Məhkəmə qərarları › İş №2(107)-638/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-638/2022

04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-638/2022 04.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair (Açar sözlər: aliment tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı aliment tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(019)-185/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Balakən Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçı X1 cavabdeh İddiaçı arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş X7 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 isə anası X5 yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 19.11.2021-ci il tarixli 2021-007284 nömrəli Mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. Balakən rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 aprel 2021 il tarixdə verilmiş AZ-İİİ seriyalı 165295 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 27.12.2010-cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası isə X6 göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 birgə nikahlarından 31.05.2006-cı ildə doğulmuş oğlu-X7 baxılıb saxlanması üçün cavabdeh X2 hər ay 160 (bir yüz altmış) manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 23 avqust 2005-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində 12 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından 31.05.2006-cı ildə X12 və 27 dekabr 2010-cu ildə X14 adında iki uşaqları doğulmuşdur. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2021-ci ilin mart ayında ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hal-hazırda uşaqlardan 31.05.2006-cı ildə doğulmuş oğlu-X12 özünün yanında, 27 dekabr 2010-cu ildə doğulmuş X14 isə anasının yanında yaşayır. Özü epilepsiya xəstəsi olmaqla üçüncü qrup əlildir. Heç yerdə işləmir, 110 manat sosial müavinət alır. Uşağına atasının köməkliyi ilə baxır. Cavabdeh X6 isə tam əmək qabiliyyətli olduğuna görə uşağa baxmaq üçün hər cür imkanı vardır. Cavabdeh X2 31.05.2006-cı ildə doğulmuş oğlu X7 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün aliment təyin olunması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etsə də, o mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh X3 aliment ödəmək üçün hər cür imkanı vardır. O birgə nikahlarından olan uşağın baxılıb saxlanmasına borcludur, bu onun bir ana kimi uşaqlar üzərində vəzifəsidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov)16 fevral 2022-ci il tarixli, 2(019)- 185/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı aliment tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, X6 aztəminatlıdır, ona görə də onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş X12 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X14 isə anası X5 yanında saxlansa da , 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Belə olan halda isə İddiaçı X2 aliment tələb etməsi əsaslı hesab oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, 34-cü maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58.2, 75, 75.1, 75.4, 78.1 və 78.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8, 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən rayon məhkəməsində işə baxılarkən məhkəmə cavabdehin tam əmək qabiliyyətli olmasını, iddiaçının işi və qazancı olmayan şəxs, eyni zamanda İİİ qrup əlil olması barədə sübutları araşdırmamışdır. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların böyüdükcə maddi tələbatlarının yüksəlməsi, hazırda uşaqlar üçün yaşayışminimumunun ölkə üzrə 193 manat təşkil etməsi və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti, iddiaçının İİİ qrup əlil olmaqla tam əmək qabiliyyətli olmaması və aztəminatlı olması, cavabdehin tam əmək qabiliyyətli olması cavabdehdən iddiaçının xeyrinə aliment tutulması üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(019)-185/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(019)-185/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(019)-185/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, İddiaçı ilə cavabdeh X6 23 avqust 2005-ci ildə rəsmi nikah bağlamadan evlənmişlər, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd inzibati ərazi dairəsində 12 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 31.05.2006-cı ildə X12 və 27 dekabr 2010-cu ildə isə X14 adında iki uşağı olmuşdur. Balakən Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş X7 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 isə anası X5 yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi hazırkı iddia tələbi cavabdeh X1 birgə nikahlarından 31.05.2006-cı ildə doğulmuş oğlu-X7 baxılıb saxlanması üçün cavabdeh X2 hər ay 160 (bir yüz altmış) manat miqdarında aliment tutulması barədədir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bundan əlavə qanunvericiliyin əsl məqsədi tərəflərin biri-birindən aliment almalarını deyil, daha az təminatlı valideynin xeyrinə aliment tutulmasını müəyyən etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, Balakən Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə X3 aztəminatlı olması nəzərə alınaraq onun yanında saxlanılmış uşağın (27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8) yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı aliment tutulması müəyyən edilmişdir. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq aliment ödəmək iqtidarında olmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Ona görə də kollegiya iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(019)-185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar