Məhkəmə qərarları › İş №2(107)-572/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-572/2023

01.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-572/2023 01.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(025)-2276/2016 saylı qərardadından cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 Rafık oğlu, İddiaçı3, İddiaçı4 Vüqar qızı və İddiaçı2 cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Corlu kəndində yerləşən 0.28 ha torpaq sahəsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı2, İddiaçı1 Rafık oğlunun, İddiaçı3, İddiaçı4 qızının mülkiyyət hüququnun bərpa olunmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 nömrəli, 24 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. 13 mart 2023-cü il tarixdə Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinə daxil olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(025)-2276/2016 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 nömrəli, 24 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Qəbələ Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(025)-2276/2016 saylı qərardadından şikayət verərək Qəbələ Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(025)- 2276/2016 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ Regional filialı ilə İddiaçı1 Rafiq oğlu arasında 02 sentyabr 2008-ci il tarixli, 39 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq Qəbələ rayonu, Corlu kəndində yerləşən İddiaçı1 Rafiq oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı2 mülkiyyətində olan 0.28 ha (Seriya MH №0003691, Reyestr nömrəsi **********19, Qeydiyyat nömrəsi 190703094, Qeydiyyat tarixi xx.xx.2007) torpaq sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı1 Rafiq oğlu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bank hüquqlarının müdafiəsi üçün Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli, 2(025)-341/2013 saylı qətnaməsi ilə İddiaçı1 Rafiq oğlundan borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən tutma yönəldilən ipoteka predmetinin satılması üçün hərrac keçirilmişdir. Hərracın nəticələrinə uyğun olaraq 05 iyun 2014cü il tarixli, 162 №-li protokol və alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC torpaq sahəsini hərracdan almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Qanunvericiliyə uyğun olaraq Qəbələ rayonu, Corlu kəndindəki 0.28 ha torpaq sahəsi üzərində olan yüklülük ləğv edilərək həmin əmlak barəsində "xxxx" ASC-nin adına (Seriya RX, № 0520759, Reyestr nömrəsi **********9, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2014) mülkiyyətə dair dövlət reyestrindən çıxarış verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, İş № 2-1(81)-1541/2016 saylı qərarı ilə Cavabdeh3 ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılmış, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, İş № 2-1(81)-1541/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanamsı Fondu tərəfindən torpaq sahəsinin hazırki hüquqi vəziyyəti barədə məlumat əldə edilməsinə zərurət yarandığından tərəflərindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli sorğu ünvanlanmışdır. 9 saylı Qəbələ Ərazi İdarəsi 15 dekabr 2022-ci il tarixli, **********99 saylı məktubla bildirilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)-2276/2016 saylı qətnaməsinə əsasən "xxxx" ASCnin adına olan (Serya RX №0520759, reyestr nömrəsi **********9, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014) çıxarış ləğv edilmişdir. xx.xx.2016-cı il tarixli, 2(025)-2276/2016 saylı qətnaməsinin əldə edilməsi üçün tərəflərindən Qəbələ Rayon Məhkəməsinə müraciət edilmişdir. Qəbələ Rayon Məhkəməsi tərəfindən 12 yanvar 2023-cü il tarixli, 2(025)-2276/2016 nömrəli məktubla bildirilmişdir ki, qətnamə Əmanətlərin Sığortalanması Fonduna poçt vasitəsi ilə göndərilmiş, “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”-yə xx.xx.2016-cı il tarixdə “Abbasova” soyadlı əməkdaşınız imza edərək, həmin qətnaməni qəbul etmişdir. Qəbələ Rayon Məhkəməsi tərəfindən sözügedən qətnaməni təkrar əldə etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, həmin məhkəmə aktının surətinin təkrar verilməsi üçün tələb olunan dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməyimiz xahiş olunmuşdur. Sözügedən qətnamə bankda saxlanılan sənədlər içərisində aşkar olunmadığından “Abbasova” soyadlı əməkdaşın həmin qətnamənin xəbərnaməni imza edərək qəbul etməsini təsdiq edən xəbərnamənin surətinin alınması zərurəti yaranmışdır. Həmçinin vaxt itkisinin qarşısını almaq məqsədi ilə tərəflərindən xx.xx.2016-cı tarixli 2(025)-2276/2016 saylı qətnamənin surətinin alınması üçün 10 (on manat) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. 2(025)-2276/2016 saylı mülki iş üzrə çıxarılmış xx.xx.2016-cı tarixli qətnamənin “Abbasova” soyadlı əməkdaşın xəbərnaməni imza edərək qəbul etməsini təsdiq edən xəbərnamənin surətinin və xx.xx.2016-cı tarixli qətnamənin surətinin Banka göndərilməsi tərəflərindən xx.xx.2023-cü il tarixli ərizə ilə Qəbələ Rayon Məhkəməsindən xahiş edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə xəbərnamənin surəti və xx.xx.2016-cı il tarixli, 2(025)-2276/2016 saylı qətnamənin təsdiq edilmiş surəti xx.xx.2023-cü il tarixdə Banka çatdırılmışdır. Qeyd edilən qətnamə Bankın maraqlarına toxunduğundan apellyasiya şikayəti verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti 14 mart 2023-cü il tarixli, 2(025)-2276/2016 saylı qərardad ilə geri qaytarılmışdır. Məhkəmə qərardadı irəlidəki kimi əsaslandırmışdır: “13 mart 2023-cü il tarixdə Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə verilmədiyindən şikayət geri qaytarılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi Əmanətlərin Sığortalanması Fonduna poçt vasitəsilə göndərilmiş, “poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə”-yə xx.xx.2016-ci il tarixdə “Abbasova” soyadlı şəxs imza edərək, həmin qətnaməni qəbul etmişdir. Həmin qətnamədən isə cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayət məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, bununla da prosessual baxımdan müddət ötürülmüşdür. Belə olan halda, məhkəmə iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 2276/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır”. Ona görə də şikayətin təmin edilməsini, qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 363.3-cü maddəsini rəhbər tutaraq, Qəbələ Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(025)-2276/2016 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(025)-2276/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(025)-2276/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 nömrəli, 24 noyabr 2016-cı il tarixli qətnaməsi Əmanətlərin Sığortalanması Fonduna poçt vasitəsilə göndərilmiş, “poçt göndərişinin verilməsi haqqında xəbərnamə“-yə xx.xx.2016-ci il tarixdə “Abbasova” soyadlı şəxs imza edərək, həmin qətnaməni qəbul etmişdir. Həmin qətnamədən isə cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayət məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, bununla da prosessual baxımdan müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(025)-2276/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(025)-2276/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar