Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-666/2021 13.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X8 ilə xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnaməsindən İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X11” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri” etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)- 2069/2019 saylı qətnaməsi ilə İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7789/2019 saylı qərarı ilə İddiaçı Sulaydınoviç və cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2069/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 690/2020 saylı qətnaməsi ilə İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5359/2020 saylı qərarı ilə cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-690/2020 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı cavabdehlər “Ə.Cavabdeh2 adına X11” ASC-nə, “Ə.Cavabdeh2 adına X11” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2, “Ə.Cavabdeh2 adına X11” ASC-nin İdarə X10 Şamil Əliyeviçə, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xxxx Rayon Məhkəməsinə müraciət edərək, «Ə.Cavabdeh2 adına X11» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2018-ci il tarixli Ə.Cavabdeh2 adına X11” ASC-nin səhmdarlarının ümumi yığıncağının protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X11” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması və məlumatın Azərbaycan Respublikasının Maliyyə X3 və Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə verilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vegilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X11 » ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X11» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X11» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənşləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X11» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.Cavabdeh2 adına X11» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014-2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qərardadı ilə iş üzrə icraata Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vegilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X11» ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X11» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X11» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənişləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X11» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.Cavabdeh2 adına X11» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 20142018ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair hissəsində xitam verilmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, “Ə.A. Ansuxski adına X11” ASCnin 336 səhminin sahibidir. Hesab edir ki, “Ə.A. Ansuxski adına X11” ASC-nin idarəetmə orqanlarının (cəmiyyətin müşahidə şurasının, təftiş komissiyasının və cəmiyyətin icra orqanının) üzvləri tərəfindən öz vəzifə borcunun yerinə yetirlməməsi və onların qanunsuz hərəkətləri nəticəsində onun hüquqları və qanuni maraqları kobud şəkildə pozulmuşdur. xx xxx 2004-cü il tarixdə «xxxx» ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmişdir. xx xxx 2004-cü il tarixli «xxxx” ASCnin Protokolundan görünür ki, səhmdarların ümumi yığıncacının qərarı ilə cəmiyyətin yeni redaksiyasında Nizamnaməsi təsdiq edilmiş və cəmiyyətin rəsmi adı “Ə.A. Ansuxski adına X11” Açıq Səhmdar Cəmiyyəti adına dəyişdirilmişdir. Həmçinin həmin iclasın qərarı ilə Müşahidə şurasının sədri Cavabdeh2, İdarə X10 Şamil Əliyeviç, Maliyyə Təftiş Komissiyasının sədri Azad Balayev və üzvləri Fizuli Varanosov, Həqiqət Süleymanova seçilmişlər. Səhmdarı olduğu “Ə.Cavabdeh2 adına X11” ASC-nin nizamnaməsi xx.xx.2004-cü ildə 0904-B1-192 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı ********** (bir milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) AZM və ya 140979 ədəd adi səhmdir. «Ə.Cavabdeh2 adına X11» Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 7.20-ci bəndində göstərilir ki, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir: cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənffət və zərər hesablarının təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi, həmçininin, törəmə müəssisələr, filiallar, nümayəndəliklərin təsis edilməsi, müştərək müəssisələr yaradılması haqqında qərarın qəbul edilməsi. xx.xx.2015-ci il tarixdə Cəmiyyətin idarə heyətinin sədri Cavabdeh3 tərəfindən səhmdarlara göndərilmiş bildirişdən görünür ki, xx xxxx 2005-ci il tarixində saat 11:00-a təyin edilmiş səhmdarların ümumi yığıncağının gündəliyində o, ikinci məsələ kimi « Cəmiyyətin iştirakı ilə müştərək müəssisəsnin yaradılması» məsələsini qoymuşdur. xx.xx.2006-cı il tarixində Cəmiyyətin idarə X10 Şamil Əliyeviç tərəfindən səhmdarlara göndərilmiş xx.xx.2006-cı il tarixli bildirşdən görünür ki, xx xxxx 2006-cı il tarixində saat 15:00-a təyin edilmiş səhmdarların ümumi yığıncağının gündəliyində o, üçüncü məsələ kimi «Kredit xəttinin açılması» və dördüncü məsələ kimi «xxxx» MMC törəmə şirkətinin yaradılması məsələlərini qoymuşdur. Cəmiyyətin nizamnaməsinin 7.24-cü bəndində göstərilir ki, Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar 15 təqvim günündən gec olmayraq səhmdarlara elan edilməlidir. Cəmiyyətin Nizamnaməsinin 7.20.8ci bəndində göstərilir ki, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə həmçinin, cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan hissəsinə xüsusi əhəmiyyətli əqdlərin bağlanması barədə qərarların qəbul edilməsi aiddir. Ümumi Yığıncağın bu barədə qərarı 15 təqvim günü müddətində səhmdarlara yazılı bildiriş göndərilməlidir. Lakin, İdarə Heytəinin sədri Cavabdeh3 xx xxxx 2005-ci il tarixində səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş «Cəmiyyətin iştirakı ilə müştərək müəssisənin yaradılması” barədə qərarını, həmçinin xx xxxx 2006-cı il tarixində səhmdarların ümumi yığıncamı tərəfindən qəbul edilmiş qərarını, «xxxx» MMC törəmə şirkətininin yaradılması» və « Kredit xəttinin açılması» barədə məlumatları ona verməmişdir. Beləliklə, İdarə Heyətininin sədri Cavabdeh3 tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsininin 107-5-3-cü və 99.3-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozmuşdur. «Ə.Cavabdeh2 adına X11” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərdiyi zaman heç vaxt mənfəətlə işləməmişdir. Bununla da o, MM-nin 106- 1.3.7-ci maddəsində nəzərdə tutulmuş səhmdar cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququndan mərhum olmuşdur. Müəssisənin «zərərlə işləməsinin” səbəblərini araşdırmaq və onun maliyyə təsərrüfat fəaliyyəti haqqında tam və düzgün məlumat almaq məqsədi ilə o cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb bir sıra Cəmiyyətə aid olan sənədlərin təsdiqlənmiş surətlərini tələb etmişdir. X13 sədri Cavabdeh3 ona cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat verməmişdir. Cəmiyyətin rəhbərliyi onun Cəmiyyətin maliyyə təsərrüfat faəliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna görə o,xxxx Rayon Məhkəməsinə müraciət etmişdir.xxxx Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş hüquqları bərpa edilərək «Ə.Cavabdeh2 adına X11” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin ona təqdim edilməsi «Ə.Cavabdeh2 adına X11»nun rəhbərliynə həvalə edilmişdir. xxxx Rayon Məhkəməsinin 2(0119)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra xxxx Rayon Məhkəməsininin 2(019)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi xx.xx.2016-cı il tarixində xxxx rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. «Ə.Cavabdeh2 adına X11» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 üzərinə qoyulmuş öhdəliklərin üç ilə yaxın icrasında qərəzli olaraq yayındığına görə, icra məmuru borclunun qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmiş və onu işin digər materialları ilə birlikdə xx.xx.2018-ci il tarxində xxxx Rayon Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-183/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə «Ə.Cavabdeh2 adına X11” ASC İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib üç min manat məbləğində cərimə edilmişdir. Lakin, İdarə Heyətinin sədri Cavabdeh3 xxxx Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin tələbini icra etmək əvəzinə, xx.xx.2018ci il tarixdə ona göndərdiyi bildirişdə bildirmişdir ki,xx.xx.2018-ci il tarixdə saat 18-00-da səhmdarların ümumi yığıncağı keçiriləcəkdir və iclasın gündəliyində «Cəmiyyətin ləğv edilməsi» məsələsi qoyulmuşdur. Bununla əlaqədar xx.xx.2018-ci iil tarixdə o Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, MM-nin 107.1.4-cü maddəsində göstəriliri ki, səhmdarların ümumi yığıncağının çağrılmasına qırx beş gün qalmış yığıncağın çağrılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməlidir. Habelə səhmdarlara və nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Cəmiyyətin rəhbərliyinin hal-hazırda səhmdarların ümumi yığıncağının gündəliyinə Cəmiyyətin ləğv edilməsi məsələsini qoyması qanuna ziddir. Cəmiyyətin ləğv edilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün cəmiyyətin rəhbərliyi mühasibat uçotu subyektinin maliyyə vəziyyəti haqqında əhəmiyyətli hesab olunan informasiyanı səhmdarlara təqdim etməlidlir. X12 Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından göründüyü kimi, cəmiyyətin rəhbərliyi ASC-nin maliyyə təsərrüfat fəaliyyəti haqqında sənədləri (məlumatı) ona tam təqdim etməmişdir. xxxx Rayon Məhkəməsininin xx.xx.2015-ci il tarixli qətnaməsinin icra sənədinin icraatı ilə bağlı icra məmurunun apardığı tədbirlərdən sonra cəmiyyətin vəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməmələri məlum olmuşdur. xx.xx.2017-ci il tarixli məktubunda İdarə Heyətinin sədri Cavabdeh3 xxxx rayon icra və probasiya şöbəsinə bildirmişdir ki, 2011-2015-ci illərdə maliyyə-təftiş komissiyasının və aiditorun aktları: 2010-2014-cü illərdə «müəssisə balansları və onların Əlavələri” tərtib edilməmiş, 2011-2015-ci illər üzrə Müşahidə şurasının islasları keçirilməmiş, 2009-2014-cü illərdə «aktivlərin və öhdəliklərin, mal-materialların inventarizasiyası» aparılmamış və 2011-2015-ci illər üzrə ASC- tərəfindən əqdlər üzrə heç bir müqavilə bağlanmamışdır. Beləliklə idarə heyətinin sədri Cavabdeh3 tərəfindən MM-nin 107.6-cı maddəsində və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli xx xxxx 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş «Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları»nda nəzərdə tutulmuş tələblər pozulmuşdur. Digər tərəfdən səhmdarın ümumi yığıncağında idarə Heyətinin sədri Cavabdeh3 Cəmiyyət tərəfindən yaradılmış «xxxx» MMC törəmə və müştərək müəssisələrin fəaliyyəti ilə bağlı hesabatları, habelə cəmiyyətin 2.000.000 manatdan çox kreditor borclarının necə yarandığı barədə səhmdarlara hesabat təqdim etmir. Həmçinin, cəmiyyətin aktivlərinin bügünkü bazar dəyəri bilinmir.Hesab edir ki, Cəmiyyətin rəhbərliyi tərəfindən ASC-nin aktivlərinin qiymətləndirilməsinin aparılmasına böyük ehtiyac yaranmışdır. xx.xx.2018-ci il tarixli ərizəsində o cəmiyyətin rəhbərliyinə təklif etmişdir ki, xx.xx.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi yığıncağını MM-nin 107-1.4-cü maddəsinə riayət edilməklə başqa tarixə keçirsin,iclasın gündəliyinə qoyulmuş «Cəmiyyətin» ləğv edilməsi məsələləsini gündəlikdən çıxarsın, əlavə isə cəmiyyət tərəfindən yaradılmış «xxxx» MMC törəmə və müştərək müəssisələrinin maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı hesabatları»; Cəmiyyətin kreditor və debitor borcları haqqında hesabatları»-n verilməsi, «Cəmiyyətin aktivlərinin qiymətləndlirilməsinin aparılması» barədə məsələləri iclasın gündəliyinə daxil etsinlər. X13 sədri Cavabdeh3 xx.xx.2018-ci il tarixli cavab məktubunda növbəti dəfə bildirmişdir ki, 2016, 2017, 2018-ci illər üzrə maliyyə-təftiş komissiyasının və aiditorun aktları yoxdur. 2015, 2016, 2017-ci və 2018-cii illər üzrə Müşahidə Şurasının protokolları yoxdur.2015,2016, 2017 və 2018-ci illər üzrə «aktivlərinin və öhdəliklərinin,malmateriallarının inventarizasiyası» aktları və əsas vəsaitlərin ləğv aktları yoxdur, 2016-2017 və 2018-ci illər üzrə «Ə. A. Ansuxski adına X11» Müqavilələr və icarə müqavilələri barədə məlumatlar yoxdur; 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə vergi orqanı tərəfindən «Ə.Cavabdeh2” adına X11» ASC-də aparılmış səyyar vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib edilmiş yoxlama aktları yoxdur. İdarə heyətinin sədri Cavabdeh3 hərəkətləri qanunsuzdur. Müşahidə şurasının sədri Cavabdeh2 də hərəkətləri qanunsuzdur.Müşahidə şurasının sədri Cavabdeh2 nəinki cəmiyyətin ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirməmiş, hətta Müşahidə şurasının iclasları keçirilməmiş və müşahidə Şurasının protokollarını tərtib etməmişdir. Digər tərəfdən idarə heyətinin sədri Cavabdeh3 tərəfindən ona təqdim edilmiş xx.xx.2018ci il tarixli «Ə.Cavabdeh2» adına X11» ASC-nin səhmdarlarının ümumi yığıncağının protokollarından görünür ki, xx.xx.2018-ci il tarixində səhmdarların ümumi yığıncağı keçirilmişdir. Göstərdiyi əsaslara görə hesab edir ki, «Ə.Cavabdeh2 adına X11» ASC-nin xx.xx.2018-ci il tarixli səhmdarlarının ümumi yığıncağının protokolu qanuna zidldir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə X4 ********** №li,xx.xx.2018-ci iil tarixli məktubunda bildirir ki, onun müraciətinə əsasən aparılmış araşdırma zamanı aşkar olunmuşdur ki, «Ə.Cavabdeh2 adına X11» ASC tərəfindən xx.xx.2017-ci il tarixinə səhmdarların ümumi yığıncağının çağrılması barədə yazılı bildiriş ona qanunvericiliklə nəzərdə tutulmuş müddətə göndərməmişdir.Bununla əlaqədar olaraq həmin səhmdar cəmiyyətinə Palata tərəfindən icrası məcburi göstəriş verilmiş və səhmdarların növbəti ümumi yığıncaqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilinin təmin edilməsi tələb edilmişdir.Cəmiyyətin İdarə Heyətinin sədri Cavabdeh3 növbəti səhmdarlarırn ümumi yığıncağının xx.xx.2018-ci il tarixinə çağrılmasını təşkil edərkən növbəti dəfə qərəzli olaraq MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət etməmişdir. Həmin faktı Palata tərəfindən ********** №li, xx.xx.2018-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. Bundan əlavə cəmiyyətin rəhbərliyi MM-nin 106-1.3.4-cü maddəsinə əsasən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyinə dəyişikliklərin edilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması barədə onun verdiyi təkliflərə baxmamışdır. Bu da, İdarə Heyətinin sədri Cavabdeh3 tərəfindən onun MM-nin 106-1.3.4-cü maddəsində nəzərdə tutulmuş hüququnun pozulmasıdır. xx.xx.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, birinci məsələ ilə, yəni «Ə.Cavabdeh2 adlına X11» ASC-nin 2017-ci ilin maliyyə hesabatı və balansının təsdiqi ilə bağlı səhmdarların ümumi yığıncağı qərar verməmişdir. Digər tərəfdən həmin məsələ ilə bağlı protokolda qeyd edilən maliyyə göstəricisi, yəni cəmiyyətin daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlir- 3.677.90 manat məbləğində olduğu üçün etibarsız sayılmalıdır. İdarə Heyətiinin sədri Cavabdeh3 xx.xx.2018-ci il tarixli məktubunda qeyd edir ki, Cəmiyyətin heç bir icarə müqaviləsi yoxdur. Bundan əlavə xx.xx.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, ikinci məsələ ilə, yəni «A.Cavabdeh2 adlına X11” ASC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı ilə bağlı iclası aşağıdakı qərarı vermişdir: Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi. Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz, ona görə də hesab edir ki, «Ə.Cavabdeh2 adına X11» ASC-nin 2017-ci il üzrə tərtib edilmiş «Mühasibat balansı və onların əlavələri»; habelə 2017-ci il üzrə tərtib edilmiş «Mənfəət vergisinin bəyənnamaləri və onların Əlavələri» və Əmlak Vergisinin bəyənnamələri və onların Əlavələri» etibarsızdır. xx.xx.2018-ci ilin tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, üçüncü məsələ ilə, yəni İdarəetmə və nəzarət orqanlarının seçilməsi ilə bağlı iclasın qərarları ilə bu şəxslər vəzifələrə təyin olunmuşlar.Cəmiyyətin idarə Heyətinin sədri-Fizuli Varansov, Müşahidə Şurasının sədri – Cavabdeh2, şuranın üzvləri M.Dibirov və Cavabdeh3dir. İdarə heyətinin sədri vəzifəsinə Fizuli Varansovun təyin olunması MM-nin 107-11.3-cü maddəsində nəzərdə tutulmuş tələbə ziddir. X14 Cəmiyyətin təftiş komissiyasının üzvüdür. Ona görə də o təftiş komissiyasının üzvü olduğuna görə , cəmiyyətin idarə heyətinin sədri təyin edilə bilməz. Digər tərəfdən , Cavabdeh3 İdarə Heyətinin sədri vəzifəsindən getməmişdən əvvəl Cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiyası aparılmalı idi. Sonra isə Fizuli Varansova Cəmiyyətin bütün aktivləri, kapitalı, gəlir və xərcləri barədə məlumatlar verilməli idi.Habelə maliyyə, vergi və digər hesabatlar, həmçinin baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri təhvil-təslim edilməli idi. Lakin cəmiyyətdə idarə heyətinin sədri Cavabdeh3 həmin sənədləri tərtib etməmişdir. Cəmiyyətin idarə heyətinin sədri Cavabdeh3 xxxx Rayon Məhkəməsininin 2(019)828/2015 saylı ,xx.xx.2015-ci il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş vəzifəsindən gedə bilməz. İdarə heyətinin sədri Cavabdeh3 auditor aktlarının: aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının «Ə.Cavabdeh2 adına X11» ASC tərəfindən digər təşkilatlarla bağlanmış əqdlərin, kontraktların və icarə müqavilələrinin olmamasının səbəbi kimi cəmiyyətin 2009- 2018-ci illər ərzində heç bir fəaliyyətinin olmadığını göstərmişdir. Cəmiyyətin idarə etmə orqanlarının hərəkətləri nəticəsində Cəmiyyətə külli miqdarda zərər vurulmuşdur və bu da son olaraq Cəmiyyətin müflişməsinə gətirəcəkdir ki, bu da onun hüquqlarına və qanuni maraqlarına ziyan vuracaqdır. Qeyd edilənləri nəzərə alıb iddianı təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh «Ə.Cavabdeh2 adına X11» ASCnin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı “Ə.Cavabdeh2 adına X11” ASC –nin səhmdarlarından biridir. O, 2,23 % pay sahibidir. İddiaçı indiyədək heç bir əsas və səbəb olmadan «Ə.Cavabdeh2 adına X11» ASC-ə qarşı qərəzli mövqe nümayiş etdirərək ASC-dən dəfələrlə dövlətin müxtəlif qurumlarına və orqanlarına şikayət etmişdir.Hal-hazırda da ASC-ni cavabdeh qismində məhkəməyə cəlb etmişdir. Məhkəmədən isə ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2 və keçmiş İdarə Heyətinin sədri Cavabdeh3 hərəkətlərinin qanunsuz hesab edilməsi və eyni zamanda xx.xx.2018-ci il tarixli Ə.Cavabdeh2 adına X11 ASC-nin səhmdarlırının ümumi yığıncağının protokolunun qanunsuz hesab ediliməsi və «Ə.Cavabdeh2 adına X11» ASC-nin 2017-ci il üçün tərtib edilmiş “mühasibat balansı və onların əlavələri”, “mənfəət vergisinin bəyannamaləri və onarın əlavələri”, “əmlak vergisinin bəyannamələri və onların əlavələri”ninin etibarsız sayılmaları barədə iddianın təmin edilməsini xahiş etmişdir. «Ə.Cavabdeh2 adına X11» ASC-nin müşahidə şurasının sədri Cavabdeh2, keçmiş İdarə Heyətinin sədri Cavabdeh3 və ASC-nin hərəkətlərində və fəaliyyətində indiyədək heç bir qanun pozuntuları olmamışdır, sadəcə olaraq İddiaçı bu şəxslər və ASC-nə qarşı açıq aydın qərəzli mövqe nümayiş etdirərək bu fəaliyyətini indiəyədək davam etdirir. «Ə.Cavabdeh2 adına X11» ASC-nin səhmdarlarının növbəti iclasının keçirilməsi 13.10. 2018-ci il tarixinə müəyyən edilmişdir. İclasın keçirilməsi ilə bağlı səhmdarlara xx.xx.2018ci il tarixində xəbərnaməli poçt göndərişi vasitəsilə bildirişlər göndərilmiş, eyni zamanda xx.xx.2018-ci il tarixli 32(444) saylı Vergilər qəzetininin xüsusi buraxılışında elan dərc edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən xx.xx.2018-ci il tarxində ASC-nə iclasın təxirə salınması ilə bağlı, eyni zamanda iclasın gündəliyinə qoyulan «ASC-nin ləğv edilməsi məsələsinin gündəlikdən çıxarılması barədə müraciəti daxil olmuşdur. Müraciətə baxılmış ASC-nin iclasının təxirə salınması mümkün hesab edilməməsi barədə iddiaçıya rəsmi qaydada məlumat verilmişdir. xx.xx.2018-ci il tarixində əməkdaşların iclası keçirilmiş, ASC-ninin ləğv edilməsi məsələli səsverməyə qoyulmuş, səsvermənin nəticəsinə görə ASC-ninin ləğvi barədə müsbət qərar qəbul olunmamışdır. İddiaçı müəyyən sənədlərin ona verilməməsini bəhanə gətirərək (hansı ki, onun tərəfindən qəbul edilən sənədlər ona dəfələrlə göndərilmişdir) Azərbaycan Respublikasının Maliyyə X3 şikayət etmişdir. Maliyyə X4 həmin şikayətin surətini onlara göndərmişdir.Onlar tərəfindən həmin şikayətə baxılmış şikayət ərzində qeyd olunan sənədlər təkrarən xx.xx.2018-ci il tarxində iddiaçıya göndərilmişdir. Eyni zamanda bu barədə xx.xx.2018-ci il tarixli Maliyəə X3 rəsmi qaydada cavab verilmişdir. «Ə.Cavabdeh2 adına X11» ASC-nin Səhmdarlarının iclası xx.xx.2018-ci ildə keçirilmişdir. İclasda gündəliyə qoyulan məsələlər müzakirə olunmuş və bu barədə protokol tərtib edilərək həmin protokolun surətləri xx.xx.2018-ci il tarixində həm Maliyyə X3, həm də İddiaçı göndərilmişdir. İclasın gündəliyinə qoyulan məsələlərin birində ASC-nin idarə heyətinin sədrinin sədr vəzifəsindən öz xahişi ilə getməsi məsələsi olmuşdur. Bu məsələ səhmdarlar tərəfindən müzakirəyə çıxarılmış, səs çoxluğu ilə ASC-nin sədrinin sədr vəzifəsindən öz xahişi ilə getməsi barədə qərar verilmişdir. Eyni zamanda səs çoxluğu ilə yeni sədr seçilmişdir. Hal-hazırda ASC-ninin İdarə Heyətininin sədr vəzifələrini X9 həyata keçirir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin xx.xx.2018-ci il tarixli Dövlət Reyestrindən X1 ASC-nin qanuni təmsilçisi olmağı təsdiq olunmuşdur. «Ə.Cavabdeh2 adına X11» ASC icra müqaviləsinə əsasən özünə məxsus qeyri- yaşayış sahələrini «xxxx» MMC-nə icarəyə vermişdir. 2016-cı ilin sentyabr ayından icarə müqaviləsinə əsasən 1204.2 kv.m hər ay üzrə 250 AZN, 2017-ci ilin may ayından etibarən əlavə olaraq 1260.1 kv.m 250 azn razılaşdırılmışdır. «Ə.Cavabdeh2 adına X11» ASC-ninin səhmdarlarının xx.xx.2018-ci il tarixli iclasın protokolunda göstərildiyi kimi ASC daşınmaz əmlakın icarəyə verilməsindən 3677.90 manat gəlir əldə etmişdir. Xərclər- əmək haqları 3720 AZN, DSMF-818,40 AZN, torpaq vergisi 1800 AZN, əmlak vergisi 19853.34 AZN, Amortiziasiya ayrılmaları-26 908,20 AZN,cəmi xərclər 35 199,94 AZN. Zərər 31.522.04 AZN təşkil edir. “Ə.Cavabdeh2 adına X11” ASC hər il və eyni zamanda 2017-ci il üçün tərtib edilmiş mühasibat balansları, mənfəət vergisinin və əmlak vergisininin bəyannamələri haqda hesabatları Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinə təqdim etmişdir. Burada da heç bir qanun paozuntusuna yol verilməmişdir. «Ə.Cavabdeh2 adına X11» ASC uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. Sadəcə olaraq müəyyən bir sahəni «xxxx» MMC icarəyə vermişdir. Özəlləşmə aparıldığı gündən indiyədək heç bir səhmdar gəlir və mənfəət əldə etməmişdir. ASC-nin normal fəaliyyəti üçün böyük həcmdə xərclər tələb olunur. Bu günədək ASC-nin ərazinin qorunması və ərazidə olan daşınmaz obyektlərin saxlanması üçün çəkilən xərclər itkilər hesabına başa gəlir. Cəmiyyətin balansında olan əsas vəsaitlərin hamısı keçən əsrin 80-cı illərində alınmış və inşa edilmişdir. Balansda olan nəqliyyat vasitələri, binalar, qurğular və avadanlıqlar öz amortizasiya müddətini bitirmişdir. Buna baxmayaraq həmin əsas vəsaitlər balansda qaldığı üçün onlara müvafiq vergilər hesablanır və vaxtı vatında ödənilir. Bundan başqa «Ə.Cavabdeh2 adına X11» ASC fəaliyyət göstərmədiyi üçün İdarə heyətinin sədrindən başqa heç bir işçi personalı yoxdur. Yuxarıda qeyd olunan səbəblərə görə ASC-də aidit, təftiş, səyyar və s. yoxlamalar aparılmamış, yoxlamalar aparılmadığından aktlar tərtib edilməmiş, eyni zamanda ASC fəaliyyət göstərmədiyi üçün cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı aparılmamışdır. Bu barədə dəfələrlə iddiaçıya rəsmi qaydada məlumatlar verilmiş, eyni zamanda arayışlar təqdim olunmuşdur. İddiaçı iddiası əsassızdır. Ona görə də qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi onun cavabdehlər Cəmiyyətinin İdarə X10 Şamil Əliyeviçə və Müşahidə Şurasının sədri Cavabdeh2 qarşı iddia tələbinin təmin olunmadığı hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir və ona görə də həmin hissə ilə bağlı qəbul olunmuş qətnamə qanunsuz və əsassızdır. Belə ki, Cəmiyyətinin İdarə Heyətinin sədri Cavabdeh3 və Müşahidə Şurasının sədri Cavabdeh2 tərəfindən onun hüquqlarını və qanuni maraqlarını kobud şəkildə pozduğuna və öz vəzifə borclarını yerinə yetirmədiyinə görə, o, onların həmin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı iddia tələbi qaldırmışdır. Lakin, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində tərəfindən iddia ərizəsində cəmiyyətin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı istinad etdiyi sübutlar, habelə qanunları və hüquqi aktları göstərməmişdir. Cəmiyyətinin İdarə Heyətinin sədri Cavabdeh3 və Müşahidə Şurasının sədri Cavabdeh2 tərəfindən onun hüquqları və qanuni maraqları pozulduğuna görə, ona əsas verir ki, məhkəmədən onların bu hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etsin. Yuxarıda qeyd edilən məlumatların onlara verilməməsi informasiya əldə etmək hüququyla yanaşı, həm də mülkiyyət hüququnu pozur. Səhmdarın əsas hüquqlarından olan dividend əldə etmək hüququ səhmdar cəmiyyətin idarəedicisi üçün dividendin düzgün hesablanıbhesablanmıdığını müəyyən etmək və bunun səhmdar tərəfindən yoxlanılması üçün ona cəmiyyətin maliyyə göstəriciləri təqdim edilməsi vəzifəsini etiva edir. Ona görə də, xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnaməsinin qismən ləğvi və iddia tələbinin təmin olunmadığı hissəsində təmini haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, xxxx Ravon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən sübutlara düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh "Ə.Cavabdeh2 adına X11" ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxxx 2018ci il tarixli protokolu qanunsuz hesab edilmiş, Ə.Cavabdeh2 adına X11" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri"nin, "Mənfəət vergisinin bəyannamələri və onlarm əlavələri"nin və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri"nin etibarsız sayılması üçün heç bir qanuni əsas olmamışdır. İddiaçı "Ə.Cavabdeh2 adına X11" ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxxx 2018ci il tarixli protokolunun onun hansı hüququn pozması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bununla yanaşı "Ə.Cavabdeh2 adına X11" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri", "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri" aidiyyatı dövlət orqanlarına təqdim olunmuş və həmin sənədlərin qanunsuzluğu ilə bağlı da həmin dövlət orqanları "Ə.Cavabdeh2 adına X11" ASC-yə irad bildirməmişdir. İddiaçı özü də “Ə.Cavabdeh2 adına X11" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri", "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri"ndə hansı qeydlərin etibarsızlığa dəlalət etdiyini iddiasında əsaslandırmamışdır. xxxx Rayon Məhkəməsi isə bütün bunlara baxmayaraq, heç bir əsaslandırma aparmadan iddiaçının iddiasının cavabdeh "Ə.Cavabdeh2 adına X11" ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxxx 2018ci il tarixli protokolu qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X11" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri"nin, "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri"nin və "Əmlak vergisinin bəyannamələri və onlarm əlavələri"nin etibarsız sayılması" hissəsində əsaslı hesab etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Ona görə də, xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın həmin hissədə də əsassız olması səbəbindən təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinəəsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASCnin İdarə Heyətinin sədri X9 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixdə Milli Depozit Mərkəzi tərəfindən verilmiş Depo hesabından çıxarışdan görünür ki, İddiaçı “Ə.Cavabdeh2 adına X11” ASCnin 336 səhminin sahibidir. İş materiallarına əlavə edilmiş “xxxx” Konserv ASC-nin səhmdarlarının ümumi yığıncağının 1 №li protokolundan görünür ki, xx xxx 2004-cü il tarixdə “xxxx» ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı kecirilmişdir. İş materiallarına əlavə edilmiş “Ə.Cavabdeh2 adına X11” ASC-nin Nizamnaməsindən görünür ki, “Ə.Cavabdeh2 adına X11” ASC-nin Nizamnaməsi xx.xx.2004-cü ildə 0904-B1 və 192 nömrəli Şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı **********( bir milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) AZN və ya 140979 ədəd adi səhmdir. İş materiallarına əlavə edilmiş İddiaçı ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə İddiaçı xx xxxx 2005-ci il tarxidə saat 11-də keçiriləcək “Ə.Cavabdeh2 adına X11” ASC-nin səhmdarlarının ümumi yığıncağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə İddiaçı xx xxxx 2006-cı il tarxidə saat 15-də keçiriləcək “Ə.Cavabdeh2 adına X11” ASC-nin səhmdarlarının ümumi yığıncaı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsininin xx xxxxxxxx 2018-ci il tarixli 3(107)-183/2018-ci nömrəli qərarından görünür ki “Ə.Cavabdeh2 adına X11” ASC—nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xxxx Rayon Məhkəməsininin xx xxxx 2018-ci il tarixli qərarı ləğv edlimiş, hüquqi şəxs kimi “Ə.Cavabdeh2 adına X11” ASC İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib üç min manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Ə.Cavabdeh2 adına X11” ASC səhmdarlarının ümumi yığıncağının 01 №li protokolundan görünür ki, həmin protokol xx xxxxxxx 2018-ci il tarixdə səhmdarların ümumi yığıncağının keçirilməsi ilə bağlı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Ə.Cavabdeh2 adına X11” ASC Səhmdar İddiaçı ünvanlanmış məktubundan görünür ki, ki “Ə.Cavabdeh2 adına X11” ASC 201420018-ci illər ərzində heç bir fəaliyyət ilə məşğul olmamış, cəmiyyətdə 2014-2018-ci illər ərzində heç bir fəaliyyət olmadığı üçün vergi orqanı tərəfindən hər hansı bir səyyar vergi yoxlaması aparılmamış və aktlar tərtib edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Maliyyə X2 İddiaçı ünvanlanmış ********** №li,xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, müraciətinizə baxılmışdır. Aparılmış araşdırma zamanı aşkar olunmuşdur ki, «Ə.Cavabdeh2 adına X11» ASC tərəfindən xx.xx.2017-ci il tarixinə səhmdarların ümumi yığıncağının çağırılması barədə yazılı bildiriş sizə qanunvericiliklə nəzərdə tutulmuş müddətə göndərilməmişdir. Bununla əlaqədar olaraq həmin səhmdar cəmiyyətinə Palata tərəfindən icrası məcburi göstəriş verilmiş və səhmdarların növbəti ümumi yığıncaqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilinin təmin edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 100.1-ci maddəsinə əsasən səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən qapalı səhmdar cəmiyyətinin iştirakçılarının sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, bir il ərzində açıq səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Məhkəmə kollegiyasının müəyyən edilmişdir ki, İddiaçı “Ə.A. Ansuxski adına X11” ASC-nin 336 səhminin sahibidir. “Ə.A. Ansuxski adına X11” ASC-nin idarəetmə orqanları ona cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat vermədiyindən, cəmiyyətin maliyyə təsərrüfat faəliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna görə o, həmin sənədlərin ona verilməsi üçün xxxx Rayon Məhkəməsinə müraciət etmişdir. xxxx Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə «Ə.Cavabdeh2 adına X11” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin ona təqdim edilməsi «Ə.Cavabdeh2 adına X11»nun rəhbərliynə həvalə edilmişdir. «Ə.Cavabdeh2 adına X11” ASC-in İdarə Heyətinin sədri Cavabdeh3 xx.xx.2018-ci il tarixdə iddiaçıya bildiriş göndərərək xx.xx.2018-ci il tarixdə saat 18-00-da səhmdarların ümumi yığıncağının keçiriləcəyi bildirilmişdir. xx.xx.2018-ci iil tarixdə iddiaçı Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamış, ona qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməmişdir. O,ərizəsində cəmiyyətin rəhbərliyinə təklif etmişdir ki, xx.xx.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi yığıncağını MM-nin 107-1.4-cü maddəsinə riayət edilməklə başqa tarixə keçirsin, iclasın gündəliyinə qoyulmuş «Cəmiyyətin» ləğv edilməsi məsələləsini gündəlikdən çıxarsın, əlavə isə cəmiyyət tərəfindən yaradılmış «xxxx» MMC törəmə və müştərək müəssisələrinin maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı hesabatları»; Cəmiyyətin kreditor və debitor borcları haqqında hesabatları»n verilməsi, «Cəmiyyətin aktivlərinin qiymətləndlirilməsinin aparılması» barədə məsələlər iclasın gündəliyinə daxil edilsin. Ümumi yığıncaq iddiaçının iştirakı olmadan keçirilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş. Qətnamədən narazı qalan tərəflər apellyasiya şikayətləri vermişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolu qanunsuz hesab edilməli və “Ə.Cavabdeh2 adına X11” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri” etibarsız sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, “Ə.Cavabdeh2 adına X11” ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsi ilə bağlı elan xx.xx.2018-ci il tarixində 32(444) saylı “Vergilər” qəzetində dərc edilmişdir. Həmin qəzetdə ümumi yığıncağın xx.xx.2018-ci il tarixində saat 10:00-da keçiriləcəyi göstərilmişdir. Göründüyü kimi, ümumi yığıncağın keçirilməsinə dair elan qəzetdə 45 gün əvvəl dərc edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.4-cü maddəsinin tələblərinə uyğundur. Həmin maddədə göstərilmişdir ki, səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir”. Həmin maddənin tələbinə görə yalnız elanın 45 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli olduğu təsbit olunmuşdur. Bu heç də səhmdarlara yazılı bildirişin 45 gün əvvəl çatdırılması kimi təfsir olunmamalıdır. Həmin maddədə səhmdarlara “bu barədə” yazılı bildirişin göndərilməsi qeyd olunmuşdur. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması ilə əlaqədar müddətlər isə Mülki Məcəllənin 107-1.8-ci maddəsində təsbit olunmuşdur: 107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: 107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir; 107-1.8.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; 107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir. Həmin maddənin tələbindən göründüyü kimi səhmdarın növbədənkənar ümumi yığıncaqda iştirakının təmin olunması üçün azı 25 gün qalmış yazılı bildirişin göndərilməsi təsbit olunmuşdur. Buna görə səhmdar MM-nin 107-1.4 və 107-1.5-ci maddəsini tələbləri baxımından ümumi yığıncaqda iştirakının təmin olunması üçün ona kifayət edən məqsədə müvafiq vaxtda qabaqcadan məlumatın verilməməsini mübahisələndirə bilər. Lakin yuxarıda qeyd olunanlardan göründüyü kimi səhmdarların ümumi yığıncağının çağrılmasına 45 gün qalmış yığıncağın çağırılması haqqında “Vergilər” qəzetində məlumatın verilməsini birinci instansiya məhkəməsi ümumiyyətlə nəzərə almamış, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələbləri baxımından iddia tələbinin ümumi yığıncağın xx.xx.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Bundan əlavə Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, ikinci məsələ ilə, yəni «A.Cavabdeh2 adlına X11” ASC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı ilə bağlı iclası aşağıdakı qərarı vermişdir: Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi. Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz. İddiaçı iddia tələbində Səhmdar Cəmiyyətinin Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilmədiyindən, «Ə.Cavabdeh2 adına X11» ASC-nin 2017-ci il üzrə tərtib edilmiş «Mühasibat balansı və onların əlavələri», habelə 2017-ci il üzrə tərtib edilmiş «Mənfəət vergisinin bəyənnamaləri və onların Əlavələri» və Əmlak Vergisinin bəyənnamələri və onların Əlavələri» etibarsız olduğunu bildirir. Birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan “Ə.Cavabdeh2 adına X11” ASC-nin 2017-ci il üzrə tərtib edilmiş «Mühasibat balansı və onların əlavələri»ni və “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”ni etibarsız saymışdır. Lakin ümumi yığıncağın xx xxxxxxx 2018-ci il tarixli protokol göstərilmişdir ki, “Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi” İddia tələbinin 2017-ci ildə tərtib edilmiş “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak Vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız hesab edilməsi hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşagıdakıları qeyd edir. Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatının, habelə bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Həmin Məcəllənin 72.1 -ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin məcəllənin 72.2-ci maddəsinə əsasən, bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Eləcə də vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bu Məcəllənin 57.1-1 -ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə vergi hesabatını (vergi bəyannaməsini) vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin, vergi ödəyicisinin vergi orqanına dəqiqləşdirilmiş hesabat (bəyannamə) təqdim etmək hüququ var. Vergi ödəyisisinin qanunla müəyyən olunmuş qaydada və müddətdə vergi hesabatlarını (bəyannamələrini) təqdim etməməsi müəyyən sanksiyalara səbəb olur. Həmin sanksiyaların tətbiqi vergi orqnının səlahiyyətindədir. Lakin Vergi Məcəlləsində bəyannamənin etibarsız hesab edilməsi anlayışı nəzərdə tutulmamışdır. Ona görə də, iddia tələbinin həmin hissəsinin mübahisələndirilməsinə iddiaçının subyektiv hüququ olmamışdır. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənlərə əsasən, iddia tələbləri “Ə.Cavabdeh2 adına X11” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X11” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri” etibarsız sayılması hissələrində də əsasızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2-ci maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin İdarə Heyətinin sədri X9 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnаməsi qismən - cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X11” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri” etibarsız sayılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin İdarə Heyətinin sədri X9 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. xxxx Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnаməsi qismən - cavabdeh “Ə.Cavabdeh2 adına X11” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X11” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri” etibarsız sayılması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-666/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-666/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver