Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-601/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi, tələbdən kənara çıxma, prosessual pozuntu) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(024)- 204/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Ərizəçi İddiaçı məhkəməyə müraciət edərək tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh tərəfindən uşaq üçün hər ay 220 manat aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manat alimentin ödənilməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 oktyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi şəkildə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları dünyaya gəlmişdir. Belə ki, tərəflər 31 iyul 2023-cü il tarixli barışıq sazişinə əsasən Ata- Cavabdeh tərəfindən bir uşaq üçün hər ay 220 (iki yüz iyirmi) manat aliment ödəməsi barədə razılığa gəlmişdir. Alimentdən əlavə olaraq birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün işlədiyi müddətcə 280 (iki yüz səksən) manat ödəməyi Cavabdeh razılaşmışdır. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, ərizəşi məhkəməyə ərizə göndərərək işə özünün iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsini xahiş etmiş, həmçinin maraqlı şəxs məhkəməyə etiraz ərizəsi göndərərək ərizənin təmin edilməməsini xahiş etmişdir.
4. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Qax Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(024)-204/2024 nömrəli qətnaməsi ilə (hakim M.Qarayev) ərizənin təmin edilməsi, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişi məcburi icra edilərək maraqlı şəxs Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manat məbləğində alimentin (işlədiyi müddətcə) alınaraq ərizəçi İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin barışıq sazişində razılaşdırılmış 2023-cü ilin 1 avqust tarixindən hesablanması, Cavabdeh 80 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023- cü il tarixli barışıq sazişi ilə müəyyən edilir ki, onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə doğulmuş X5 adlı övladı var. Tərəflər aralarında bağlanmış nikahın pozulması, boşanmadan sonra da uşaqların özünün yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 2023-cü ilin avqust ayının birindən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manat alimentin (işlədiyi müddətcə) ödənilməsi barədə razılığa gəlmiş və mediasiya prosesində bu barədə barışıq sazişi bağlamışlar. Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etmədiyinə görə İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hazırda ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliyini yerinə yetirmədiyini və uşağın saxlanması üçün ona ödəməli olduğu alimenti verməkdən yarandığını bildirərək onunla aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
7. Beləliklə də məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb üzrə məhkəmə alimentin miqdarı ilə bağlı məsələni deyil, barışıq sazişinin bağlanması zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını yoxlayır və bunun nəticəsi olaraq barışıq sazişinin təsdiq edilib-edilməməsi məsələsinə hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Cavabdeh barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 2023-cü ilin avqust ayının birindən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manat alimentin (işlədiyi müddətcə) tutulması qərara alınmış və hər iki tərəf həmin barışıq sazişinin şərtlərini qəbul edərək sazişi imzalamışlar.
10. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlmişdir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşağın saxlanması üçün alimentin tutulması ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, barışıq sazişinin şərtlərinə uyğun olaraq barışıq sazişində qeyd edilmiş 2023-cü ilin 1 avqust tarixindən hesablanmalıdır.
11. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3, 33.1, 33.2, 33.3, 34.1, 34.2, 34.4, 34.5-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.1, 234.2, 305.1.17, 355-23.1, 355-23.2, 355-25.1, 355-25.3, 355-26-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hesab edir ki, bu işdə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsində nəzərdə tutulan vəzifələri yalnız ərizəçinin mövqeyinə münasibətdə icra etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbləridə məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoymuşdur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır.
14. Qeyd etmək istəyir ki, o, elektron kabinetə ərizəçinin ərizəsinə etiraz ərizəsi ünvanlayaraq ərizəçinin ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
15. Ərizədə yazaraq bildirmişdir ki, aralarında 31 iyul 2023-cü il tarixdə barışıq sazişi bağlandıqdan sonra hər ay tərəfindən iddiaçının Kapital bankda açılmış kart hesabına (5103 0715 0362 9525) tərəfindən ödənişlər həyata keçirilmişdir. Ödəniş qəbzləri etiraz ərizəsinı əlavə olunub. Etiraz ərizəsində yazmış olduğu bank hesab nömrəsi mediasiya zamanı aralarında bağlanmış barışıq sazişində öz əksini tapmışdır.
16. Ərizəçi azyaşlı övladıları ilə hal-hazırda ünvan 1 ünvanında kirayədə qalır. Mənzil sahibinin mülkiyyətçisi Mahir Caniyevə ilə aralarında kirayə müqaviləsi bağlanmışdır. Həmin kirayə müqaviləsinin aylıq kirayə haqqı onun tərəfindən Mahir Caniyevə ödənilir. Barışıq sazişində qeyd olunan uşağın digər xərcləri üçün 280 manat pul məbləği dedikdə tərəfindən ödənilmiş kirayə haqqı nəzərdə tutulur.
17. Qeyd edilənlərin Qax rayon Məhkəməsi tərəfindən nəzərə alınmadığı, Qax rayon Məhkəməsi məhkəmə qətnaməsində etiraz ərizəsini bir cümlə ilə yazmaqla maraqlı şəxs məhkəməyə etiraz ərizəsi göndərərək ərizənin təmin edilməməsini xahiş etmişdir cümləsi ilə kifayətlənilmişdir.
18. Məhkəmə tərəfindən etiraz ərizəsində yazdıqları ətraflı araşdırılmamışdır. Barışıq sazişi tərəfindən könüllü şəkildə icra olunub. Ərizəçinin məhkəməyə barışıq sazişinin təsdiq olunmasına dair ərizə ilə müraciət etməsinin məqsədi ondan ödəmiş olduğu pulları yenidən əldə edib varlanmaqdır.
19. Hesab etmişdir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış, mülki iş materialları tam araşdırılmamışdır.
20. Odur ki, Qax rayon Məhkəməsinin 2(024)-204/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv olunmasını, ərizəçinin ərizəsinin təmin olunmamasına, apellyasiya şikayəti vermək üçün ödənilmiş 40 manat dövlət rüsumunun ərizəçidən alınaraq ona ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-204/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında barışıq sazişinin şərtlərinin uşağın saxlanılması üçün hər ay 220 manat alimentin və uşağın digər xərcləri üçün 280 manatın ödənilməsi hissəsində icra edilməməsi nəzərə alınaraq, yalnız həmin hissələrdə barışıq sazişinin təsdiq edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etdiyini göstərmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı şəxs Cavabdeh kollegiyanın iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
24. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun; 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 306.2-ci maddəsinə əsasən Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maraqlı şəxs apellyasiya şikayətində Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-204/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini, ərizənin təmin olunmamasını xahiş etdiyindən kollegiya Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(024)-204/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi qaydada təmin etmiş, iddia tələbindən kənara çıxmışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(024)-204/2024 nömrəli qətnаməsi ləğv edilməlidir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh nikahlarını 07 oktyabr 2017-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X5 adlı övladları anadan olmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pisləşmiş və onlar xx.xx.2023-cü il tarixdə nikahın pozulması, 220 manat alimentin tutulması, xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün işlədiyi müddətcə hər ay 280 manatın ödənilməsi, uşağın atası ilə ünsiyyətin təmin edilməsi, imkan olarsa evin alınması və sair bəndlərdən ibarət mediasiya qaydasında barışıq sazişini imzalamışlar. Ərizəçi İddiaçı maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinin uşağın saxlanılması üçün hər ay 220 manat alimentin və uşağın digər xərcləri üçün 280 manatın ödənilməsi hissəsində icra edilməməsini əsas gətirərək həmin hissələrdə barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.
33. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
34. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
35. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
36. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
37. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
38. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
39. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
40. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi belə bir tələbin olmamasına baxmayaraq, barışıq sazişini tam təsdiq etməklə yanaşı, barışıq sazişinin məcburi icra edilərək maraqlı şəxs Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manat məbləğində aliment (işlədiyi müddətcə) alınaraq ərizəçi İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin barışıq sazişində razılaşdırılmış 2023-cü ilin 1 avqust tarixindən hesablanması, qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilməsini də qət etməklə, yəni ərizədə göstərilən tələbdən kənara çıxmaqla, xüsusi icraat qaydasında baxılmalı olmayan məsələni barışıq sazişinin təsdiqi qaydasında həll etməklə yekun məhkəmə aktını qəbul etdiyindən Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(024)-204/2024 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
43. Belə ki, ərizəçi İddiaçı ərizəsində tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh tərəfindən uşaq üçün hər ay 220 manat aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manat məbləğin ödənilməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apardığı dəqiqləşdirilməsi də nəzərə alınaraq, ərizəçi tərəfindən barışıq sazişinin bütünlükdə deyil, məhz uşaq üçün hər ay 220 manat aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manatın ödənilməsi hissələrində xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinin xahiş edilməsi müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçinin maraqlı şəxsə qarşı tələbi alimentin, əlavə xərcin tutulması, barışıq sazişinin bütün şərtlərinin təsdiqi ilə bağlı deyil, 220 manat aliment və 280 manat digər xərclərin ödənilməsi hissələrində xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
44. Göründüyü kimi, birinci instansiya məhkəməsi 220 manat aliment və 280 manat digər xərclərin ödənilməsi istisna olmaqla digər hissələrdə də xx.xx.2023-cü il tarixli barışıq sazişini təsdiq etməklə, həmçinin maraqlı şəxs Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manat məbləğində aliment (işlədiyi müddətcə) alınaraq ərizəçi İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin barışıq sazişində razılaşdırılmış 2023-cü ilin 1 avqust tarixindən hesablanması nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol vermişdir. Bundan əlavə işə baxan birinci instansiya məhkəməsi tələbin alimentin alınması barədə olmaması nəzərə alınaraq qətnamənin alimentə dair hissəsinin dərhal icraya yönəldilməsini də qət etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin barışıq sazişində qeyd olunan uşağın digər xərcləri üçün 280 manat pul məbləği dedikdə tərəfindən ödənilmiş kirayə haqqının nəzərdə tutulmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müvafiq bəndində göstərilmişdir ki, “aliment məbləğindən əlavə olaraq birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il doğumlu X4 digər xərcləri üçün işlədiyi müddətcə 280 manatı ödəməyə razılaşdı.” Yəni həmin bənddə 280 manat digər xərclərin məhz ərizəçinin və tərəflərin birgə nikahlarından doğulmuş övladlarının kirayə haqqı üçün nəzərdə tutulması barədə heç bir fikir ifadə edilməmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 31 iyul 2023-cü il tarixdə barışıq sazişi bağlandıqdan sonra hər ay tərəfindən iddiaçının Kapital bankda açılmış kart hesabına ödənişlərin həyata keçirilməsi, ödəniş qəbzlərinin etiraz ərizəsinə əlavə olunmasına, barışıq sazişinin tərəfindən könüllü şəkildə icra olunmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, maraqlı şəxs Cavabdeh ona qarşı birinci instansiya məhkəməsinə verilmiş iddia tələbinə qarşı etirazı 07 fevral 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin etiraza əlavə edilmiş 31 avqust 2023, 29 sentyabr 2023, 24 oktyabr 2023, 29 noyabr 2023, 26 dekabr 2023, 30 yanvar 2024-cü il tarixli qəbzlərlə 350 manat, 08 dekabr 2023-cü il tarixli qəbzlə isə 200 manat vəsaitin 416973******9329 və 510307******6004 kart hesablarından silinməsi müəyyən edilmişdir. Lakin həmin qəbzlərdən kart hesablarından silinən vəsaitlərin kimin hesabına və hansı təyinatla ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin ödənilən vəsaitlərin 31 iyul 2023-cü il tarixli barışıq sazişi üzrə ödənilməsi qəbul edilərsə belə, ödənilmiş məbləğlər saziş üzrə hər ay ödənilməsi razılaşdırılmış həddə deyildirlər. Belə ki, barışıq sazişi üzrə hər ay ödənilməsi razılaşdırılmış sabit pul məbləğində aylıq aliment məbləğinin 220 manat, digər xərclərin isə 280 manat, onların cəmi məbləğinin isə 500 manat təşkil etməsi nəzərə alınaraq, hər ay üçün 350 manatlıq ödənişlər barışıq sazişində razılaşdırılmış məbləğdə olmamışlar. Bundan əlavə maraqlı şəxs şikayətinin əvvəlki dəlilində onun tərəfindən 280 manat ödənişin kirayə haqqı kimi ödənildiyini göstərmişdir. Hansı ki, tərəflər arasında bağlanmış barışıq sazişindən tərəflər arasında kirayə haqqının ödənilməsinin razılaşdırılması müəyyən edilməmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ərizəçinin məhkəməyə barışıq sazişinin təsdiq olunmasına dair ərizə ilə müraciət etməsinin məqsədinin ondan ödəmiş olduğu pulları yenidən əldə edib varlanmaq olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Kollegiya qeyd edir ki, maraqlı şəxs Cavabdeh tərəfindən məhz 31 iyul 2023-cü il tarixli barışıq sazişinin şərtləri üzrə hər hansı ödənişlər aparılmışdırsa, onun tərəfindən həmin sənədlərin məhkəməyə təqdim edilməməsinə baxmayaraq, Cavabdeh buna dair sübutlarını 31 iyul 2023-cü il tarixli barışıq sazişi üzrə borca hesablanması məqsədi ilə məhkəmə qərarını icra edən müvafiq quruma təqdim etmək hüququ vardır.
50. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
51. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə və həmin sazişdə nəzərdə tutulmuş təyinatlar üzrə 220 manat alimentin və 280 manat digər xərclərin ödənilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsi nəzərə alınaraq, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
52. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(024)- 204/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişi tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh tərəfindən uşaq üçün hər ay 220 manat aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manatın ödənilməsi hissələrində məcburi icrası üçün təsdiq edilməlidir.
53. Hazırkı iddia tələbi alimentin alınması ilə deyil, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı olduğundan, xüsusi icraat qaydasında baxılan işlər üzrə isə 100 manat dövlət rüsumu ödənilməli olmasına baxmayaraq, ərizəçi tərəfindən 50 manat dövlət rüsumu ödənildiyindən və ərizə təmin edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, prosessual qənaət prinsipindən çıxış edərək maraqlı şəxs Cavabdeh 100 manat dövlət rüsumu tutularaq, onun 50 manatı ərizəçi İddiaçı, 50 manatı isə dövlət büdcəsinə ödənilməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(024)-204/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişi tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh tərəfindən uşaq üçün hər ay 220 manat aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 digər xərcləri üçün 280 manatın ödənilməsi hissələrində məcburi icrası üçün təsdiq edilsin. Maraqlı şəxs Cavabdeh 100 manat dövlət rüsumu tutularaq, onun 50 manatı ərizəçi İddiaçı, 50 manatı isə dövlət büdcəsinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.