Məhkəmə qərarları › İş №2(107)-690/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-690/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-690/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, X3katibliyi, cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASCnin nümayəndəsi, vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər “Ə.Cavabdeh2 adına X12” ASC-nə, “Ə.Cavabdeh2 adına X12” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2, “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 qarşı hərəkətlərin və ümumi yığıncağın protokolunun qanunsuz hesab edilməsi, “Mühasibat balansı və onların əlavələri”nin, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri”nin və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması təlbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X12” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri” etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Aslanbəyov Nizami Sulaydinoviç cavabdehlər “Ə.Cavabdeh2 adına X12” ASC-nə, “Ə.Cavabdeh2 adına X12” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2, “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçə, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, «Ə.Cavabdeh2 adına X12» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2018-ci il tarixli Ə.Cavabdeh2 adına X12” ASC-nin səhmdarlarının ümumi yığıncağının protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X12” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması və məlumatın Azərbaycan Respublikasının X4 Palatasına və Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə verilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı X10 sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X12 » ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X12» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənşləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X12» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014-2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-254/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı X10 sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X12» ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X12» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənişləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X12» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014- 2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair hissəsində xitam verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı Sulaydinoviç iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, “Ə.A. Ansuxski adına X12” ASCnin 336 səhminin sahibidir. Hesab edir ki, “Ə.A. Ansuxski adına X12” ASC-nin idarəetmə orqanlarının (cəmiyyətin müşahidə şurasının, təftiş komissiyasının və cəmiyyətin icra orqanının) üzvləri tərəfindən öz vəzifə borcunun yerinə yetirlməməsi və onların qanunsuz hərəkətləri nəticəsində onun hüquqları və qanuni maraqları kobud şəkildə pozulmuşdur. xx xxx 2004-cü il tarixdə «xxxx» ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmişdir. xx xxx 2004-cü il tarixli «xxxx” ASC-nin Protokolundan görünür ki, səhmdarların ümumi yığıncacının qərarı ilə cəmiyyətin yeni redaksiyasında Nizamnaməsi təsdiq edilmiş və cəmiyyətin rəsmi adı “Ə.A. Ansuxski adına X12” Açıq Səhmdar Cəmiyyəti adına dəyişdirilmişdir. Həmçinin həmin iclasın qərarı ilə Müşahidə şurasının sədri Cavabdeh2, İdarə Heyətinin sədri Cavabdeh3, Maliyyə Təftiş Komissiyasının sədri Azad Balayev və üzvləri Fizuli Varanosov, Həqiqət Süleymanova seçilmişlər. Səhmdarı olduğu “Ə.Cavabdeh2 adına X12” ASC-nin nizamnaməsi xx.xx.2004-cü ildə 0904-B1-192 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı ********** (bir milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) AZM və ya 140979 ədəd adi səhmdir. «Ə.Cavabdeh2 adına X12» Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 7.20-ci bəndində göstərilir ki, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir: cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənffət və zərər hesablarının təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi, həmçininin, törəmə müəssisələr, filiallar, nümayəndəliklərin təsis edilməsi, müştərək müəssisələr yaradılması haqqında qərarın qəbul edilməsi. xx.xx.2015-ci il tarixdə Cəmiyyətin idarə heyətinin sədri Cavabdeh3 tərəfindən səhmdarlara göndərilmiş bildirişdən görünür ki, 30 mart 2005-ci il tarixində saat 11:00-a təyin edilmiş səhmdarların ümumi yığıncağının gündəliyində o, ikinci məsələ kimi «Cəmiyyətin iştirakı ilə müştərək müəssisəsnin yaradılması» məsələsini qoymuşdur. xx.xx.2006-cı il tarixində Cəmiyyətin idarə Heyətinin Sədri Cavabdeh3 tərəfindən səhmdarlara göndərilmiş xx.xx.2006-cı il tarixli bildirşdən görünür ki, 24 iyul 2006-cı il tarixində saat 15:00-a təyin edilmiş səhmdarların ümumi yığıncağının gündəliyində o, üçüncü məsələ kimi «Kredit xəttinin açılması» və dördüncü məsələ kimi «xxxx» MMC törəmə şirkətinin yaradılması məsələlərini qoymuşdur. Cəmiyyətin nizamnaməsinin 7.24-cü bəndində göstərilir ki, Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar 15 təqvim günündən gec olmayraq səhmdarlara elan edilməlidir. Cəmiyyətin Nizamnaməsinin 7.20.8-ci bəndində göstərilir ki, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə həmçinin, cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan hissəsinə xüsusi əhəmiyyətli əqdlərin bağlanması barədə qərarların qəbul edilməsi aiddir. Ümumi Yığıncağın bu barədə qərarı 15 təqvim günü müddətində səhmdarlara yazılı bildiriş göndərilməlidir. Lakin, İdarə Heytəinin sədri Cavabdeh3 xx xxxx 2005-ci il tarixində səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş «Cəmiyyətin iştirakı ilə müştərək müəssisənin yaradılması” barədə qərarını, həmçinin xx xxxx 2006-cı il tarixində səhmdarların ümumi yığıncamı tərəfindən qəbul edilmiş qərarını, «xxxx» MMC törəmə şirkətininin yaradılması» və « Kredit xəttinin açılması» barədə məlumatları ona verməmişdir. Beləliklə, İdarə Heyətininin sədri Cavabdeh3 tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsininin 107-5-3-cü və 99.3cü maddələrində nəzərdə tutulmuş tələbləri pozmuşdur. «Ə.Cavabdeh2 adına X12” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərdiyi zaman heç vaxt mənfəətlə işləməmişdir. Bununla da o, MM-nin 106-1.3.7-ci maddəsində nəzərdə tutulmuş səhmdar cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququndan mərhum olmuşdur.Müəssisənin «zərərlə işləməsinin” səbəblərini araşdırmaq və onun maliyyə təsərrüfat fəaliyyəti haqqında tam və düzgün məlumat almaq məqsədi ilə o cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb bir sıra Cəmiyyətə aid olan sənədlərin təsdiqlənmiş surətlərini tələb etmişdir. X14 sədri Cavabdeh3 ona cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat verməmişdir. Cəmiyyətin rəhbərliyi onun Cəmiyyətin maliyyə təsərrüfat faəliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna görə o, Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş hüquqları bərpa edilərək «Ə.Cavabdeh2 adına X12” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin ona təqdim edilməsi «Ə.Cavabdeh2 adına X12»nun rəhbərliynə həvalə edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(0119)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra Balakən Rayon Məhkəməsininin 2(019)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi xx.xx.2016-cı il tarixində Balakən rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. «Ə.Cavabdeh2 adına X12» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 üzərinə qoyulmuş öhdəliklərin üç ilə yaxın icrasında qərəzli olaraq yayındığına görə, icra məmuru borclunun qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmiş və onu işin digər materialları ilə birlikdə xx.xx.2018-ci il tarxində Balakən Rayon Məhkəməsinə göndərmişdir. Şəki Apelyasiya Məhkəməsinin 3(107)-183/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə «Ə.Cavabdeh2 adına X12” ASC İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirlibilinib üç min manat məbləğində cərimə edilmişdir. Lakin, İdarə Heyətinin sədri Cavabdeh3 Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin tələbini icra etmək əvəzinə, xx.xx.2018-ci il tarixdə ona göndərdiyi bildirişdə bildirmişdir ki,xx.xx.2018-ci il tarixdə saat 18-00-da səhmdarların ümumi yığıncağı keçiriləcəkdir və iclasın gündəliyində «Cəmiyyətin ləğv edilməsi» məsələsi qoyulmuşdur. Bununla əlaqədar xx.xx.2018-ci iil tarixdə o Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-nin 107- 1.4-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, MM-nin 107.1.4-cü maddəsində göstəriliri ki, səhmdarların ümumi yığıncağının çağrılmasına qırx beş gün qalmış yığıncağın çağrılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməlidir. Habelə səhmdarlara və nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Cəmiyyətin rəhbərliyinin hal-hazırda səhmdarların ümumi yığıncağının gündəliyinə Cəmiyyətin ləğv edilməsi məsələsini qoyması qanuna ziddir. Cəmiyyətin ləğv edilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün cəmiyyətin rəhbərliyi mühasibat uçotu subyektinin maliyyə vəziyyəti haqqında əhəmiyyətli hesab olunan informasiyanı səhmdarlara təqdim etməlidlir. X13 Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından göründüyü kimi, cəmiyyətin rəhbərliyi ASC-nin maliyyə təsərrüfat fəaliyyəti haqqında sənədləri (məlumatı) ona tam təqdim etməmişdir. Balakən Rayon Məhkəməsininin xx.xx.2015-ci il tarixli qətnaməsinin icra sənədinin icraatı ilə bağlı icra məmurunun apardığı tədbirlərdən sonra cəmiyyətin vəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməmələri məlum olmuşdur. xx.xx.2017-ci il tarixli məktubunda İdarə Heyətinin sədri Cavabdeh3 Balakən rayon icra və probasiya şöbəsinə bildirmişdir ki, 2011-2015-ci illərdə maliyyə-təftiş komissiyasının və aiditorun aktları: 2010-2014-cü illərdə «müəssisə balansları və onların Əlavələri” tərtib edilməmiş, 2011-2015-ci illər üzrə Müşahidə şurasının islasları keçirilməmiş, 2009-2014-cü illərdə «aktivlərin və öhdəliklərin, malmaterialların inventarizasiyası» aparılmamış və 2011-2015-ci illər üzrə ASC- tərəfindən əqdlər üzrə heç bir müqavilə bağlanmamışdır. Beləliklə idarə heyətinin sədri Şamil Ansuxski tərəfindən MM-in 107.6-cı maddəsində və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q- 17 nömrəli 16 iyul 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş «Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları»nda nəzərdə tutulmuş tələblər pozulmuşdur. Digər tərəfdən səhmdarın ümumi yığıncağında idarə Heyətinin sədri Cavabdeh3 Cəmiyyət tərəfindən yaradılmış «xxxx» MMC törəmə və müştərək müəssisələrin fəaliyyəti ilə bağlı hesabatları, habelə cəmiyyətin 2.000.000 manatdan çox kreditor borclarının necə yarandığı barədə səhmdarlara hesabat təqdim etmir. Həmçinin, cəmiyyətin aktivlərinin bügünkü bazar dəyəri bilinmir. Hesab edir ki, Cəmiyyətin rəhbərliyi tərəfindən ASC-nin aktivlərinin qiymətləndirilməsinin aparılmasına böyük ehtiyac yaranmışdır. xx.xx.2018-ci il tarixli ərizəsində o cəmiyyətin rəhbərliyinə təklif etmişdir ki, xx.xx.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi yığıncağını MM-nin 107-1.4-cü maddəsinə riayət edilməklə başqa tarixə keçirsin,iclasın gündəliyinə qoyulmuş «Cəmiyyətin» ləğv edilməsi məsələləsini gündəlikdən çıxarsın, əlavə isə cəmiyyət tərəfindən yaradılmış «xxxx» MMC törəmə və müştərək müəssisələrinin maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı hesabatları»; Cəmiyyətin kreditor və debitor borcları haqqında hesabatları»-n verilməsi, «Cəmiyyətin aktivlərinin qiymətləndlirilməsinin aparılması» barədə məsələləri iclasın gündəliyinə daxil etsinlər. X14 sədri Cavabdeh3 xx.xx.2018-ci il tarixli cavab məktubunda növbəti dəfə bildirmişdir ki, 2016, 2017, 2018-ci illər üzrə maliyyə-təftiş komissiyasının və aiditorun aktları yoxdur. 2015, 2016, 2017-ci və 2018-cii illər üzrə Müşahidə Şurasının protokolları yoxdur. 2015, 2016, 2017 və 2018-ci illər üzrə «aktivlərinin və öhdəliklərinin, mal-materiallarının inventarizasiyası» aktları və əsas vəsaitlərin ləğv aktları yoxdur, 2016-2017 və 2018-ci illər üzrə «Ə. A. Ansuxski adına X12» Müqavilələr və icarə müqavilələri barədə məlumatlar yoxdur; 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə vergi orqanı tərəfindən «Ə.Cavabdeh2” adına X12» ASC-də aparılmış səyyar vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib edilmiş yoxlama aktları yoxdur. İdarə heyətinin sədri Şamil Ansuxskinin hərəkətləri qanunsuzdur. Müşahidə şurasının sədri Cavabdeh2 də hərəkətləri qanunsuzdur. Müşahidə şurasının sədri Cavabdeh2 nəinki cəmiyyətin ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirməmiş, hətta Müşahidə şurasının iclasları keçirilməmiş və müşahidə Şurasının protokollarını tərtib etməmişdir. Digər tərəfdən idarə heyətinin sədri Cavabdeh3 tərəfindən ona təqdim edilmiş xx.xx.2018-ci il tarixli «Ə.Cavabdeh2» adına X12» ASC-nin səhmdarlarının ümumi yığıncağının protokollarından görünür ki, xx.xx.2018-ci il tarixində səhmdarların ümumi yığıncağı keçirilmişdir. Göstərdiyi əsaslara görə hesab edir ki, «Ə.Cavabdeh2 adına X12» ASC-nin xx.xx.2018-ci il tarixli səhmdarlarının ümumi yığıncağının protokolu qanuna zidldir. Belə ki, Azərbaycan Respublikasının X4 Palatası ********** №li,xx.xx.2018-ci iil tarixli məktubunda bildirir ki, onun müraciətinə əsasən aparılmış araşdırma zamanı aşkar olunmuşdur ki, «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən xx.xx.2017-ci il tarixinə səhmdarların ümumi yığıncağının çağrılması barədə yazılı bildiriş ona qanunvericiliklə nəzərdə tutulmuş müddətə göndərməmişdir. Bununla əlaqədar olaraq həmin səhmdar cəmiyyətinə Palata tərəfindən icrası məcburi göstəriş verilmiş və səhmdarların növbəti ümumi yığıncaqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilinin təmin edilməsi tələb edilmişdir. Cəmiyyətin İdarə Heyətinin sədri Cavabdeh3 növbəti səhmdarlarırn ümumi yığıncağının xx.xx.2018-ci il tarixinə çağrılmasını təşkil edərkən növbəti dəfə qərəzli olaraq MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət etməmişdir. Həmin faktı Palata tərəfindən ********** №li, xx.xx.2018-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. Bundan əlavə cəmiyyətin rəhbərliyi MM-nin 106-1.3.4-cü maddəsinə əsasən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyinə dəyişikliklərin edilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması barədə onun verdiyi təkliflərə baxmamışdır. Bu da, İdarə Heyətinin sədri Cavabdeh3 tərəfindən onun MM-nin 106-1.3.4-cü maddəsində nəzərdə tutulmuş hüququnun pozulmasıdır. xx.xx.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, birinci məsələ ilə, yəni «Ə.Cavabdeh2 adlına X12» ASC-nin 2017-ci ilin maliyyə hesabatı və balansının təsdiqi ilə bağlı səhmdarların ümumi yığıncağı qərar verməmişdir. Digər tərəfdən həmin məsələ ilə bağlı protokolda qeyd edilən maliyyə göstəricisi, yəni cəmiyyətin daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlir-3.677.90 manat məbləğində olduğu üçün etibarsız sayılmalıdır. İdarə Heyətiinin sədri Cavabdeh3 xx.xx.2018-ci il tarixli məktubunda qeyd edir ki, Cəmiyyətin heç bir icarə müqaviləsi yoxdur. Bundan əlavə xx.xx.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, ikinci məsələ ilə, yəni «A.Cavabdeh2 adlına X12” ASC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı ilə bağlı iclası aşağıdakı qərarı vermişdir: Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi. Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz, ona görə də hesab edir ki, «Ə.Cavabdeh2 adına X12» ASC-nin 2017-ci il üzrə tərtib edilmiş «Mühasibat balansı və onların əlavələri»; habelə 2017-ci il üzrə tərtib edilmiş «Mənfəət vergisinin bəyənnamaləri və onların Əlavələri» və Əmlak Vergisinin bəyənnamələri və onların Əlavələri» etibarsızdır. xx.xx.2018-ci ilin tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, üçüncü məsələ ilə, yəni İdarəetmə və nəzarət orqanlarının seçilməsi ilə bağlı iclasın qərarları ilə bu şəxslər vəzifələrə təyin olunmuşlar.Cəmiyyətin idarə Heyətinin sədri-Fizuli Varansov, Müşahidə Şurasının sədri – Abdulqədir Ansuxski, şuranın üzvləri M.Dibirov və Cavabdeh3dir. İdarə heyətinin sədri vəzifəsinə Fizuli Varansovun təyin olunması MM-nin 107-11.3-cü maddəsində nəzərdə tutulmuş tələbə ziddir. X15 Cəmiyyətin təftiş komissiyasının üzvüdür. Ona görə də o təftiş komissiyasının üzvü olduğuna görə , cəmiyyətin idarə heyətinin sədri təyin edilə bilməz. Digər tərəfdən , Cavabdeh3 İdarə Heyətinin sədri vəzifəsindən getməmişdən əvvəl Cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiyası aparılmalı idi. Sonra isə Fizuli Varansova Cəmiyyətin bütün aktivləri, kapitalı, gəlir və xərcləri barədə məlumatlar verilməli idi.Habelə maliyyə, vergi və digər hesabatlar, həmçinin baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri təhvil-təslim edilməli idi. Lakin cəmiyyətdə idarə heyətinin sədri Cavabdeh3 həmin sənədləri tərtib etməmişdir. Cəmiyyətin idarə heyətinin sədri Cavabdeh3 Balakən Rayon Məhkəməsininin 2(019)- 828/2015 saylı ,xx.xx.2015-ci il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş vəzifəsindən gedə bilməz. İdarə heyətinin sədri Cavabdeh3 auditor aktlarının: aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən digər təşkilatlarla bağlanmış əqdlərin, kontraktların və icarə müqavilələrinin olmamasının səbəbi kimi cəmiyyətin 2009-2018-ci illər ərzində heç bir fəaliyyətinin olmadığını göstərmişdir. Cəmiyyətin idarə etmə orqanlarının hərəkətləri nəticəsində Cəmiyyətə külli miqdarda zərər vurulmuşdur və bu da son olaraq Cəmiyyətin müflişməsinə gətirəcəkdir ki, bu da onun hüquqlarına və qanuni maraqlarına ziyan vuracaqdır. Qeyd edilənləri nəzərə alıb iddianı təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh «Ə.Cavabdeh2 adına X12» ASCnin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı “Ə.Cavabdeh2 adına X12” ASC –nin səhmdarlarından biridir. O, 2,23 % pay sahibidir. İddiaçı indiyədək heç bir əsas və səbəb olmadan «Ə.Cavabdeh2 adına X12» ASC-ə qarşı qərəzli mövqe nümayiş etdirərək ASCdən dəfələrlə dövlətin müxtəlif qurumlarına və orqanlarına şikayət etmişdir. Hal-hazırda da ASC-ni cavabdeh qismində məhkəməyə cəlb etmişdir. Məhkəmədən isə ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2 və keçmiş İdarə Heyətinin sədri Cavabdeh3 hərəkətlərinin qanunsuz hesab edilməsi və eyni zamanda xx.xx.2018-ci il tarixli Ə.Cavabdeh2 adına X12 ASC-nin səhmdarlırının ümumi yığıncağının protokolunun qanunsuz hesab ediliməsi və «Ə.Cavabdeh2 adına X12» ASCnin 2017-ci il üçün tərtib edilmiş “mühasibat balansı və onların əlavələri”, “mənfəət vergisinin bəyannamaləri və onarın əlavələri”, “əmlak vergisinin bəyannamələri və onların əlavələri”ninin etibarsız sayılmaları barədə iddianın təmin edilməsini xahiş etmişdir. «Ə.Cavabdeh2 adına X12» ASC-nin müşahidə şurasının sədri Cavabdeh2, keçmiş İdarə Heyətinin sədri Cavabdeh3 və ASCnin hərəkətlərində və fəaliyyətində indiyədək heç bir qanun pozuntuları olmamışdır, sadəcə olaraq İddiaçı Sulaydinoviç bu şəxslər və ASC-nə qarşı açıq - aydın qərəzli mövqe nümayiş etdirərək bu fəaliyyətini indiəyədək davam etdirir. «Ə.Cavabdeh2 adına X12» ASC-nin səhmdarlarının növbəti iclasının keçirilməsi 13.10. 2018-ci il tarixinə müəyyən edilmişdir. İclasın keçirilməsi ilə bağlı səhmdarlara xx.xx.2018-ci il tarixində xəbərnaməli poçt göndərişi vasitəsilə bildirişlər göndərilmiş, eyni zamanda xx.xx.2018-ci il tarixli 32(444) saylı Vergilər qəzetininin xüsusi buraxılışında elan dərc edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən xx.xx.2018-ci il tarxində ASC-nə iclasın təxirə salınması ilə bağlı, eyni zamanda iclasın gündəliyinə qoyulan «ASC-nin ləğv edilməsi məsələsinin gündəlikdən çıxarılması barədə müraciəti daxil olmuşdur. Müraciətə baxılmış ASC-niniclasının təxirə salınması mümkün hesab edilməməsi barədə iddiaçıya rəsmi qaydada məlumat verilmişdir. xx.xx.2018-ci il tarixində əməkdaşların iclası keçirilmiş, ASC-ninin ləğv edilməsi məsələli səsverməyə qoyulmuş, səsvermənin nəticəsinə görə ASC-ninin ləğvi barədə müsbət qərar qəbul olunmamışdır. İddiaçı müəyyən sənədlərin ona verilməməsini bəhanə gətirərək (hansı ki, onun tərəfindən qəbul edilən sənədlər ona dəfələrlə göndərilmişdir) Azərbaycan Respublikasının X4 Palatasına şikayət etmişdir. X4 Palatası həmin şikayətin surətini onlara göndərmişdir. Onlar tərəfindən həmin şikayətə baxılmış şikayət ərzində qeyd olunan sənədlər təkrarən xx.xx.2018-ci il tarxində iddiaçıya göndərilmişdir. Eyni zamanda bu barədə xx.xx.2018-ci il tarixli X5 palatasına rəsmi qaydada cavab verilmişdir. «Ə.Cavabdeh2 adına X12» ASC-nin Səhmdarlarının iclası xx.xx.2018-ci ildə keçirilmişdir. İclasda gündəliyə qoyulan məsələlər müzakirə olunmuş və bu barədə protokol tərtib edilərək həmin protokolun surətləri xx.xx.2018-ci il tarixində həm X4 Palatasına, həm də iddiaçı Aslanbəyov Nizami Sulaydinoviçə göndərilmişdir. İclasın gündəliyinə qoyulan məsələlərin birində ASC-nin idarə heyətinin sədrinin sədr vəzifəsindən öz xahişi ilə getməsi məsələsi olmuşdur. Bu məsələ səhmdarlar tərəfindən müzakirəyə çıxarılmış, səs çoxluğu ilə ASC-nin sədrinin sədr vəzifəsindən öz xahişi ilə getməsi barədə qərar verilmişdir. Eyni zamanda səs çoxluğu ilə yeni sədr seçilmişdir. Hal-hazırda ASC-ninin İdarə Heyətininin sədr vəzifələrini Varansov Fizuli Əhma oğlu həyata keçirir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin xx.xx.2018-ci il tarixli Dövlət Reyestrindən X7 Əhma oğlunun ASC-nin qanuni təmsilçisi olmağı təsdiq olunmuşdur. «Ə.Cavabdeh2 adına X12» ASC icra müqaviləsinə əsasən özünə məxsus qeyri- yaşayış sahələrini «xxxx» MMC-nə icarəyə vermişdir. 2016-cı ilin sentyabr ayından icarə müqaviləsinə əsasən 1204.2 kv.m hər ay üzrə 250 AZN, 2017-ci ilin may ayından etibarən əlavə olaraq 1260.1 kv.m 250 azn razılaşdırılmışdır. «Ə.Cavabdeh2 adına X12» ASC-ninin səhmdarlarının xx.xx.2018-ci il tarixli iclasın protokolunda göstərildiyi kimi ASC daşınmaz əmlakın icarəyə verilməsindən 3677.90 manat gəlir əldə etmişdir. Xərclər- əmək haqları 3720 AZN, DSMF-818,40 AZN, torpaq vergisi 1800 AZN, əmlak vergisi 19853.34 AZN, Amortiziasiya ayrılmaları-26 908,20 AZN,cəmi xərclər 35 199,94 AZN. Zərər 31.522.04 AZN təşkil edir. “Ə.Cavabdeh2 adına X12” ASC hər il və eyni zamanda 2017-ci il üçün tərtib edilmiş mühasibat balansları, mənfəət vergisinin və əmlak vergisininin bəyannamələri haqda hesabatları Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinə təqdim etmişdir. Burada da heç bir qanun paozuntusuna yol verilməmişdir. «Ə.Cavabdeh2 adına X12» ASC uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. Sadəcə olaraq müəyyən bir sahəni «xxxx» MMC icarəyə vermişdir. Özəlləşmə aparıldığı gündən indiyədək heç bir səhmdar gəlir və mənfəət əldə etməmişdir. ASC-nin normal fəaliyyəti üçün böyük həcmdə xərclər tələb olunur. Bu günədək ASC-nin ərazinin qorunması və ərazidə olan daşınmaz obyektlərin saxlanması üçün çəkilən xərclər itkilər hesabına başa gəlir. Cəmiyyətin balansında olan əsas vəsaitlərin hamısı keçən əsrin 80-cı illərində alınmış və inşa edilmişdir. Balansda olan nəqliyyat vasitələri, binalar, qurğular və avadanlıqlar öz amortizasiya müddətini bitirmişdir. Buna baxmayaraq həmin əsas vəsaitlər balansda qaldığı üçün onlara müvafiq vergilər hesablanır və vaxtı vatında ödənilir. Bundan başqa «Ə.Cavabdeh2 adına X12» ASC fəaliyyət göstərmədiyi üçün İdarə heyətinin sədrindən başqa heç bir işçi personalı yoxdur. Yuxarıda qeyd olunan səbəblərə görə ASC-də aidit, təftiş, səyyar və s. yoxlamalar aparılmamış, yoxlamalar aparılmadığından aktlar tərtib edilməmiş, eyni zamanda ASC fəaliyyət göstərmədiyi üçün cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı aparılmamışdır. Bu barədə dəfələrlə iddiaçıya rəsmi qaydada məlumatlar verilmiş, eyni zamanda arayışlar təqdim olunmuşdur. İddiaçı iddiası əsassızdır. Ona görə də qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiаçı İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyətləri vermişlər. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2069/2020 nömrəli qətnaməsi ilə İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş,İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2069/2020 nömrəli qətnaməsindən narazı qalan İddiaçı və vəkili X6, Cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9 və vəkili X11 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7789/2019 nömrəli qərarı ilə İddiaçı və vəkili X6, Cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9 və vəkili X11 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2069/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Balakən Ravon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən sübutlara düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh "Ə.Cavabdeh2 adına X12" ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxxx 2018-ci il tarixli protokolu qanunsuz hesab edilmiş, Ə.Cavabdeh2 adına X12" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri"nin, "Mənfəət vergisinin bəyannamələri və onlarm əlavələri"nin və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri"nin etibarsız sayılması üçün heç bir qanuni əsas olmamışdır. İddiaçı "Ə.Cavabdeh2 adına X12" ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxxx 2018-ci il tarixli protokolunun onun hansı hüququn pozması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bununla yanaşı "Ə.Cavabdeh2 adına X12" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri", "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri" aidiyyatı dövlət orqanlarına təqdim olunmuş və həmin sənədlərin qanunsuzluğu ilə bağlı da həmin dövlət orqanları "Ə.Cavabdeh2 adına X12" ASC-yə irad bildirməmişdir İddiaçı özü də “Ə.Cavabdeh2 adına X12" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri", "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri"ndə hansı qeydlərin etibarsızlığa dəlalət etdiyini iddiasında əsaslandırmamışdır. Balakən Rayon Məhkəməsi isə bütün bunlara baxmayaraq, heç bir əsaslandırma aparmadan iddiaçının iddiasının cavabdeh "Ə.Cavabdeh2 adına X12" ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxxx 2018-ci il tarixli protokolu qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X12" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri"nin, "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri"nin və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri"nin etibarsız sayılması" hissəsində əsaslı hesab etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın həmin hissədə də əsassız olması səbəbindən təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi onun cavabdehlər Cəmiyyətinin İdarə Heyətinin sədri Cavabdeh3 və Müşahidə Şurasının sədri Cavabdeh2 qarşı iddia tələbinin təmin olunmadığı hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir və ona görə də həmin hissə ilə bağlı qəbul olunmuş qətnamə qanunsuz və əsassızdır. Belə ki, Cəmiyyətinin İdarə Heyətinin sədri Cavabdeh3 və Müşahidə Şurasının sədri Cavabdeh2 tərəfindən onun hüquqlarını və qanuni maraqlarını kobud şəkildə pozduğuna və öz vəzifə borclarını yerinə yetirmədiyinə görə, o, onların həmin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı iddia tələbi qaldırmışdır. Lakin, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində tərəfindən iddia ərizəsində cəmiyyətin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı istinad etdiyi sübutlar, habelə qanunları və hüquqi aktları göstərməmişdir. Cəmiyyətinin İdarə Heyətinin sədri Cavabdeh3 və Müşahidə Şurasının sədri Cavabdeh2 tərəfindən onun hüquqları və qanuni maraqları pozulduğuna görə, ona əsas verir ki, məhkəmədən onların bu hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etsin. Yuxarıda qeyd edilən məlumatların onlara verilməməsi informasiya əldə etmək hüququyla yanaşı, həm də mülkiyyət hüququnu pozur. Səhmdarın əsas hüquqlarından olan dividend əldə etmək hüququ səhmdar cəmiyyətin idarəedicisi üçün dividendin düzgün hesablanıbhesablanmıdığını müəyyən etmək və bunun səhmdar tərəfindən yoxlanılması üçün ona cəmiyyətin maliyyə göstəriciləri təqdim edilməsi vəzifəsini etiva edir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsinin qismən ləğvi və iddia tələbinin təmin olunmadığı hissəsində təmini haqqında qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı özü tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İddiaçı, cavabdehlər “Ə.Cavabdeh2 adına X12” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2 və “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxx 2019cu il tarixli, 2(102)-7789/2019 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2069/2019 saylı qətnaməsiniləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hər iki tərəfin apellyasiya şikayətlərinin iş üçün mühüm əhəmiyyət kəsb edən dəlillərinə hər hansı qiymət vermədən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsini olduğu kimi qərarında qeyd etməklə kifayətlənmişdir. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. MPM-in 420-ci maddəsinə əsasən,kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdən göründüyü kimi İddiaçı Aslanbəyov Nizami Sulaydinoviç cavabdehlər “Ə.Cavabdeh2 adına X12” ASC-nə, “Ə.Cavabdeh2 adına X12” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2, “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçə, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, «Ə.Cavabdeh2 adına X12» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2018-ci il tarixli Ə.Cavabdeh2 adına X12” ASC-nin səhmdarlarının ümumi yığıncağının protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X12” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması və məlumatın Azərbaycan Respublikasının X4 Palatasına və Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə verilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı X10 sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X12 » ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X12» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənşləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X12» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014-2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Aslanbəyov Nizami Sulaydinoviçin ərizəsi əsasında Balakən Rayon Məhkəməsinin 2(019)-254/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı X10 sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X12» ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X12» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənişləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X12» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.Cavabdeh2 adına X12» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014- 2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair hissəsində xitam verilmişdir. Göründüyü kimi həmin qərardad mübahisələndirilməmiş və qanuni qüvvəsini almış, iddia tələbinin «Ə.Cavabdeh2 adına X12» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2018-ci il tarixli Ə.Cavabdeh2 adına X12” ASC-nin səhmdarlarının ümumi yığıncağının protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X12” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması hissəsi ilə bağlı məlum məhkəmə qətnaməsi çıxarılmışdır. Baləkən Rayon Məhkəməsinin sözügedən qətnaməsi iə iddiaçının tələbi yalnız «Ə.Cavabdeh2 adına X12» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın «Ə.Cavabdeh2 adına X12» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsini təmin edilməməsi barədə qətnamə qəbul edərkən haqlı olmuşdur. Çünki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, öyrənilən işdən bəlli olur ki, iddiaçı «Ə.Cavabdeh2 adına X12» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hansı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən əgər söhbət burada «Ə.Cavabdeh2 adına X12» ASC-nin rəhbər vəzifəli şəxslərinin iddiaçının tələb etdiyi sənədlərinin verilməməsindən gedirsə, artıq bununla bağlı iddiaçı özü də etiraf edir ki, o müəssisənin «zərərlə işləməsinin” səbəblərini araşdırmaq və onun maliyyə təsərrüfat fəaliyyəti haqqında tam və düzgün məlumat almaq məqsədi ilə o cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb bir sıra Cəmiyyətə aid olan sənədlərin təsdiqlənmiş surətlərini tələb etmişdir. Lakin, idarə Heyətinin sədri Cavabdeh3 ona cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat verməmişdir. Cəmiyyətin rəhbərliyi onun Cəmiyyətin maliyyə təsərrüfat faəliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna görə o Balakən Rayon Məhkəməsinə müraciət etmiş və Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş hüquqları bərpa edilərək «Ə.Cavabdeh2 adına X12” ASC-nin maliyyətəsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin ona təqdim edilməsi «Ə.Cavabdeh2 adına X12»nun rəhbərliynə həvalə edilmişdir. Eləcədə, iş materiallarının İ cildinin 47-48 və 56-cı səhifələrində olan və iddiaçıya ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, iddiçının Cəmiyyətdən tələb etdiyi sənədlər (hansıkı bu sənədlər Cəmiyyətdə faktiki mövcuddur) sonuncuya göndərilmişdir. Bundan əlavə, iddiaçı apelyasiya şikayətində qeyd edir ki, Cəmiyyətin İdarə Heyyətinin sədri Cavabdeh3 götürdüyü 1.990.000 ABŞ dolları məbləğində kredit pulları hara xərclədiyi barədə təsdiq edici sənədləri təqdim etməmişdir. Halbuki, iddiaçı özü də etiraf edir ki, Cəmiyyətin İdarə Heyyətinin sədri X8 Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2019-cu il tarixli cavab məktubunda “Ə.Cavabdeh2 adına X12” ASC-nin Azərbaycan Beynəlxalq Bankından götürdüyü 1.990.000 ABŞ dolları məbləğində kredit “Ə.Cavabdeh2 adına X12” ASC mənfəətlə işləmədiyi üçün həmin borc faizi ilə birlikdə cəmiyyətin səhmdarlarından biri olan Cavabdeh2 Əli oğlu tərəfindən sonradan ona qaytarılması şərti ilə ödənilmişdir. Həmçinin, iddiaçı apelyasiya şikayətinin əsas dəlillərindən biri kimi qeyd edir ki, «Ə.Cavabdeh2 adına X12” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərdiyi zaman heç vaxt mənfəətlə işləməmişdir. Bununla da o, MM-in 106-1.3.7-ci maddəsində nəzərdə tutulmuş səhmdar cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququndan mərhum olmuşdur. Lakin, öyrənilən işdən aydın olur ki, iddiaçının hazırkı iddia ərizəsində səhmdar cəmiyyətin xalis mənfəətindən dividend almaq istəməsi barədə hər hansı bir tələb irəli sürməmmişdir. Oxşar münasibətləri tənzimləyən MPM-in 218.3-cü maddəsinə görə Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi iddianın «Ə.Cavabdeh2 adına X12» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsini təmin edilməməsi barədə qətnamə qəbul edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. İşdə olan cavabdehin apellyasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh "Ə.Cavabdeh2 adına X12" ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxxx 2018-ci il tarixli protokolu qanunsuz hesab edilmiş, Ə.Cavabdeh2 adına X12" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri"nin, "Mənfəət vergisinin bəyannamələri və onlarm əlavələri"nin və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri"nin etibarsız sayılması üçün heç bir qanuni əsas olmamışdır. İddiaçı "Ə.Cavabdeh2 adına X12" ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxxx 2018-ci il tarixli protokolunun onun hansı hüququn pozması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bununla yanaşı "Ə.Cavabdeh2 adına X12" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri", "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri" aidiyyatı dövlət orqanlarına təqdim olunmuş və həmin sənədlərin qanunsuzluğu ilə bağlı da həmin dövlət orqanları "Ə.Cavabdeh2 adına X12" ASC-yə irad bildirməmişdir İddiaçı özü də “Ə.Cavabdeh2 adına X12" ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri", "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri"ndə hansı qeydlərin etibarsızlığa dəlalət etdiyini iddiasında əsaslandırmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin göstərilən dəlilləri ilə razılaşmır, çünki mülki işin müəyən edilmiş gerçək vəziyyətindən aydın olur ki, İddiaçı Sulaydinoviç “Ə.A. Ansuxski adına X12” ASC-nin 336 səhminin sahibidir. “Ə.A. Ansuxski adına X12” ASC-nin idarəetmə orqanları ona cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat vermədiyindən, cəmiyyətin maliyyə təsərrüfat faəliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna görə o, həmin sənədlərin ona verilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə «Ə.Cavabdeh2 adına X12” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin ona təqdim edilməsi «Ə.Cavabdeh2 adına X12»nun rəhbərliynə həvalə edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(0119)-828/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra icra üçün Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, «Ə.Cavabdeh2 adına X12» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 üzərinə qoyulmuş öhdəliklərin icrasından üç ilə yaxın müddətdə yayındığına görə, icra məmuru tərəfindən borclunun qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmiş və onu işin digər materialları ilə birlikdə xx.xx.2018-ci il tarxində Balakən Rayon Məhkəməsinə göndərmişdir. Şəki Apelyasiya Məhkəməsinin 3(107)-183/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə «Ə.Cavabdeh2 adına X12” ASC İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib üç min manat məbləğində cərimə edilmişdir. «Ə.Cavabdeh2 adına X12” ASC-in İdarə Heyətinin sədri Cavabdeh3 xx.xx.2018-ci il tarixdə ona bildiriş göndərərək xx.xx.2018-ci il tarixdə saat 18-00-da səhmdarların ümumi yığıncağının keçiriləcəyi bildirilmişdir. xx.xx.2018-ci iil tarixdə iddiaçı Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-in 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamış, ona qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməmişdir. Daha sonra iddiaçı ərizəsində cəmiyyətin rəhbərliyinə təklif etmişdir ki, xx.xx.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi yığıncağını MM-in 107-1.4-cü maddəsinə riayət edilməklə başqa tarixə keçirsin, iclasın gündəliyinə qoyulmuş «Cəmiyyətin» ləğv edilməsi məsələləsini gündəlikdən çıxarsın, əlavə isə cəmiyyət tərəfindən yaradılmış «xxxx» MMC törəmə və müştərək müəssisələrinin maliyyə təsərrüfat fəaliyyəti ilə bağlı hesabatları»; Cəmiyyətin kreditor və debitor borcları haqqında hesabatları»n verilməsi, «Cəmiyyətin aktivlərinin qiymətləndlirilməsinin aparılması» barədə məsələlər iclasın gündəliyinə daxil edilsin. Lakin zəruri sənədlər iddiaçıya göndərilməmiş və ümumi yığıncaq iddiaçının iştirakı olmadan keçirilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-99.3-cü maddələrinə əsasən Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: - hesabat dövrü üzrə maliyyə göstəriciləri; - aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; - cəlb edilmiş maliyyə vəsaitləri; - idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; - idarəetmə strukturu; - inkişaf siyasəti; - səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; - idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; - investisiyaların həcmi və mənbəyi; - cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; - ictimai layihələr. Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. MM-in 106-1.1-106-1.7-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: - cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; - qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; - cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; - cəmiyyətin xalis mənfəətindən dividend almaq; - cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; - icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; - cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; - bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; - bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. - bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. MM-in 106-1.5-106-1.6-cı maddələrinə əsasən səhmdar cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər üzrə qərarların qəbul edilməsində imtiyazlı səhm sahibi səs hüququ əldə edir: - səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi; - səhmdar cəmiyyətinin ləğv edilməsi; - səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarmı məhdudlaşdıran dəyişiklik və əlavələrin nizamnamədə edilməsi. - Səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır: - qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq; - səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə reyestrsaxlayıcısına on təqvim günü ərzində yazılı bildiriş vermək; - qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək. Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir. MM-in 107-1.4-cü maddəsinin tələbinə görə səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. MM-in 107-3.1-107-3.5-ci maddələrinə əsasən Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. MM-in 107-5.4. Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Birinci instansiya məhkəməsi işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolu qanunsuz hesab edilməli və “Ə.Cavabdeh2 adına X12” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri” etibarsız sayılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Çünki, öyrənilən işdən görünür ki, «Ə.Cavabdeh2 adına X12” ASC-in İdarə Heyətinin sədri Cavabdeh3 xx.xx.2018-ci il tarixdə iddiaçıya bildiriş göndərərək xx.xx.2018-ci il tarixdə saat 18-00-da səhmdarların ümumi yığıncağının keçiriləcəyi bildirilmişdir. Halbuki MM-in 107-1.4-cü maddəsinin tələbinə görə səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Öz növbəsində iddiaçı xx.xx.2018-ci iil tarixdə Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-in 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamış, ona qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməmişdir. Digər tərəfdən müəyyən edilmiş bu fakt həmçinin, işdə olan Azərbaycan Respublikası Maliyyə X1 ********** №li, xx.xx.2018-ci il tarixli məktubu ilə bir daha təsdiq edilmişdir. Bundan əlavə təhlil olunan xx.xx.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, «Ə.Cavabdeh2 adlına X12» ASC-nin 2017-ci ilin maliyyə hesabatı və balansının təsdiqi ilə bağlı səhmdarların ümumi yığıncağı qərar verməmiş, həmçinin, sözügedən protokoldan görünür ki, «A.Cavabdeh2 adlına X12” ASC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı ilə bağlı iclası aşağıdakı qərarı vermişdir: Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi. Halbuki, Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz. Bu baxımdan da məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi «Ə.Cavabdeh2 adına X12» ASC-nin 2017-ci il üzrə tərtib edilmiş «Mühasibat balansı və onların əlavələri»; habelə 2017-ci il üzrə tərtib edilmiş «Mənfəət vergisinin bəyənnamaləri və onların Əlavələri» və Əmlak Vergisinin bəyənnamələri və onların Əlavələri» etibarsız hesab etməkdə haqlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların qətnamənin ləğv edilməli olması ilə bağlı göstərdikləri əsaslı hesab edilə bilməz. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgünnəticəyəgəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiаçı İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384-385, 392, 393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X12” ASC-nin İdarə Heyətinin sədri X9, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar