Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-536/2022 30.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinə qarşı «aliment borcunun silinməsi» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(039)-2179/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(039)-2179/2021 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh və üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinə qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq ondan tələb etdiyi 5400 manat aliment borcunun üzərindən silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 izah etmişdir ki, tərəflər ailəli olmuşlar. Birgə nikahlarından bir uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün İddiaçı əmək haqqısının 1/4 hissəsində aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Zaur Bırxudarov daima rəsmi işlərdə işləmiş və aliment onun əmək haqqısından tutulmuşdur. Hazırda Cavabdeh Zaur Bırxudarovdan 5400 manat alimet borcu tələb edir bu da əsasızdır. Təqdim olunan arayışlardan və qəbzlərdən görünür ki, İddiaçı borcu yoxdur. Cavabdeh məhkəmə iclasıda iddianı qəbul etməyərək izah etmi.dir ki, iddiaçı ilə ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün əmək haqqısının 1/4 hissəsində aliment qət edilmişdir. Alimenti tələb etsə də, Zaur ona acı sözlər deyərək, pul ödəməmişdir. Zaur uşaqla maraqlanmadığından və uşağı da acıladığından hazırda alimenti tələb edir. Borc əslində çox idi. İcra məmuru protokol tərtib edərkən, İddiaçı tərəfindən ödənilən və onun əmək haqqısından tutulan məbləğlər nəzərə alınaraq inzibati protokol 5400 manatla tərtib olunmuşdur. Əslində 2007-ci ildən hesablanan aliment borcu daha da çoxdur. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi.dir. Üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X4 izah etmi.dir ki, Yevlax rayon İcra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Alimentin tutulması barədə icra sənədi onun icraatındadır. 16 aprel 2021-ci il tarixdə İddiaçı barəsində protokol tərtib olunarkən onun tərəfindən edilən ödənişlər nəzərə alınmaqla borc 5400 manat qeyd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, bir validenyn olaraq övladının anası ilə arasında olan münasibətlərində 2008-ci ildən 2012-ci ilədək bir müddət soyuqluq yaransa da (həmin dövrlərdə də, alimentin ödənişi kəsilməyib), 2012-ci ildən 2021-ci ilin mart ayınadək daim onların yanında olmuş, faktiki olaraq həm övladına, həm də anasına aktiv şəkildə dəstək göstərmiş və onlarla həmişə yaxından maraqlanmışdır. Onların bütün maddi (qıda xərclərini, təhsil xərclərini, tibbi xərclərini və s.) və mənəvi ehtiyaclarını tam olaraq qarşılamışdır. Çünki o, valideyn olmaqdan əlavə, həm də vəkildir. Ona gorə də, o, həmişə yaxşı mənada ətrafındakılara nümunə olmağa çalışmışdır. Ayrıldıqlarını anasına və övladına hiss etdirməmişdir. Bunu təsdiq edəcək kifayət qədər insanlar vardır ki, onların əksəriyyəti qeyd etdiyi son dövrədək onların rəsmi olaraq ayrıldığını bilmirdilər. Cavabdeh əsassız olaraq qeyd edir ki, guya o, 15.11.2006- cı il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək müəyyən edilmiş aliment məbləğindən 12 ildir ki, heç bir aliment ödənişi etməmiş və onlara heç bir maddi, mənəvi dəstək göstərməmişdir. Guya 12 il ərzində yalnız dəftər və qələm alınmasında köməklik etmişdir. Halbuki, o, ayrıldıları vaxtdan 2021-ci ilin fevral ayınadək (fevral ayı da daxil olmaqla) alimentdən əlavə daimi olaraq kifayət qədər maddi və mənəvi köməkliklər etmişdir. Lakin cavabdeh hec bir əsas olmadan onun ona nəinki maddi, mənəvi dəstək olmadığını, ümümiyyətlə 12 ildə heç bir aliment ödəmədiyini qeyd edir və onun ona 5400 manat məbləğində aliment borcu olduğunu iddia edir. Onda sual olunur ki, necə ola bilər ki, 12 il ərzində borclu tərəfindən heç bir zaman aliment ödənilməsin və tələbkar bu vəziyyətə sussun? Cəmi bir ay ödəniş etmədiyinə görə öz sözü ilə desək aidiyyatı orqanlara şikayət edən insan 12 il müddətində susa bilərdimi? Ona görə də, hesab edir ki, cavabdehin ondan tələb etdiyi 5400 (beş min dörd yüz) manat aliment borcu əsassız olaraq üzərinə qoyulmuşdur. Odur ki, həmin borc üzərindən silinməlidir. Hazırda Cavabdeh əsassız tələbini təkzib edən kifayət qədər əsasları, sübutları və şahidləri vardır. O, məlum iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırdıqdan sonra Cavabdeh etdiyi rəsmi ödənişlərə uyğun olaraq aliment borcunun silinməsinə dair iddia qaldırdığı ərəfədə icra məmuruna təqdim etdiyi, aliment ödənişlərini təsdiq edən qəbzlərin və digər sənədlərin surətlərini Yevlax şəhər İcra və Probasiya şöbəsindən əldə edərək barəsində müxtəlif orqanlara əsassız şikayətlərini davam etdirməklə öz yalanlarını ört basdır etməyə çalışmış və hazırda buna nail olmuşdur. Hansı ki, həmin aliment ödənişi sənədlərini o, sonradan əldə edərək borcun silinməsi üçün icra məmuruna təqdim etmişdir. Cavabdeh əvvəlki şikayətlərində dəfələrlə qeyd etmişdir ki, "12 il ərzində onun tərəfindən ona ümumiyyətlə heç bir aliment ödənişi olunmamışdır və yalnız bu 12 ildə ona guya məktəb ləvazimatları almaq üçün (qeyri-rəsmi) pul vermişdir ki, onların da ümumi məbləği 2000 manatdan çox ola bilməzdi". Həmin şikayət ərizəsini də, apellyasiya şikayətinə təkrar əlavə edir. Halbuki, o, ata olaraq, bir valideyin olaraq övladına və anasına hər ay kifayət qədər maddi və mənəvi dəstək olmuşdur. O, 2007-ci ildən bu günədək davamlı olaraq 2007-2009-cu illərdə Azpetrol LTD MMC-də kassir-operator vəzifəsində, 2010-2012-ci illərdə Aztelekom MMC-nin Yevlax TKQ-də hüquqşünas vəzifəsində, 2012-2014-cü illərdə Yevlax rayon Məhkəməsində Məhkəmə iclasının katibi-Məsləhətçi vəzifəsində, 2015-2019-cu illərdə fərdi qaydada fəaliyyət göstərən vəkil, 2019-cu ildən idən Yevlax şəhər Vəkil Bürosunda Vəkil olaraq fəaliyyət göstərməklə rəsmi əmək fəaliyyətindədir və işinə, tutduğu vəzifəyə uyğun olaraq rəsmi əmək haqqı almışdır. Belə ki, 2007-2009-cu illərdə Azpetrol LTD MMC-də kassir-operator vəzifəsində işlədiyi dövrdə icra vərəqəsinə əsasən əmək haqqı məbləğindən 2009-cu ilin avqustunadək 866.78 manat aliment ödənişi tutulub. 2010-cu ilin iyun ayından 2020-ci ilin avqust ayınadək 125 ay ərzində cəmi 21.101,95 manat əmək haqqı almışdır ki, bu da orta hesabla hər ay təxminən 168,81 manat edir ki, onun da 1/4 hissəsi hər ay 42,2 manat təşkil edir. O, həmin məbləği artıqlaması ilə ödəmişdir. Bu gün də, əvvəlkindən fərqli olaraq rəsmi ödəməkdə davam edir. Həmin dövrlərdə ödənilən əmək haqqına dair məlumatları da, əlavə olaraq apellyasiya şikayətinə əlavə edirəm. Üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmdar Rüstəmov izahatında qeyd edir ki, onun tərəfindən ödənişlər nəzərə alınmaqla aliment borcu 5400 manat qeyd edilmişdr. Lakin həmin 5400 manat aliment borcunun nəyə əsasən hesablandığı məlum deyil. Yalnız cavabdehlə münasibətləri 2020-ci ilin mart ayında pozulduqdan sonra (həmin vaxtadək münasibətləri yaxşı olduğu üçün davamlı olaraq maddi və mənəvi dəstək göstərmişdir. əks halda cavabdeh 12 ildə sakit dayanmazdı və sonuncu dəfə 200 manat məbləğində pulu fevral ayının 7-də həftənin 5-ci günü işdən sonra axşam saatlarında Yevlax şəhərdə "Təbiyət" Şadlıq sarayının qarşısında görüşərək Cavabdeh özünə şəxsən vermişdir. Lakin heç vaxt fikirləşmirdi ki, bütün bunların qarşısında nə vaxtsa ona olan etibarından, inamından istidadə edərək ondan belə əsassız şikayətlər edərək üzərinə əsassız borc qoyar) mart-aprel aylarında cavabdehin etdiyi əsassız və qərəzli şikayətindən sonra üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə etdiyi aliment ödənişini təsdiq edən sənədləri, cavabdehin verdiyi aşkar ziddiyyətli şikayətləri, ziddiyyətli məlumatları, ziddiyyətli ifadələri və s. nəzərə alınmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(039)-2179/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia təmin edilməklə əsassız hesablanmış 5400 manat aliment borcunun silinməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2021ci il tarixli 2(039)-2179/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(039)-2179/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 3(039)- 359/2021 saylı qərarının surətindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(039)- 1093/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 15.11.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə edilmiş 21 sentyabr 2021-ci il tarixli, 02 saylı arayışdan məlum olur ki, İddiaçı aliment borcunun silinməsi ilə bağlı mediatora müraciət etmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2008-ci il tarixli 2(039)- 384/2008 saylı qətnaməsinin surətindən məlum olur ki, İddiaçı aylıq bütün qazancının 25 faizi miqdarında aliment 11 avqust 2007-ci il tarixdən başlayaraq tutulub 15 noyabr 2006-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərpoçt MMC-nin X9 filialının 16 fevral 2021-ci il tarixli, 07_91 saylı arayışdan məlum olur ki, İddiaçı adından Cavabdeh 2010-cu ildə cəmi 160 manat pul tutulmuşdur. İşə əlavə edilmiş Azpertol Ltd MMC-nin 24 may 2021-ci il tarixli, 05-399 saylı məktubundan məlum olur ki, İddiaçı adından Cavabdeh 2008-ci ildə cəmi 866.78 manat pul tutulmuşdur. İşə əlavə edilmiş Azərpoçt MMC-nin X9 filialının qəbzlərindən məlum olur ki, İddiaçı Cavabdeh 2009-2013-cü illər ərzində cəmi 1040 manat pul göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1, 77, 78.1, 107.2 və 112.1-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 5, 8 və 19-cu maddələrinə və Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər ailə qurmuşlar. Birgə yaşayışlarından bir övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhəkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün İddiaçı qazancının 25 faizi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldırıraq aliment üzrə yaranmış borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsası kimi də cavabdehlə pulun ödənildiyini və ümumiyyətlə borcunun olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, aliment uşağın saxlanılması üçün, onun gündəlik təlabatını və digər xərclərini ödəmək məqsədi daşıdığından yaranmış borcun silinməsi uşağın mənafeyinə ziddir. Həmçinin iddiaçı tərəfindən aliment üzrə yaranmış borcun silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara (borcun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini, ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına) dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasından məlum olmuşdur ki aliment qətnaməsi qət olunan gündən İddiaçı tərəfindən cəmi 2066.78 manat aliment ödənilmişdir. Şahid ifadəsi ilə də inzibati xəta haqqında protokol tərtib olunarkən həmin ödənilmiş pullar nəzərə alinaraq borcu 5400 manat göstərildiyi öz əksini tapmışdır. Ona görə də, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiamı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətində bir valideyn olaraq 2012-ci ildən 2021-ci ilin mart ayınadək daim övladının və anasının yanında olması, faktiki olaraq həm övladına, həm də anasına aktiv şəkildə dəstək göstərməsi, onlarla həmişə yaxından maraqlanması, onların bütün maddi (qıda xərclərini, təhsil xərclərini, tibbi xərclərini və s.) və mənəvi ehtiyaclarını tam olaraq qarşılaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının həmin göstərdikləri istisna olmasa da, bu, onu qanunla müəyyən edilmiş qaydada təyin edilmiş məbləğdə alimenti ödəmək vəzifəsindən azad etmir. Onun cavabdehin ondan tələb etdiyi 5400 (beş min dörd yüz) manat aliment borcu olmaması, cəmi borcunun ümumi məbləğinin 2000 manatdan çox ola bilməməsi barədə göstərdiklərinə gəlincə isə, birinci qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən göstərdikləri inandırıcı qəbul edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(039)-2179/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(039)-2179/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-536/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-536/2022
30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver