Məhkəmə qərarları › İş №2(107)-671/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-671/2020

26.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-671/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X6 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «ödənilmiş aliment məbləğinin aidiyyatının (təyinatının) müəyyənləşdirilməsi» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2464/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2464/2019 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı Cavabdeh qarşı «ödənilmiş aliment məbləğinin aidiyyatının (təyinatının) müəyyənləşdirilməsi» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı «ödənilmiş aliment məbləğinin aidiyyatının (təyinatının) müəyyənləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 adından onun vəsaiti və istəyi ilə Azərpoçt vasitəsilə Cavabdeh ödənilmiş xx xxxxxx 2017-ci il tarixdə 100 manat, xx xxxxxx 2018-ci il tarixdə 100 manat, xx xxxxxx 2018-ci il tarixində 97 manat, xx xxxx 2018-ci il tarixdə 100 manat, xx xxxxx 2018-ci il tarixdə 100 manat, xx xxx 2018-ci il tarixdə 100 manat, xx xxxx 2018-ci il tarixdə 100 manat, xx xxxx 2018-ci il tarixdə 100 manat olmaqla cəmi 797 manat həddində aliment məbləğinin onun tərəfindən ödənilmiş aliment məbləği kimi müəyyən edilməsinə, o cümlədən ödənilmiş 30 manat dövlət rüumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında bağlanmış xx xxxxxx 2008-cı il tarixli nikah qeydi ləğv edilmiş, xx xxxxxx 2008-ci il təvəllüdlü oğlu X4 anasının himayəsində saxlanılmaqla, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşna çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə apellyasiya və kassasiya şikayətləri verilmişdir. Bu müddət ərzində uşaq onun himayəsində olmuş, övladını o bir ata olaraq saxlamışdır. O, məhkəmə qətnaməsi ilə razılaşmadığı üçün övladını sevən bir ata olaraq uşağının onda qalması üçün bütün qanuni müstəvilərdə öz sözünü demək üçün lazımi qədər mücadilə etmişdir. Bu mübahisə xx xxxxxx 2017-ci il tarixə qədər davam etmişdir. Həmin dövrə qədər azyaşlı oğlu onun yanında olmuş, onu böyütmüş, yüksək səviyyədə övladının saxlanılmasındaiştirak etmişdir. Bundan sonra Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin tarixdən hər ay 130 manat alimentin tutulması qət edilmişdir. Cavabdehin qanunsuz təsir etməsi nəticəsində ondan hər ay artıqlaması ilə aliment məbləği silinmiş, nəticə etibarilə bu hədd dekabr ayının 1-dək ödənilmişdir ki, bütün bunları cavabdeh qanunsuz şikayətləri səbəbindən əldə edərək onun hüquqlarını pozaraq artıq aliment almaya səbəb olmuşdur. Ancaq maraqlı cəhət odur ki, İcra məmuru o işdə olarkən atasına etdiyi xahiş əsasında ödədikləri pul məbləğlərini aliment olaraq qəbul etmir. Halbuki o eyni vaxtda, eyni müddətdə eyni məbləği atasına xahiş edərək uşağının aliment məbləği hər ayın vaxtında ödənilsin deyə 1 gün belə bu həddi gecikdirməmişdir. Bu onun atalıq vicdanı və borcdur ki, bunları etmişdir. Nəticədə o, istək və təklifi ilə atası aliment məbləğini o həmin müddətlərə Yevlaxda olmadığı ərəfədə özü poçtla onun xahişinə uyğun olaraq cavabdehə eyni tarixlərdə hər ay ödəyib. Cəmi 797 manat pul ödəmişdir. Atası hazırda vəfat etmişdir. Cavabdehə atasının vasitəsi ilə ödədiyi alimenti hazırda cavabdeh baba hədiyyəsi kimi qiymətləndirərək, alimentə hesablamır. İcra məmuru isə ondan 797 manat borc tələb edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi X8 iddianı qəbul etməyərək izah etmişdir ki, tərəflər ailəli olmuşlar. Birgə nikahlarından bir uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş uşaq anasının yanında saxlanılmış və uşağın saxlanılması üçün aliment müəyyən edilmişdir. İddiaçı alimenti ödəyir. Lakin 800 manata yaxın borcu yaranıbdır. Belə ki, İddiaçı mərhum atası Tofiq İbrahimov nəvəsinə hədiyyə kimi göndərdiyi pulu İddiaçı aliment kimi nəzərə alınmasını istəyir. Birinci instansiya məhkəməsininiclasında Cavabdeh nümayəndəsi X8 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Məhkəmə qeyri-obyektiv qərar qəbul edib, onun maraq və mənafeləri ehtimallara əsaslanaraq qorunmayıb. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2464/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2464/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2464/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Sadıqcan küçəsi mənzil 19-da qeydiyyatdadır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(107)- 1026/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-2471/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli 157444/2019-36-3 saylı bildirişdən məlum olur ki, İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli icraata başlama haqqında qərardan məlum olur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1842/2019 nömrəli icra sənədi üzrə icraat başlanmışdır. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli qəbzdən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-2471/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 2008-ci il təvəllüdlü X4 müəyyən edilmiş alimenti, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək ödəməkdən azad edilsin. İşdə olan ödəniş qəbzlərindən məlum olur ki, Cavabdeh pullar göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 5, 8 və 19-cu maddələrinə, X2 Uşaq Hüquqları haqqında Konvensiyasının 3cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1, 77, 78.1, 107.1, 107.2, 109.2 və 112.1-ci maddələrinə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016- cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə istinad etməkdə haqlı olmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X2 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən, Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından bir övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq anasının himayəsində saxlanılmış və uşağın saxlanılması üçün İddiaçı aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı alimenti vaxtı-vaxtında ödəmişdir. Aliment qətnaməsi çaxarıldıqdan sonra uşaq atasının yanında olduğu müddət ailmentin ödənilməsindən iddiaçı məhkəmə qətnaməsi əsasında azad edilmişdir. İddiaçının atası X1 müxtəlif vaxtlarda cavabdehə poçt vasitəsi ilə pullar göndərmişdir. İddiaçı həmin pulu onun xahişi ilə atası tərəfindən onun əvəzinə göndərilmiş aliment olduğunu bildirsə də, cavabdeh həmin pulların X1 təfərindən baba hədiyyəsi olduğunu bildirərək aliment kimi nəzərə almır. Hazırda İcra məmuru iddiaçıdan 797 manat borcun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, aliment uşağın saxlanılması üçün, onun gündəlik təlabatını və digər xərclərini ödəmək məqsədi daşıdığından yaranmış borcun silinməsi uşağın mənafeyinə ziddir. Alimet Cavabdeh İddiaçı tərəfindən ödənilməlidir. X1 tərəfindən Cavabdeh poçt vasitəsi ilə göndərilmiş pulların hansı məqsədlə (aliment və ya hədiyyə kimi) göndərilməsini təsdiq edə biləck şəxs X5 vəfat etmişdir. X1 tərəfindən Cavabdeh göndərilmiş pulların İddiaçı tərəfindən ödənilməli olan aliment pulunun olmasına dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də, İddiaçı Cavabdeh qarşı «ödənilmiş aliment məbləğinin aidiyyatının (təyinatının) müəyyənləşdirilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2464/2019 nömrəliqətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2464/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar