Məhkəmə qərarları › İş №2(107)-559/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-559/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-559/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia tələbinin həcminin artırılması barədə əlavə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina, qüvvə) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 saylı qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddia ərizəsinin verildiyi vaxtdan hesablanmaqla, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların Cavabdeh alınaraq ona verilməsi, cavabdehdən iddia ərizəsinin verildiyi vaxtdan hesablanmaqla, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X10 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları yenidən araşdırılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdehə qarşı uşaq tələbi irəli sürmüşdür. Halbuki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına, həmçinin məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsinə baxmayaraq, iddiaçı yeni əsaslara istinad etmədən eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, işdə olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 867 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqlar atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, xx.xx.2017ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqlar yetkinlik yaşına çatana kimi Cavabdeh yanında saxlanılmaları, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtı X2 və X1 cavabdeh İddiaçı alınaraq anasına verildiyi tarixdən dərhal sonra hesablanması qət edilmişdir. İddiaçı ilə cavabdeh arasında nikah pozulduqdan sonra uşaqların iddiaçıdan alınıb cavabdehə verilməsinə dair qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin icra sənədinin icra edilməsi ilə bağlı dəfələrlə məcburi icra tədbirləri təyin edilməsinə baxmayaraq, iddiaçı qərəzli olaraq icra sənədinin icrasından boyun qaçıraraq, uşaqların hazırkı iş üzrə cavabdehə verilməsini təmin etməmişdir. Ona görə də iddiaçı barəsində Azərbaycan Respublikası İXM-in 528-ci maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Hazırda həmin inzibati tənbeh tədbirləri qüvvəyə minmişdir. Göründüyü kimi iddiaçı uşaqları hazırkı iş üzrə cavabdehə verməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının məhkəmə qətnaməsini icra etməməsinə yönəlmiş qərəzli hərəkələri, yəni uşaqları öz yanında saxlaması qanunsuzdur və yeni əsas kimi qəbul edilə bilməz. Bu hal isə onun barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirləri və hazırda qüvvədə olan inzibati xəta haqqında məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Bununla belə iddiaçı hazırkı iş üzrə əlavə iddia ərizəsində heç bir yeni əsasa istinad etmədən uşaq tələbinə dair əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının əlavə iddia ərizəsində uşaq tələbinə dair iddiası eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirilməli və yolverilməz hesab edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 7.8-ci maddəsinə əsasən məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materilından göründüyü kimi İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla cəmi 500 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddia tələbinin həcmini artıraraq, eyni zamanda birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 Cavabdeh alınaraq saxlanılması üçün ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin həcminin artırılmasına dair ərizəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qanuni qüvvəsini almış qətnaməsini əsas gətirərək eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirərək icraata qəbul etməkdən imtina etsə də, məhkəməyə ilkin müraciət edilmiş tələb icraata qəbul edilmiş və baxılması davam etdirilir. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 867 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqlar atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqlar yetkinlik yaşına çatana kimi Cavabdeh yanında saxlanılmaları, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtı X2 və X1 cavabdeh İddiaçı alınaraq anasına verildiyi tarixdən dərhal sonra hesablanması qət edilmişdir. Göründüyü kimi, həm birgə nikahdan doğulmuş uşaqların saxlanılması, həm də aliment tələbi sözügedən və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz həllini tapmışdır. Birinci instansiya məhkəməsi isə məhkəməyə müraciət edilmiş ilkin tələbi eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirməmiş, icraata qəbul etmiş və baxılmasını davam etdirir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş iddia üzrə hər iki tələbi (aliment və uşaq tələbi) müqayisəli şəkildə təhlil edilməli və nəticədə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.2-ci maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları araşdırılma aparılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ləğv edilsin. İddia tələblərinin eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsinin araşdırılması üçün mülki işin materialları Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar