Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-585/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı Olemedze Rəsul Əhməd oğlunun cavabdeh Quliyev Abbasqulu Abbas oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 1882/2019 nömrəli qətnaməsindən iddiaçı Olemedze Rəsul Əhməd oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1882/2019 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddiaçı Olemedze Rəsul Əhməd oğlunun cavabdeh Quliyev Abbasqulu Abbas oğluna qarşı Yevlax rayonu Nemətabad kəndində yerləşən DƏDRX-nin RX seriyalı 387633 saylı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0.78 ha torpaq sahəsinin 0.78 ha hissəsi zəbt edildiyindən, cavabdehin həmin torpaq sahəsindən dərhal çıxarılması, vurulmuş maddi ziyana görə 6,000 manat məbləğin, mənəvi ziyana görə 10,000 manat məbləğin və ödənilən 40 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı Rəsul Olemedze cavabdeh Asif Quliyevə qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Asif Quliyevin Yevlax rayonu Nemətabad kəndində yerləşən DƏDRX-nin RX seriyalı 387633 saylı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0.78 ha torpaq sahəsinin 0.78 ha hissəsi zəbt edildiyindən, cavabdehin həmin torpaq sahəsindən dərhal çıxarılmasına, vurulmuş maddi ziyana görə 6,000 manat məbləğin, mənəvi ziyana görə 10,000 manat məbləğin və ödənilən 40 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsinə, həmçinin mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq bilərəkdən zəbt edilməsi ilə əlaqədar xüsusi qərardadın çıxarılıb Yevlax rayon Prokurorluğuna göndərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, qardaşı Olemedze Mikayıl Əhməd oğlu Azərbaycan Respublikasının Ərazi Bütövlüyü Uğrunda gedən döyüşlərdə şəhid olub, özü isə Qarabağ müharibəsi veteranıdır, döyüşlərdə yaralanmışdır. Ona qarşı edilən haqsızlığa görə məhkəməyə müraciət etmişdir. Uzun bir müddətdir ki, mənəvi sarsıntı keçirdır və əzıyyət çəkir. 1-u qrup gözdən əlildir. Həm torpağını əlindən alır, mülkiyyətini zəbt edir, həm də onu qorxudaraq hədələyir. Qanunlara söykənərək hazırkı iddianı qaldırır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına verilmiş 0.78 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla xx.xx.2019-cı il tarixli **********77 saylı Reyestir nömrəsi ilə tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsi 20 ildir ki, onların olsa da, yəni əvvəl anasının, sonra isə qardaşının, lap sonda isə onun əmlakı olsa da, bu torpaq sahəsindən 20 ildir ki, onların mülkiyyəti olsa da, bu şəxsin şəri və böhtanı ucbatından torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh torpağından qanunsuz istifadə edir, torpağını faktiki olaraq zəbt edir. Nəticə ehtibari ilə torpaqdan istifadə edə bilir, nədə həmin torpağı idarə edə bilir. Məsələ ondadır ki, cavabdeh torpaqları zəbt edərək nə torpağa buraxır, nə də mülkiyyətlərini qanuni müstəvidə idarə etməyə şərait yaradır. Onlar bu torpaq sahəsini idarə etməməklə hər il maddi ziyan çəkirlər. Ancaq cavabdeh bütün bunlara cıddı biganəlik nümayiş etdirərək qanuni torpaqlarından çıxmaq istəmir. Nəticədə mənəvi əziyyət çəkir, həmdə torpaq sahəsini idarə edə bilmir. Torpağı real olaraq zəbt edilib və hər il ən azı 6,000 manat ziyan dəyir. Yani torpağı onun adına 2019-cu ildən keçib, hazırki müddətdə də torpaq sahəsindən bu şəxs çıxmır. Bir il ərzində həmin torpaqdan 4 dəfə bicin aparmaqla ən azı 2,000 ədəd pres ot götürə bilərdi. Bır pres otun qiymətidə 3 manat olmaqla cəmi 6,000 manat gəlirdən olmuşdur. Cavabdeh torpağına buraxımır. Bu baxımdanda bu torpaqdan gəlir götürə bilmir. Əvvəllər anası və qardaşıda bu əziyyəti çəkməklə 20 il ərzində onlar ailə olaraq 60,000 manat ziyan çəkmişlər. Bu barədə qardaşı iddia qaldıracaqdır. O, 6,000 manat pulunu tələb edir. Şəxsin torpağından çıxmağını ondan dəfələrlə tələb etmiş, hər dəfə şantaja və böhtana məruz qalaraq qorxmuşdur. Hətda cavabdeh onu məhkəməyə belə verib, ondan pul təzminatı istəyib. Çətin vəziyyətdə olsa da, həmin torpaq sahəsinə onun ciddi ehtiyacı vardır. Uşağını saxlaya bilmir. Halbuki, kənd yerində torpaq əsaslı iş yeridir. Ona görə də torpağın zəbt edildiyindən, şəxs zorakılıq nümayiş edtiyindən o, hər dəfə İ-ci qrup əllil olaraq mənəvi sarsıntı keçirir. Uşaqları işsizdiyi ucbatından torpağının zəbt edildiyindən normal şəkildə yaşaya bilmiyblər. Şəxsin əlində cinayət tərkibi olsada dövlət orqanları onun bu özbaşınalığına son qoymayıblar. Qanuna görə torpaqların zəbt edilməsi cinayyət hesab edilir. Bu baxımdan Prokurorluğa müraciət etmiş, kömək istəmiş aylarla idarələrdə olmuşdur. Mənəvi əziyyət və sarsıntı keçirtmişdir. Bütün prosesləri yaşamış və mənəvi əziyyət çəkmişdir. Bu baxımdanda torpağının qanunsuz zəbti ilə bağlı keçirdiyi hər bir mənəvi sarsıntı ilə bağlı cavabdehdən 10,000 manat pul tələb edir. Ona görə ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehin mülkiyyətində olan torpaq sahəsindən, yani zəbt edilən torpaq sahəsindən onun çıxarılmasını, vurduğu maddi ziyana görə 600 manat , mənəvi ziyana görə 10,000 manat pulu ondan tələb edir. İddiasında qəti və israrlıdır, tələbinin təmın edilməsini istəyir. İddia tələbində cavabdeh olaraq Quliyev Asif Abbas oğlu qeyd edilsə də, müəyyən edilmişdir ki, həmin şəxs Quliyev Abbasqulu Abbas oğludur, bu səbəbdən iddiaçının razılığı ilə sonuncu cavabdeh qismində tanınmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Rəsul Olemedze iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Abbasqulu Quliyev iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, həmin ərazidə ümumiyyətlə ona məxsus torpaq sahəsi mövcud deyil. Yalnız qardaşına məxsus torpaq sahələri var, həmin torpaq sahələri isə tam fərqqli yerdə yerləşir. İddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Olemedze Rəsul Əhməd oğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı Olemedze Rəsul Əhməd oğlu apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmənin bu qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə tələbinə mahiyyəti üzrə baxsa da, əsassız olaraq tələbini rədd etmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1882/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Tərəflər lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı Olemedze Rəsul Əhməd oğlu və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Quliyev Abbasqulu Abbas oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1882/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Olemedze Rəsul Əhməd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1882/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Nemətabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,78 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində Olemedze Rəsul Əhməd oğlunun adına qeydə alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin **********77 nömrəli çıxarışla mülkiyyətinə qeydiyyata alınmış A№387633 Torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş arayışda qeyd olunur ki, iddiaçı Olemedze Rəsul Əhməd oğlunun adına Yevlax rayonu Nemətabad kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********77 nömrəli çıxarışla mülkiyyətinə qeydiyyata alınmış A№ 387633 və **********77 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,78 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən koordinatlar çərçivəsində göstərilən 0,78 ha torpaq sahəsi cavabdeh Quliyev Abbasqulu Abbas oğlu tərəfindən hal-hazırda istifadə edilmir. Mübahisəli ərazidə ölçü işləri aparılarkən iddiaçı və cavabdehdən başqa digər şəxslər iştirak etmədiyindən, iddiaçının mülkiyyətinə qeydiyyat alınmış 0,78 ha torpaq sahəsi, kimlər tərəfindən istifadə edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cü maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Yevlax rayonu Nemətabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,78 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində Olemedze Rəsul Əhməd oğlunun adına qeydə alınmışdır. İddiaçı, həmin torpaq sahəsinin uzun müddət cavabdeh tərəfindən zəbt və istifadə edildiyini qeyd etsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda təqdim edilmiş mütəxəssis rəyində iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və bu torpaq sahəsinin cavabdeh tərəfindən hazırda istifadə edilmədiyi qeyd edilmişdir. İddia tələbində qeyd edilən halların təsdiqi olaraq hər hansı mötəbər sübut müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Olemedze Rəsul Əhməd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1882/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1882/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Olemedze Rəsul Əhməd oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-585/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-585/2020
11.03.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver