Məhkəmə qərarları › İş №2(107)-514/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-514/2025

15.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-514/2025 15.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs Şəki rayon Mərkəzi X2rşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqı tələbi, qüvvə) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs Şəki rayon X10 Hüquqi Şəxsinin nümayəndələri X6 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs Şəki rayon Mərkəzi X2rşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin e-2(075)-244/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixindən 11 günlük, kəsilmiş əmək haqqının, hər gecikdirilən gün üçün 1%-lik əlavəsi ilə ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “TƏBİB” PHŞ-nin tabeliyində, Şəki RMX PHŞ-nin xx.xx.2024-cü il tarixli, 200 saylı ezamiyyə göndərişi əsasında, xx.xx.2024-cü il tarixində həkim-uroloq olaraq əmək fəaliyyəti göstərdiyi Şəki RMX PHŞ-nin cərrahiyə şöbəsini tərk etməklə, öz maddi hesabına xx.xx.2024-cü il tarixində, Bakı şəhərində yerləşən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna çatmış və təkmilləşdirmə kursuna başlamışdır. Ancaq, “TƏBİB” PHŞ-nin, Şəki RMX PHŞ-nin mühasibatlığı, ona ezamiyyə vərəqəsi verilən zaman, 1 gün müddətində bank hesabına köçürəcəyinə söz verdiyi, ezamiyyə xərclərini köçürməmiş və bununla da onun Bakı şəhərində X1 kursu davam etdirməyi maddi cəhətdən mümkün olmamışdır. Bundan sonra o, ancaq geriyə qayıda bilməyi üçün, lazım olan maddi vəsaiti borc olaraq əldə etdikdən sonra Şəkiyə qayıda bilmişdir. Onun Şəki RMX PHŞ-nin mühasibatlığına, ezamiyyə pulunun köcürülməməsi ilə bağlı şifahi sorğu cavablandırılmamışdır. Beləliklə, Şəki RMX PHŞ-nin mühasibatlığı, Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli, Q-01 saylı Qərarının 5-ci bəndinin tələblərini kobud surətdə pozmaqla, onun ezamiyyə xərclərimi ödəməməklə, kursun uğurla nəticələnməsinə mane olmuşdur. Qeyd edilənlərdən əlavə, Şəki RMX PHŞ-nin mühasibatlığı xx.xx.2024-cü il tarixindən 11 günlük əmək haqqını, yəni ezamiyyətə göndərildiyi müddət üçün nəzərdə tutulan hissəsini kəsmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(075)-244/2025 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nə qarşı xx.xx.2024-cü il tarixindən 11 günlük, kəsilmiş əmək haqqının, hər gecikdirilən gün üçün 1%-lik əlavəsi ilə ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

4. İddiaçı "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il 18-1-71/3-1- 952/2024 nömrəli əmrinə əsasən Cərrahiyyə şöbəsində həkim-uroloq vəzifəsində işləyir. İddiaçı 20 may 2024-cü il tarixdən 12 günlük Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna ixtisaslaştırma kursuna ezam edilmişdir. Hazırda iddiaçı əmək haqqının ödənilməsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixindən ezamiyyətdə olmasına baxmayaraq qanunsuz heç bir əsas olmadan əmək haqqının ödənilməməsinə görə həmin günlərin hesablanaraq ona pul ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 20 may 2024-cü il tarixdən 12 günlük Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna ixtisaslaştırma kursuna ezam edilsə də, ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı ona verilmədiyindən 2 gün ərzində kursda iştirakını təmin etmiş, lakin sonrada o, ezamiyyəyə getməkdən imtina etmişdir. Bu hal həm iş materiallarında olan sənədlərlə, həm də iddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqlənir. Belə ki, iddiaçı bununla bağlı rəhbərliyə imtina etməsinin səbəbləri barədə öncədən məlumat verdiyini bildirsə də, məhkəmə tərəfindən onun göstərdiyi səbəblər əmək vəzifələrini pozmaq üçün əsaslı səbəblər kimi qəbul edilmir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında rəhbərlikdən onun ezamiyyə pulu kimi avans verilməsini xahiş etdiyini qeyd etsə də, o, bununla bağlı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı ezamiyyəyə getməkdən imtina etməsinə baxmayaraq həmin müddətlərdə iş yeri olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində də iş yerində olmamışdır.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

5. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək vəzifələri pozması barədə sənədlərə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarında olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin 2024-cü ilin may ayı üçün iş vaxtının uçot tabelindən görünür ki, iddiaçı 2 gün ərzində kursda iştirakını təmin etdiyindən ona ezamiyyətin müddətinə uyğun olaraq ezamiyyə pulu ödənilmişdir.

6. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

7. Ona görə də İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nə qarşı xx.xx.2024-cü il tarixindən 11 günlük, kəsilmiş əmək haqqının, hər gecikdirilən gün üçün 1%-lik əlavəsi ilə ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

8. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 11, 154, 179, 192 və 194-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, TƏBİB PHŞ-nin Şəki RMX PHŞinin xx.xx.2024-cü il tarixli, 200 saylı ezamiyyə göndərişi əsasında, iş üzrə iddiaçının, xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda qeydiyyata düşməsi faktı düzgün araşdırılmamışdır. Belə ki, şəxsin kursa getməsi və qeydiyyata alınması təsdiqlənirsə, deməli onun geri qayıtmasının səbəbləri də araşdırılmalı idi. İş üzrə iddiaçı, ezam olunduğu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda xx.xx.2024-cü il tarixdə qeydə alınmış, xx.xx.2024-cü il tarixdə isə xaric edilmişdir. xx.xx.2024-cü il ölkədə bayram, 29 və xx.xx.2024-cü il tarixlərində isə, iddiaçının məhkəmə çağrışının olmasına dair təqdim etdiyi mötəbər sübutlar nəzərə alınmamışdır. TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-inin xx.xx.2024-cü il tarixli, 200 saylı ezamiyyə göndərişi əsasında, iş üzrə iddiaçının, xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda qeydiyyata düşməsi faktı düzgün araşdırılmamışdır. Belə ki, şəxsin kursa getməsi və qeydiyyata alınması təsdiqlənirsə, deməli onun geri qayıtmasının səbəbləri də araşdırılmalı idi. İş üzrə iddiaçı, ezam olunduğu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda xx.xx.2024-cü il tarixdə qeydə alınmış, xx.xx.2024-cü il tarixdə isə xaric edilmişdir. xx.xx.2024-cü il ölkədə bayram, 29 və xx.xx.2024-cü il tarixlərində isə, iddiaçının məhkəmə çağırışının olmasına dair təqdim etdiyi mötəbər sübutlar nəzərə alınmamışdır. “TƏBİB” PHŞ-nin, Şəki RMX PHŞ-nin mühasibatlığı, iddiaçıya ezamiyyə vərəqəsi verilən zaman, 1 gün müddətində bank hesabına köçürəcəyinə söz verdiyi, ezamiyyə xərclərini köçürməsi və bununla da iddiaçının Bakı şəhərində X1 kursunun davam etdirməsinə, maddi zəmin yaratması üçün xərclərin avansını ödəməsi faktı sübut edilməmişdir.

11. Odur ki, Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(075)-244/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(075)-244/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs Şəki rayon X10 Hüquqi Şəxsinin nümayəndələri X9 və X8 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(075)-244/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 11-ci maddəsinin “c” bəndinə əsasən işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək işəgötürənin əsas hüququdur. 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 179-cu maddəsinin “x” bəndinə əsasən yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə İşçilərin iş yeri və orta əmək haqqı saxlanılır. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. “İşçilərin ezamiyyə Qaydaları”nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qaydaların 1-ci hissəsinin 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Göstərilən Qaydaların 1-ci hissəsinin 5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Eyni Qaydaların 1-ci hissəsinin 11-ci bəndinə əsasən bu Qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə xərcləri büdcədən maliyyələşdirilən təşkilatlarda xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(075)-244/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(075)-244/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

23. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01888 nömrəli ilkin X7 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 09:30 - 10:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin X7 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞnin etibarnamə üzrə nümayəndəsi ilkin X7 etməmişlər.

24. İşdə olan xx.xx.2024-cü il tarixli ezamiyyə vərəqindən görünür ki, İddiaçı 21 may 2024-cü il tarixdən 12 gün müddətinə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna ixtisaslaştırma kursuna ezam edilmişdir.

25. İşdə olan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs Şəki rayon X10 Hüquqi Şəxsinə ünvanlanmış 02 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Urologiya kafedrasının müdiri professor, Cavadzadə S.M. oğlu tərəfindən "Aşağı sidik yollarının xəstəlikləri" kursunun həkim müdavimi İddiaçı 4 tədris günü (24 saat) 22,23,24 və 27 may tarixlərində dərslərdə iştirak etməməsi barədə cərrahiyyə fakültəsinin dekanına rəsmi məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə təqdimat yazılmış və institutun daxili nizamintizam qaydalarına əsasən həkim kursdan kənarlaşdırılmışdır.

26. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs tərəfindən İddiaçı ünvanlanmış əmək münasibətləri haqqında 12 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, onun əmək hüquqlarınn pozulması haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğundan xx.xx.2024-cü il tarixli 2-2-173/2-114794/2024 nömrəli məktubla daxil olmuş müraciətinə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsdə (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdən verilən rəsmi məlumata əsasən onun sertifikasiyadan keçmədiyinə görə qeyd olunan ixtisas üzrə praktik tibb fəaliyyətinə buraxılmadığınız müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı ziddiyətli məsələlərə fərdi əmək mübahisəsi predmeti hesab olunduğundan bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, işçi fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

27. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin 2024- cü ilin may ayı üçün iş vaxtının uçot tabelindən görünür ki, iddiaçı 2 gün ərzində kursda iştirakını təmin etdiyindən ona ezamiyyətin müddətinə uyğun olaraq ezamiyyə pulu ödənilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(075)-244/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Göründüyü kimi iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(075)-244/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar