Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-632/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X11 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, iddiaçıların nümayəndəsi X13, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(075)-157/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətindədir. Cavabdeh1 isə İddiaçı1 gəlini olmaqla, həmin evə 2000-ci ilin aprel ayında köçərək, uzun müddət orada yaşamış və hazırda da orada yaşayır. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə birinci cavabdehin qızları və İddiaçı1 nəvələridir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı2 və İddiaçı1 Şəki şəhəri Sarabski kücəsi 4 ünvanında yerləşən paylı mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, X4 qızının, X5 qızının çıxarılması və həyətyanı torpaq sahəsinin sahibliklərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Repsublikası ƏMDK Yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Şəki şəhəri döngə 1\14 də yerləşən ev iddiaçıların paylı mülkiyyətindədir. Evin iki otagı 0.0285 ha torpaq sahəsi İddiaçı1 bir otaq və 0,0285 ha torpaq sahəsi isə İddiaçı2 Yolcu qızının mülkiyyətidir. X12 təxmini 2000- 2001-ci illlərdə qeyri rəsmi Cavabdeh1 ilə ailə qurmuş xx.xx.2002 ci ildə Aytən xx.xx.2004 cü il tarixdə Günel adlı qızları olub xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmiləşdiriblər. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə 01 noyabr 2021-ci il tarixdə ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh Sevda iddia edir ki, o bu evə 2000-ci ilin aprel ayında gəlin köçüb. Bunu təsdiq edən heç bir sübutu yoxdur nikahı olmayan adam necə gəlin köçə bilər. Onun dediyini əsas götürsək belə o bu evə ailə üzvü kimi köçməyib. Müvafiq dövrdə Ali Məhkəmənin qərarında bununla baglı müəyyən edilmiş qaydada dedikdə pasport qeydiyyatına düşməklə köçürmə başa düşülür. Sevda bu evə 2005-ci ildən sonra yəni nikah bağlanandan sonra qeydiyyata düşüb. Cavabdehlə ailə üzvləri münasibətləri 2005-ci ildə nikah bağlanandan sonra yarandığına görə bu işə 2000-ci ildən sonra yaranan mənzil mübahisələri ilə bağlı normalar tətbiq olunmalıdır. Cavabdehlə evdən torpaq sahəsində istifadə ilə bağlı dəfələrlə aralarındada mübahisə yaranıb. Onlara öz mülkiyyətlərindən sərbəst istifadə etməyə imkan vermir . Özünü bu evin mülkiyyətçisi kimi aparır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddia tələbinə qarşı Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, 2000-ci ilin aprel ayında Sadəddin Sadıqovla qohum-qonşunun iştirakı ilə toy məclisi qurulmaqla ailə qurmuşdur. 18 yaşı tamam olmadığından nikahlarını rəsmiləşdirə bilməmişlər. Ailə qurduqdan 1 ay sonra 18 yaşı ər evində tamam oldu. Yaşı tamam olduqdan sonra nikah bağlamaq istədikdə məlum olmuşdur ki, Sadəddinin digər nikahı rəsmi qaydada pozulmamışdır. Bundan sonra məhkəməyə müraciət edilmiş əvvəli nikah 2004-cü il tarixdə polzulduqdan sonra 03 sentyabr 2005-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Ancaq nikahları rəsmiləşdirənədək xx xxxxxx 2002-ci il tarixdə Cavabdeh3, 25 avqust 2004-cü il tarixdə Cavabdeh2 nikahlarını rəsmiləşdirdikdən də sonra 23 may 2011cü il tarixdə X9 anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da Sadəddin Sadıqov ailəsinə baxmadığından aliment almaq üçün Şəki Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə qətnaməsi ilə cavabdeh X14 övladları - xx xxxxxx 2002-ci il tarixdə Cavabdeh3, 25 avqust 2004-cü il tarixdə Cavabdeh2 və 23 may 2011-cü il tarixdə isə X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub verilməsi qət edilmişdir. Bütün bunlardan sonra da X20 məhkəməyə nikahlarının pozulmasına dair iddia ərizəsi vermiş və xx.xx.2021-ci il tarixdə rəsmi olaraq nikahları pozulmuşdur. ünvan 3 ünvanında yerləşən sözü gedən 3 otaqlı ev qaynatası İddiaçı1 mülkiyyətində olub. O, gəlin gəldiyi gündən 3 otaqlı evin 1 otağına cehiz əşyalarını yerləşdirib və evin o otağında gəlin olaraq yaşamışdır. Sonra baldızı İddiaçı2 ərindən boşanıb ata evinə qayıtdığından qaynatası İddiaçı1 evin 1 otağını və 0,0286 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixdə rəsmi qaydada İddiaçı2 verib, qonşu divarıda çəkərək Solmaza düşən payı tam ayırmışdır. Həmin evin 2 otağı və 0,0286 ha torpaq sahəsi qaynatası İddiaçı1 mülkiyyətində qalmışdır. Bundan sonrada qaynatası İddiaçı1 mülkiyyətində olan 2 otaq və 0.0286 ha torpaq sahəsində yerləşən otağın 1 otağında qaynanası və qaynatası yaşayıbdır. Digər 1 otağında isə 2000-ci ilin aprel ayından gəlin gəldiyi gündən bəri o, yaşamışdır. 3 övladı da sözü gedən evdə anadan olub və onlar da həmin evdə onunla bərabər yaşayıblar. Nikahları pozulsa da o, 2000-ci ilin aprel ayından gəlin gəldiyi evdə yenə 3 qızı ilə qeydiyyatda olmaqla həmin evdə bərabər yaşamışlar. İddiaçılardan İddiaçı2 yaşadığı ev onların yaşadığı evlə tiraltı olsa da, onun bütün kommunal xidmət xətləri qaz, su, işıq xətləri və sayğacları ayrı quraşdırılıb. Həyəti və yaşadığı evin darvazası belə tam ayrıdır. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 o, və qızları Cavabdeh2 və Cavabdeh3 qarşı "paylı mülkiyyətdə olan evdən və torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2000-ci ildən qabaq iddiaçı Aslan Yolçuyevin mülkiyyətindədir. Cavabdeh1 isə iddiaçının gəlini olmaqla, onunla birlikdə həmin evə 2000-ci ilin aprel ayında köçərək, uzun müddət orada yaşamış və hazırda da övladları Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə yaşayır. İddiaçı hazırda cavabdehlərin həmin evdən onların istifadəsinə maneə yaratdıqlarını bildirərək, onların həmin mənzildən və torpaq sahəsindən çıxarılmalarını tələb edir.
6. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmaları məsələsi həll edilərkən, ilk öncə cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Göstərilən qanunvericilik normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı1 gəlini olmaqla ailə üzvü kimi onunla birlikdə həmin evə köçmələri zamanı qeyd edilən evdən istifadə hüququ əldə etmişlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mülkiyyətində evdə cavabdehlərin istifadələrinə maneə etmələrini bildirərək, cavabdehlərin evdən çıxarılmalarını tələb etmiş olsa da, cavabdehlərin iddiaçıya məxsus evdən istifadə etməsinə hər hansı maneənin yaradılmasına, bundan başqa onların özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri, onların yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən İddiaçı2 və Cavabdeh1 izahatlarında bildirmişdir ki, cavabdehlər bugünədək iddiaçıya məxsus evdə yaşayır və onların başqa yaşayış yerləri yoxdur.
7. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarındakı mövqeyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh1 2000-ci ilin aprel ayından və onun övladları olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 bugünədək iddiaçıya məxsus evdə yaşaması müəyyən olunduğundan, eləcə də cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri və yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bunun əksinə cavabdehlərin hal-hazıradək iddiaçıya məxsus evdə yaşadığından, onlar mübahisəli evdən çıxarıla bilməz.
8. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh1 ünvan 1 ünvanında olan evin qaynatası İddiaçı1 mülkiyyətində olduğu tarixdən mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçərək oradan istifadə hüququ əldə etdiyini və hazırda məhkəmə tərəfindən onların istifadə hüquqlarının hələ də mövcud olduğu müəyyən edildiyindən, onların həmin evdən çıxarılmalarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
9. Şəki Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(075)-157/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) İddiaçı2 və İddiaçı1 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləıri Dövlət Komitəsinin Yanında DƏDRX 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilən RX seriyalı ******* nömrəli çıxarış Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə “Yaramallı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 24 noyabr 2022-ci il il tarixli 198 nömrəli arayış Şəki Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələr Şəki Rayon Məhkəməsinin 2(075)-668/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi
12. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı2 və İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ev paylı mülkiyyətdə olan evdir. Ev İddiaçı1 mülkiyyətində olub, sonradan 1 otağı və 285 kv.m torpaq sahəsini İddiaçı2 qanuni yolla verib. Mübahisənin düzgün və ədalətli həlli üçün məhkəmə ilk növbədə mübahisəli hüquq münasibətin yarandığı günü, ayı və ili müəyyən etməli idi. Məhkəmənin müəyyən etdiyi il, ay, gün heç bir rəsmi sənədlə və faktla müəyyən edilməyən fərziyyədir. Qətnamənin əsaslandırıcı hissəsində göstərir ki, cavabdeh 2000-ci ilin aprel ayında, hətta 26 apreldə bu evə gəlin düşdüyünü qeyd edir. Hanı sübut ki, aprel ayında gəlin düşüb? Daha sonra qeyd edir ki, X30 fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı1 gəlini olmaqla ailə üzvü kimi onunla birlikdə həmin evə köçmələri zamanı qeyd edilən evdən istifadə hüququnu əldə etmişdir. Belə əsaslandırma olar? Bunu hansı sübut təsdiq edir? Gəlini olmasını müəyyən etmək üçün Sevdanın Sadəddinlə nikahı olmalıdır. varmı? Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin evdən istifadəyə maneələr yaratdığını qeyd etsə də, onların bu evdən istifadəyə maneələrin olmasını, onların bu evdən istifadə ehtiyacların aradan qalxmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə bilməlidir ki, Müllkiyyət hüququ Konstitusion hüquqdur, istifadə hüququndan üstün hüquqdur. Mülkiyyət hüququ Mənzil Məcəlləsi ilə yox AR Konstitusiyası və Mülki Məcəllənin normaları ilə qorunur. Məhkəmə özbaşına mübahisəli hüquq münasibətin 2000-ci ilin aprelində yaranmasına əsaslana bilməz sənəd, sübut və qanunla əsaslanmalıdır. Bununla bağlı, məhkəmə birincisi bu evdən istifadə hüququnun yaranmasını sənədlə faktla qanunla sübut etməli idi. İkincisi, gəlin, ailə üzvü o halda sayılardı ki, Sadəddinlə Sevdanın 2000-ci ilin aprelində aralarında dövlət qeydiyyatından keçmiş nikahı olardı. Üçüncüsü, bu evin mülkiyyətçisi məhkəmə deyil. Cavabdehlər bu evdən istifadə hüququnun yaranmasını sübut etmək əvəzinə məhkəmə heç bir sənədə və qanuna əsalanmadan qeyd edir ki, onlar bu evə mülkiyyətçi ilə birlikdə köçüb. Nəyə əsasən bu nəticəyə gəlib? Bu evin mülkiyyətçisi onlardır. Onlar da bu ev üzərində sərəncam vermək hüququna malikdirlər. Cavadehlərin həmin ayda, gündə ildə bu evə gəlin düşməsini təsdiq edən sübutu cavabdehdən məhkəmədən tələb edir. Cavabdeh bu evə həmin ayda, ildə necə gəlin düşə bilərdi ki hələ iddiaçının oğlu Sadəddin əvvəlki arvadından boşanmamışdı. Həm də 2000-ci ilin sentyabrın 1-ə qədər qüvvədə olan Cinayət Məcəlləsində 130-cu maddəsində göstərilirdi ki “İki arvadlıq” Nikahın qeydə alınıbalınmamasından asılı olmayaraq ümumi təsərrüfat aparmaqla iki və ya daha çox qadınla faktiki yaşama 3 ilədək azadlıqdan məhrumetmə cəzası vardır. Məhkəmə qeyd edir ki, toyla bu evə gəlin köçüb iddiaçı tərəf məhkəmədə dəfələrlə qeyd etdi ki, bizim məhlədə toy olmayıb toy cavabdeh tərəfdə olub və əvvəlki arvad boşanmamış toyun olması qeyri mümkün idi. Toyun diski, şəkil heç olmasa dini nikah, mehr kağızı, molla tərəfindən tərtib olunan hansı qızıl əşyaların verilməsi barədə sənəd olurdu və qız tərəfə verilirdi. Həmin sənəd hanı, niyə iddia ərizəsində etirazda qeyd etmir? Məhkəmə bu halları araşdırmaqda maraqlı olmadı, hətta məhəllə nümayəndəsindən məhəllə sakinlərin qeydiyyatı kitabından Sevdanın həmin evə hansı ildə hansı tarixdə ayda qeydiyyata düşməsi ilə maraqlanmadı. Adam boşanandan sonra ailə qurmağa adam axtarır. Boşanmadan kim o dövrdə evə gəlin gətirə bilərdi? Məhkəmə əks tərəfin verdiyi ifadəni sübut kimi, onların ifadəsini fərziyyə kimi qəbul edir. Bu, məhkəmənin bir tərəfli yanaşmasını müəyyən edən haldır. İddiaçı tərəf məhkəmə iclasında dəfələrlə qeyd etdi ki, bizim məhlədə toy olmayıb. Məhkəmə obyektiv araşdırma aparmaq istəsəydi, toy kasetini, şəkilləri, digər sübutların məhkəməyə gətirilməsini tələb edərdi. Əvvəlki arvadın boşanma qətnaməsini tələb edərdi. Mübahisəli hüququ münasibətin yarandığı ayı, günü və əvvəlki arvadla ailə münasibətlərinə xitam verildiyi vaxtı müəyyən edərdi. Bunlar qanuni qətnaməni qəbul etmək üçün əhəmiyyətli rol oynayan məsələlər, hallar idi. Məhkəmə heç bir sübuta əsaslanmadan bir başa öz fərziyyəsi ilə müəyyən edir ki, bu iş üzrə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidi. İddiaçı nikahın bağlanmaması səbəbi kimi gah yaşını az olmasını, gah da əvvəlki arvadla nikahın pozulmamasını əsas göstərir. Məhkəmə bu halı da arşdırmadı bundan əlavə həmin evə nə vaxt qeydiyyata düşməsi halı müəyyənləşdirilsə bilinərdi ki, həmin evdə hansı gündən aydan və ildən hansı tarixdən qeydiyyata düşüb. Onlar dəqiq bilmir o, hansı ildə bu evə köçüb. Buna görə də məhkəmə tərəfindən forma 2 arayışı Asan xidmətdən tələb olumalı idi. Onlarda olan məlumata əsasən Sevda həmin evə 2022-ci ildə, qızları Aytən və Günel isə 2023 cü ildə qeydiyyata düşüblər. Qızlar ailə qurmaqla həmin ünvanda yaşamırlar. Məhkəmə isə bu nəticəyə gəlib ki, həmin ünvanda yaşayırlar.
14. Ona görə də, Şəki Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(075)- 157/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi X18 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(075)-157/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
18. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 255.8-ci maddəsinin məzmununa görə, daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123– cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İddiaçılar Şəki Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(075)-157/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddia tələbinin X4 qızına aid təmin edilməmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
25. Şəki şəhər XDS İcraiyyə Komitəsinin 20 avqust 1973-cü il tarixli 9 nömrəli qərarı ilə vətəndaş İddiaçı1 ünvan 1 ünvanında (əvvəlki Oktyabr küçəsi) 600 kvm torpaq sahəsində yeni ev tikilməsinə icazə verilmişdir. Sonucunun adına 2 avqust 1987-ci il tarixdə Texniki Pasport verilmişdir. (i/v 190-195). Hal-hazırda ******* nömrəli, 11 fevral 2014-cü il tarixli, **********38-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla ünvan 5 ünvanında 2 otaq və 0.0285 ha torpaq sahəsi İddiaçı1 adına və 1 otaq və 0.0285 ha torpaq sahəsi İddiaçı2 adına qeydiyyata alınmışdır.
26. İddiaçılar iddia ərizəsində Cavabdeh1 mübahisəli evə sonuncu ilə İddiaçı1 oğlu X16 2005-ci ildə nikahları bağlandıqdan sonra köçdüyünü iddia edir. Bu halı sübut etmə vəzifəsi iddiaçıların üzərinə düşür Cavabdeh1 isə X20 ilə faktiki ailə münasibətrlərinə daxil olmaqla mübahisəli evə 2000-ci ilin aprel ayında köçdüyünü, nikahlarını isə 2005-ci ildə rəsmiləşdirdiklərini bildirir. Mübahisəli hüquq münasibətinin nə vaxt yarandığının aydınlaşdırılması baxımından önəm kəsb etdiyindən kollegiya həmin məsələyə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, xx xxxxxx 2002-ci ildə Cavabdeh3, 25 avqust 2004-cü ildə Cavabdeh2 və 23 may 2011-ci ildə X9 anadan olmuşlar. Hər üç uşağın atası X20 və anası X23 olmuşlar. Belə olan halda, Cavabdeh1 mübahisəli evə 2005-ci ildə köçməsi əsaslı deyildir. Bu hal Cavabdeh1 kollegiyaya göndərdiyi Şəki Rayon Məhkəməsinin 2(075)-668/2021 nömrəli işi üzrə X16 Cavabdeh1 qarşı nikahın pozulmasına dair iddia tələbindən və kollegiya tərəfindən Şəki Rayon Məhkəməsindən istənilərək alınmış 2(075)- 668/2021 nömrəli iş materiallarından da görünür. Həmin sənədlərdə X1 Sevda Əskər qızı ilə 2000-ci ildə qeyri-rəsmi qaydada ailə həyatı qurduqlarını göstərmişdir. O cümlədən, iddiaçıların nümayəndəsi X18 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, cavabdehlərdən Cavabdeh3 nişan və toy mərasimləri həmin mübahisəli evdə keçirilmiş, elə el adəti ilə toy edərək həmin evdən gəlin köçmüşdür. Cavabdeh1 mübahisəli evə 2000-ci ilin aprel ayında köçdüyünü bildirməsi, onunla X20 arasında faktiki ailə münasibətlərinin 2000-ci ildə qurulmasının təsdiq olunması və iddiaçıların cavabdehin mübahisəli evə köçməsinin 2000-ci ilin aprel ayında deyil, başqa ayda baş verməsini sübut eədcək hər hansı dəlil təqdim etməməsi nəzərə alındıqda, kollegiya belə hesab edir ki, Cavabdeh1 mübahisəli evə 2000-ci ilin aprel ayında mülkiyyətçinin faktiki ailə üzvü olaraq köçmüş və mübahisəli hüquq münasibətləri 2000-ci ilin aprel ayında yaranmışdır. İşin yuxarıda göstərilən hallarının əksinə Cavabdeh1 mübahisəli evə daha sonrakı tarixdə köçməsini sübut etmə yükü iddiaçıların üzərinə düşdüyü halda, sonuncular bunu təsdiq edəcək heç bir sübut və ya dəlili məhkəməyə təqdim etməmişlər. Ona görə də, birinci instansiya məhkəməsi mübahisəyə MPM-nin 217.2-ci maddəsinə əsalanmaqla 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməkdə haqlı olmuşdur. Həmin qanunvericilik normalarına əsasən, cavabdehlər Cavabdeh1 yaşayış evinin mülkiyyətçisi İddiaçı1 gəlini olmaqla ailə üzvü kimi həmin evə köçməsi zamanı, Cavabdeh3 və Cavabdeh2 isə mülkiyətçinin ailə üzvü olaraq həmin evdə doğulmaqla qeyd edilən evdən istifadə hüququ əldə etmişlər.
27. Bununla belə, işin hallarından görünür ki, Cavabdeh3 hal-hazırda X19 ilə evli olmaqla, daimi əsaslarla yaşamaq üçün mübahisəli evdən köçmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.” Başqa sözlə, mənzildən istifadə hüququ oradan istifadəyə olan ehtiyacdan doğan davamlı istifadəyə əsaslanır və yarandıqdan sonra onun davam etməsi müəyyən şərtlərə bağlıdır. Yəni şəxsin mənzildən üzürsüz səbəbdən qanunla müəyyən olunan müddətdən çox faktiki istifadə etməməsi, istifadə hüququnun aradan qalxmasına səbəb olur. Buna görə də, şəxsin mənzildən istifadə hüququnun yarandığı müəyyən edildikdən sonra, həmin hüququn itirilməsinə səbəb olan hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidir. Tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan aşkar edilir ki, Cavabdeh3 evlənməklə mübahisəli fərdi yaşayış evini daimi əsaslarla tərk etmiş, və beləliklə, həmin andan həmin evdən istifadə hüququnu itirmişdir. Lakin hal-hazırda həmin evə fasilələrlə gəlib getməklə, mülkiyyətçinin hüquqlarını pozur. Ona görə də, hazırki iddia tələbi X4 qızının Şəki şəhəri Sarabski kücəsi 4 ünvanında yerləşən paylı mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməlidir.
28. İddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibıt bildirərək qeyd edir ki, apellyasiya şikayəti cavabdeh X4 qızına münasibətdə əsaslı, qalan hissədə isə bu qətnamənin 26-27-ci bəndlərində göstərilən səbəblərə görə əsassızdır.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbinin X4 qızına aid təmin edilməmiş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qsimən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(075)- 157/2024 nömrəli qətnaməsi qismən iddia tələbinin X4 qızına aid təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası Cavabdeh3 münasibətdə təmin edilməli, Aslanova-X2 şəhəri, Məzahir Abbasov küçəsi, döngə 1, ev 4 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən çıxarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qsimən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2(075)-157/2024 nömrəli qətnaməsi qismən - iddia tələbinin X4 qızına aid təmin edilməmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası Cavabdeh3 münasibətdə təmin edilsin. Aslanova-X2 şəhəri, Məzahir Abbasov küçəsi, döngə 1, ev 4 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən çıxarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.