Məhkəmə qərarları › İş №2(107)-643/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-643/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-643/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-17/2019 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 15257.68 ABŞ dolları əsas, 3566.43 ABŞ dolları faiz, 37.39 ABŞ dolları cərimə borcu olmaqla cəmi 18861.5 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı məbləğinin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, borcun Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi, həmçinin İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı İKB ASC-nin Cavabdeh1 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(037)-909/2018 saylı mülki iş üzrə icraatın təzələnməsi, həmin iş üzrə Cavabdeh1 onun hüquqi varisləri İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 ilə əvəz olunması və işin baxılması üçün təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2 (037) –17/2019 saylı qərardadı ilə İddiaçı İKB ASCnin Cavabdeh1 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnmiş və iş üzrə cavabdeh olmuş mərhum Cavabdeh1 onun vərəsələri Cavabdeh2 və Cavabdeh3 ilə əvəz olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-17/2019 saylı qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 İddiaçı İKB ASC-nin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 15257.68 ABŞ dolları əsas, 3566.43 ABŞ dolları faiz, 37.39 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 18861.5 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı məbləğinin tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin açıq hərracda satılması, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinin ilkin satış qiyməti 110000 manat müəyyən olunması, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinin satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASCə olan borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq İddiaçı İKB ASC-ə təhvil verilməsi və İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh3 apelyasiya şikayəti vermişdir. Cаvаbdeh Cavabdeh3 tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, fərdi yaşayış evinin ilkin satış qiyməti həddən artıq ucuz qiymətləndirilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsinə ümumiyyətlə toxunmamışdır. Məhkəmə vərəsələrin qəbul etdikləri mirasın nədən ibarət olduğunu və hansı məbləğdə olmasını müəyyən etməmişdir. İddiaçı İKB Səhmdar Cəmiyyəti mərhum Adğözəlov İkram Mahmud oğlu ilə mübahisə edilən kredit müqaviləsini xx xxxxxx 2016-cı il tarixidə bağladığını göstərmiş, lakin həmin müqavilənin rektrukturizasiyası barədə kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən mərhuma illik 16 faiz olmaqla 60 ay müddətinə 15546 ABŞ dolları məbləğində kredit verildiyi göstərilmişdir. Əvvəla kreditin məbləfınin 15000 deyil, 15500 deyil, məhz 15546 ABŞ dolları olması onu göstərir ki, tərəflər arasında bir neçə müqavilə bağlanmışdır. Bundan başqa xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəlik xx.xx.2021- ci il tarixdə bitir. Cavabdehlərin öhdəliyinin müddəti bitmədiyi halda kreditor əsas borcu və ona hesablanmış faiz və dəbbə pulunu borcludan tam olaraq tələb etməsi və məhkəmə tərəfindən təmin edilməsi qanunsuzdur. AR MM-nin 427.1 -ci maddəsinə əsasən İddiaçı İKB Səhmdar Cəmiyyəti Adğözəlov İkram Mahmud oğlunun vəfat etdiyi tarixə kimi yalnız əsas borcun qalıq hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsində göstərilən tələbi tam təmin etmişdir. Hansı ki, kredit müqaviləsi ilə hansı miqdarda kredit götürdüyünü, bu kreditin hansı miqdarını ödənildiyi və hansı miqdarda borclu qaldığı bilinmir. Göründüyü kimi məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində düzgün nəticəyə gəlməmiş, borcun məbləğinin dürüst hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi zəruridir. Ümumiyyətlə hər iki halın müəyyən edilməsi üçün ekspertiza keçirilməsi mütləqdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-17/2019 saylıqətnаməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh1 illik 16 % olmaqla 60 ay müddətinə 15546 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsində borcalanın üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyi halda, borcverənin kredit müqaviləsinin şərtlərinə əsasən müqaviləni vaxtından əvvəl ləğv etmək və borc alandan borcunu bütövlükdə tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh1 xx xxxx 2016-cı il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 60 ay ərzində 15546 ABŞ dolları əsas borc və 9688 ABŞ dolları faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx xxxxxx 2016-cı il tarixli 19-S-5-0-2-16 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan mənzil ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 82000 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə tərəfindən ipoteka predmeti olan mənzilin hazırkı bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə təyin edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli ƏQ-05/2019 nömrəli rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinin hazırkı bazar qiymətləri ilə dəyəri 110000 manat məbləğində müəyyən edilmişdir. Müqavilələr tərtib edilərkən müqavilələrin şərtləri və müqavilələrdən irəli gələn öhdəliklər Cavabdeh1 izah edilmiş, bundan sonra o, şərtləri qəbul edərək müqavilələri imzalamışdır. Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş Cavabdeh1 barəsində İsmayıllı rayon notariat ofisində xx xxxx 2018-ci il tarixdə vərəsəlik işi açılaraq “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş və mərhumun qanun üzrə vərəsələri kimi Cavabdeh2 və Cavabdeh3 tanınmışlar. Qanun üzrə vərəsələr borcun ödənilməsini təmin etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1ci, 449.1-ci, 472.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9cu, 36.1, 36.2, 36.3, 36.4, 59.3, 59.4-cü, 39.3.3-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair x xxxx 2018-ci il tarixli qərarında deyilir; Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Cavabdeh2 və Cavabdeh3 İddiaçı İKB ASC-nin xeyrinə əsas borca görə 15033.11 ABŞ dollarının tutulmasını qət edərkən düzgün olmayan qənaətə gəlmişdir. Belə ki Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspertiza rəyindən görünür ki Cavabdeh1 İddiaçı İKB ASC-yə olan əsas borcu 15033.11 ABŞ dolları məbləğindədir. Bundan əlavə birinci instansiya məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinilkin sаtış qiymətini 110000 (bir yüz on min) mаnаt məbləğində müəyyən edərkən də düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iş materiallarında olan “X1” MMC-nin xx xxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin real bazar dəyəri 116000 (bir yüz on altı min) manat məbləğindədir. Daha sonra birinci instansiya məhkəməsi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin boşaldılaraq İddiaçı İKB ASC-ə təhvil verilməsini qət edərkən də düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, İpoteka haqqınnda qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, Göründüyü kimi həmin normada ipoteka predmetinin iddiaçıya təhvil verilməsi öz əksini tapmamışdır. Çünki bu hüququ yeni mülkiyyətəçiyə məxsusdur. Ona görə də Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-17/2019 saylı qətnаməsi qismən, yəni Cavabdeh2 və Cavabdeh3 İddiaçı İKB ASC-nin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 15257.68 ABŞ dolları əsas borcun tutulması, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinin ilkin satış qiymətinin 110000 manat müəyyən olunması, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin boşaldılaraq İddiaçı İKB ASC-ə təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh2 və Cavabdeh3 İddiaçı İKB ASC-nin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 15033.11 ABŞ dolları tutulmalı, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin ilkin sаtış qiyməti 116000 (bir yüz on altı min) manat məbləğində müəyyən edilməli, iddia Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin boşaldılaraq İddiaçı İKB ASC-ə təhvil verilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul, İddiaçı İKB ASC-dən 100 (bir yüz) manat pul isə Cavabdeh2 və Cavabdeh3 müştərək qаydаdа tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki apelyasiya şikayəti qalan hissədə əsaslandırılmamış formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator apelyasiya şikayətində qeyd etdiyi dəlilləri təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti həmin hissədə əsassız olduğundan təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasənməhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-17/2019 saylı qətnаməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-17/2019 saylı qətnаməsi qismən, yəni Cavabdeh2 və Cavabdeh3 İddiaçı İKB ASC-nin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 15257.68 ABŞ dolları əsas borcun tutulması, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinin ilkin satış qiymətinin 110000 manat müəyyən olunması, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin boşaldılaraq İddiaçı İKB ASC-ə təhvil verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 və Cavabdeh3 İddiaçı İKB ASC-nin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 15033.11 ABŞ dolları tutulsun. Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin ilkin sаtış qiyməti 116000 (bir yüz on altı min) manat məbləğində müəyyən edilsin. İddia Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin boşaldılaraq İddiaçı İKB ASC-ə təhvil verilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə yəni, Cavabdeh2 və Cavabdeh3 İddiaçı İKB ASC-nin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 3566.43 ABŞ dolları faiz, 37.39 ABŞ dolları cərimə borcunun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı məbləğinin tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin açıq hərracda satılması, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinin satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-ə olan borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları və İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul İddiaçı İKB ASC-dən, 100 (bir yüz) manat pul isə Cavabdeh2 və Cavabdeh3 müştərək qаydаdа tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar