Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-548/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, cavabdeh Dəliquşçu Bələdiyyəsinin nümayəndəsi (sədri) X1 və İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Dəliquşçu Bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)- 651/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-651/2019 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) İddiaçı Cavabdehnə qarşı “pul tələbinə” dair iddiası təmin edilməmiş, iş üzrə ödənilməli olan dövlət rüsumunun dövlət hesabına aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməmiş 945.00 manat əmək haqının alınaraq ona ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, hazırda 2018-ci ilin noyabr ayından Bakı şəhəri X7 idarəsində mühafizəçi vəzifəsində işləyir. Əvvəllər xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Dəli Quşçu bələdiyyəsinin sədri, xx.xx.2018-ci il tarixdən isə bələdiyyə sədrinin müavini vəzifəsində işləmiş və bələdiyyənin qərarı ilə xx.xx.2018-ci il tarixdən vəzifəsindən azad edilmişdir. Məhkəmə qərarına əsasən 2018-ci ilin aprel ayınadək olan əmək haqqı borcu ödənilmişdir. Onun aylıq əmək haqqı 135 manat müəyyən edildiyindən 2018-ci ilin aprel ayından bələdiyyə sədrinin müavini vəzifəsindən azad edildiyi xx.xx.2018-ci il tarixdək hesablanmalı olan ümumi əmək haqqı 945.00 manat təşkil edir. Əmək haqqı borcunun ödənilməsini bələdiyyədən tələb etsə də, bələdiyyə sədri onun əmək haqqını ödəməkdən imtina etmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia qanuni və əsaslıdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh sədri X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı əvvəllər xx.xx.2015-ci il tarixdən xx.xx.2018ci il tarixədək Dəli Quşçu bələdiyyəsinin sədri, xx.xx.2018-ci il tarixdən isə bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. İddiaçı bələdiyyə sədri vəzifəsindən azad olunub, həmin bələdiyyənin sədr müavini vəzifəsinə seçilməsindən narazı qaldığı üçün işə gəlməmiş, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etməmişdir. Ona görə də bələdiyyə büdcəsinin imkanları nəzərə alınaraq bələdiyyənin xx.xx.2018-ci il tarixli əmri ilə iddiaçıya əmək haqqının hesablanması dayandırılmış, daha sonra, o, bələdiyyənin qərarı ilə xx.xx.2018-ci il tarixdən bələdiyyənin sədr müavini vəzifəsindən azad edilmişdir. Məhkəmə qərarına əsasən iddiaçıya 2018-ci ilin aprel ayınadək olan əmək haqqı borcu ödənilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı işə gəlmədiyi, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etmədiyi üçün bələdiyyə büdcəsinin imkanları nəzərə alınaraq bələdiyyənin əmri ilə xx.xx.2018-ci il tarixdən iddiaçıya əmək haqqının hesablanması dayandırıldığından bələdiyyənin iddiaçıya heç bir əmək haqqı borcu yoxdur. İşə gəlmədiyi, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etmədiyi halda iddiaçının əmək haqqı tələb etməsinin heç bir əsası yoxdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, bələdiyyəyə işdən çıxmaqla bağlı ərizə verməmiş və onun qeyd olunan xx.xx.2018-ci il tarixli əmrdən xəbəri olmayıb bələdiyyə bunun haqqında ona yazılı və yaxud şifahi məlumat verməyib. Əmək və X5 Nazirliyinin və Ədliyyə Nazirliyinin verdiyi məlumatlara əsaslanaraq qeyd etmək istəyir ki, bələdiyyənin 2018-ci ilin 23 noyabr 13 saylı iclası ilə işdən çıxarıldığı üçün bələdiyyənin ona 2018-ci ilin aprel ayından noyabr ayına qədər aylıq 135.00 manat olmaqla ümumilikdə 945.00 manat əmək haqqı borcu vardır. Ədliyyə Nazirliyinin Göyçay regional ədliyyə şöbəsindən ona bildirildi ki, bələdiyyə sənə xx xxxxxx 2018-ci ilə qədər olan əmək haqqı borcunu ödəyəcəkdir. Lakin A.Qəhrəmanov yenə də ödəməkdən imtina etdi. O, şəxsən A.Qəhrəmanova dəfələrlə şifahi və yazılı məlumat verərək bildirmişdir ki, onun əmək haqqını ödəsin və iclaslara dəvət etsin. Bundan əlavə bələdiyyəyə dəfələrlə poçtla sifarişli məktub göndərmişdir. Bundan əlavə bələdiyyənin fəal üzvlərindən biri Dəyanət Mehrəliyevdən də məlumat aldıqda o, da iclaslara dəvət olunmadığını bildirmişdi. A.Qəhrəmanov məhkəmə gedişatında qeyd etmişdir ki, guya iclasa dəvət etməkdən ötrü ona zəng vurmuş o isə cavab verməmişdir və onu tapmayaraq iclaslara dəvət edə bilməmişdir. T.Qubadovun səyi nəticəsində iki ay yəni iyun iyul aylarında 5-6 dəfə iclas keçirilmişdir və bir dəfədə olsun A.Qəhrəmanov bu iclaslarda nə məhkəməyə nə də ona bildirməmişdir ki, may ayında əmr verərək onu işdən çıxarıb və yaxud onu iclaslara dəvət etməmişdir. Məhkəmə təqdim etdiyi sənədlərə, əmək müqaviləsi bildirişlərinə və məhkəmə gedişatı zamanı qeyd etdiklərinə münasibət bildirməmişdir. Qeyd etmək istəyirəm ki, 2018-ci ilin fevral ayından onunla müavin kimi müqavilə bağlanılmış və xx.xx.2019 qədər müqavilə öz hüququnu itirməmişdir. O, müavin vəzifəsindən və bələdiyyə üzvlüyündən imtina etməmişdir, lakin, bələdiyyə sədri A.Qəhrəmanov öz ağlı ilə onu iclaslara çağırmayaraq, bələdiyyə fəaliyyətindən kənar tutmuşdur halbuki o, kənd sakinləri ilə hər gün görüşlər keçirərək onların suallarını cavablandırmış, problemlərini həll etməyə çalışmışdır. Zərdab Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə təqdim etdiyi sənədlərə və məhkəmə gedişatı zamanı qeyd etdiklərinə münasibət bildirməmişdir. Məhkəmə təqdim etdiyi sübutlara qiymət verməmiş, iddia tələbinin rədd edilməsini əsassız hallarla əsaslandırmışdır. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)- 651/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Dəliquşçu Bələdiyyəsinin nümayəndəsi (sədri) X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-651/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)- 651/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Cavabdeh sədri A.Qəhrəmanov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli əmrdən görünür ki, həmin bələdiyyənin sədr müavini İddiaçı işə gəlmədiyi, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etmədiyi üçün əmək haqqının hesablanması dayandırılmışdır. İşdə olan Cavabdeh xx.xx.2018-ci il tarixli, 13 saylı iclas protokolundan çıxarışdan görünür ki, həmin bələdiyyənin sədr müavini İddiaçı bələdiyyənin 11 iclasında və bələdiyyənin ictimai işlərində iştirak etmədiyi üçün bələdiyyənin sədr müavini vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 2, 10 və 11-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin mənasına görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün ... işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə ... pul və ya natura formasında ödənilən ... məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 2-ci maddəsinə görə bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Həmin qanunun 10-cu maddəsinə görə bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Həmin qanunun 11-ci maddəsinə görə bələdiyyə qulluqçularının əmək haqqı bələdiyyələrin büdcəsi hesabına, onun maliyyə imkanlarına uyğun olaraq bələdiyyə tərəfindən təsdiq edilmiş ştat cədvəli əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı Cavabdeh sədri A.Qəhrəmanov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli əmrdən və Cavabdeh xx.xx.2018ci il tarixli, 13 saylı iclas protokolundan çıxarışdan müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı əvvəllər xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Dəli Quşçu bələdiyyəsinin sədri, xx.xx.2018-ci il tarixdən isə bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. İddiaçı sonradan işə gəlmədiyi, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etmədiyi üçün bələdiyyə büdcəsinin imkanları nəzərə alınaraq bələdiyyə sədrinin xx.xx.2018-ci il tarixli əmri ilə ona əmək haqqının hesablanması dayandırılmış, daha sonra, o, bələdiyyənin qərarı ilə xx.xx.2018-ci il tarixdən bələdiyyənin sədr müavini vəzifəsindən azad edilmişdir. Bələdiyyənin iddiaçıya 2018-ci ilin aprel ayınadək olan dövr üçün əmək haqqı borcu qalmamışdır. İddiaçı cavabdehin ona 2018-ci ilin aprel ayından bələdiyyənin sədr müavini vəzifəsindən azad olunduğu vaxtadək, yəni xx.xx.2018-ci il tarixədək hər ay 135 manat hesablanmaqla, cəmi 945 manat əmək haqqı ödənilməli olmasını hesab edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində cavabdehin 2018-ci ilin aprel ayından bələdiyyənin sədr müavini vəzifəsindən azad olunduğu vaxtadək, yəni xx.xx.2018-ci il tarixədək hər ay 135 manat hesablanmaqla, ona cəmi 945 manat əmək haqqı borcu olmasını göstərərək, iddiasını məhkəmə iclasında müdafiə etsə də, iddiasını əsaslandıra bilməmiş, ona həmin dövr üçün əmək haqqının hesablanmalı olmasını sübuta yetirə bilməmişdir. İddiaçı iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatdan başqa iddianın təmin olunmalı olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Onun iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı Cavabdeh sədri Allahverdi Qəhrəmanovun izahatı ilə təkzib olunmuşdur. İddiaçı 2018-ci ilin aprel ayından bələdiyyə sədrinin müavini vəzifəsindən azad olunduğu xx.xx.2018-ci il tarixədək bələdiyyənin fəaliyyətində iştirak etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı Cavabdeh sədri Allahverdi Qəhrəmanovun izahatı ilə yanaşı həmin bələdiyyənin sədri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli əmrlə sübut olunmuşdur ki, İddiaçı işə gəlmədiyi, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etmədiyi üçün əvvəlcə xx.xx.2018-ci il tarixdən ona əmək haqqının hesablanması dayandırılmış, daha sonra həmin bələdiyyənin xx.xx.2018-ci il tarixli, 13 saylı iclas protokoluna əsasən bələdiyyənin 11 iclasında və bələdiyyənin ictimai işlərində iştirak etmədiyi üçün bələdiyyənin sədr müavini vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işə gəlmədiyi, bələdiyyənin fəaliyyətində iştirak etmədiyi, yəni faktiki olaraq işləmədiyi halda iddiaçının cavabdehdən əmək haqqı tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən edilən hallarına və sadalanan qanunvericilik normalarına əsaslanarq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı iddiaçının apellyasiya şikayətində göstərdiklərindən, tərəflərin birinci instansiya məhkəməsində və apelyasiya instasiyası məhkəməsinin iclasında verdikləri izahatlardan müəyyən edilmişdir ki, iddiaçı əvvəllər xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Dəli Quşçu bələdiyyəsinin sədri, xx.xx.2018-ci il tarixdən isə bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. İddiaçı sonradan işə gəlmədiyi, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etmədiyi üçün bələdiyyə büdcəsinin imkanları nəzərə alınaraq bələdiyyə sədrinin xx.xx.2018-ci il tarixli əmri ilə ona əmək haqqının hesablanması dayandırılmış, daha sonra, o, bələdiyyənin qərarı ilə xx.xx.2018-ci il tarixdən bələdiyyənin sədr müavini vəzifəsindən azad edilmişdir. Bələdiyyənin iddiaçıya 2018-ci ilin aprel ayınadək olan dövr üçün əmək haqqı borcu qalmamışdır. İddiaçı cavabdehin ona 2018-ci ilin aprel ayından bələdiyyənin sədr müavini vəzifəsindən azad olunduğu vaxtadək, yəni xx.xx.2018-ci il tarixədək hər ay 135 manat hesablanmaqla, cəmi 945 manat əmək haqqı ödənilməli olmasını hesab edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 115-ci maddəsinin 1-ci bəndinə əsasən bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Həmin maddənin 2-ci bəndinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh sədri İddiaçı bələdiyyənin sədr müavini vəzifəsindən azad etmədən xx.xx.2018-ci il tarixli əmri ilə ona verilən əmək haqqının hesablanmasını dayandırmaqda haqlı olmamışdır. Belə ki, cavabdeh əmək haqqının hesablanmasını ancaq iddiaçını bələdiyyənin sədr müavini vəzifəsindən azad etdikdən sonra dayandıra bilərdi. Məhkəmə kollegiyası iddiaçının tələbinin xx xxxx 2018-ci il tarixədək olan dövrü ilə razılaşmır. Belə ki, Zərdab Rayon Məhkəməsinin hal-hazırda qüvvədə olan xx xxxx 2018ci il tarixli, 2(035)-570/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il tarixədək əmək haqqının və məzuniyyət puluna görə ödənilməmiş qalan borcu tələb etmişdir. Zərdab Rayon Məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin dövrün əmək haqqını yenidən tələb etməkdə haqlı olmamışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, Zərdab Rayon Məhkəməsi iddianın tam təmin edilməməsini qət edərkən düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-651/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı cavabdeh Dəliquşçu Bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Dəliquşçu Bələdiyyəsindən xx xxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək olan dövr üçün ödənilməmiş 5 aylıq əmək haqqı olan 675 manat alınaraq İddiaçı verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-651/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Dəliquşçu Bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Dəliquşçu Bələdiyyəsindən xx xxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək olan dövr üçün ödənilməmiş 5 aylıq əmək haqqı olan 675 manat alınaraq İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-548/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-548/2020
12.02.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver