyyən olunmuş hər uşaq üçün 130 manat, cəmi 260 manat alimentin azaldılaraq hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində tutulması barədə iddiaçının tələbi təmin edilərsə, alimentin miqdarı “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş 170 manat məbləğdən xeyli az olar ki, bu da yolverilməzdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə onu aşkar surətdə yerinə yetirə bilməyəcəyi öhdəliyin yükü altında qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 16 saylı Regional Ərazi filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli arayışından görünür ki, İddiaçı İ qrup (birinci dərəcə) əlilliyə görə 150 manat (bir yüz əlli) manat sosial müavinət və 130 (bir yüz otuz) manat Prezident təqaüdü alır. Zaqatala RİH-in Zaqatala şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 298 saylı arayışına əsasən, İddiaçı ailə tərkibi özündən və 1957-ci il təvəllüdlü anası X2 ibarətdir. Göründüyü kimi, İddiaçı İ dərəcə əlil olmaqla əmək qabiliyyətsiz şəxsdir, ondan əlavə gəlir əldə etməsi üçün əmək fəaliyyəti ilə məşğul olmasını tələb etmək mümkün deyildir. İddiaçının aylıq gəliri cəmi 280 manat təşkil edən dövlət yardımından ibarətdir ki, bu məbləğin 260 manatının alimentə tutulması iddiaçını dözülməz maddi durumda qoya bilər. Belə vəziyyətdə iddiaçının üzərinə hər ay iki uşaq üçün 260 manat aliment ödəmək öhdəliyinin qoyulması qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçı ayda 260 manat məbləğində aliment ödəmək iqtidarında deyil. Məhkəmə uşaqlar üçün alimentin miqdarının artırılması məsələsinə baxarkən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini nəzərə almalıdır. Həmin maddəyə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər... Bu baxımdan alimentin miqdarının artırılması tələbini irəli sürən iddiaçı cavabdehin maddi vəziyyətinin yaxşılaşmasını, gəlirlərinin artmasını, daha yüksək məbləğdə aliment ödəməyə imkanının yaranmasını əsaslandırmalıdır. Hər bir halda məhkəmə aliment təyin edərkən onun məbləğinin ilk növbədə, aliment ödəyəcək və aliment alacaq şəxslərin maddi və ailə vəziyyətlərinə mütənasib olmasına çalışmalıdır. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75-ci mаddəsinə görə, vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr... Vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini nəzərə almamış, uşaqların və cavabdehin mənafeləri ilə iddiaçının maddi imkanı və sağlamlıq durumu arasında mütənasibliyi mümkün qədər uzlaşdırmamış, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının ... pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətləri ilə bağlı diqqətəlayiq halları, habelə iddiaçının sağlamlıq durumunu (İ dərəcə əlil olmasını) nəzərə alaraq cavabdehin xeyrinə iddiaçıdan hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutulmasını məqsədəuyğun və qənaətbəxş hesab edir. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə kollegiyаsı bu nəticəyə gəlir ki, аpellyаsiyа şikаyəti qismən təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qətnаməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək Cavabdeh xeyrinə İddiaçı tutulmalı olan аlimentin miqdarı hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olmuş xx xxxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-347/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, İddiaçı hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutulub Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar