Məhkəmə qərarları › İş №2(107)-644/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-644/2020

11.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-644/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X9 iclas katibliyi, İddiaçı vəkili X4 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X2 qarşı Cavabdeh ilə X5 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk, Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin 11ci bəndinin tələbi pozulduğundan icarə müqaviləsinin şərtinə uyğun olaraq İddiaçı 300.000 (üç yüz min) manat pulun tutularaq ona qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 1038/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi və iddianın həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisi və üçüncü şəxs X2 qarşı Cavabdeh ilə X5 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə mahiyyəti üzrə baxılarkən Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçı-cavabdeh İddiaçı tərəfindən xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndinin tələbi pozulduğundan icarə müqaviləsinin şərtinə uyğun olaraq İddiaçı 300.000 (üç yüz min) manat pulun tutularaq ona qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1038/2019 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh, cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X2 qarşı Cavabdeh ilə X5 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk iddiasının təmin edilməməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin 11-ci bəndinin tələbi pozulduğundan icarə müqaviləsinin şərtinə uyğun olaraq İddiaçı 300.000 (üç yüz min) manat pulun tutularaq ona qaytarılması tələbinə dair qarşılıqlı iddianın da təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçının apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunmasını, Cavabdeh isə apelyasiya verərək qətnamənin ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vaxtilə Nurullah Osmanova məxsus olan və xx.xx.2015-ci il tarixli icarə müqaviləsilə Cavabdeh müəyyən şərtlərlə icarəyə verilmiş fındıq emalı sexi onun tərəfindən xx.xx.2016-cı il tarixdə notariat qaydasında təsdiq olunmuş Müqavilə ilə satın alınmış və müvafiq qaydada Dövlət Reyestrində onun bu mülkiyyətinin qeydiyyatı aparılmışdır. Bundan sonra adı gedən X14 əvvəlki sahibi Osmanov NurullaAbdulla oğlu, hazırki iş üzrə cavabdeh-Cavabdeh qarşı Yasamal Rayon Məhkəməsinə İddia Ərizəsilə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən vaxtında ödənilməmiş 14.972 manat icarə haqqının və istismar xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2765/2018 saylı, xx xxx 2018-ci tarixli Qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 2967 manat icarə haqqı borcu, 230 manat maddi zərər, ümumilikdə 3197 manatın tutulması qət edilmişdir.Həmin Qətnamədən cavabdehin verdiyi apellvasiya şikayətilə bağlı Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-10875/2018-saylı Qətnaməsilə adı gedən iddianı vermək üçün subyektiv hüququn yalnız bu mülkün yeni sahibinə: mənə - İddiaçı aid olması əsas gətirilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2765/2018 saylı, xx xxx 2018-ci il tarixli Qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni Qətnamə qəbul edilərək, iddiaçı X3, cavabdeh - Cavabdeh qarşı iddiası rədd edilmişdir. (Bu hissədə Ali Məhkəmə də Qətnaməni qüvvədə saxlamışdır).Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin adı gedən Qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı- N.A.Osmanov ümumiyyətlə “...hazırki iddianı vermək üçün subyektiv hüquqa malik olmamışdır...”. Belə ki, adı gedən mülk hazırda N.A.Osmanova məxsus olmadığından bu hüquq yalnız yeni mülkiyyətçiyə yəni ona aiddir. İddiaçının şikayətilə bağlı AR Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2( 102)-3694/2019-saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-10875/2018-saylı Qətnaməsi müqavilənin ləğv edilməsi hissəsində subyektiv hüququn bu mülkün yeni sahibinə: - hazırki iş üzrə İddiaçı aid olması qənaətinə gəlməsini doğru hesab etmiş, bu Qətnamə qismən icarə haqqının ödənilməsi hissəsində ləğv edilmiş, iş bu hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.Beləliklə, adı gedən Məhkəmə Aktlarında da qeyd olunduğu kimi, bu müqavilənin ləğv edilməsi üçün müraciət etmək hüququ məhz ona məxsusdur.İlkin Məhkəmə Aktlarından da göründüyü kimi, cavabdeh bu icarəyə götürdüyü X14 icarəsi üzrə nə onun ilkin mülkiyyətçisinə, nə dəki sonradan bu mülkün sahibi olan ona hər hansı bir məbləğdə icarə haqqı ödəməmişdir. Cavabdehlə olan ilkin İcarə Müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənə illik 3000 manat icarə haqqını verməyi öz öhdəsinə götürür. Tərəflərin qarşılıqlı razılığı ilə hər il icarə haqqının dəyişdirilməsinə baxıla bilər. Adı gedən Müqavilənin 10-cu bəndinə əsasən icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş vergilərin ödənilməsini də öz üzərinə götürmüşdür. Bununla belə, hələ o dövr üçün də kəskin ucuz qiymətə götürülmüş 0,1412 ha torpaq sahəsi olan və 702,5 m2 qeyri yaşayış sahəsi olan X14 aylıq icarə haqqı 250 manat olması reallığı əks etdirmədiyindən və Vergi Orqanları tərəfindən qəbul edilmədiyindən bu X8 müvafiq qeydiyyatdan keçirmək mümkün olmamışdır. Göründüyü kimi, həm vaxtilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə icarəyə götürülmüş və bugunədək də bu icarə müqaviləsi üzrə hər-hansı bir ödəniş olunmamış icarə predmeti olan X14 mülkiyyətçisi dəyişdiyindən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi də həmin sahə üzrə icarə münasibətlərinə yenidən baxılmasını zəruri etmişdir. Bununla əlaqədar, o, xx xxxx 2019-cu il tarixdə icarə münasibətlərinin Cavabdehlə davam etdirilməsini, müqavilə şərtlərinə yenidən baxılmasını sonuncuya təklif etmiş və 5 gün ərzində bu təklifinə cavab verilməsini xahiş etmişdir.Təklifinə müsbət cavab olmadığı təqdirdə adı gedən icarə müqaviləsinin ləğv edilməsi və icarə münasibətlərinə xitam verilməsi barədə tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə bildirilmişdir. Bununla belə, bu günədək cavabdeh adı gedən təklifini almasına baxmayaraq bu təklifinə heç bir reaksiya verməmiş, bu təklifinə məhəl qoymamış, onu cavablandırmamışdır. Məlum olduğu kimi, mülki qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar.Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. O hal da nəzərə alınmalıdır ki, adı çəkilən icarə müqaviləsinin 5-ci bəndinə görə, müqavilə bağlandıqdan ilk 3 ay ərzində icarəçi icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür, bununla belə, nə o vaxt nə dəki hal-hazıradək icarəçi bu icarə haqqını ödəməmişdir. Həmçinin, cavabdeh-iddiaçı icarə müqaviləsini bağlamasına baxmayaraq, nəinki illik icarə haqqını ödəməmiş, hətta icarə haqqından tutulmalı olan vergi öhdəliklərini belə yerinə yetirməmişdir. Cavabdeh nümayəndəsi X6 qarşılıqlı iddianı tələbini onunla əsaslandırmışdır ki, hazırki ilk iddianı irəli sürmüş İddiaçı 2017-ci ildə də eyni iddianı irəli sürmüş, həmin iddianın rədd edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarılmışdır. Qanunvericiliyin tələbinə görə bu iddia tələbi yenidən mübahisələndirilə bilməz. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndinə əsasən icarəyə verən müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda icarə müddəti ərzində ödəniləcək icarə haqqının on qat məbləğini icarəyə götürənə qaytarmalıdır. Hesab edir ki, iddia tələbi əsassızdır və qanunsuzdur. Odur ki, ilk iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İlk iddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 1038/2019 nömrəliqətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Qarşılıqlı iddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 3 ildən artıqdır qarşı tərəfin təqsiri səbəbindən sexdən istifadə edə bilmirlər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X4 ilk iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, İddiaçı mübahisəli əmlakın mülkiyyətçisidir. İcarə müqaviləsi əvvəlki mülkiyyətçi ilə bağlansa da, İddiaçı hazırda həmin əmlakla bağlı bütün hüquq və vəzifələrin daşıyıcısıdır. İddiaçı cavadehə əvvəlki müqavilənin ləğv edilərək, yeni müqavilə bağlanması barədə təklif göndərsə də qarşı tərəf bundan imtina etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmaması hissəsində ləğv edilərək, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi X6 izahat verərək bildirdi ki, Süleyman onun qardaşıdır. Qardaşı qeyd olunan mübahisəli əmlakla bağlı 2015-ci il tarixdə əmlakın əvvəlki mülkiyyətçisi N.Osmanovla icarə müqaviləsi bağlamış, müqavilə pulunu N.Osmanova ödəmişdir. Lakin sonradan həmin əmlak İddiaçı satılmışdır. Müqavilənin olmasına baxmayaraq İddiaçı onlara həmin əmlakdan istifadə etməyə qoymamış, bunun nəticəsində onlara xeyli məbləğdə ziyan dəymişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq N.Osmanov və notariat ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Hər iki apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1038/2019 nömrəli qətnaməsi qismən, yəni ilk iddianın təmin olunmaması hissəsində ləğv edilməklə, ləğv olunmuş hissədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli təklifin məzmunundan görünür ki, İddiaçı sözügedən əmlaka mülkiyyət hüququ əldə etdiyindən X7 Abdullayev arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin ləğv olunmasını və yeni əsaslarala müqavilə bağlanmasını qarşı tərəfə təklif etmişdir. xx xxxx 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, üçüncü şəxs X5 mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən, ümumi sahəsi 702,5 kv metr olan qeyri-yaşayış sahəsinifındıq emalı sexini Cavabdeh illik 3000 (üç min) manat icarə haqqını ödəmək şərti ilə 10 il müddətinə icarəyə vermişdir. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, həmin Çıxarış əsasında daşınmaz əmlakın növü olan əmlak kompleksi kimi müəssisə (fındıq sexi) daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, üçüncü şəxs X5 daşınmaz əmlakı iddiaçı-cavabdeh İddiaçı 40.000 manata satmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşmır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə ilk iddia tələbi ilə bağlı müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclası zamanı tərəflərin izahatlarından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinə əsasən X5 ilə Cavabdeh arasında Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən, ümumi sahəsi 702,5 kv metr olan qeyri-yaşayış sahəsini fındıq emalı sexini illik 3000 (üç min) manat icarə haqqını ödəmək şərti ilə 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan təxminən bir il sonra mülkiyyətçi X5 söçügedən qeyri-yaşayış sahəsini xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsə, yəni hazırki iş üzrə İddiaçı satmış, sonuncu da alqı-satqı müqaviləsindən sonra öz adına hüquq müəyyənedici sənəd alaraq əmlaka mülkiyyət hüququ əldə etmişdir. Əmlakı yüklü şəkildə əldə edən İddiaçı məhkəmədən kənar qaydada icarəçiyə təklif göndərməklə yeni əsaslarala icarə müqaviləsi bağlanması, əks halda icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunması barədə təklif göndərmiş, lakin icarəyə götürən Cavabdeh təkliflə bağlı öz iradə ifadəsini bildirməmiş, məhkəmə kollegiyasının iclasında isə ümumiyyətlə heç bir təkliflə razı olmadığını bildirmişdir. Bundan sonra ilk iddiaçı mülkiyyətçi kimi öz hüquqlarının bərpası ilə bağlı məhkəmə müdafiəsindən istifadə etməyə məcbur olmuşdur. Mülki Məcəllənin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Həmin Məcəllənin 699.2-ci maddəsinə əsasən kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Normanın məzmunundan göründüyü kimi icarəyə verilmiş əmlakın mülkiyyətçisi dəyişdikdə, əvvəlki mülkiyyətçinin bütün hüquq və vəzifələri yeni mülkiyyətçiyə keçir. Yəni, İddiaçı hazırki iş üzrə müqavilənin ləğvini tələb etmək hüququ ilə yanaşı müqavilə üzrə əvvəlki mülkiyyətçinin vəzifələri də ona keçir. Yəni, ilk iddiaçı müqavilədən irəli gələn bütün hüquqlara malik olduğu kimi, həmin müqavilədən irəli gələn vəzifələri, o cümlədən müqaviləni bir tərəfli ləğv etmək üçün 6 ay qabaqcadan digər tərəfi xəbərdar etmək vəzifəsini daşıyır. Beləlikllə müəyyən edilir ki, İddiaçı sözügedən əmlaka mülkiyyyət hüququ əldə etdiyindən, mülkiyyətçi kimi hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqa malikdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmişdir ki, icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməlindən biri hesab edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəıllənin 423.2-ci maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Mülki Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qətnamənin qismən ləğv edilməsi və ilk iddia tələbinin hənin hissədə təmin olunması üçün əsaslıdır. Birincisi ona görə ki, sözügedən icarə müqaviləsinin 11-ci bəndində qeyd edilmişdir ki, hər hansı bir tərəf digər tərəfi 6 (altı) ay qabaqcadan xəbərdar etməklə bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Müqaviləyə vaxtından əvvəl xitam verildikdə həmin vaxtadək icra olunmuş öhdəliklər üzrə hesablaşma aparılmalıdır. İkincisi məhkəmə kollegiyası belə qənaətə gəlir ki, icarəyə verilmiş əmlak icarə verildikdən sonra üçüncü şəxsə, yəni hazırki iş üzrə iddiaçıya satıldığından, İddiaçı tərəflər arasında icarəyə verəni əvəz edərək kirayə (icarə) hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrin daşıyıcısıdır. Təqdim olunmuş sənədlər məhkəmə kollegiyası tərəfindən əlaqəli şəkildə araşdırılarkən müəyyən edilmişdir ki, ilk İddiaçı müqavilə üzrə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməklə qarşı tərəfə müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı təklif göndərmiş, lakin qarşı tərəf bununla razılaşmasına dair öz mövqeyini bildirmədiyindən məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirən kollegiya qeyd edir ki, həmin şikayət qətnamənin mübahisələndirilən hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin olunması üçün əsaslı deyildir. Ona görə ki, qarşılqılı iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri, qarşılıqlı iddianın dəlilləri ilə eynilik təşkil etməklə yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsinin məhz hansı hissədə əsassız olmasını, məhkəmə qeyd olunan tələblə bağlı nəyi düzgün etmədiyi göstərilməmiş, apelyasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Bundan əlavə qarşılıqlı iddiaçı (cavabdeh) tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə nəzər saldıqda görünür ki, qarşılıqlı iddiaçı (cavabdeh) heç də müqavilənin ləğv olunmasına dair iddianı deyil, qarşı tərəfdən, yəni İddiaçı tələb etdiyi pula dair iddiasının təmin olunmamasını mübahisələndirir. Buradan da göründüy ki, cavabdeh (qarşılıqlı iddiaçı) tərəf heç də müqavilə münasibətlərini davam etdirməkdə deyil, qarşı tərəfdən pul tələb etməkdə daha çox maraqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə maddi və prosessual hüquq normalarının təfsirində düzgün nəticəyə gəlməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də məhkəmə kollegiyаsı ilk iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1038/2019 nömrəli qətnaməsi ilk iddianın təmin olunmamış hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh (qarşılıqlı təb üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İlk iddiaçı (qarşılıqlı tələb üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1038/2019 nömrəli qətnaməsi “İddiaçı Cavabdeh, cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X2 qarşı Cavabdeh ilə X5 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair ilk iddiasının təmin edilməməsi” hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X2 qarşı Cavabdeh ilə X5 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsi (fındıq emalı sexinə dair) vaxtından əvvəl ləğv (xitam) edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar