Məhkəmə qərarları › İş №2(107)-534/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-534/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-534/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-555/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdehh qızından 7900 manat pul və 30 manat dövlət rüsumunun cəmi, 7930 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-555/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdehh qızından 7900 manat pul və 30 manat dövlət rüsumu cəmi 7930 manat pulun alınıb iddiçıya verilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, Qax rayonu Qarabaldır kəndində yaşayır. Qax rayon Tasmalı kənd sakini Osmanov X1 ona və ailəsinə məxsus olan 1.4 ha fındıq bağını 2017-ci il tarixində 21000 (iyirmi bir min) manata anası X6ma satmışdır. Həmin alqısatqı müqaviləsi notariat ofisində təsdiq edilmişdir. Bağı satdıqdan bir müddət sonra onu əvvəllər icarəyə götürən Zaqatala rayonu Suvagil kənd sakini Həsən Məcidov bağdakı fındıq ağaclarını yuxarıdan kəsmişdir. Onu da qeyd edir ki, Həsən Məcidov illər əvvəl həmin torpağı İddiaçı nəğd pulla almış, fındıq ağacları əkmiş, lakin notariat qaydada rəsmlədirməmişdir. Fındıq ağacları yetişdikdən sonra İddiaçı Həsənov Məciddən xəbərsiz bağı ona satmışdır. Bundan sonra o İddiaçı bildirib ki, onun verdiyi pulun dəyərində bağda fmdıq ağacı qalmayıb və ona maddi ziyan dəydiyi üçün bağı geri qaytarmaq istəyir. O da cavabında deyib ki, pulun müəyyən hissəsini xərclədiyi üçün dəymiş ziyanın qarşılığında ona 7900 ( yeddi min doqquz yüz) manat pul verə bilər. Fmdıq bağı anasının X3 adına rəsmləşdirilmişdir. Uç ildir bağın onda olmağına baxmayaraq həmin bağdan heç bir məhsul yığa bilməmişdir. Aradan üç il müddət keçdikdən sonra İddiaçı ona verdiyi 7900(yeddi min doqquz yüz) manat pulu geri istəmiş və o da bildirmiş ki, həmin pulu ona dəymiş ziyanın qarşılığında ödəyib, buna görə də ona həmin pulu qaytara bilməyəcək. İddiaçı onunla razılaşmadığına görə Qax rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-555/2019 saylı qətnаməsi ləğv edilərək iddia rədd edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-555/2019 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı fındıq bağını satdıqdan bir müddət sonra bağdakı fındıq ağacları Həsən Məcidov tərəfindən qismən kəsildiyi üçün Cavabdeh bağı geri qaytarmaq istədiklərini bildirərək iddiaçıdan pulun bir hissəsini yəni 7900 (yeddi min doqquz yüz) manatını geri almış, bir müddət sonra isə bağı və iddiaçıdan aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh İddiaçı 7900 (yeddi min doqquz yüz) manat pulu alması həmin pulun alınmasını təsdiq edən və iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş qəbzlə və Cavabdeh etirafı ilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X2 ifadəsində göstərmişdir ki, Rüstəm fındıq bağını Sevilgilə 21000 manata satmışdır. Bağın qiymətibarədə danışıqlar aparılarkən o öz avtomobili ilə Rüstəmi aparıb-gətirmiş. Həmin danışıqlardada iştirak etmişdir. Bağ satıldıqdan sonra fındıq bağındakı ağaclar kəsildiyi üçün Sevil Rüstəmə həmin bağı geri qaytarmaq istədiyini bildirmiş və bağa görə Rüstəmə ödədikləri pulu geri tələb etmişdir. Rüstəm pulun bir hissəsim xərclədiyi üçün pulun 7900 (yeddi min doqquz yüz) manatını onun yanında Sevilə qaytarmış, qalanını da qaytaracağını bildirmişdir. Lakin Sevil 7900 manat pulu Rüstəmdən aldıqdan sonra nə fındıq bağını nə də aldığı pulu geri qaytarmışdır. Cavabdehin bəhanəsi bu olmuşdur ki, guya 7900 manat pulu kəsilmiş ağaclara görə Rüstəmdən almışdır. Lakin onların arasında heç zaman belə anlaşma olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmiş mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Apelyasiya şikayəti qalan hissədə əsaslı deyildir. Belə ki, İddiaçı fındıq bağını satdıqdan bir müddət sonra bağdakı fındıq ağacları Həsən Məcidov tərəfindən qismən kəsildiyi üçün Cavabdeh bağı geri qaytarmaq istədiklərini bildirərək iddiaçıdan pulun bir hissəsini yəni 7900 (yeddi min doqquz yüz) manatını geri almış, bir müddət sonra isə bağı və iddiaçıdan aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh İddiaçı 7900 (yeddi min doqquz yüz) manat pulu alması həmin pulun alınmasını təsdiq edən və iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş qəbzlə və Cavabdeh etirafı ilə sübuta yetirmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-555/2019 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-555/2019 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-555/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehh qızından 7900 manat pul və 30 manat dövlət rüsumu, cəmi 7930 (yeddi min doqquz yüz otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar