Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-499/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin və müayinə-müalicə xərclərinin azaldılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-875/2019 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-875/2019 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh ödənilən alimentin miqdarının azaldılaraq İddiaçı Mamedhəsən oğlundan hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh ödənilməsi, alimentin hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulmasının hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, X3 müayinə-müalicəsi üçün Cavabdeh ödənilən 100 (bir yüz) manat məbləği azaldılaraq İddiaçı hər ay 50 (əlli) manat məbləğinin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Mamedhəsən oğlu (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı məhkəməyə müraciət edərək İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-362 nömrəli qətnaməsi ilə uşağın müayinə-müalicə xərcləri üçün təyin olunmuş hər ay 100 manat pulun və İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-491 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün təyin olunmuş hər ay 200 manat alimentin azaldılaraq yarıya endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-362 nömrəli qətnaməsi ilə xx xxxxxx 2014-cü il təvəllüdlü X3 müayinə-müalicə xərcləri üçün təyin olunmuş hər ay 100 manat pulun azaldılaraq hər ay 50 manat müəyyən edilməsi və İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-491 nömrəli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 200 manat alimentin azaldılaraq hər ay 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə Mamedhəsən oğlu işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə Mamedhəsən oğlu izahat verərək göstərmişdir ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-362 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahda olduqları müddətdə doğulmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X3 müayinə-müalicə xərcləri üçün hər ay iddiaçıdan 100 manat pulun alınaraq cavabdehə ödənilməsi qət olunmuşdur. Bundan başqa İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-491 nömrəli qətnaməsi ilə Zeynəbin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçıdan 200 manat alimentin alınaraq cavabdehə ödənilməsi qət olunmuşdur. İddiaçı hazırda təyin olunmuş alimenti və müalicə xərcini ödəmək iqtidarında deyildir. İddiaçı cavabdehlə ayrıldıqdan sonra xx xxxxx 2018-ci il tarixdə yeni ailə qurmuş və yeni nikahından xx xxxx 2019-cu il tarixdə yeni övladı doğulmuşdur. Uşaq anadangəlmə fiziki cəhətdən zəif doğulduğundan uşağın müayinə-müailəcəsi üçün xeyli vəsait xərclənir. İddiaçı yeni ailə və uşağı ilə X1 vilayətində yaşayır. Qış mövsümü və havaların şaxtalı keçməsi ilə əlaqədar iddiaçı heç yerdə işləyə bilmir. Uşağın səhətində elə bir ciddi problem olmadan cavabdeh müayinə-müalicə xərci üçün iddiaçıdan ayda 100 manat pul alır. Bundan başqa uşağın hazırki yaş dövründə cavabdeh özü də uşağın maddi təminatının ödənilməsinə köməklik edə bilər. X2 vilayətinin Novokuznetsk şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2- 1401/2018 nömrəli qətnaməsi ilə yaşayış sahəsi, qeyri yaşayış sahələri və avtomaşının tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak olması müəyyən edilmiş və həmin əmlaklar üzərində tərəflərin payları müəyyən edilərək bölünmüşdür. Cavabdeh bu günədək bölgü üzrə öz payına sahib çıxmadığından, iddiaçı da öz payından istifadə edə bilmir. Ona görə də İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-362 nömrəli qətnaməsi ilə xx xxxxxx 2014-cü il təvəllüdlü X3 müayinə-müalicə xərcləri üçün təyin olunmuş hər ay 100 manat pulun azaldılaraq hər ay 50 manat müəyyən edilməsi və İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-491 nömrəli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 200 manat alimentin azaldılaraq hər ay 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq iddiaçının kifayət qədər imkanının olduğunu, məhkəmə qətnaməsi ilə ona düşən paydan iddiaçının istifadə edərək gəlir əldə etdiyini qeyd edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh аpellyаsiyа şikаyətləri vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə iş üzrə sübutlara düzgün qiymət verməmiş, uşağın saxlanılması üçün müalicə xərclərini İddiaçı maddi vəziyyətini nəzərə almaqla müəyyən etsə də aliment məbləğini təyin edərkən Ailə Məcəlləsində göstərilən halları nəzərə almamışdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-875 nömrəli qətnaməsinin alimentə dair hissədə dəyişdirilərək aliment məbləğinin 100 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Məhkəmə qətnamədə iddianın qismən təmin olunmasını yazmağına baxmayaraq iddianı faktiki olaraq tam təmin etmişdir. İddianı təmin edən məhkəmə 4 ay bundan əvvəl onu incidərək, eyni tələb üzrə verdiyi iddiaları eyni gündə ayrlıqda baxaraq birgə baxılmalı olan tələbləri bölərək 2 qətnamə çıxarmış, qəbul etdiyi qətnaməni hörmətdən salmış heç bir əsas olmadan alimentin və müaynə-müalicə xərclərini azaltmışdır. Bu zaman yalnız iddiaçının yalançı ifadələrinə istinad etmişdir. Əslində isə cavabdehin faktiki olaraq malik olduğu inamına gəlməyə imkan verir. Məhkəmə həm maddi, həm də prosesual hüquq normaların pozmuş, işdə olan subutları düzgün qiymətləndirməmiş, nəticədə əsassız bir qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunması, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-875/2019 nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasnı xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə özü tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasına ərizə ünvanlayaraq uşağın xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-875/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Kemerovskiy vilayətinin Novokuznetsk şəhər Məhkəməsinin xx xxxxx 2018ci il tarixli 2-1401/2018 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, avtomaşın, yaşayış sahəsi, qeyri yaşayış sahələri tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak kimi tanınmış və həmin əmlaklar üzərində tərəflərin payları müəyyən edilmişdir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin 2(037)-362 nömrəli xx xxxx 2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflərin birgə nikahda olduqları müddətdə doğulmuş X4 “Ensefolopatiya, qıcolma tutmaları, Miopiya, OU-qarışıq tipli astiqmatizm, anemiya” xəstəliyindən əziyyət çəkməklə bununla bağlı müayinə-müalicə olunduğundan xx xxxx 2019-cu il tarixdən başlayaraq iddiaçıdan hər ay sabit pul məbləğində 100 manat alınaraq xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X3 müayinə-müalicəsi üçün cavabdehə ödənilməsi qət olunmuşdur. İşdə olan İsmayıllı rayon Məhkəməsinin 2(037)-491 nömrəli xx xxxx 2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutularaq cavabdehə ödənilən alimentin miqdarı artırılaraq iddiaçıdan hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. İşdə olan AZ-İİ 202553 nömrəli xx xxxxx 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, iddiaçı xx xxxxx 2018-ci il tarixdə X5 ilə rəsmi nikah əsasında ailə qurmuşdur. İşdə olan İİİ-LO 843698 nömrəli xx xxxx 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, iddiaçının yeni nikahından xx xxxx 2019-cu il tarixdə X6 adlı bir uşağı doğulmuşdur. İşdə olan İsmayıllı RİHB-nın Təzəkənd İƏB üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 701 nömrəli arayışından müəyyən edilir ki, cavabdeh İsmayıllı rayon Təzəkənd kəndində yaşamaqla heç yerdə işləmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.2, 81.1, 81.2, 81.3 və 112.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinəəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-362 nömrəli xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahda olduqları müddətdə doğulmuş X4 “Ensefolopatiya, qıcolma tutmaları, Miopiya, OU-qarışıq tipli astiqmatizm, anemiya” xəstəliyindən əziyyət çəkməklə bununla bağlı müayinə-müalicə olunduğundan xx xxxx 2019-cu il tarixdən başlayaraq iddiaçıdan hər ay sabit pul məbləğində 100 manat alınaraq xx xxxxxx 2014- cü il tarixdə doğulmuş X3 müayinə-müalicəsi üçün cavabdehə ödənilməsi qət olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin 2(037)-491 nömrəli xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Zeynəb Ağayevanın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutularaq cavabdehə ödənilən alimentin miqdarı artırılaraq iddiaçıdan hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. İddaçının nümayəndəsi iddiaçının yeni ailə qurduğunu, yeni nikahından xx xxxx 2019-cu il tarixdə Həsən adlı bir övladının doğulduğunu, uşağın anadangəlmə fiziki cəhətdən zəif doğulduğundan uşağın müayinəmüailəcəsi üçün xeyli vəsait xərcləndiyini, qış mövsümü və havaların şaxtalı keçməsi ilə əlaqədar iddiaçının heç yerdə işləyə bilmədiyni, uşağın səhətində elə bir ciddi problem olmadan cavabdehin müayinə-müalicə xərci üçün iddiaçıdan ayda 100 manat pul aldığını, uşağın hazırki yaş dövründə cavabdehin özünün də uşağın maddi təminatının ödənilməsinə köməklik edə biləcəyini, X2 vilayətinin Novokuznetsk şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-1401/2018 nömrəli qətnaməsi ilə yaşayış sahəsinin, qeyri yaşayış sahələrinin və avtomaşının tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak olması müəyyən edildiyini və həmin əmlaklar üzərində tərəflərin paylarının müəyyən edilərək bölündüyünü, cavabdehin bu günədək bölgü üzrə öz payına sahib çıxmadığından iddiaçının da öz payından istifadə edə bilmədiyin qeyd edərək İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-362 nömrəli qətnaməsi ilə xx xxxxxx 2014-cü il təvəllüdlü X3 müayinə-müalicə xərcləri üçün təyin olunmuş hər ay 100 manat pulun azaldılaraq hər ay 50 manat müəyyən edilməsi və İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-491 nömrəli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 200 manat alimentin azaldılaraq hər ay 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə ünvanladığı ərizədə iddiaçının kifayət qədər imkanının olduğunu, məhkəmə qətnaməsi ilə ona düşən paydan iddiaçının istifadə edərək gəlir əldə etdiyini qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş edir. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-491 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində ağırlaşmağa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi izahatında aliment təyin olunduqdan sonrakı müddət ərzində iddiaçının yeni nikahından övladının olduğunu, iddiaçının qış mövsümü ilə əlaqədar heç yerdə işləyə bilmədiyini qeyd edir. İddiaçının sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, uşağın mənafeyini, tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq cavabdehə ödənilən alimentin miqdarı azaldılaraq iddiaçıdan hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə ödənilməsini, alimentin hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını, alimentin tutulmasının hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını qanuni hesab edir. İş üzrə göründüyü kimi məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçının nümayəndəsi izahatında Zeynəb Ağayeva adlı uşağın səhətində elə bir ciddi problem olmadan cavabdehin müayinə-müalicə xərci üçün iddiaçıdan ayda 100 manat pul aldığını, iddiaçının yeni doğulduğu uşağın anadangəlmə fiziki cəhətdən zəif doğulduğundan uşağın müayinə-müalicəsi üçün xeyli vəsait xərclədiyini qeyd edir. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-362 nömrəli qətnaməsi ilə iddiaçıdan hər ay sabit pul məbləğində 100 (bir yüz) manat alınaraq uşağın müayinəmüalicəsi üçün cavabdehə ödənilməsi qət edildikdən sonrakı müddət ərzində cavabdeh uşağı müayinə-müalicə etdirməsi və ya uşağın müayinə-müalicəsinə hər ay 100 manat pul xərcləməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi Zeynəb Ağayeva adlı uşağın mənafeyini, eyni zamanda iddiaçının yeni nikahından doğulmuş Həsən Ağayev adlı uşağın mənafeyini nəzərə alaraq X3 müayinə-müalicəsi üçün cavabdehə ödənilən 100 (bir yüz) manat məbləği azaldılaraq iddiaçıdan hər ay 50 (əlli) manat məbləği alınaraq cavabdehə ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyatorların apelyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan apelyatorlar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-875/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-875/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-499/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-499/2020
12.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver