Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-562/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1917/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2002-ci ildə anadan olmuş X1, xx xxxxxx 2006-cı ildə anadan olmuş X2 və xx xxxx 2008-ci ildə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər uşaq üçün 160 manat, cəmi 480 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1917/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2002-ci ildə anadan olmuş X1,xx xxxxxx 2006-cı ildə anadan olmuş X2 və xx xxxx 2008-ci ildə anadan olmuş X3 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 90 manat, cəmi 270 (iki yüz yetmiş) manat alimentin tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına ərizə ilə müraciət edib apelyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, İddiaçı tərəfindən apelyasiya şikayətindən imtina edilərək, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Mülki işin materiallarından görünür ki, İddiaçıapelyasiya şikayətindən imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçıapelyasiya şikayətindən imtinası qəbul edilsin və mülki işin İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-562/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-562/2020
13.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver