Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-551/2025 08.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Borclu qarşı 840,01 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 21 manat olmaqla alınıb onun xeyrinə ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) X4 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(033)-1207/2025 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ərizəsinin təmin edilməməsi barədə Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(033)-1207/2025 nömrəli qərаrdаdındаn kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- "xxxx" QSC) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən, Borclu əsas borca görə 705,45 manat, əsas borca hesablanmış faiz borcuna görə 64,86 manat, cərimə üzrə 61,20 manat, xidmət haqqı, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 6,00 manat, bildirişin göndərilməsinə dair poçt xərci üzrə 2,50 manat, cəmi 840,01 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 21 manat olmaqla alınıb onun xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(033)-1207/2015 nömrəli məhkəmə əmri ilə Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilmiş, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olan Borclu xx.xx.2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən, xx.xx.2015-ci il tarixə olan əsas borca görə 705,45 (yeddi yüz beş manat qırx beş qəpik) manat, əsas borca hesablanmış faiz borcuna görə 64,86 (altmış dörd manat səksən altı qəpik) manat, cərimə üzrə 61,20 (atmış bir manat iyirmi qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 6,00 (altı) manat, bildirişin göndərilməsinə dair poçt xərci üzrə 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 840,01 (səkkiz yüz qırx manat bir qəpik) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 21 (iyirmi bir) manatın kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin müvafiq olaraq müəyyən etdi və əmr etdi hissəsinin maliyyə arayışında qeyd edilmiş borc məbləğinin uyğunlaşdırılması ilə əlaqədar məhkəmə əmrində müvafiq düzəlişin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(033)-1207/2015 saylı qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(033)- 1207/2015 nömrəli məhkəmə əmrində buraxılmış yanlışlığın düzəldilməsi barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilməmişdir. Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şikayət ərizəsi ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 2(033)-1207/2015 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və düzəliş ərizələrinin təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1207/2015 saylı iş üzrə xx.xx.2015-cı il tarixli məhkəmə əmrinin müvafiq olaraq müəyyən etdi və əmr etdi hissəsinin maliyyə arayışında qeyd edilmiş borc məbləğinin uyğunlaşdırılması ilə əlaqədar məhkəmə əmrində müvafiq düzəlişin edilməsinə dair qərardad qəbul edilməsini, əks halda iş materialları ilə birlikdə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şikayətində eyni zamanda buraxılmış müddətin bərpası haqqında ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadından ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üçün ötürülmüş hesab edilən müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(033)-1207/2025 nömrəli nömrəli qərardadı ilə kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(033)-1207/2015 nömrəli qərardadından şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(033)-1207/2015 nömrəli qərardadından şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılması qərara alınmışdır. Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti həmin qərardadla razılaşmayaraq məhkəməyə yenidən şikayət təqdim etmişdir. Zaqatala Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(033)-1207/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(033)- 1207/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1207/2015 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı həmin tarixdə kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “Elektron Kabinet”ində yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şikayətinə “Elektron məhkəmə” informasiya sistemindən çıxarış əlavə etmiş və həmin çıxarışda 2(033)-1207/2015 nömrəli işin arxiv işi kimi qeydə alınmasını müəyyən etmək mümkündür. Buna baxmayaraq, kreditor tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-1207/2015 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının məzmununun əldə edilməsinin qeyri mümkün olmasına dair və ya həmin qərardadın daha gec tarixdə əldə edilməsinə dair sübut şikayətə əlavə edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki proses tərəflərinin məhkəmə aktlarından şikayət vermək hüququ olsa da, bu hüquq digər şəxslərin hüquqlarının pozmaqla həyata keçirilməməlidir. Heç bir kəs öz hüququndan sui-istifadə edərək digərlərinin hüquqlarını poza bilməz. Eyni zamanda, cavabdehin ərizəsində və məhkəmə iclasında göstərdiyi arqumentlər apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilməklə həmin müddətin bərpa edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(033)-1207/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(033)-1207/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(033)-1207/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-551/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-551/2025
08.05.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver