Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-597/2024 17.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Zərdab Bələdiyyəsi Cavabdeh qarşı torpaq sahəsinə görə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Zərdab Bələdiyyəsi Cavabdeh qarşı torpaq sahəsinə görə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(035)-391/2021 saylı qətnaməsindən Maraqlı şəxs1 Teyub oğlu və Maraqlı şəxs2 Abdulli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Zərdab Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(035)- 391/2021 nömrəli qərardadından Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Zərdab Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Təzəkənd kənd sakini Cavabdeh adına olan xx.xx.2004-cü il tarixli 03 saylı qərarla verilmiş 13.0 ha torpaq sahəsinə görə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin hal hazırda qüvvədə olan 12 iyul 2021-ci il tarixli 2(035)-391/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İş üzrə özlərini maraqlı şəxs hesab edən Maraqlı şəxs1 və Maraqlı şəxs2 nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Zərdab Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(035)-391/2021 saylı qərardadı ilə Zərdab Rayon Məhkəməsinin 2(035)-391/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs1 Teyub oğlu və Maraqlı şəxs2 Abdulli oğlunun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs1 və Maraqlı şəxs2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(035)-391/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(035)- 391/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X2 və digər şəxslər Zərdab Rayon Məhkəməsinə ərizə göndərərək...Zərdab Rayon Məhkəməsinin 2(035)391/2021 saylı mülki iş üzrə 3-cü şəxs kimi işə cəlb olunmalarını xahiş etmişlər, məhkəmə iclasında proses iştirakçılarına Azərbaycan Respublikası MPM-nin 57-ci maddəsinə əsasən 3-cü şəxslər ya işdə iştirak edən şəxslərin vəsatəti, ya da ki, məhkəmənin özünün təşəbbüsü ilə işə cəlb edilə bilmələri bildirilmiş, iş materiallarında adları çəkilən şəxslərin (X3) 3-cü şəxs qismində cəlb olunması barədə nə iddiaçının, nə də ki cavabdehin vəsatəti olmamışdır. Məhkəmənin özünün də belə bir təşəbbüsü olmamışdır. Maraqlı şəxs2 isə iş üzrə 3-cü şəxs kimi işə cəlb olunması barədə hər hansı bir ərizəsi məhkəməyə daxil olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi hər hansı bir başqa şəxsin, o cümlədən Maraqlı şəxs1 və Maraqlı şəxs2 hazırkı iş üzrə maraqlı şəxs kimi cəlb edilməsini lazım bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən görünür ki, mübahisəli torpaq sahəsi Zərdab Bələdiyyəsinin mülkiyyətinə aid olmuş və həmin Bələdiyyənin qərarı ilə cavabdehə icarəyə verilmişdir. Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin icarəyə verilməsi hüququna sahib olmuşdur və bu hal apellyatorların qanuni maraqlarına toxunmur. Belə ki, iş materialalrında apellyatorların həmin torpaq sahəsinə hər hansı hüquqlarının mövcud olduğu təsdiq edəcək hər hansı sübut mövcud deyildir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(035)-391/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(035)-391/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(035)-391/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-597/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-597/2024
17.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver