Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-525/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-963/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxx 2020-ci il tarixli, 2(019)-963/2020 nömrəli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, xx xxxxxxx 2020ci il tarixdən başlayaraq xx xxxx 2019-cu ildə anadan olmuş Anqbazova Fatima Ömər qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi və bu hissədə qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu ildə anadan olmuş Anqbazova Fatima Ömər qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxx 2018-ci ildə rəsmi nikah bağlamadan Balakən rayonunun Meşəşambul kənd sakini Cavabdeh ilə evlənmişdir. Faktiki nikahlarından xx xxxx 2019-cu ildə Anqabova Fatima Ömər qızı adında bir uşaqları olmuşdur. İlk vaxtlar cavabdehlə mehriban yaşamaqla ailə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar aralarında baş vermiş narazılıqla əlaqədar 2020-ci ilin yanvar ayında cavabdehdən ayrılmışdır. Cavabdeh ayrıldıqdan sonra uşaq özünün himayəsində yaşayır. Cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır və uşağın saxlanmasında ona heç bir maddi yardım göstərmir. Ailə qanunvericiliyin tələblərinə əsasən cavabdeh də onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır, eyni zamanda uşağa baxmaq onun da vəzifəsidir. O özü heç yerdə işləmir, ailə vəziyyəti ağır olmaqla uşaqla birlikdə anasının himayəsində yaşayır. Ona görə da aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 2018-ci ildə rəsmi nikah bağlamadan İddiaçı ilə evlənmiş, birgə yaşadıqları dövrdə xx xxxx 2019-cu ildə Anqbazova Fatima Ömər qızı adında bir uşaqları olmuşdur. 2020-ci ilin sentyabr ayına kimi o, imkanı daxilində uşağın saxlanmasına kömək etmişdir. Bundan sonra da imkanı daxilində pul ödəyəcəkdir. Qeyd etdliklərini nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-963/2020 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apellyasiya şikayəti Cavabdeh tərəfindən onunla əsaslandırılmışdır ki, o, heç yerdə işləmir. İş materialında olan Meşəşambul kənd İcra nümayəndəliyinin verdiyi arayış sübüt edir ki, o, həqiqətən işsizdir. Bundan başqa, ev təsərrüfatı ilə məşğuldur. X1 İİ qrup əlildir və 130 manat pensiya alır. Atasının İİ qrup əlil olması və özünün heç yerdə işləməməsinə görə təyin edilmiş 170 manat aliment məbləğini ödəməyə qadir deyildir. Buna görə də onun vəziyyətini nəzərə alıb aliment məbləğini azaldaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, birlikdə yaşadıqları müddətdə cavabdeh uşağa çox yaxşı baxmış və uşağın bütün ehtiyaclarını ödəmişdir. O, apellyasiya şikayətindən narazıdır. Belə ki, o özü heç yerdə işləmir, maddi vəziyyəti ağır olmaqla, anasının himayəsində yaşayır. Anası da heç yerdə işləmir. Qızı Fatima xəstədir və onun mütamadi olaraq müalicəyə ehtiyacı vardır. Cavabdeh məhkəmənin ona kəsdiyi 170 manat alimenti ödəməyə maddi imkanı vardır. Onun ailə vəziyyəti isə olduqca acınacaqlıdır. Heç bir gəlir yeri yoxdur. O, Balakən Rayon Məhkəməsinin göstərilən qətnaməsini qanuni və əsaslı hesab edir. Uşağının xəstəliyi və maddi imkanının olmaması səbəbi ilə xx xxxxxx 2021-ci il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir. Buna görə də işə onun iştirakı olmadan baxılıb Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-963/2020 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir... Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-963/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2019-cu ildə anadan olmuş Anqbazova Fatima Ömər qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, işdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 277393 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Anqbazova Fatima Ömər qızı xx.xx.2019-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan Balakən rayon Meşəşambul kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 551 nömrəli arayışdan görünür ki, Cavabdeh İddiaçı ilə qeyri-rəsmi nikahla evlənmiş, 2020-ci ilin yanvar ayında ayrılmış, qeyri-rəsmi nikahlarından bir qız uşaqları olmuşdur. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı xx xxxx 2018-ci ildə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmişlər. Tərəflərin faktiki nikahlarından xx xxxx 2019-cu il tarixdə Anqbazova Fatima Ömər qızı adında bir uşaqları olmuşdur. Tərəflər 2020-ci ilin yanvar ayından ayrı yaşayırlar. Uşaq o vaxtdan iddiaçının himayəsindədir. Cavabdeh uşağa baxmaqda iddiaçıya bir neçə aydır ki, maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75-ci mаddəsinə görə, vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr... Vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşаq hüquqlаrı hаqqındа» Kоnvensiyаnın 3-cü mаddəsinə görə, sоsiаl təminаt məsələləri ilə məşğul оlаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti оrqаnlаr, yаxud qаnunvericilik оrqаnlаrı tərəfindən həyаtа keçirilib-keçirilməməsindən аsılı оlmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşаq hüquqlаrı hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnunun 3-cü mаddəsinə görə, uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğın zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə оlunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi fоrmаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən, uşağın Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq xərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq huququ vаrdır. “Аzərbаycаn Respublikаsındа yаşаyış minimumu hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununа əsаsən, uşаqlаr üçün yаşаyış minimumu 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 mаnаt müəyyən оlunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il təvəllüdlü Anqbazova Fatima Ömər qızının saxlanması üçün Cavabdeh uşaqlar üçün qanunla müəyyən olunmuş yaşayış minimumuna uyğun olaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını qət etməkdə düzgün qərar qəbul etmişdir. Uşaqlara ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az olmayan maddi təminat vermək valideynlərin borcudur. İddiaçı uşağı bilavasitə saxlamaqla, onun qida və geyimlə təminat və başqa qayğılarını bilavasitə çəkməklə bir valideyn kimi uşağı qarşısında daha çətin və əziyyətli vəzifələri yerinə yetirir. Həmin vəzifələrin yerinə yetirilməsi onun əmək fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək imkanlarını məhdudlaşdırır. Belə vəziyyətdə uşağın maddi təminatının da müəyyən hissəsini ananın (iddiaçının) öhdəsinə buraxmaq ədalətsiz olar. Ona görə də atadan (cavabdehdən) daha yüksək məbləğdə aliment ödənilməsinin tələb olunması təbii və başa düşüləndir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin alimentin miqdarına (məbləğinə) etirazının dəlilləri ilə razılaşmır və həmin dəlilləri qəbuledilməz sayır. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi isə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilmədən, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-963/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-963/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-525/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-525/2021
24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver