Məhkəmə qərarları › İş №2(107)-611/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-611/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-611/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-1121/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-1121/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia qismən təmin edilmiş, xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat alimentin Cavabdeh tutulub iddiaçı X3 ödənilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-1121/2020 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-1121/2020 nömrəli qətnaməsinin əsaslandırıcı və nəticə hissələrindəki yanlışlıq düzəldilərək iddiaçı X4 sözlərinin İddiaçı sözləri kimi oxunması qərara alınmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahdan xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş X1 və xx xxxxx 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 200 manat, cəmi 400 manat alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx xxxx 2013-cü il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra birgə yaşasalar da, sonradan cavabdehin ailəsinə qarşı biganə yanaşması, düzgün münasibət bəsləməməsi səbəbindən ayrılmışlar. Hal-hazırda ayrı yaşayırlar. Bunun üçün nikahlarının pozulması tələbinə dair Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Onların birgə nikahından xx xxxxxxx 2013-cü il tarixdə X4 və xx xxxxx 2016-cı il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Azyaşlı övladları hazırda onun yanındadır. Buna görə də, aliment məbləğinin cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində tutularaq 200 manat müəyyən olunmasına dair məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)- 1120/2020 saylı mülki işə baxılıb qurtaranadək hazırki işin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilmədiyindən iclasın onun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx xxxx 2013-cü il tarixdə rəsmi qaydada nikah bağlayaraq ailə qurmuş, hazırda faktiki olaraq ayrılmışlar. Onların birgə yaşadıqları dövrdə, yəni xx xxxxxxx 2013-cü il tarixdə X4 və xx xxxxx 2016-cı il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. Onların nikahlarının pozulması 3 ay vaxt verilməklə xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. O, nikahın pozulmasına razı olmamış, uşaqlarının da onun yanında saxlanılmasını xahiş etmişdir. Alimentlə bağlı qeyd edir ki, o hazırda işləmir, gəlir yeri yoxdur. İddianı qismən qəbul etdiyini və iddiaçıya hər iki uşağa görə cəmi 150 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirdi. Buna görə də, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə tam əsassız olaraq, qeyri-obyektiv, ətraflı araşdırılmadan çıxarılmışdır. Məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və iş üçün mühüm əhəmiyyəti olan halların aydınlaşdırılmaması səbəbindən qətnamə ləğv edilməlidir. Belə ki, Zaqatala Rayon Məhkəməsinin çıxarmış olduğu bu qətnamə ilə razı deyildir. Ona ən yüksək məbləğdə aliment kəsilib. Qətnamədə onun işsiz olmağı, məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda olmağı göstərilməmişdir. Bu hal isə alimentin kəsilməsi zamanı ümumiyyətlə nəzərə alınmamışdır. Uşaqlar onun uşaqlarıdır. Alimenti ödəməkdən imtina da etmir. Aşağı miqdarda aliment ödəməyə hazırdır. Çünki hal-hazırda işsizdir. Məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək alimentin aşağı həddə təyin edilməsni xahiş etmişdir. Həmin ərizəsinə Rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olmağı barədə arayışı təqdim etmişdir. Bundan əlavə onların nikahları hələ pozulmayıb. Nikahlarından olan uşaqların kimin yanında qalması hələ məlum deyil. Həmin nikahın pozulması işində uşaqların onun himayəsinə verilməsi barədə etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. O, uşağını da istəyir. İstəyir ki, uşaq onun himayəsində qalsın. İddia ərizəsində göstərilən aliment məbləği ilə razı deyildir. O, hal-hazırda heç bir yerdə işləmir, iş axtaran kimi qeydiyyatdadır. Aşağı həddə aliment təyin olunmasını xahiş edir. Məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və iş üçün mühüm əhəmiyyəti olan halların aydınlaşdırılmaması səbəbindən qətnamə ləğv edilməlidir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)- 1121/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, aşağı məbləğdə aliment təyin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-1121/2020 nömrəli qətnaməsi mübahisələndirilən-xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zaqatala RİHB-nın Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZ-İ 849084 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2013-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 9 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra kişiyə “Məmmədov”, qadına isə “Məmmədova” soyadı verilmişdir. İşdə olan Zaqatala RPŞ tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş Seriya AZE 11269015 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Zaqatala RPŞ tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş Seriya AZE 11269016 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75.1, 75.4, 78.1, 100.2 və 106.4-ci maddələrinə, Azərbaycan Respublikasında “Yaşayış minimumu haqqında” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında “Yaşayış minimumu haqqında” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. (Həmin məbləğ 2021-ci il üçün artırılaraq 175 manat müəyyən edilmişdir) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx xxxx 2013-cü ildə ailə qurmuş, birgə nikahdan xx xxxxxxx 2013-cü il tarixdə X4 və xx xxxxx 2016-cı il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı təkbaşına himayəsində olan uşaqların tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh iddianı qismən qəbul etdiyini və iddiaçıya hər iki uşağa görə cəmi 150 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Birinci instansiya məhkəməsi sonda xüsusilə vurğulamışdır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Cavabdeh etiraz ərizəsində göstərir ki, uşaqlar ola bilsin ki, gələcəkdə onun himayəsinə verilsin, hazırda uşaqların kimin yanında qalması ilə bağlı məhkəmənin qətnaməsi yoxdur, buna görə də, hazırki işin icraatı dayandırılmalıdır. Birinci instansiya məhkəməsi cavabdehin etiraz ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, uşaqlar hazırda iddiaçının himayəsindədir. Hazırda etiraz ərizəsində göstərilənlər mülki iş üzrə icraatın dayandırılması üçün əsas deyil və bu hallar cavabdehi aliment ödəmək vəzifəsindən heç də azad etmir. Birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş X1 və xx xxxxx 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Birinci instansiya məhkəməsi tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, uşaqların mənafeyini, uşaqların yaşını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, iddiaçı alimentin tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasını mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, eyni zamanda iddiaçının ərizəsində alimentin tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasını mübahisələndirməməsi nəzərə alınmalı və alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-1121/2020 nömrəli qətnaməsi mübahisələndirilən-xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-1121/2020 nömrəli qətnaməsi mübahisələndirilən-xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar