Məhkəmə qərarları › İş №2(107)-571/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-571/2022

19.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-571/2022 19.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızına qarşı qeyri-qanuni inşa edilmiş tikililərin sökülməsi və zəbt olunmuş ərazinin qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, ekspertiza məsələləri ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2, Cavabdeh Sabirli (Hüseynova) Dilşad Nizami qızının iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(075)-8/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 qeyd edilən ünvan üzrə qanunların pozulması ilə inşa etdikləri tikililərin özlərinin hesabına sökülməsi ilə zəbt etdikləri ərazini qaytarmaları və dövlət rüsumunu geri ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Şəki şəhəri, M.S.ünvan 4rləşən, cavabdehlərin yaşadıqları fərdi yaşayış evi onun yaşadığı, İddiaçı1 mülkiyyətində olan ünvan 3nda yerləşən fərdi yaşayış evi ilə çəpər qonşuluğu təşkil edir. Onların yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 254 yaşı vardır. Cavabdehlərin yaşadıqları Şəki şəhəri, M.S.ünvan 4rləşən fərdi yaşayış evi isə 1938-ci ildə inşa edilmişdir. Cavabdehlərdən Cavabdeh1 1970-ci illərdən, digər cavabdeh X5 isə 1980-cı illərdən Şəki şəhəri M.S.ünvan 4rləşən fərdi yaşayış evində yaşamaqdadırlar. ünvan 3nda yerləşən fərdi yaşayış evinin həyətini Şəki şəhəri M.S.ünvan 4rləşən evin həyətindən əvvəllər ağacdan düzəldilmiş hasar ayırsa da sonradan 1970-ci illərdə ağac hasarın yerində dəmir hasar quraşdırılmışdır. Həmçinin tarixini dəqiq bilmədiyi vaxtda hasara dəmir lövhə əlavə edilmişdir. Onların olmadıqları dövrdə, yəni 1993-2006-cı illər ərzində cavabdehlərin yaşadıqları ünvandan, həyətyanı sahədən sərhəd hasarına bitişik şəkildə tikili inşa edilmişdir. Cavabdehlərin həyətindəki hamam tikilisi də onların evdə olmadıqları dövrdə, yəni 1993-2006-cı illər aralığında cavabdehlər sərhəd hasarına bitişik şəkildə inşa edilmişdir. Həmçinin 2018-ci ildə cavabdehlər tərəfindən hazırda mübahisələndirdiyi cavabdehlərin evinin 2-ci mərtəbəsində olan hamamı inşa etməyə başlamışlar və yol istiqamətində inşa edilmiş daş hasarın üzərinə mişar daşından artırmalar etmişlər. Onlar cavabdehlərdən Cavabdeh1 2018-ci ildə inşa edilən hamamın onların həyətində olduğunu bildirsələr də bunun nəticəsi olmamış və bu səbəbdən də “Şəki "Yuxarı Baş" X8 qoruğu”na, Şəki Səhər-Rayon Polis Şöbəsinə və Şəki Şəhər İcra Hakimiyyətinin Başçısına müraciətlər ünvanlamışlar. Həmin təşkilatların əməkdaşları tərəfindən yerində baxış keçirilmiş, iş üzrə cavabdehlərlə söhbətlər aparılmış, lakin bu da müsbət nəticəsini verməmişdir. Həmçinin cavabdehlərdən Cavabdeh1 ona söz vermişdir ki, həyətdəki sərhəd hasarının onların tərəfinə əyilən hissəsini düzəldəcəkdir. Yəni sərhəd hasarını onların ünvanının zəbt edilmiş hissəsindən kənarlaşdırılacağına söz versə də cavabdeh bu vədinə əməl etməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, 2(075)-8/2022 saylı, qətnaməsi (E.Mehdiyev) ilə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızına qarşı Cavabdeh1 və X1 qeyd edilən ünvan üzrə qanunların pozulması ilə inşa etdikləri tikililərin özlərinin hesabına sökülməsi ilə zəbt etdikləri ərazini qaytarmaları və dövlət rüsumunu geri ödəmələri tələbinə dair iddialarının təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməsi, 50 manat ekspertiza xərcinin iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba, 300 manatın mütəxəssis xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb X4-Kapital Bank ASC-nin Sahil filialındakı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB400900C**********208 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər qonşu olmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 3nda, cavabdehlər Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızı isə Şəki şəhəri M.S.ünvan 4rləşən fərdi yaşayış evində yaşayırlar. Onların həyətlərini dəmirdən olan sərhəd hasarı ayırır. İddiaçılar həyətyanı sahələri ayıran hasarın onların həyətinin bir hissəsinin zəbti ilə çəkildiyini, cavabdehlər tərəfindən özlərinin yaşadıqları həyətyanı sahədə sərhəd hasarına yaxın məsafədə tikilinin inşa edildiyini, cavabdehlərin yaşadıqları evin həyətinin yol tərəfə baxan hissəsində daş hasarın üzərində mişar daşından artırmaların aparıldığını, eyni zamanda onların həyətinə müdaxilə edilməklə cavabdehlər tərəfindən hamam tikilisinin inşa edildiyini göstərərək həmin tikililərin sökülməsini tələb edirlər. Cavabdeh tərəf isə iddiaçıların sökülməsini tələb etdiyi tikililərin öz həyətlərində inşa edildiyini, iddiaçılara məxsus heç bir torpaq sahəsinin zəbt edilmədiyini, yaşadıqları həyətdə inşa edilmiş tikililərin saxlanılmasının iddiaçılara heç bir maneçilik törətmədiyini əsas gətirərək iddianı qəbul etməmişdir. Ekspertiza tədqiqatı zamanı cavabeh tərəfindən inşa olunmuş hamam tikilisinin Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilsə də iddiaçıların sökülməsini tələb etdiyi digər tikililərin inşasında ekspert tərəfindən qanunvericiliyin tələblərinin pozulması, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməmişdir. Eyni zamanda iddiaçılar iddia ərizəsində, həmçinin İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında digər tikililərlə yanaşı hamam tikilisinin dəsökülməsini tələb etmələrinə baxmayaraq hamamın saxlanılmasının iddiaçılara yaşadıqları ünvanda öz hüquqlarını həyata keçirmələrinə maneçilik törətməsi halı da müəyyən edilməmişdir. Bundan başqa cavabdehlərin inşa etdiyi hamam tikilisi və yaxud da onun hər hansı bir hissəsi iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsində deyil, məhz cavabdehlərin istifadəsində olan torpaq sahəsində inşa edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehlərin yaşadıqları evin həyətində inşa etdirdikləri tikililər iddiaçların hüquqlarını hər hansı bir şəkildə pozmur. Buna görə də iddiaçılar cavabdehlər tərəfindən inşa edilmiş tikililərin özlərinin hesabına sökülməsini, zəbt edilən ərazinin qaytarılmasını tələb etməkdə haqlı deyildirlər. İddiaçılar tikililərin sökülməsini, zəbt edilən ərazinin qaytarılmasını tələb etməkdə haqlı olmadıqlarından dövlət rüsumunun geri ödənilməsi tələbi özü-özlüyündə əsassızdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızına qarşı Cavabdeh1 və X1 qeyd edilən ünvan üzrə qanunların pozulması ilə inşa etdikləri tikililərin özlərinin hesabına sökülməsi ilə zəbt etdikləri ərazini qaytarmaları və dövlət rüsumunu geri ödəmələri tələbinə dair iddiaları təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 170.1-ci maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 115.0.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır o, qeyd edilən ekspertizanın rəyi ilə razılaşmadığından, 04.11.2020-ci il tarixində iş üzrə İddiaçı2, 08.02.2021-ci il tarixində isə, iş üzrə İddiaçı1 tərəfindən məhkəməyə, adı yuxarıda qeyd edilən rəyə hüquqi cəhətdən əsaslandırılmış etiraz ünvanlanmış və qarşısında əvvəlki suallarla birgə, uyğun əlavə sualların da qoyulması ilə, təkrar ekspertizanın keçirilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Qətnamənin işə aid sənədlərə dair hissəsində, qeyd edilir “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.11.2021-ci il tarixli, 10/3726 saylı rəyindən görünür ki, 02.08.2021-ci il tarixli ekspert vəsatətində qeyd olunan Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi mərkəzə təqdim edilmədiyindən qərardadın 4-cü sualının cavablandırılması mümkün olmamışdır”. Rəydə qeyd edilən 4-cü sual, iki qonşu arasındakı çəpərin çəkilməsi ilə, hansısa tərəfin torpaq sahəsinin zəbt edilməsinin araşdırılmasına aid idi ki, onlar tərəfindən ƏMDX-dən, müvafiq mütəxəssis rəyinin alınması üçün, qurumun 12 saylı Şəki Ərazi İdarəsinin Kadastr Xidmətinə etdikləri rəsmi sorğuya, qeyd edilən qurumdan rəsmi şəkildə - mütəxəssis rəyinin ancaq məhkəmənin sorğusu ilə verilə biləcəyi bildirilmiş və onlar tərəfindən həmin cavab məhkəməyə təqdim edilməklə və əlavə vəsatətlə, həmin quruma mütəxəssis rəyinin verilməsi üçün sorğu göndərilməsinə dair qərardad qəbul edilməsi üzrə etdiyi müraciət təmin edilməmişdir. Qətnamədə (səh. 5, səh. 2), qeyd edilir ki: - “Bundan başqa cavabdehlərin inşa etdiyi hamam tikilisi və yaxud da onun hər hansı bir hissəsi, iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsində deyil, məhz cavabdehlərin istifadəsində olan torpaq sahəsində inşa edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehlərin yaşadıqları evin həyətində inşa etdirdikləri tikililər iddiaçların hüquqlarını hər hansı bir şəkildə pozmur”. Sual: - Qonşu evə yaxın tikilmiş tikili, qonşusuna görünüş, ətraf mühitə baxış (ponarama-obzor) məhdudiyyətləri yaradırsa, bu qonşunun hüquq və azadlıqlarının məhdudlaşdırılması deyilmi? Yuxarıda qeyd edilənlərlə aydın olur ki, tərəflər arasında olan ortaq qonşu çəpərin çəkilməsi ilə, qonşulardan birinin digərinin torpaq sahəsini zəbt edibetməməsi, məhkəmə tərəfindən tam araşdırılmamış, MEM 21.10.2020-ci il tarixli, 413 saylı rəyini qeyd edilənlərlə əsaslandırılmaması və rəyə qarşı verilmiş etirazın təmin edilməməsi ilə, rəydə “torpaq sahəsinin zəbt edilməməsi” müddəasının hansı sənədə və yaxud hansı əsasa söykəndiyi qeyd edilməmişdir. Həm də, işə əlavə edilmiş sənədlərdən, görünür ki, ƏMDK yanında DƏKÜRX, MPM-nin 139.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq, yerində müayinənin vaxtı və yeri barədə məhkəmənin məktubunda məlumatın göstərilməməsi, qərardadın və daşınmaz əmlaka dair hüquq müəyyənedici və texniki sənədlərin rəsmi surətdə təqdim olunmaması səbəbindən, ortaq çəpərin çəkilməsi nəticəsində, tərəflərin birinin digərinə məxsus torpaq sahəsini zəbt edib-etməmələrinin araşdırılması üçün, tədqiqat obyektinə baxış keçirilməsinin mümkün olmamasına dair, 26.08.2021-ci il tarixli məktubu ilə məhkəməni məlumatlandırmışdır. Bundan əlavə, eyni sualın cavablandırılması, MEM-nin keçirdiyi, 24.11.2021-ci il tarixli ekspertizasında da, eyni səbəblər ucbatından mümkün olmamışdır ki, bu barədə MEM iş üzrə məhkəməyə sənədlərin təqdim edilməsinə dair əlavə vəsatətlə müraciət etmiş, vəsatətin təmin edilməməsi səbəbindən, qeyd edilən mübahisə ilə bağlı ekspertizanın keçirilməsindən imtina edilmişdir. Qeyd edilənlərlə yanaşı, işə əlavə edilmiş, MEM-nin 17.05.2021-ci il tarixli, 166 saylı rəyi ilə təsdiq edilir ki, “ünvan 2 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşuluğunda sərhəd hasarının yanında, cavabdehlər Cavabdeh1 və X5 tərəfindən inşa edilmiş tikinti-quraşdırma işlərinin, yəni Cavabdeh1 və X1 həmin ünvanda yaşadıqları evə bitişik hamam tikilisinin inşası AR NK-nin 04.09.2000-ci il tarixli 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”-nın və Şəhərsalma Məcəlləsinin 71-ci və 72-ci maddələrinin tələblərinə uyğun deyildir”. Bütün qeyd edilənlərdən əlavə, AR İİN tabeliyində ƏMDXD-nin və yaxud həmin qurumun 12 saylı Şəki Əİ-nin, DƏKÜRX-nin mütəxəssislərinin cəlb edilməsi ilə, tərəflərə məxsus torpaq sahələrini bir-birindən ayıran ortaq çəpərin çəkilməsi nəticəsində, birinin digərinin torpaq sahəsini zəbt edib-etməməsinin araşdırılması məqsədi ilə, təkrar Məhkəmə Tikinti Texniki Ekspertizasının təyin edilməsinə dair qərar qəbul edilməsi ilə bağlı, onlar tərəfindən verilmiş vəsatətin, elektron qaydada deyil, kağız daşıyıcıda təqdim edilməsi əsas göstərilməklə geri qaytarılmasına dair qərardad qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli, 2(075)-8/2022 saylı qətnaməsinin ləğv edilməsi ilə iş üzrə cavabdehlər - Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızının yaşadıqları Şəki şəhəri, M.S.ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini, iş üzrə iddiaçılar - İddiaçı1 və İddiaçı2 yaşadıqları ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən ayıran ortaq çəpərin itələnməsi yolu ilə, zəbt olunmuş iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlərin hesabına sökülməklə geri qaytarılması; qanunazidd evə bitişik tikilmiş hamamın cavabdehlərin hesabına sökülməsi; ekspertizaların keçirilməsi ilə bağlı xidmət xərclərinin ödənilməsinin cavabdehlərin öhdəsinə qoyulması və işlə əlaqədar məhkəmələrə ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 Abdulsəlim qızı eyni məzmunlu apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli, 2(075)-8/2022 saylı qətnaməsinin ləğv edilməsi ilə iş üzrə cavabdehlər - Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızının yaşadıqları Şəki şəhəri, M.S.ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini, iş üzrə iddiaçılar - İddiaçı1 və İddiaçı2 yaşadıqları ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən ayıran ortaq çəpərin itələnməsi yolu ilə, zəbt olunmuş iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlərin hesabına sökülməklə geri qaytarılması; qanunazidd evə bitişik tikilmiş hamamın cavabdehlərin hesabına sökülməsi; ekspertizaların keçirilməsi ilə bağlı xidmət xərclərinin ödənilməsinin cavabdehlərin öhdəsinə qoyulması və işlə əlaqədar məhkəmələrə ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli, 2(075)-8/2022 saylı qətnaməsinin ləğv edilməsi ilə iş üzrə cavabdehlər - Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızının yaşadıqları Şəki şəhəri, M.S.ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini, iş üzrə iddiaçılar - İddiaçı1 və İddiaçı2 yaşadıqları ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən ayıran ortaq çəpərin itələnməsi yolu ilə, zəbt olunmuş iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlərin hesabına sökülməklə geri qaytarılması; qanunazidd evə bitişik tikilmiş hamamın cavabdehlərin hesabına sökülməsi; ekspertizaların keçirilməsi ilə bağlı xidmət xərclərinin ödənilməsinin cavabdehlərin öhdəsinə qoyulması və işlə əlaqədar məhkəmələrə ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Sabirli (Hüseynova) Dilşad Nizami qızı apellyasiya şikayətlərinə etiraz edərək, təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(075)-8/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı1 Abdulsəlim qızı və Cavabdeh1 məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyatorlar apellyasiya şikayətlərinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, 2(075)-8/2022 saylı qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(075)-8/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən 0,1156 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 216,8 kvadrat metr olan fərdi yaşayış evi və 74,2 kvadrat metr həyətdəki tikililərin sahəsi olan daşınmaz əmlak İddiaçı1 mülkiyyətindədir. Tərəflər qonşu olmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 3nda, cavabdehlər Cavabdeh1 və Sabirli (Hüseynova) Dilşad Nizami qızı isə Şəki şəhəri, M.S.ünvan 4rləşən fərdi yaşayış evində yaşayırlar. Onların həyətlərini dəmirdən olan sərhəd hasarı ayırır. İddiaçılar həyətyanı sahələri ayıran hasarın onların həyətinin bir hissəsinin zəbti ilə çəkildiyini, cavabdehlər tərəfindən özlərinin yaşadıqları həyətyanı sahədə sərhəd hasarına yaxın məsafədə tikilinin inşa edildiyini, cavabdehlərin yaşadıqları evin həyətinin yol tərəfə baxan hissəsində daş hasarın üzərində mişar daşından artırmaların aparıldığını, eyni zamanda onların həyətinə müdaxilə edilməklə cavabdehlər tərəfindən hamam tikilisinin inşa edildiyini göstərərək həmin tikililərin sökülməsini tələb edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyatorlar apellyasiya şikayətlərinin dəlillərində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə təyin etdiyi ekspert rəyinə əsaslanaraq haqlı olaraq iddia tələbini təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 10/3726 nömrəli rəyindən görünür ki, ünvan 3nda sərhəd hasarının yanında cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (saxlanc yeri) inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin müvafiq bəndlərinə əsasən ara məsafəsinin saxlanılması zəruri deyildir. Lakin cavabeh tərəfindən inşa olunmuş hamam tikilisi Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən inşa olunmuş hamam tikilisinin Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilsə də iddiaçıların sökülməsini tələb etdiyi digər tikililərin inşasında ekspert tərəfindən qanunvericiliyin tələblərinin pozulması, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda iddiaçılar iddia ərizəsində, həmçinin verdikləri izahatlarında digər tikililərlə yanaşı hamam tikilisinin də sökülməsini tələb etmələrinə baxmayaraq hamamın saxlanılmasının iddiaçılara yaşadıqları ünvanda öz hüquqlarını həyata keçirmələrinə maneçilik törətməsi halı müəyyən edilməmişdir. Bundan başqa cavabdehin inşa etdiyi hamam tikilisi və yaxud da onun hər hansı bir hissəsi iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsində deyil, məhz cavabdehlərin istifadəsində olan torpaq sahəsində inşa edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehlərin yaşadıqları evin həyətində inşa etdirdikləri tikililər iddiaçların hüquqlarını hər hansı bir şəkildə pozmur. Buna görə də iddiaçılar cavabdehlər tərəfindən inşa edilmiş tikililərin özlərinin hesabına sökülməsini, zəbt edilən ərazinin qaytarılmasını tələb etməkdə haqlı deyildirlər. Daha sonra şikayətdə qeyd edilir ki, tərəflər arasında olan ortaq qonşu çəpərin çəkilməsi ilə, qonşulardan birinin digərinin torpaq sahəsini zəbt edib-etməməsi, məhkəmə tərəfindən tam araşdırılmamış, MEM 21.10.2020-ci il tarixli, 413 saylı rəyini qeyd edilənlərlə əsaslandırılmaması və rəyə qarşı verilmiş etirazın təmin edilməməsi ilə, rəydə “torpaq sahəsinin zəbt edilməməsi” müddəasının hansı sənədə və yaxud hansı əsasa söykəndiyi qeyd edilməmişdir. Kollegiya qeyd edilən dəlillə razılaşmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 10/3726 nömrəli rəyindən görünür ki, ünvan 3nda sərhəd hasarının tikilisi zamanı tikinti norma və qaydalarına riayət edildiyi müəyyən olunur. Göründüyü kimi iddiaçıların vermiş olduğu apellyasiya şikayətlərinin dəlilləri işin faktiki hallarına uyğun olmamaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, 2(075)- 8/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, 2(075)-8/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar