Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-619/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhman oğlu və Ağsu Rayon Notariat Ofisinə qarşı “xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya baxışından çıxarma, işin istənilməsi) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhman oğlu və Ağsu Rayon Notariat Ofisinə qarşı “xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 nömrəli qətnaməsindən Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhman oğlu və Ağsu Rayon Notariat Ofisinə qarşı “xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqısatqısına dair notariat müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN 0003, KOD 40903048 olan Dövlət Akt əsasında birgə paylı mülkiyyətlərində olan 9,09 ha torpaq sahəsi ilə əlaqədar Cavabdeh3 (hazırkı adı notariat ofisi) xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin ləğv edilməsinə və tərəfindən ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair" JN 0003, KOD 40903048 olan Dövlət Aktı əsasında birgə paylı mülkiyyətlərində olan 9.09 ha torpaq sahəsi ilə əlaqədar Cavabdeh3 xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) iddianın təmin edilməsi, X3 adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumu olan 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 Abdurrəhman oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayəti mümkün hesab edilmiş və növbəti məhkəmə baxışı 10 avqust 2023-cü il tarixdə, saat 16:10-a Şəki Apellyasiya Məhkəməsinin binasına (16 nömrəli zal) təyin edilmişdir. Ağsu Rayon Məhkəməsinin hakimi X8 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, hazırki mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra həmin iş üzrə Cavabdeh2 Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bu səbəblə apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(016)-34/2023 saylı mülki işin Ağsu Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-619/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə Cavabdeh2 apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Ağsu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-619/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsindən Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-619/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-619/2023
10.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver