Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-622/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Subroqasiya qaydasında pul tələbi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(051)- 275/2024 nömrəli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldıraraq, cəmi 5716 manat və 77.56 manat dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı Sığorta Şirkəti ASC-nə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Ford Transit” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Ford Transit” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4544 manat, X3 yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat, “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin borusuna dəymiş zərərə görə isə 422 manat olmaqla cəmi 5716 AZN (beş min yeddi yüz on altı manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqlarıyaranmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Əhmədov X9 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, o törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfə yüngül dərəcəli bədən xəsarəti yetirməklə yanaşı, hadisə yerindən yayınmışdır. Ona görə də ödənilmiş 5716 manat pul subroqasiya qaydasında Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iddiaçı hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür.
6. Mingəçevir Şəhər Məhkəməsinin (hakim G.Quliyeva) 13 fevral 2024-cü il tarixli, e-2(051)-275/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı Ford Transit” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4544 manat, X3 yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat, “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin borusuna dəymiş zərərə görə isə 422 manat olmaqla cəmi 5716 AZN (beş min yeddi yüz on altı manat) sığorta ödənişi və 77.56 manat dövlət rüsumunun pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakixanov qəsəbəsində Ş.Kamilov küçəsindən N.İsmayılov küçəsinə çıxarkən yol-nəqliyyat hadisəsi törətmiş və "Fort TR" markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bundan başqa toqquşma nəticəsində zərbədən "Fort TR" markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun sol hissəsinə avtomobilə və digər maneəyə çırpılmışdır. Nəticədə "Fort TR" markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 4544 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh yol–nəqliyyat hadisəsi törətdiyinə görə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
8. Məhkəmə işin hallarını araşdıraraq, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin hadisə yerindən yayındığını müəyyən etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, ümumiyyətlə baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması o zaman sığortaçının hadisəni törətmiş şəxsə qarşı Subroqasiya hüququnun yaranmasına əsas ola bilər ki, Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslar, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” adlanan 4-cü fəslinin məqsədlərinə uyğun olsun.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, sürücünün hadisə yerindən yayındığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Bununla belə sürücünün hadisə yerindən yayınması nəticəsində zərərin artdığı, zərərin qarşısının alınmasının qeyri-mümkün olması müəyyən edilmir. Eyni zamanda məhkəmə qərarında cavabdehin hadisə yerini tərk etməsi nəticəsində subroqasiya qaydasında tələbetmə əsasını müəyyən edən sərxoşluğunun və ya başqa halın olması əks edilmir, əksinə qərarda sığortalının həkim rəyi ilə sərxoş olmadığı müəyyən olunmuşdur. Eyni zamanda cavabdehin polisdə verdiyi izahatda hadisə yerindən yayınma səbəbi kimi halı pisləşmiş ankoloji xəstə olan sərnişini tibb müəssisəsinə çatdırmaq olması qeyd edilmişdir. Sığorta şirkəti tərəfindən sığorta hadisəsi zamanı sığortalının hadisə yerini tərk etməsinin ziyanın artmasına nə kimi təsir göstərdiyi əsaslandırılmamış, sübuta yetirilməmişdir. Sürücünün hadisə yerini tərk etməsi halı özözlüyündə nəticə yaratmadığı halda, sığorta şirkətinə subroqasiya qaydasında məbləğin ödənilməsi tələbinə əsas yaranmamış olur.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının subroqasiya qaydasında cavabdehdən vurulmuş zərərin əvəzinin alınması əsası olmadığından iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.2, 63.1, 63.2, 63.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən apellyаsiyа şikаyəti vermişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iş materiallarında olan sübutlarla cavabdehin hadisə zamanı ordan çıxıb getməsi faktı təsdiqlənir, həmçinin birinci instansiya məhkəməsi qətnaməsində özü də bu faktı təsdiqləmişdir. Lakin, məhkəmə 327.6-cı maddənin pozuntusunun olduğunu, şəxsin hadisə yerindən yayınması faktını qəbul etsə də, bu halın Subroqasiya hüququ yaratmadığını əsas gətirərək iddia tələbini rədd etmişdir. Buna əsas olaraq da, 63.2-ci maddəsinin məzmununu qeyd etmişdir və bildirmişdir ki, “şəxsi n hadisə yerindən yayınması o halda Subroqasiya halının yaranması üçün əsas ola bilərdiki, Qanunun 25.1.5, 25.1.6, 25.1.7-ci maddələrində nəzərdə tutulan əsaslar 4cü fəslin məqsədlərinə uyğun olsun. Sürücünün hadisə yerindən yayınması nəticəsində zərərin artdığı, zərərin qarşısının alınmasının qeyri-mümkün olması müəyyən edilmir. Eyni zamanda məhkəmə qərarında Subroqasiya qaydasında tələbetmə əsasını müəyyən edən sərxoşluğunun və ya başqa halın olması əks olunmur. Eyni zamanda cavabdehin polisə verdiyi izahatda yayınma səbəbi kimi halı pisləşmiş ankoloji xəstə olan sərnişini tibb müəssisəsinə çatdırmaq olması qeyd edilmişdir.” İcbari sığortalar haqqında qanunun 63.2-ci maddəsinə münasibətdə bildirmək istərdi ki, məhkəmənin 63.2-ci maddəyə əsaslanması və bunu yayınma halına münasibətdə tətbiq etməsi yalnışdır. Çünki, 63-cü maddə özü bütövlükdə yayınma barəsində deyil və həmin maddənin adı “A vtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ”-dur. 63.2-ci maddənin mahiyyəti sadəcə ondan ibarətdir ki, qanunun 25-ci maddəsində göstərilmiş Subroqasiya əsasları içərisindən 25.1.5, 25.1.6, 25.1.7-ci maddələr nəqliyyat vasitələrinin icbari sığortası üzrə Subroqasiya hüququnun yaranma əsası deyil, yayınma isə belə hüququ yaradan əsaslardan biridir. Qanunverici yayınma ilə bağlı hər-hansı xüsusi şərt qoymamışdır ki, sadəcə yayınma halı dəyən zərərin artmasına səbəb olanda və ya sürücü sərxoş olanda Subroqasiya yaratsın. Sürücünün sərxoş olması faktı özü ayrıca Subroqasiya əsasıdır və yayınma ilə müştərəklik təşkil etmir. Həta bu maddəyə belə yanaşılsa belə, Cavabdeh zərərvurduğu avtomobildə bir sürücü əyləşdiyini və onun həyatına təhlükə yaranması ehtimalını düşünməli idi. Hadisə nəticəsində zərərçəkən yüngül bədən xəsarəti almışdır və bu zərərin həcmi daha böyük də ola bilərdi. O təqsirli olduğunu bilə-bilə zərərçəkənə belə köməyi göstərmədən hadisə yerindən çıxıb getmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin polisə verdiyi izahata əsaslanaraq bildirmişdir ki, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsində onkoloji xəstə olan sərnişini xəstəxanaya çatdırmaq üçün çıxıb getmişdir. Halbuki cavabdehin izahatında belə fakta rast gəlinmir. İzahatda qeyd edilmişdir ki, maşınında sərnişin kimi əyləşən 45-50 yaşlarındakı həkim işləyən qadının qorxması səbəbi ilə nəqliyyat vasitəsini saxlamayıb və onu onkoloji xəstəxanaya aparıb. Onkoloji xəstəxanaya getmək səbəbi də qadının həmin xəstəxanada həkim ol ması ilə bağlı olub. Əks halda onkoloji xəstəxana qorxan birini aparmaq üçün uyğun xəstəxana seçimi deyil.
15. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini pozmuş və həqiqətə uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin mübahisəsiz halına əsaslanaraq iddianı rədd etmişdir. İş materiallarında olan bütün sənədlərlə şəxsin hadisə yerində sağlamlığı təhlükə altında olan başqa şəxs ola-ola hadisə yerini tərk etməsi öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi özü də bu faktı təsdiqlədiyi halda yayınma faktının özü özlüyündə Subroqasiya halı yaratmadığını bildirmişdir. Məhkəmə həmçinin cavabdehin polisə verdiyi izahata tam və hərtərəfli baxmadan onun məzmununu yanlış tövsif etmişdir. Cavabdehin onkoloji xəstə olan sərnişini həkimə çatdırmaq üçün yayındığını bildirmişdir. Halbuki izahatdan da görünür ki, sərnişin onkoloji xəstə olmamış, həkim olmuşdur və cavabdeh də onu onkoloji xəstəxanaya aparmışdır.
16. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 275/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, həmçinin apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 38.60 manat dövlət rüsumunun Cavabdeh İddiaçı sığorta ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı Sığorta Şirkəti ASC məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərindən məhkəmə iclasının onların iştirakları olmadan keçirilərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, cavabdeh gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.5-ci maddələrinə əsasən yüngül xəsarət alması – 15 faiz. 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(051)- 275/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.
26. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Tərəflər arasındakı münasibətlər sığorta müqaviləsi üzrə, hazırkı mübahisə isə subroqasiya hüququ üzrə yaranmışdır.
28. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Bakixanov qəsəbəsində Ş.Kamilov küçəsindən N.İsmayılov küçəsinə çıxarkən nizamlanmayan yol ayrıcının keçilməsi qaydasını pozmuş, həmin küçə ilə sağdan hərəkət edən "Ford TR" markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan hissəsindən vurubtoqquşmuş, toqquşma nəticəsində zərbədən "Ford TR" markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun sol hissəsinə çıxıb orada dayanmış vəziyyətdə olan “İVECO” MARKALİ, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, həmçinin yolun kənarındakı qaz borusu zədələnmişdir. Bundan sonra Cavabdeh hadisə yerindən yayınmışdır. "Fort TR" markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə onun sahibinə, qaz borusunun zədələnməsi nəticəsində isə X6 maddi ziyan dəymiş, həmçinin hadisə nəticəsində "Fort TR" markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarı ilə həmin yol-nəqliyyat hadisəsini, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "Fort TR" markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-nə 4544 manat, hadisə nəticəsində yüngül bədən xəsarəti almış X4 750 manat, qaz borusunun zədələnməsi ilə bağlı isə “Azəriqaz” İstehsalat Birliyinə 422 manat sığorta ödənişi verilmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin mülki prosessual qanunvericiliyin tələblərini pozması və həqiqətə uyğun olmayan qətnamə qəbul etməsi, iş materiallarında olan bütün sənədlərlə şəxsin hadisə yerini tərk etməsinin öz təsdiqini tapmasına dair dəlili ilə razılaşır.
30. Belə ki, cavabdehin yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınması onun barəsində olan inzibati xəta haqqında işə baxılarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində verdiyi izahatı və işdə olan digər sənədlərlə təsdiq edilmişdir.
31. Birinci instansiyası məhkəməsi isə iddia tələbini rədd edərkən sürücünün hadisə yerindən yayınması nəticəsində zərərin artdığının, zərərin qarşısının alınmasının qeyrimümkün olmasının müəyyən edilməməsi, cavabdehin hadisə yerini tərk etməsi nəticəsində subroqasiya qaydasında tələbetmə əsasını müəyyən edən sərxoşluğunun və ya başqa halın olmasının əks edilməməsi, cavabdehin polisdə verdiyi izahatda hadisə yerindən yayınma səbəbi kimi halı pisləşmiş ankoloji xəstə olan sərnişini tibb müəssisəsinə çatdırmaq olmasının qeyd edilməsi, sığorta şirkəti tərəfindən sığorta hadisəsi zamanı sığortalının hadisə yerini tərk etməsinin ziyanın artmasına nə kimi təsir göstərdiyinin əsaslandırılmaması, sübuta yetirilməməsi, sürücünün hadisə yerini tərk etməsi halının özözlüyündə nəticə yaratmadığı halda, sığorta şirkətinə subroqasiya qaydasında məbləğin ödənilməsi tələbinə əsasın yaranmamış olması ilə əsaslandırmışdır ki, bununla da yanlışlığa yol vermişdir.
32. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
33. Kollegiya qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:
34. 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;
35. 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;
36. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
37. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;
38. 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.
39. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;
40. 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə;
41. 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda.
42. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
43. Qanunvericiliyin tələbindən də göründüyü kimi sürücünün hadisə yerindən yayınmış olması sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmasının müstəqil bir əsasıdır və sürücünün hadisə yerindən yayınması nəticəsində zərərin artdığının, zərərin qarşısının alınmasının qeyri-mümkün olmasının müəyyən edilməməsi, sürücünün sərxoşluğunun müəyyən edilməməsi, sığortalının hadisə yerini tərk etməsinin ziyanın artmasına təsir göstərməməsi, cavabdehin xəstə sərnişini aparması (baxmayaraq ki, cavabdehin xəstə sərnişini aparması iş materialları ilə öz təsdiqini tapmamışdır) sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququndan istifadə imkanını istisna etmir.
44. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin nəticə qüvvədə olan maddi hüquq normasının düzgün tətbiq olunmaması və səhv təfsir olunmasına əsaslandığından qüvvədə qala bilməz və ləğv olunmalıdır.
45. Həmçinin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 07 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
46. İş materialına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyul 2024-cü il tarixli, 9/3963 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2007-ci il buraxılışlı “FORD TRANSİT” markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 6200 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti-4360 manat, təmir-bərpa işlərinin qiyməti-1840 manat.
47. Kollegiya qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
48. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən “FORD TRANSİT” markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyanın 6700 manat olması qeyd edilməsinə, ekspertiza tədqiqatı ilə isə dəymiş ziyanın 6200 manat olması müəyyən edilməsinə baxmayaraq, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “FORD TRANSİT” markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində mütənasib qaydada ödənilən və hazırda cavabdehdən tələb edilən sığorta məbləğinin ekspertiza tədqiqatında müəyyən edilən ziyan məbləğindən də az olması, yəni 4544 manat təşkil etməsi nəzərə alınmalıdır.
49. X3 yüngül bədən xəsarəti almasına gəlincə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 3(008)- 6308/2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, həmin qərar qəbul edilərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi X1 20 oktyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə biləcək yüngül bədən xəsarəti almasına dair 25 oktyabr 2022-ci il tarixli, 2512 nömrəli ekspertiza rəyinə də istinad edilmişdir.
50. İşdə olan 117230 nömrəli Sığorta Aktından görünür ki, İddiaçı Sığorta” tərəfindən X3 yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat sığorta ödənişi həyata keçirmişdir.
51. İşdə olan “Azəriqaz” X7 rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində baş vermiş qəza zamanı dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək işlərin və işlədiləcək materialların qiymət cədvəlindən görünür ki, həmin xərclərin cəmi məbləği 622,59 manat təşkil edir.
52. İşdə olan 121999 nömrəli Sığorta Aktından görünür ki, İddiaçı Sığorta” tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin borusuna dəymiş zərərə görə 422 manat sığorta ödənişi həyata keçirmişdir.
53. Kollegiya qeyd edir ki, şərh edilənlər iddianın əsaslı olması qənaətini formalaşdırır.
54. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olması nəzərə alınaraq həm birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması, həm də məhkəmə kollegiyasındakı məhkəmə araşdırması ilə bağlı çəkilmiş məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
55. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiаçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(051)-275/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh “Ford Transit” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4544 manat, X3 yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat, “Azəriqaz” İstehsalat Birliyinə dəymiş zərərə görə isə 422 manat, cəmi 5716 manat sığorta ödənişi və ödənilmiş 77,56 manat dövlət rüsumu tutulub İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməlidir.
56. Həmçinin apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 38.60 manat dövlət rüsumu Cavabdeh iddiaçı Atəşgah” sığorta ASC-nin xeyrinə tutulmalı, iddianın təmin edilməsi nəzərə alınaraq, ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 manat Cavabdeh alınaraq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) köçürülməlidir.
57. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
58. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.
59. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
60. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
61. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(051)-275/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Ford Transit” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4544 manat, X3 yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat, “Azəriqaz” İstehsalat Birliyinə dəymiş zərərə görə 422 manat, cəmi 5716 manat sığorta ödənişi və ödənilmiş 77,56 manat dövlət rüsumu tutulub İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 38.60 manat dövlət rüsumu Cavabdeh iddiaçı Atəşgah” sığorta ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 manat Cavabdeh alınaraq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.