Məhkəmə qərarları › İş №2(107)-597/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-597/2025

22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-597/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin təyin edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə (Açar sözlər: Apellyasiya icraatına xitam) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin təyin edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli, e-2(033)-307/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahlarından doğulmuş 12 avqust 2013-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat alimentin, mediasiya xərci olaraq ödənilmiş 60 manat xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını 08 dekabr 2012-ci il tarixdə Zaqatala rayon Qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 12 avqust 2013-cü il tarixdə X2 və 19 yanvar 2015-ci il tarixdə X3 adlı övladları anadan olmuşlar. Cavabdeh ilə xasiyyətləri uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh ilə aralarında mediasiya sazişi bağlanmışdır. Mediasiya sazişinin şərtlərinə əsasən birgə nikah dövründə anadan olmuş 12 avqust 2013-cü il tarixli X2 onun və 19 yanvar 2015-ci il tarixdə anadan olmuş X3 cavabdehin himayəsində qalmasına dair razılığa gəlmişlər. Zaqatala rayon Məhkəməsinin 2(033)892/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahlarından anadan olmuş 12 avqust 2013-cü il tarixli X2 onun himayəsindədir. Cavabdeh övladlarının saxlanması üçün heç bir maddi yardım göstərmir. Bunun üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 (iki yüz qırx altı) manat məbləğində alimentin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə 08 dekabr 2012-ci il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından 2 övladları, xx.xx.2013-cü il tarixdə X2 və xx.xx.2015-ci il tarixdə isə X3 doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-892/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru Niyazi Məmmədovun iştirakı ilə aralarından Barışıq Sazişi bağlanmışdır. Həmin Sazişə əsasən birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X2 cavabdehin himayəsində, xx.xx.2015-ci il təvəllüdlü X3 isə onun himayəsində qalmasına dair aralarında razılıq olmuşdur. Hazırda isə cavabdeh ona qarşı Zaqatala rayon məhkəməsinə aliment tələbinə dair iddia ərizəsi vermişdir. Həmin mülki iş məhkəmənin icraatındadır. Hazırda uşaqlardan biri yəni, xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsində yaşayır. Bugünədək uşağının baxıb böyüdülməsində cavabdehin maddi heç bir dəstəyi olmamışdır. Hesab edir ki, uşağının böyüdülməsində cavabdehin də iştirakı vacibdir. Buna görə də aliment tələb etmək fikrindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2(033)-307/2025 nömrəli qətnaməsi ilə (hakim Z.Məmmədova) İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair ilk iddiasının və Cavabdeh İddiaçı qarşı alimentin təyin edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsini qət etmişdir. İddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı məhkəmə xərcləri və Cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi ilə bağlı məhkəmə xərcləri onların özlərinə aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları iddiaçı qarşılıqlı idda üzrə cavabdeh İddiaçı Aydın qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin iddiaçı qarşılıqlı idda üzrə cavabdeh İddiaçı məhkəmə iclasınadək məhkəmə kollegiyasına göndərdiyi ərizəsində Zaqatala Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli, e-2(033)-307/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılmasından imtina etdiyini göstərmiş və bu səbəbdən işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətindən imtina etdiyindən apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-ci maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina üçün apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin təyin edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli, e-2(033)-307/2025 nömrəli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar