Məhkəmə qərarları › İş №2(107)-668/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-668/2025

27.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-668/2025 27.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmlak tələbi, sübutetmə yükü) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X13 və X5 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz, qızıl-zinət əşyaları və ya onların dəyərinin qaytarılması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2(014)- 337/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı cehiz, qızıl-zinət əşyaları və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon Qeydiyyat Şöbəsində rəsmi olaraq nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları olmamışdır. Ailə qurduqları ilk vaxtlarda mehriban olsalar da sonralar ailə münasibətləri tamamilə pozulmuşdur. Buna görə də nikahın pozulması tələbi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(014)-657/2024 saylı qətnaməsi ilə nikahı pozulmuşdur. Qeyd etmək istəyir ki, onun çox güclü baş ağrıları olur. Buna görə də, xəstələnib müalicə almaq üçün ata evinə getmişdir. Hətta həmin vaxt evdən çıxarkən o nəinki qızıllarını, şəxsiyyət vəsiqəsini də götürməyi unutmuşdu. Uzun müddət cavabdeh və ailə üzvləri onun maraqlanmayıb və dalınca gəlməyiblər. Elə buna görə də, bir müddət sonra şəxsiyyət vəsiqəsini götürməyə gedən zaman ona aid olan qızılların yerində olmadığını görmüşdür. O, bütün sənədlərini və qızıl-zinət əşyalarını bir yerdə saxlayırdı. Beləliklə ona nişan və toy günü hədiyyə olunan bütün qızıl-zinət və cehiz əşyaları cavabdehin birlikdə yaşadığı evində qoyub çıxmışdır. Daha sonra cehizlərini götürsə də qızıl-zinət və cehizəşyalarının bir qismini cavabdeh və anası ona verməmişdir. Daha sonralar şəxsi əşyalarını və geyim əşyalarını götürməyə getdiyi zaman cavabdehdən qızıllarını tələb etsə də qızıl-zinət əşyaları ona qaytarmadı. Bunu təsdiq edəcək kifayət qədər şahidləri vardır. Onların bir qisminin şəxsiyyət vəsiqəsini iddia ərizəmə əlavə edir. Bütün bu hadisələr baş verdiyi zaman, yəni o şəxsiyyət vəsiqəsini götürməyə getdiyi zaman qızılların yerində olmadığını görüb tələb edərkən X4 da onun yanında olub. Həmin vaxtı xəstə olmağı və müalicəsi ilə bağlı sənədləri də iddia ərizədə əlavə etmişdir. Yuxarıda qeyd olunan qızıl-zinət əşyalarının və cehiz əşyalarımın bir qisminin siyahısı aşağıdakı kimidir: qızıl-zinət əşyaları, toyluq dəst,ağ qızıl750 əyar brilyant qaşlar ilə 30 qr- 4600 manat dəyərində, nişan üzüyü ağ qızıl -750 əyar brilyant qaşları ilə - 1300 manat dəyərində, bir ədəd qızıl üzük -585 əyar 3 qr- 280 manat dəyərində, bir ədəd qızıl üzük -585 əyar 3 qr-280 manat dəyərində, bir cüt qızıl sırqa-585 əyar 3 qr-270 manat dəyərində, cehiz əşyaları, bir ədəd paltaryuyan maşın - 700 manat dəyərində, bir ədəd ət çəkən maşın - 250 manat dəyərində, bir ədəd mikser-190 manat dəyərində, bir ədəd blender-50 manat dəyərində, bir ədəd hava ütüsü - 20 manat dəyərində, bir ədəd Stol və stul dəsti (8 nəfərlik) - 1000 manat dəyərində, bir ədəd xalça - 250 manat dəyərində, bir ədəd süfrə - 40 manat dəyərində olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı nümayəndəsi Nümayəndə izahatında, iddia ərizəsində adları göstərilən, bir ədəd paltaryuyan maşın, bir ədəd ət çəkən maşın, bir ədəd mikser, bir ədəd blenderin birgə nikah dövründə alındığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında, iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək qızıllarla bağlı məlumatının olmadığını bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək Röyalənin atası evinə gələndə sağlamlığı ilə bağlı vəziyyətinin ağır olduğunu, onun qızıl gətirəcək vəziyyətinin olmadığını bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək hər iki tərəfin qohum olduğunu, cehizləri gətirməyə onun da getdiyini, həmin vaxt qızılları gətirmədiklərini bildirmişdi.

9. Ağdaş Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2(014)-337/2025 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddianın qismən təmin edilməsi, Cavabdeh 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinyət əşyaları alınaraq İddiaçı verilməsi, qeyd olunan qızıl-zinət əşyalarının cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının cəmi dəyəri olan 6460 (altı min dörd yüz altmış) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 13 sentyabr 2022-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və məhkəmənin 01 avqust 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda birgə yaşamırlar və iddiaçı özünə məxsus qızıl-zinət əşyaları, toyluq dəst, ağ qızıl - 750 əyar brilyant qaşlar ilə 30 qr - 4600 manat dəyərində, nişan üzüyü ağ qızıl - 750 əyar brilyant qaşları ilə - 1300 manat dəyərində, bir ədəd qızıl üzük - 585 əyar 3 qr - 280 manat dəyərində, bir ədəd qızıl üzük - 585 əyar 3 qr - 280 manat dəyərində, bir cüt qızıl sırqa - 585 əyar 3 qr - 270 manat dəyərində, cehiz əşyaları, bir ədəd paltaryuyan maşın - 700 manat dəyərində, bir ədəd ət çəkən maşın - 250 manat dəyərində, bir ədəd mikser - 190 manat dəyərində, bir ədəd blender - 50 manat dəyərində, bir ədəd hava ütüsü-20 manat dəyərində, bir ədəd stol və stul dəsti (8 nəfərlik) - 1000 manat dəyərində, bir ədəd xalça - 250 manat dəyərində, bir ədəd süfrə - 40 manat dəyərində olan cehiz əmlaklarının qızıl-zinət əşyalarının cavabdehin evini tərk edərkən özü ilə aparmadığını iddia edir və həmin cehiz əmlaklarının qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona qaytarılmasını tələb edir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. İddiaçı qızıl-zinət əşyalarını cavabdehə məxsus evə apardığını bildirir, cavabdehin nümayəndəsi və vəkili isə həmin əşyaların ümumilikdə mövcudluğunu inkar etmir, lakin iddiaçının atasının evinə gedərkən bütün qızılları özü ilə apardığını bildirir. Göründüyü kimi qızıl əşyaların cavabdehin mənzilinə aparılması da işin mübahisəsiz halıdır. Lakin cavabdehin nümayəndəsi və vəkili həmin əşyaları iddiaçının gedərkən özü ilə aparmasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, qızılları iddiaçının özü ilə aparmasına dair sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi və vəkili isə qeyd etdiyi hallar ilə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

12. Məhkəmə iclasında iddia ərizəsində göstərilən əmlaklardan yalnız 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinyət əşyalarının cavabdehdə olması faktı öz təsdiqini tapmışdır.

13. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinyət əşyaları alınaraq İddiaçı verilməsi, qeyd olunan cehiz əmlakı və qızıl-zinət əşyalarının cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin cehiz əmlakı və qızıl-zinət əşyalarının cəmi dəyəri olan 6460 (altı min dörd yüz altmış) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34,157.2, 225.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 89.3, 119.1, 217.3 və 217.4-cü maddələri maddələrinə istinad etməklə əsaslandırmışdır.

Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

15. İş materiallarında olan Ağdaş Rayon məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2(014)-657/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 13 sentyabr 2020-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 172 nömrə ilə qeydə alınmış nikah pozulması qət edilmişdir.

16. İş materiallarında olan fotoşəkildən görünür ki, İddiaçı üzərində brilyant qaşlı toyluq ağ qızıl dəst, brilyant qaşlı ağ qızıl nişan üzüyü, 2 ədəd üzük vardır.

17. İş materiallarında olan aktdan görünür ki, iddiaçı özünə məxsus bir ədəd Stol və stul dəstini könüllü olaraq cavabdehin evində saxlamışdır.

18. İş materiallarında olan 28 noyabr 2024-cü il tarixli, MŞŞ/2024-MT02080 saylı ilkin Mediasiya Sessiyasında iştrak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin Mediasiya Sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştrak etməmişdir. X6 dair xərc olan 50 manat pul İddiaçı tərəfindən ödənilmişdir.

19. İş materiallarında olan mədaxil qəbzindən məlum olur ki, İddiaçı 121,60 manat məbləğində dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri 20.Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan və ədalətsiz hesab edir.

22. Barəsində şikayət verilən məhkəmə qətnaməsində qeyd olunub ki, məhkəmə iclasında iddia ərizəsində göstərilən əmlaklardan 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinət əşyalarının cavabdehdə olması faktı öz təsdiqini tapmışdır. O, bu halla qəti olaraq razı deyil və rayon məhkəməsində 2(014)-337/2025 nömrəli mülki işə baxılan zaman olduğu kimi bir daha bəyan edir ki, iddiaçı ziddiyyətli ifadələr verərək tələb etdiyi qızıl-zinət əşyalarını cavabdehin evində qoyub getməsi və iddia ərizəsində qeyd olunan qızılların-zinət əşyalarının çəkilərini, əyarlarını və dəyərlərini necə müəyyən etmiş olması barədə sədrlik edən hakimin suallarına cavab verərkən bunların özü tərəfindən təqribən müəyyənləşdirilmiş olmasını bildirməklə kifayətlənərək bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bunun əksinə olaraq məhkəmə iclaslarında müəyyən edilmişdir ki, iddiaçı ər evini tərk edib gedərkən artıq özü özlüyündə cavabdehlə ayrılmaq qənaətinə gəlmişdir və bu səbəbdən guya baş ağrıları kəskinləşib bəhanəsi ilə müalicə almaq adı altında evdən çıxıb getmişdir. Bunun birbaşa sübutu iddiaçının ata evində olduğu vaxt ərinin xəbəri olmadan abort etdirərək hamiləliyini dayandırması və daha sonra nikahın pozulması barədə məhkəməyə müraciət etməsidir.

23. İddiaçıdan fərqli olaraq cavabdeh arvadının ondan boşanmaq fikrində olmasından və bu məqsədlə onu birdəfəlik tərk edib getmiş olmasından yalnız cavabdehin o və valideynləri evdə olmadığı zaman onların evindən əşyalarını götürməsi barədə qonşularının telefon zəngindən xəbər tutub.

24. Belə olan halda isə iddiaçının sənədlərini və qızıl-zinət əşyalarını ər evində qoyub getməsi, cavabdehin isə onun sənədlərini və qızıllarını gizlətməsi inandırıcı və ağlabatan görünürmü?

25. İddiaçı bütün sənədlərini və qızıl-zinət əşyalarını bir yerdə saxlaması və həm sənədlərini, həm də qızıl-zinət əşyaları cavabdehlə birlikdə yaşadığı evdə qoyub getməsini və bu hadisələr baş verdiyi zaman, yəni o şəxsiyyət vəsiqəsini götürməyə getdiyi zaman qızılların yerində olmadığını görüb tələb etiyini bildirsə də məhkəmə iclasında özü tərəfindən etiraf edilmişdir ki, həmin vaxt onun şəxsiyyət vəsiqəsi Göyçay şəhərində yerləşən X10 adlanan tibb müəssisəsində olmuş, ər evindən gedəndən sonra öz ata evində olarkən 30 yanvar 2024- cü il tarixdə həmin tibb müəssisəsinə müayinə üçün getdikə şəxsiyyət vəsiqəsi ona qaytarılmışdır.

26. Məhkəmə ona da diqqət yetirməmişdir ki, iddiaçı ər evindən getdikdən sonra dəfələrlə, o cümlədən ev sahibləri evdə olmadığı zaman cavabdehin evində olmuş və sərbəst şəkildə əşyalarını götürmüşdür.

27. Məhkəmədə mülki işə baxılan zaman İddiaçı bir neçə dəfə sərbəst şəkildə cavabdehin və onun valideynlərinin yaşadığı evə girərək əşyalarını götürməsini, hətta axırıncı dəfə əşyaların götürülməsi faktının aktlaşdırılmasını öz iddia ərizəsində qeyd etmişdir və həmin aktda ondan sonra cavabdehdə qalan əşyalar qeyd olunduğunu məhkəmə iclasında etiraf etmişdir. Əgər tələb etdiyi qızıl-zinət əşyaları cavabdehin evində qalmış idisə, hansı səbəbdən bəzi cehiz əşyalarının oğlan evində qalmasının qeyd olunması kimi bu hal da həmin aktda öz əksini tapmayıbdır barədə mənim sualıma iddiaçı heç bir inandırıcı cavab verə bilməmişdir. Cavabdehin evindən özünə məxsus əşyaların götürülməsi barədə 19 noyabr 2024-cü il tarixdə tərtib olunmuş Akt iddiaçı tərəfindən sübut kimi iddia ərizəsinə əlavə edilməsinə baxmayaraq məhkəmə e-2(014)-337/2025 nömrəli qətnaməsində bu hala heç bir münasibət bildirməmişdir.

28. İddiaçın cavabdeh və ailə üzvlərinin evdə olmadığı vaxt onların evinə daxil olaraq oradan bir neçə bağlama çıxartmağının sübutu kimi cababdeh tərəfindən məhkəməyə video görüntülər təqdim olunmasına baxmayaraq məhkəmə öz qətnaməsində bu fakta tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi heç bir münasibət bildirməyərək hüquqi qiymət verməmişdir.

29. İddia ərizəsində iddiaçı cavabdehdən tələb etdiyi qızıl-zinət əşyaları siyahısında 280 manat dəyərində 3 qram çəkidə 2 ədəd 585 əyarlı üzük göstərib. Bunun səhvən təkrar yazılması faktı məhkəmə baxışı zamanı iddiaçı tərəfindən etiraf edilib. Buna baxmayaraq işə baxan məhkəmə həmin əşyalarının cavabdehdə olması qənaətinə gələrək onun cavabdehdən alınmasını qət ediərək qətnamədə bunu heç cür əsaslandırmayıb.

30. e-2(014)-337/2025 nömrəli Qətnamədə göstərilir ki, Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında, iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O, bunu etməmişdir və əksinə mülki işə baxılarkən məhkəmə iclaslarında müəyyən edilmiş hallara əsaslanaraq iddiaçının hüquqdan yalnız başqasına ziyan vurmaq məqsədi ilə istifadə etmək niyyətində olmasını məhkəmənin diqqətinə çatdıraraq iddia tələbinin tam əsassız kimi rədd edilməsini tələb etmişdir. Öz qətnaməsində iddiaçının mövqeyindən çıxış etməyini təsdiqləyərək işə baxan məhkəmə bir vəkil kimi onun nüfuzuna xələl gətirmişdir.

31. Öz iddia ərizəsində iddiaçı qeyd edir ki, bütün bu hadisələr baş verdiyi zaman, yəni o, şəxsiyyət vəsiqəsini götürməyə getdiyi zaman qızıllarının yerində olmadığını görüb tələb edərkən X4 da onun yanında olub. İddia ərizəsində mübahisə üzrə şahid qismində bu şəxs qeyd edilməsinə, lakin onun şahidlik etmək istəmədiyindən xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında qanunla nəzərdə tutulmuş qaydada şahidlərin çağırılması ilə bağlı iddiaçı tərəfindən heç bir vəsatət verilməməsinə baxmayaraq məhkəmə mülki işin xx.xx.2025-ci il tarixdə keçirilən 2-ci və son baxış iclasında naməlum səbəbdən İddia ərizəsində göstərilməyən Şahid2 və Şahid3 şahid qismində işə cəlb etmişdir. Məhkəmənin işin hansı məqamı barədə şahidlik edəcəyi barədə sualını cavablandıraraq Şahid2 Röyanın atası evinə gələndə sağlamlığı ilə bağlı vəziyyətinin ağır olduğunu, onun qızıl gətirəcək vəziyyətinin olmadığını bildirməklə kifayətlənmiş, Şahid3 isə ifadə verərək hər iki tərəfin qohumu olduğunu, onun da cehizləri gətirməyə getmiş olduğunu və həmin vaxt qızılları gətirmədiklərini bildirmişdir. Məhkəmə iclasında Şahid2 iddiaçının yaxın rəfiqəsi olmasını və iddiaçı ər evini tərk edib gedən zaman onun yanında olmamasını, Şahid3 isə onun yalnız cehizləri gətirməyə getdiyini və həmin vaxt iddiaçının heç orada olmamasını bildirməsinə baxmayaraq təəssüf ki, mülki işə baxan məhkəmə mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməmiş və hadisələrin gedişatının bir başa şahidi olmayan bu şəxslərin şahid ifadələrini iş üzrə mötəbər sübut kimi qiymətləndirərək qızıl-ziynət əşyalarının alınması hissəsində iddia tələbini təmin etmişdir.

32. e-2(014)-337/2025 nömrəli qətnamədə qeyd edilib ki, iddiaçı qızıl-ziynət əşyalarını cavabdehə məxsus evə apardığını bildirir, cavabdehin nümayəndəsi və vəkili isə həmin əşyaların ümumilikdə mövcudluğunu inkar etmir, lakin iddiaçının atasının evinə gedərkən bütün qızılları özü ilə apardığını bildirir. Göründüyü kimi qızıl əşyaların cavabdehin mənzilinə aparılması da işin mübahisəsiz halıdır. Lakin cavabdehin nümayəndəsi və vəkili həmin əşyaları iddiaçının gedərkən özü ilə aparmasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, qızılları iddiaçının özü ilə aparmasına dair sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlarla bağlı bildirir ki; - mülki işə baxarkən o, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının hamısın mövcud olması faktını etiraf etməmişdir. Və əksinə, məhkəmə baxışı zamanı o, həmin siyahıda 280 manat dəyərində 3 qram çəkidə 2 ədəd 585 əyarlı üzüyün təkrar yazılması faktını məhkəmənin diqqətinə çatdırmış və bu da iddiaçı tərəfindən etiraf edilib. Bundan əlavə məhkəmə iclasında o, iddia ərizəsində qeyd edilmiş toyluq dəstinə əlavə edilmiş sırğadan əlavə 585 əyar 3 qr çəkidə bir cüt qızıl sırğanın da ümumiyyətlə olmamasını məhkəmənin diqqətinə çatdırmış və bu da məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır.

33. e-2(014)-337/2025 nömrəli mülki işə baxarkən sübut etmə vəzifəsi cavabdehdən tələb edən sədrlik edən hakim C. Sultanov 31 yanvar 2024-cü il tarixdə Ağdaş Rayon Məhkəməsində onun iştirakı ilə mahiyyəti üzrə e-2(014)-337/2025 nömrəli mülki işlə eyni olan e-2(014)-135/2025 nömrəli mülki işə baxarkən iddiaçı X2 cavabdeh X7 qarşı əmlak tələbinə dair iddia ərizəsinə baxarkən tələbin Qızıl-zinət əşyalarına münasibətdə təmin edilməməsini iddiaçı tərəf məhkəməyə sözügedən qızıl zinət əşyalarının mövcud olması, eyni zamanda cavabdehdə olmasını təsdiq edəcək Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olan hər hansısa bir mötəbər sübut təqdim etməmiş olmaması ilə əsaslandırmışdır. Sual olunur: Bəs e-2(014)-337/2025 nömrəli mülki iş üzrə İddiaçı məhkəməyə Cavabdeh alinmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmasını, eyni zamanda onların cavabdehdə olmasını təsdiq edəcək hansısa bir mötəbər sübut təqdim etmişdirmi? 34.Beləliklə Ağdaş Rayon Məhkəməsinin 03 mart 2025-ci il, e-2(014)-337/2025 nömrəli qətnaməsinin əsassız olması, işə baxarkən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən o, belə hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməlidir.

35. Birinci instansiya məhkəməsi İddiaçı məhkəməyə Cavabdeh alinmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmasını, eyni zamanda onların cavabdehdə olmasını təsdiq edəcək hansısa bir mötəbər sübut təqdim etməməsinə baxmayaraq qərəzli şəkildə onun tərəfindən çıxış edərək bu hissədə iddia tələbini təmin etmişdir.

36. e-2(014)-337/2025 nömrəli mülki işə baxarkən məhkəmə qanunun tələbini pozaraq məhkəmə xərclərinin nədən ibarət olmasını və tərəflər arasında necə bölüşdürülməsini qeyd etməmişdir. Həmçinin məhkəmə iddiaçın cavabdeh və ailə üzvlərinin evdə olmadığı vaxt onların evinə daxil olaraq oradan bir neçə bağlama çıxartmağının sübutu kimi cababdeh tərəfindən məhkəməyə video görüntülər təqdim olunmasına baxmayaraq məhkəmə öz qətnaməsində bu fakta tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi heç bir münasibət bildirməyərək hüquqi qiymət verməmişdir. Bundan başqa iddiaçı tərəfindən tələb etdiyi qızıl-zinət əşyalarının kütləsi, əyarları və dəyərləri barədə məhkəməyə heç bir yazılı sübut təqdim edilməməsinə, iddiaçının hüquqdan sui-istifadə edərək cavabdehə maddi ziyan vurmaq məqsədində olmasını görə bilməyərək və tərəflərin qarşılıqlımünasibətlərinə düzgün qiymət verə bilməyərək məhkəmə AR-nın MPM-nin 217- cü maddəsinin 3-cü və 4-cü hissələrinin tələblərini pozmuşdur.

37. Ağdaş şəhərində fərdi sahibkar kimi fəaliyyət göstərən X3 28 aprel 2025-ci il tarixdə imzaladığı məlumata əsasən İddiaçı Cavabdeh alınaraq ona verilməsini tələb etdiyi 4600 manat dəyərində əyarı 750, brilyant qaşları olan ağ qızıl toyluq dəsti kimi qeyd etdiyi qızıl-zinət dəstinin mövcudluğunun sübutu kimi iddia ərizəsinə əlavə etdiyi foto şəkildə əks olunan qızıl-zinət dəsti sadə qaşlı üzük, sırğa, qolbağ və sepdən ibarət olmuş və 2022-ci ilin iyul ayında onun tərəfindən 1600 (min altı yüz) manata, cavabdehin atası olan X1. Bu dəstin harada və kim tərəfindən əldə edildiyi barədə məlumat ona nümayəndəsi olduğu cavabdehlə Ağdaş Rayon Məhkəməsinin 03 mart 2025-ci il, e-2(014)-337/2025 nömrəli qətnaməsinindən Apellyasiya şikayətinin verilməsinin son müzakirəsi zamanı hazırki aprel ayinim 28-də bəlli olmuşdur və o, bu barədə yazılı sübut tələb etmişdir.

38. Odur ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(014)-337/2025 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edərək, yeni sübut qəbul edilərək mülki işə yenidən baxılaraq iddia tələbinin bütövlükdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2(014)-337/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2(014)-337/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

44. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Qərarlar:

46. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarının; 5.10-cu bəndinə əsasən nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür.

47. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Apellyator Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(014)-337/2025 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaların tələbinə”dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddianın təmin edilmiş 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinət əşyalarına aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamış, iddianın təmin edilmiş həmin hissəsində mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırması təmin edilməmiş, işin faktiki halları araşdırılmamış, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmamışdır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

54. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 13 sentyabr 2022-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və məhkəmənin 01 avqust 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nişan və toy günlərində iddiaçıya 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı ona məxsus qızıl-zinət əşyalarını ər evində otağında olan şkafda saxladığını, sonradan xəstələnib ata evinə getdiyini, ata evinə gedəndə qızıllarının yerində olduğunu, sonradan uzun müddət cavabdeh əri və ailə üzvləri onunla maraqlanmadığına görə ərindən ayrılmaq qərarına gəldiyini, bir müddət sonra şəxsiyyət vəsiqəsini götürməyə getdiyi zaman ona aid qızılların yerində olmadığını gördüyünü, sonradan cehiz əşyalarının ona qaytarıldığını, lakin qızıllarının ona qaytarılmadığını göstərmişdir. Cavabdeh tərəf isə iddiaçı atası evinə gedərkən məqsədli şəkildə boşanmaq fikrində olduğunu və evdən gedən zaman qızıl-zinət əşyalarını iddiaçının özü ilə apardığını bildirmişdir. İddiaçı tərəf isə cavabdeh tərəfin bildirdiklərini qəbul etməmişdir.

55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin tamamilə rədd edilməli olmasına dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

56. Kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarına görə tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər rəsmi nikahdan sonra birlikdə yaşamış, sonradan aralarında münasibətlər pozulmuş, tərəflər xx.xx.2024-cü ildə boşanmışlar.

57. Baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının iddiaçıya nişan və toy mərasimlərində hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. İddiaçı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının cavabdehdə qaldığına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

59. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.

60. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

61. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

62. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

63. Sadalanan hüquq normalarına görə, hədiyyə kimi əldə olunmuş əşyaları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əşyaların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir.

64. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əşyaları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. 65.İddiaçı iddia ərizəsində, tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlə birgə yaşadıqları Ağdaş şəhərində yerləşən mənzildə qaldığını, bir müddət sonra həmin evə şəxsiyyət vəsiqəsini götürməyə getdiyi zaman ona aid qızıl-zinət əşyalarının yerində olmadığını bildirmişdir. 66.Birinci instansiya məhkəməsi iddianı qızıl-zinət əşyalarına aid hissədə təmin edərkən tələb olunan bütün qızıl-zinət əşyalarının iddiaçının atasının evinə gedərkən özü ilə aparması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edə bilməməsi ilə əsaslandırmış, lakin işdə olan hansı sübutlar əsasında bu qənaətə gəldiyini əsaslandırmamışdır. 67.Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı verdiyi izahatında ər evini tərk edib atasının evinə gedərkən, cavabdehlə eyni zamanda cavabdehin ailə üzvləri ilə münasibətlərinin yaxşı olduğunu, aralarında hər hansı dava-dalaş olmadığını, özü könüllü şəkildə getdiyini və sonradan cavabdeh və ailə üzvləri onunla maraqlanmadığına görə boşanmaq fikrinə düşdüyünü bildirmişdir. İddiaçı həmçinin izahatında əvvəllər tələb olunan qızıl-zinət əşyalarının daimi olaraq onun sərəncamında olduğunu və özünün şəxsiyyət vəsiqəsi ilə birlikdə dolabda saxladığını qeyd etmişdir. 68.Kollegiya qeyd edir ki, işin yuxarıda sadalanan halları onu deməyə əsas verir ki, iddiaçı tələb etdiyi qızıl zinət əşyalarının hazırda özgəsinin qanunsuz sahibliyində, yəni cavabdehin sahibliyində qaldığını sübuta yetirə bilməmişdir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas ola bilməz.

69. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, məhkəmə tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əşyaları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməildir. 70.Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən olunmuş halları onu deməyə əsas verir ki, tələb olunan qızıl-zinət əşyalarının hal-hazırda həqiqətən cavabdehdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür.

71. İddiaçı isə öz tələbini təsdiq edən sübut qismində birinci instansiya məhkəməsinə toy mərasimi və s. vaxtlarda çəkilmiş fotoşəkilləri təqdim etmşdir.Fotoşəkillərdə mübahisə predmeti olan əşyaların iddiaçının üzərində olduğu aydındır.

72. Cavabdehin nümayəndəsi isə iddiaçının evdən gedərkən artıq boşanmaq fikrində olduğunu, gedərkən qızıl-zinət əşyalarını özü ilə apardığını, hətta iddiaçının sonradan da bir neçə dəfə onların yaşadığı evə sərbəst şəkildə gəlib-getdiyindən əşyalarını götürüb aparmaq imkanına malik olduğunu qeyd etmişdir. İddiaçı sonradan şəxsiyyət vəsiqəsini götürməyə gələrkən qızıl-zinət əşyalarının saxladığı yerdə olmadığını bildirsə də, qeyd olunan halı sübut etmə yükü məhz onun üzərinə düşməklə sübuta yetirilmir. İddiaçının evdən getdikdən sonra həmin evə dönməsi və sərbəst şəkildə həmin evə daxil olması belə nəticəyə gəlməyə imkan verir ki, həmin əşyalar iddiaçının sərəncamında olmuş və iddiaçı tələb etdiyi qızıl zinət əşyalarının hazırda özgəsinin qanunsuz sahibliyində, yəni cavabdehin sahibliyində qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür və qeyd olunan hallarla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

73. Məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinət əşyalarına aid hissədə təmin edərkən qətnamədə heç bir sübuta və mötəbər bir dəlilə istinad etməmişdir. Belə ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyasının məhz cavabdehdə olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

74. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

75. Kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;

75. Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakın özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır.

76. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

77. Kollegiya həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

78. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

79. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

80. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

81. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam nəzərə almamış, iddianı yanlış olaraq qismən təmin etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(014)-337/2025 saylı qətnaməsi iddianın təmin edilmiş Cavabdeh 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinyət əşyaları alınaraq İddiaçı verilməsi, qeyd olunan qızıl-zinət əşyalarının cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının cəmi dəyəri olan 6460 (altı min dörd yüz altmış) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi aid hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. 82.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

83. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2(014)-337/2025 nömrəli qətnaməsi qismən, yəni, iddianın təmin olunmuş Cavabdeh 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinət əşyaları alınaraq İddiaçı verilməsi, qeyd olunan qızıl-zinət əşyalarının cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının cəmi dəyəri olan 6460 (altı min dörd yüz altmış) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinyət əşyaları alınaraq İddiaçı verilməsi, qeyd olunan qızıl-zinət əşyalarının cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının cəmi dəyəri olan 6460 (altı min dörd yüz altmış) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdehlər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar