Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-529/2021 25.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ”bir uşağın saxlanılması üçün pensiyasının 50 faizi həcmində alimentin tutulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tаrixli 2(075)-1893/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “mülkiyyət hüququnun tanınması” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2020-ci il tаrixli 2(075)- 1893/2020 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-1893/2020 nömrəli qərardadından iddiaçı şikayət verərək onun işinə məhkəmədə baxılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məlmat ücün bildirir ki, nigahın pozulması barədə ərizəsi hakim Cahid İmanovun icraatında olub. Onda aliment tələbi ilə bağlı işi olmayıb. Uşaq onun himayəsinə veriləndən sonra uşağa aliment tələbi barədə məhkəmədə iddia qaldırmış aliment tələbi barədə xx xxxx 2020 ci il tarixli İş N-2(075) *** **** tarixli qətnamə ilə iddia tələbi təmin edilməmişdir ki, cavabdehin qazancı gəliri olması barədə sübut iddia ərizəsinə əlavə edilməyib. İkinci dəfə sübutu əldə edərək yəni cavabndehin 230 manat pensiya alması barədə arayışı ərizəsinə əlavə etməklə məhkəmə əmrin verilməsi barədə məhkəməyə ərizə vermişdir. Hakim Pərviz müəlim ərizəni geri qaytarıb ki, işdə tərəflər arasında mübahisə var əmr icraatı qaydasında baxıla bilməz. Mübahisə bütün işlərdə var da Axı sübut təqdim etmişdir ki, 230 manat pensiya alır. Məhkəmə tərəfləri çağırmadan necə müəyyən etdi ki, mübahisə var tərəfi cağırıb mübahisənin oldüğünu müəyyən edəndən sonra iddia icratına kecə bilərdi. Üçüncü dəfə iddia icraatı qaydasında məhkəməyə iddia ərizəsi vermişdir. Ərizədə qeyd etmişdir ki, cavabdehin poçt ünvanı və iddia qaldırmaq ücün zəruri sənədlər işdə vardır. Dördüncü dəfə iddia ərizəsi hakim Elçin Mhdiyevin icratına verilir. Hakim Elcin müəllim iddia ərizəsində cavabdehin poçt ünvanı və zəruri sənədləri əlavə etməməsi ilə bağlı ərizəsinin geri qaytarılması barədə qərardad çıxarıb. Axı qeyd etmişdir ki, poşt ünvanı işdə var zəruri sənədlər 2(075) S86/2020 saylı işdə var. Beşinci dəfədir ki, məhkəməyə müraciət edir. O, hər dəfə bu pandemiya dövründə Şəki rayonu Orta Zəyzid kəndindən gəlib vəkildən sorğu alıb DSMF-nin Şəki şəhər şöbəsindən cavabdehin pensiyasının nə qədər olması barədə arayışnı almalıdır? Məhkəmədə bu arayış digər sənədlər ola-ola. Onun kənddən hər dəfə şəhərə gəlmək üçün pulu da yoxdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1893/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı şikayətinin təmin edilməsi və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-1893/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-1893/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 230 manat əlillik pensiyasından yarısı olan 115 manat pulun hər ay ondan tutularaq xx xxxxxxxx 2019-cu il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə alimentin tutulması və ilk aliment tələbi barədə məhkəməyə ərizə verildiyi tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh haqqında məlumatları, yəni cavabdehin poçt ünvanını iddia ərizəsində göstərməli olduğu halda göstərməmiş, o, Cavabdeh poçt ünvanının işdə olduğunu qeyd etmişdir. Halbuki, qanunvericilikdə işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının iddia ərizəsində göstərilməli olduğu təsbit edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə kollegiyasının şifahi sorğusu əsasında alınmış Şəki şəhər İcra Hakimiyyəti başçısının “Orta Zəyzid” kəndindəki nümayəndəsinin xx xxxxxx 2021-ci il tarixli 44 nömrəli arayışında qeyd edilmişdir ki, Orta Zəyzid kəndində daimi qeydiyyatda olan İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh Xəlil qızı 2020-ci ildə boşanmışdır. Hazırda Əyyubova X2 şəhərinin “Qışlaq” adlanan ərazisində bizə məlum olmayan ünvanda atasına məxsus olan evdə yaşayır. Cavabdeh Xəlil qızı hazırda Orta Zəyzid kəndində yaşamır. Göründüyü kimi, Cavabdeh Şəki rayonu Orta Zəyzid kəndində yaşamır. Onun harada və hansı ünvanda yaşamasını iş materialları ilə müəyyən etmək mümkün deyildir. İddiaçı da cavabdehin harada və hansı ünvanda yaşamasını təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-1893/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-529/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-529/2021
25.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver