Məhkəmə qərarları › İş №2(107)-692/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-692/2020

19.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-692/2020 19.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair onunla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi tələbinə dair Şəki Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəki şəhər 1 saylı Notariat Kontoruna və 3-cü şəxs Şəki rayonu İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair onunla Cavabdeh1 arasında bağlanmış 13yanvar 2011-ci il tarixli, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə ərizə təqdim edərək, iddiasının cavabdehlər Cavabdeh3, Şəki şəhər 1 saylı Notariat Kontoruna və 3-cü şəxs Şəki rayonu İcra Şöbəsinə qarşı hissəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-4045/2016 nömrəli qərardadına əsasən iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı qətnаməsi ilə (hakim K.Süleymanov) İddiaçı iddiası təmin edilmiş, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilələr əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi qət edilmiş, İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu xərci özünə aid edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(107)- 61/2017 nömrəli (sədrlik edən M.A.Əsədli, hakimlər V.K.Qasımov və Ə.T.Məcidov) qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli, 2(075)-4045/2016 saylı qətnаməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqavilələri və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(107)- 61/2017 nömrəli ilə qətnaməsindən Cavabdeh1 və onun vəkili X8, digər Cavabdeh2 və onun vəkili X9 ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(102)-4287/2017 nömrəli (sədrlik edən Ə.Ə.Şadiyev, hakimlər A.Ə.Hüseynov, İ.K.Dəmirov) qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2ayrıayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verərək, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra - Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı- satqı müqavilələrinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin hissədə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2018-ci il tarixli13(102)-7(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MülkiKollegiyasının xx xxxx 2017-ci il tarixli 2(102)-4287/2017 nömrəli və onunla bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(107)-61/2017 nömrəli qətnaməsi Cavabdeh1 ilə F.Adögözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-459/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı qətnаməsi R. Süleymanov ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 5333/2019 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(107)-61/2017 nömrəli qətnaməsi Cavabdeh1 ilə F.Adögözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. işin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri Fuаd Abdurаhmаnov (indiki B.Vаhаbzаdə) küçəsi 19 nömrəli ünvаndа yerləşən evin alqı-satqısına dair Cavabdeh1la aralarında Şəki rayon 1 saylı notariat kontorunda xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə alıcı evə görə 660.000 manat ödəməli idi. Lakin alıcı Cavabdeh1 bu pulu ona ödəməmişdir. Onun bu pulu ödəməməyi Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təsdiq olunmuşdur. Cavabdeh1 müqavilə öhdəliyini yerinə yetirməməsi preyudisial faktdır. apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsindən də açıq aydın görünür ki, daha əvvəl də iddiaçı eyni şəxslərə qarşı, eyni tələblərlə, eyni predmet barəsində məhkəməyə müraciət etmiş və həmin iş üzrə bütün instansiya məhkəmələrinin çoxsaylı qətnamə və qərarları çıxarılmışdır. Buna baxmayaraq Şəki rayon Məhkəməsi mülki iş üzrə iddia tələblərinin rədd olunmasına dair qərardad qəbul etmək əvəzinə iddia ərizəsini icraata qəbul etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 Rasim oğlu və Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontoruna qarşı “Şəki şəhəri 1 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş ünvan 1 nömrəli ünvanda yerləşən evi barəsində xx xxxxxx 2011-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Şəki rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(075)-992/2013 saylı (sədrlik edən: Mehman Nuriyev) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli, 2(107)-689/2013 saylı (sədrlik edən: Mirbahəddin Hüseynov) qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(102)-672/14 saylı (sədrlik edən: Əsəd Mirzəliyev) qərarına əsasən, Azərbaycan Rrespublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi xx xxxxxxxx 2014-cü il tarixli, 2(107)- 535/2014 saylı (sədrlik edən: Ələddin Məcidov) qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti təmin olunmamış, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra bu qətnamədən İddiaçı, üçüncü şəxslər X4, X3 və Məmmədli Güntən Məmməd qızı kassasiya şikayətləri vermiş və apellyasiya instansiyasının yuxarıda qeyd edilən qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali məhkəməsi Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli, 2(102)-2023/2015 saylı (sədrlik edən: Aslan Kalbalıyev) qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsi xx xxxxxxxx 2014-cü il tarixli, 2(107)-535/2014 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 2(107)-766/2015 saylı (sədrlik edən: Vidadi Qasımov) qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki rayon Məhkəməsinin xx xxxx 2013cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı Şəki şəhəri keçmiş Fuad Abdurahmanov, indiki Bəxtiyar Vahabzadə küçəsi 19 nömrəli evə dair xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilmiş, göstərilən hissədə yeni qətnamə çıxarılaraq həmin tələb iddia müddətinin keçməsinə görə təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən narazı qalan İddiaçı, maraqlarına toxunan şəxslər X4, X3 və Məmmədli Güntən Məmməd qızı kassasiya şikayətləri vermiş və apellyasiya instansiyasının yuxarıda qeyd edilən qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)-101/16 saylı (sədrlik edən: Akif İsgəndərov) qərarına əsasən, İddiaçı və maraqlarına toxunan şəxslər X4, X3 və Məmmədli Güntən Məmməd qızının kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 2(107)-766/2015 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bütün məhkəmə qətnamələrindən də görünür ki, hazırki iş üzrə iddiaçının iddia tələbləri əvvəlki məhkəmə qətnamə və qərarlarında qeyd edilənlərlə üst-üstə düşür və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin normaları ilə bu hal yolverilməzdir. Bundan əlavə qətnamə qəbul edilərkən yol verilən maddi və prosessual hüquq normalarının pozuntusundan biri də cavabdehin proses barədə lazımınca məlumatlandırılmaması olmuşdur. Odur ki, göstərilənlər nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 4045/2016 saylı qətnаməsi ləğv edilməli, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan mübahisə 6-7 ildir ki, onlar arasında davam edir. Onun Aqil, həmçinin Aqilin Məmmədlə arasında pul mübahisəsi olduğundan, həmin pulun əvəzində Aqillə razılaşmışdılar ki, Aqil Məmməddən evi alıb pulunu hissə-hissə verməyə razılaşır, ona isə 400.000 manata satır. Aqilin ona olun borcu çıxılmaqla, o əlavə olaraq 85.000 ABŞ dolları verməklə evə sahib olur. Bu şəkildə də edirlər və o, Mammədlə müqavilə bağlayır. Nəyə görə alqı-satqı müqaviləsində 660.000 manat yazılmasının səbəbini isə bilmir. Lakin sonradan özünün Familə olan 400 000 manat borcunun əvəzində həmin evi Cavabdeh2 vermiş, Cavabdeh2la onun arasında bununla bağlı xx xxx 2011-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirililərək, sonuncunun adına reyestrdən çıxarış alınmışdır. Lakin, o, Familə evi Məmmədi qorxutmaq üçün satmış, İddiaçı ona Aqilin verdiyi onun 85.000 ABŞ dollarını verməsi təqdirində o, həmin evi Məmmədə qaytarmağa hazırdır. Ona görə də apellyasiya şikayətinin təmin olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı və onun nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, o, Cavabdeh2 heç bir ev satmamışdır. Rövşən ondan xəbərsiz evi Familə satanda o kəskin narazılığını bildirmişdir. Cavabdeh2 necə vicdanlı alıcı ola bilər. O, bütün bu proseslərdən xəbərdar idi. 2011-ci ilin aprel ayında Bakı Əyləncə Mərkəzində o, Famil, Rövşənin qardaşı Rasim və onun uşaqlarının keçmiş sürücüsü Aydın Umarov oturub çay içmiş, onun Şəki şəhərində yerləşən, hazırki mübahisəli evi ilə bağlı xeyli söhbət etmişlər. Famil də həmin söhbətdə iştirak edib, mübahisəli evlə bağlı bütün söhbətlərdən xəbərdar olub. Famil əslən şəkili deyil, əgər Familə ev lazım idisə gedib, mübahisəsi olmayan bir ev alardı. Famillə Rasimin, Rövşənin, Aqilin arasında nə olubsa-olub, həmin mübahisənin onun evinə nə aidiyyəti var idi. Ondan evi Aqil alıb və alqı-satqı müqaviləsini o hesab etmişdir ki, Aqillə bağlayır. Aqillə razılığa görə, Aqil ondan evi alıb pulunu hissəhissə, yəni pulun 60.000 ABŞ dollarını əvvəldən, yerdə qalan pulu isə hər ay 15.000 ABŞ dolları verməli idi. Bu şəkildə də o, notariusa müqavilə bağlamağı demiş, müqavilə hazır olanda isə onu dəvət etmişlər, o da gedib müqaviləni oxumadan, nüsxəsini götürmədən imza edib qayıtmışdır. Belə ki, o həmin vaxt dost-tanışları ilə içki məclisində olmuş, məclisdən gedib-qayıtmağı cəmi bir-neçə dəqiqə çəkmişdir. Müqavilədən sonra Aqil ona 60.000 ABŞ dolları vermiş və iki ay da, hər ay 15.000 ABŞ dolları verdikdən sonra daha pul verməməşdir. Aralarında mübahisə yarandıqdan sonra isə öyrənmişdir ki, ondan evi həqiqətdə Rövşən almış, Aqılin ona verdiyi 60.000 ABŞ dollarını isə Rövşəndən aldığı 85.000 ABŞ dollarından götürüb vermışdir. Ona görə də iddiasını əsaslı hesab edir və təmin edilməsini xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2, onun vəkili X8, Şəki şəhər 1 saylı Notariat Kontoru və Şəki şəhər İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehin vəkili X8 teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş və işə onun iştirakları olmadan baxılıb nəticə verilmişdir. Belə ki, işin 64-cü vərəqində olan məhkəmə bildirişindən aydın olur ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin buna baxmayaraq məhkəmə bildirişi cavabdeh F.Adığözəlova çatdırılmadan və müvafiq xəbərnaməyə imza edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci. maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları birbirinə uyğun olmalı və uzlaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə görə isə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxılmasının vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat vermədən işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır. İddiaçı Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi tələbi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnаməsini R. Süleymanov ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edib, iddia tələbini həmin hissədə təmin edib, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqısatqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqısatqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarış ləğv edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Şəki Ərаzi İdаrəsi tərəfindən verilmiş 13 yаnvаr 2011-ci il tаrixli, MА seriyаlı ******* nömrəli "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"a əsasən Şəki şəhəri keçmiş F.Аbdurаhmаnоv küçəsi, indiki Bəxtiyаr Vаhаbzаdə küçəsi 19 nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evinə Məmmədоv Məmməd Müslüm оğlunun mülkiyyət hüququ qeydiyyаtа аlınmışdır. Şəki rаyоn 1 sаylı Dövlət Nоtаriаt Kоntоrundа təsdiqlənmiş 13 yаnvаr 2011-ci il tаrixli аlqı-sаtqı müqаviləsinin surətindən görünür ki, Məmmədоv Məmməd Müslüm оğlu mülkiyyətində olan Şəki şəhəri keçmiş F.Аbdurаhmаnоv küçəsi, indiki Bəxtiyаr Vаhаbzаdə küçəsi 19 nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evini 660000 mаnаtа Süleymаnоv Rövşən Аsim оğlunа sаtmışdır. Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Şəki Ərаzi İdаrəsi tərəfindən verilmiş 03 fevrаl 2011-ci il tаrixli MА seriyаlı ******* nömrəli "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"ın surətindən görünür ki, Şəki şəhəri keçmiş F.Аbdurаhmаnоv küçəsi, indiki Bəxtiyаr Vаhаbzаdə küçəsi 19 nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evinə Süleymаnоv Rövşən Аsim оğlunun mülkiyyət hüququ qeydiyyаtа аlınmışdır. Şəki rаyоn 1 sаylı Dövlət Nоtаriаt Kоntоrundа təsdiq edilmiş 25 mаy 2011-ci il tаrixli, АN-İ seriyаlı ******* nömrəli dаşınmаz əmlаkın аlqı-sаtqı müqаviləsinin surətindən görünür ki, Süleymаnоv Rövşən Аsim оğlu mülkiyyətində olan Şəki şəhəri keçmiş F.Аbdurаhmаnоv küçəsi, indiki Bəxtiyаr Vаhаbzаdə küçəsi 19 nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evini Аdıgözəlоv Fаmil Kərim оğlunа 400000 manata sаtmışdır. Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Şəki Ərаzi İdаrəsi tərəfindən verilmiş 26 mаy 2012-ci il tаrixli MА seriyаlı ******* nömrəli "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"a əsasən Şəki şəhəri keçmiş F.Аbdurаhmаnоv küçəsi, indiki Bəxtiyаr Vаhаbzаdə küçəsi 19 nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evinə Аdıgözəlоv Fаmil Kаmil оğlunun mülkiyyət hüququ qeydiyyаtа аlınmışdır. İddiaçı Məmmədоv Məmməd Müslüm оğlu tərəfindən cavabdeh Süleymаnоv Rövşən Аsim оğluna göndərilmiş məktubdan və həmin məktubun göndərilməsi barədə poçt göndərişindən görünür ki, iddiaçı Məmmədоv Məmməd Müslüm оğlu cavabdeh Süleymаnоv Rövşən Аsim оğluna Şəki şəhəri keçmiş F.Аbdurаhmаnоv küçəsi, indiki Bəxtiyаr Vаhаbzаdə küçəsi 19 nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evinin alqı-satqısı ilə bağlı aralarında bağlanmış müqavilə əsasında ödəməli olduğu pulu ödəməsini tələb etmiş, əks halda müqavilənin ləğv olunacağını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdeh1 və F.Adıgozəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli Qərarına əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqısatqı müqavilələrinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı ilə R. Süleymanov ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011- ci il tarixli alqısatqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin hissədə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2018-ci il tarixli, 13(102)-7(k)/2018 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(102)-4287/2017 saylı qərarı və onunla bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(107)- 61/2017 saylı qətnaməsi Cavabdeh1 ilə F.Adıgozəlov arasında bağlanmış xx xxx 20111-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuşdur. İş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2018-ci il tarixli, 13(102)7(k)/2018 nömrəli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(107)-61/2017 saylı qətnaməsi Cavabdeh1 ilə F.Adığozəlov arasında bağlanmış xx xxx 20111-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu iş üzrə Qərarına istinad olunaraq göstərilmişdir ki, “qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin müqavilənin etibarsızlığına dair iş üzrə xx xxx 2015-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, işə yenidən baxılarkən iddia müddətinin ötürülüb-ötürülməməsinin, F.Adığözəlovun vicdanlı əldə edən olubolmamasının yoxlanılmasına dair göstəriş verilmişdir. Bu göstərişin yalnız bir hissəsi yoxlanılmış, iddia müddətinin ötürülməsinə görə iddia təmin edilməmiş, digər göstəriş üzrə heç bir araşdırma aparılmamışdır. Beləliklə, F.Adığözəlovun vicdanlı əldə edən olub-olmaması məsələsinin yoxlanılması yalnız müqavilənin etibarsızlığına dair kassasiya instansiya məhkəməsinin xx xxx 2015-cil tarixli qərarında göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu müqavilələrin ləğv edilməsinə dair iş üzrə kassasiya instansiya məhkəməsi tərəfindən MPM-nin 82.3-cü maddəsinə istinad edilməsini əsassız hesab etmişdir. Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı müqavilələrin ləğv edilməsinə dair iş üzrə kassasiya instansiya məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarında MPM-nin 82.3-cü maddəsi səhv təfsir edildiyindən F.Adığözəlovun Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ pozulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, bu iş üzrə məhkəmələr tərəfindən Konstitusiyanın 60-cı maddəsinin, 127-ci maddəsinin İİ və İV hissələrinin, MPM-nin 9 və 88-ci maddələrinin tələbləri pozularaq, mübahisəli evin F.Adığözəlov tərəfindən qanuni əsaslarla alınmasına dair Cavabdeh1, Cavabdeh2, onların nümayəndələri və vəkili tərəfindən irəli sürülən dəlillər üzrə araşdırma aparılmamış, bu dəlilləri təsdiq və ya təkzib edən sübutlara hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəflərin izahatlarından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən etmişdir ki, Cavabdeh1la İddiaçı arasında mübahisəli evə dair alıcı tərəfindən satıcıya 660.000 manat ödəmək öhdəliyi ilə xx xxxxxx 2011-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş, bundan bir neçə ay keçdikdən sonra isə, yəni xx xxx 2011-ci il tarixdə Cavabdeh1 həmin evi 400.000 manatın müqabilində (aldığı qiymətdən 260.000 manat aşağı qiymətə) F.Adıgozəlova satmışdır. Qeyd olunan məsələlər apellyasiya kollegiyasının iclasında aydınlaşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı, Cavabdeh1 qardaşı Rasim, Cavabdeh2 2011-ci ilinin aprel ayının əvvəllərində Bakı şəhərində Bakı Əyləncə Mərkəzində görüşmüş, mübahisə predmeti olan evlə bağlı söhbət etmişlər. Cavabdeh2 da həmin görüşdə bilavasitə söhbətdə iştirak etməklə alqı-satqı predmeti olan evin mübahisəli olduğundan, həmçinin tərəflər arasında xeyli məbləğə dair pul mübahisəsinin olmasından məlumatlı olmuşdur. Bundan əlavə Cavabdeh1 özünün də etirafından göründüyü kimi onun F.Adığözəlovla aralarında olmuş ticarət münasibətlərindən 400.000 manatdan yuxarı borcu olmuş, lakin həmin borcu qaytara bilmədiyindən, borcun əvəzi olaraq həmin evi F.Adıgzəlovun adına sənədləşdirmişdir. İşin bu halı Cavabdeh1 tərəfindən də mübahisələndirilmir. Buradan da göründüyü kimi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış müqavilə heç də, alqı-satqı müqaviləsinin mahiyyətinə və məqsədinə uyğun gəlməyərək, borcun əvəzləşdirilməsi, eyni zamanda tərəflər arasındakı mübahisənin “sakitləşdirilməsindən” ibarət olmuşdur. Məhkəmə kollegiyasının iclasında o da müəyyən edilmişdir ki, mübahisəli ev sonuncu dəfə Cavabdeh2 satılmasına baxmayaraq evin açarları İddiaçı olmuş, həmin evdən bu günə kimi iddiaçı istifadə etmişdir. Deməli, buradan da belə çıxır ki, mübahisəli ev Cavabdeh2 adına sənədləşdirilməsinə baxmayaraq hələ də sonuncuya təhvil verilməmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh2 apellyasiya şikayəti ilə qismən razılaşaraq qeyd etmişdir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı olsa da, iddianın rədd edilməsi üçün kifayətedici hesab edilə bilməz. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın olmuşdur ki, Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Şəki Ərаzi İdаrəsi tərəfindən verilmiş 13 yаnvаr 2011-ci il tаrixli MА seriyаlı ******* nömrəli "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"a əsasən Şəki şəhəri B. Vаhаbzаdə (keçmiş F.Аbdurаhmаnоv) küçəsi 19 nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evi iddiaçı Məmməd Məmmədоvun adına tam mülkiyyət hüququ üzrə qeydiyyаtа аlınmışdır. Həmin mübahisəli fərdi yaşayış evi Şəki rаyоn 1 sаylı DNK-dа təsdiqlənmiş 13 yаnvаr 2011-ci il tаrixli аlqı-sаtqı müqаviləsinə əsasən 660000 mаnаtа cavabdeh R.Süleymаnоva satılmış, sonuncu da öz adına reyestrdən çıxarış almışdır. Lakin tərəflər arasında uzun sürən mübahisədən sonra həmin müqavilə və onun əsasında verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. Bundan sonra Şəki rаyоn 1 sаylı DNK-u tərəfindən təsdiq edilmiş 25 mаy 2011-ci il tаrixli аlqı-sаtqı müqаviləsinə əsasən cavabdeh R.Süleymаnоv iddiaçıdan aldığı həmin mübahisəli evi 400.000 manat borcunun müqabilində Cavabdeh2 adına sənədləşdirmiş, hətta özünün dediyinə görə də sənədləşməni özü aparmış, sənədləşməyə dair çəkmiş olduğu xərci də bu günə kimi sonuncudan ala bilməmişdir. Apellyasiya kollegiyası sonuncu alıcı Cavabdeh2 qeyd olunan mübahisəli evi qanuni əsaslarla əldə edib-etməməsinə, eləcə də həmin evi alarkən vicdanlılıq nümayiş etdirməsini araşdıraraq belə qənaətə gəlmişdir ki, nə qədər ki, F.Adgözəlov Bakı Əyləncə Mərkəzində İddiaçı və Cavabdeh1 qardaşı Rasimlə birlikdə olub, yaranmış pul və mübahisə predmeti olan əmlak mübahisəsindən məlumatlı olmuşdur, onda sonuncunun doğrudan da sözügedən mübahisəli evi alqı-satqı yolu ilə əldə etməsi, alqı-satqının əvəzində satıcıya evin real dəyərini ödəməsi və əldə edərkən vicdanlı olması, həmçinin Cavabdeh1 660.000 manata aldığı evi bir neçə aydan sonra 260.000 manat aşağı qiymətə, yəni 400.000 manata satması məhkəmə kollegiyası tərəfindən heç də inandırıcı görünmür. Bundan əlavə yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 özü öz izahatında F.Adgözəlova 400.000 manatdan yuxarı borcu olduğunu, alqı-satqı müqaviləsini də məhz həmin borcun əvəzi olaraq Cavabdeh2la bağladığını etiraf etmişdir. İşin bu halından da göründüyü kimi mübahisəli evə dair sonuncu alıcı Cavabdeh2 qeyd olunan mübahisəli evi heç də qanuni əsaslarla və vicdanlı alıcı qismində deyil, ticarət münasibətləri nəticəsində Cavabdeh1 ona yaranmış borcunun əvəzində əldə etmişdir. Belə ki, işin müəyyən olunmuş halllarından aydın olur ki, tərəflər arasında əvvəllər kоmmersiyа münаsibəti olmuş, mübahisəli fərdi yaşayış evi də məhz bu kommersiya münasibətlərindən yaranmış borcun “qurbanı” olmuşdur. Tərəflər arasında bağlanmış xx xxx 2011-ci il tarixli müqavilənin rəsmiləşdirmə prosesinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilə formal olaraq rəsmiləşdirilməklə, əsl həqiqətdə alqı-satqı müqaviləsinin mahiyyətinə uyğun gəlmir. Çünki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar (M.Şahverdiyevanın şikayəti üzrə xx xxxx 2013-cü il tarixli Qərar). Apelyasiya kollegiyası Mülki Məcəllənin 404-cü maddəsinin tələbi baxımından da qeyd olunan müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almış, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmışdır. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız olması sübut edilməyənədək vicdanlı hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olsun və bu iddialar sonradan qanuni sayılsın. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakı hüquq normalarına istinad etmişdir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin: 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun olаrаq əldə edir və həyаtа keçirirlər. Onlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd olmаyаn hər hаnsı müqаvilə şərtləri qoymаqdа sərbəstdirlər. 386.1.-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Apellyasiya kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab etmişdir ki, qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. Beləliklə də, Cavabdeh2 Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqısatqısına dair Cavabdeh1 ilə arasında xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlayarkən həmin evin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh1 arasında mübahisə olduğunu əvvəlcədən bilmişdir. Mübahisə predmeti olan həmin fərdi yaşayış evini Cavabdeh1 əldə edən Cavabdeh2 əqdin legitimsizliyindən, eyni zamanda əldə olunmuş əmlaka digər şəxslərin mümkün iddialarından xəbəri olduğundan o, vicdanlı alıcı hesab edilə bilməz. Kassasiya kollegiyası apellyasiya instanisyası məhkəməsinin yuxarıda gəldiyi nəticəni və onun hüquqi əsaslandırması ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi apellyator Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə, xüsusən də Mülki Məcəllənin 421-ci maddəsinə əsasən İddiaçı müqavilə tərəfi olmadığı müqaviləni ləğv etmək hüququnun olmaması ilə bağlı iş üçün mühüm əhəmiyyt kəsb edən dəlilinə qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Eyni zamanda S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə xx xxxxxx 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə x xxxxxx 1994-cü il tarixli qərarı). Göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iş üçün əhəmiyyətli olan dəlillərinə qiymət verməli olduğu halda bunu etməmiş və nəticədə Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən müddəalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman maddi və prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe baxımından mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin bu iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarı baxımından qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən müqavilə tərəflərinin müqavilə üzrə vicdanlılığına qiymət verməmişdən əvvəl iddiaçının ümumiyyətlə hazırki iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasına qiymət verməlidir. İddiaçının subyektiv hüququna qiymət verərkən isə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrin ləğvi və yaxud dəyişdirilməsi qaydasını tənzimləyən 421.2-ci maddəsinə əsasən müqavilələrin etibarsızlığı iddialarından fərqli olaraq müqavilənin ləğvi tələbini irəli sürmə hüququ yalnız həmin müqavilənin tərəflərinə məxsusdur. İşə Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(102)-5333/2019 saylı qərarında yuxarıda qeyd edilən məcburi göstərişlər əsasında baxan apellyasiya məhkəməsi hesab edir ki, hazırkı baxılan iddia tələbi-Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsindən ibarətdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü ki, İddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Həmin tələb üzrə iddia tələb etmək yalnızca müqavilə tərəflərinin hüquqlarıdır. Göstərilən əsaslarla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onunəsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi dair tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı qətnaməsi R. Süleymanovla F. Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqısatqısına dair R. Süleymanovla F. Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı qətnаməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsininqətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar