Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-698/2023 13.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)-138/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh ilə 23 avqust 2005-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində 12 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2006-cı ildə X9 və 27 dekabr 2010cu ildə X10 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasındla bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan 31 may 2006-cı il tarixdə anadan olmuş X4 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 isə anası Cavabdeh yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi hissəsində azaldılmaqla qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdlarında alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2 (019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi hissəsində azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Hazırki iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 23 avqust 2005-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində 12 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2006-cı ildə X9 və 27 dekabr 2010-cu ildə X10 adında iki uşaqları doğulmuşdur. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2021-ci ilin mart ayında ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2 (019)-523/2021 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hal-hazırda uşaqlardan xx.xx.2006-cı ildə doğulmuş oğlu-X9 özünün yanında, 27 dekabr 2010-cu ildə doğulmuş X10 isə anasının yanında yaşayır. Özü epilepsiya xəstəsi olmaqla üçünc qrup əlildir. Heç yerdə işləmir. 110 manat sosial müavinət alır. Uşağına atasının köməkliyi ilə baxır. Cavabdeh isə tam əmək qabiliyyətli olduğuna görə uşağa baxmaq üçün hər cür imkanı vardır. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasındla bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan 31 may 2006-cı il tarixdə anadan olmuş X4 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 isə anası Cavabdeh yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hazırda epilepsiya xəstəsi olmaqla üçüncü qrup əlildir və bu səbəbdən də heç yerdə işləyə bilmir. Xəstəliyi ilə bağlı 110 manat sosial müavinət alır. Himayəsində olan 31 may 2006-cı il tarixdə anadan olmuş X9 artıq 11-ci sinifdə oxuyur və uşağın tələbatı günbəgün artır. Heç yerdə işləmədiyinə görə uşağın tələbatını qarşılaya bilmir. Digər tərəfdən də 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 110 manat aliment ödəyir. Dövlətin ona üçüncü qrup əlil kimi verdiyi 110 manatı aliment kimi bir uşağı üçün ödəyir. Özünün xəstəliyi ilə bağlı dərmanlarını almağa imkanı yoxdur. 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X10 üçün cavabdehə aliment ödədiyindən öz himayəsində olan övladı üçün layiqli həyat şəraitini təmin edə bilmir. Buna görə də məhkəmənin müəyyən etdiyi alimenti ödəyə bilmir. Eyni zamanda bildirir ki, məhkəmədə Cavabdeh ilə birgə nikahlarından xx.xx.2006-cı ildə doğulmuş oğlu X4 baxılıb saxlanması üçün Cavabdeh hər ay 160 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddiasını təmin etməmişdir. Göründüyü kimi, məhkəmə himayəsində bir övladı olduğu, üçüncü qrup əlil olmaqla epilepsiya xəstəsi olduğu və tam əmək qabiliyyətli olmadığı halda, cavabdeh isə tam əmək qabiliyyətli olduğu halda onun himayəsində olan övladının saxlanması üçün cavabdehdən alimentin tutulmasını qət etməmiş, onu aşkar vəziyyətdə maddi məhrumiyyətlərə düçar etmişdir.
6. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə sonuncu dəqiqləşdirilmiş tələb hissəsində iddianı müdafiə edərək, sonuncu dəqiqləşdirilmiş tələblə bağlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 23 avqust 2005-ci il tarixdə evlənmiş, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində 12 sayla rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2006-cı ildə X9 və 27 dekabr 2010-cu ildə X10 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.20321-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahından olan 31 may 2006-cı il tarixdə anadan olmuş X4 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 isə anası Cavabdeh yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(019)-185/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-638/2022 nömrəli qətnaməsi ilə iddiaçı Hüseyinov X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(019)-185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli arayışı ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü ildən daimi olmaqla 110 manat məbləğində İİİ qrup ümumi xəstəlikdən əlil kimi sosial müavinət alır. İddiaçı 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ondan tutulan 110 manat sabit pul məbləğində alimentin miqdarının çox olmasını göstərməklə, onun azaldılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə,valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
10. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2 (019)-523/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından 27 dekabr 2010cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki iş üzrə İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamış; yəni onun himayəsində olan şəxslərin sayı artmamış, gəliri azalmamış, həmçinin onun diqqətəlayiq hər hansı maraqları meydana çıxmamışdır.
11. Belə ki, Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2 (019)- 523/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından 27 dekabr 2010-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat alimentin miqdarı müəyyən olunarkən tərəflərin, o cümlədən X2 ailə və maddi vəziyyəti, maraqları, 2021-ci ildə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləği, valideynlərin uşaqlarına həmin yaşayış minimumu məbləğindən az olmayan maddi təminat yaratmaq vəzifəsi və bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipi nəzərə alınmışdır. Həmçinin İddiaçı xx.xx.2013-cü il tarixdən İİİ qrup əlil kimi 110 manat sosial müavinət alması aliment təyin olunan zaman faktoloji hal olaraq mövcud olmuşdur. İddiaçı Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsində alimentin tutulmasına əsas olmuş faktoloji halları və hüquqi əsasları mübahisələndirməməklə, qəbul etmişdir. Aliment təyin olunduqdan sonra isə İddiaçı 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X1 üçün tutulan alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) səbəb ola biləcək onun ailə və maddi vəziyyətində hər hansı halın baş verməsi müəyyən olunmur.
12. Ona görə də məhkəmə hesab edir ki, hazırki işdə alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) əsas ola biləcək hallar müəyyən olunmadığı və aliment təyin olunduqdan sonra uşaqlar üçün yaşayış minimumunun 2022-ci ildə 193 manat və 2023-cü ildə 220 manat olmaqla daha da artması şəraitində bu alimentin miqdarının dəyişdirilməsi (azadılması), şübhəsiz ki, uşağın maddi vəziyyətinə mənfi təsir göstərəcəkdir ki, bu da yolverilməzdir.
13. Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)-138/2023 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddianın təmin olunmaması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 99 və 112-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və «Uşaq hüquqları haqqında» Konvensiyanın bir sıra maddələrinə, həmçinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li qərarına, BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nə və İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 sayıl Protokoluna istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
15. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (107)- 638/2022 nömrəli qətnaməsindən görünür ki, Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2 (019)-185/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2 (019)- 185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan 31 may 2006-cı il tarixdə anadan olmuş X4 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 isə anası Cavabdeh yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
17. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, İddiaçı 110 manat məbləğində İİİ qrup ümumi xəstəlikdən əlil kimi sosial müavinət alır, xx.xx.2013-cü ildən daimi.
18. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan və xx.xx.2021-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, hazırki tələblə bağlı tərəflər arasında ilkin mediasiya sessiyası keçirilmiş, İddiaçı ilkin mediasiya sessiyasında nümayəndə ilə təmsil olunmuş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və ilkin mediasiya sessiyasına xitam verilmişdir.
19. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırda epilepsiya xəstəsi olmaqla üçüncü qrup əlildir və bu səbəbdən də heç yerdə işləyə bilmir. Xəstəliyi ilə bağlı 110 manat sosial müavinət alır. Himayəsində olan 31 may 2006-cı il tarixdə anadan olmuş X9 artıq 11-ci sinifdə oxuyur və uşağın tələbatı günbəgün artır. Heç yerdə işləmədiyinə görə uşağın tələbatını qarşılaya bilmir. Digər tərəfdən də 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 110 manat aliment ödəyir. Dövlətin ona üçüncü qrup əlil kimi verdiyi 110 manatı aliment kimi bir uşağı üçün ödəyir. Özünün xəstəliyi ilə bağlı dərmanlarını almağa imkanı yoxdur. 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X10 üçün cavabdehə aliment ödədiyindən öz himayəsində olan övladı üçün layiqli həyat şəraitini təmin edə bilmir. Buna görə də məhkəmənin müəyyən etdiyi alimenti ödəyə bilmir. Eyni zamanda bildirir ki, məhkəmədə Cavabdeh ilə birgə nikahlarından xx.xx.2006-cı ildə doğulmuş oğlu X6 baxılıb saxlanması üçün Cavabdeh hər ay 160 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddiasını təmin etməmişdir. Göründüyü kimi, məhkəmə himayəsində bir övladı olduğu, üçüncü qrup əlil olmaqla epilepsiya xəstəsi olduğu və tam əmək qabiliyyətli olmadığı halda, cavabdeh isə tam əmək qabiliyyətli olduğu halda onun himayəsində olan övladının saxlanması üçün cavabdehdən alimentin tutulmasını qət etməmiş, onu aşkar vəziyyətdə maddi məhrumiyyətlərə düçar etmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsaslanaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
21. Balakən Rayon Məhkəməsində işə baxılarkən məhkəmə cavabdehin tam əmək qabiliyyətli olmasını, iddiaçının işi və qazancı olmayan şəxs, eyni zamanda İİİ qrup əlil olması, digər övladının isə özünün himayəsində olması barədə sübutları araşdırmamış, hazırda iddiçının himayəsində olan uşağının 11-ci sinifdə oxuması, onun hazırlığının və digər xərclərinin artması, bunun əsasında iddiaçının maddi vəziyyətində dəyişiklik olmasını nəzərə almamışdır.
22. Ona görə də, Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)- 138/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir
27. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.
28. Qərarlar: «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
29. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.
30. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin: 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
31. İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
34. Cavabdeh Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)- 138/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı hazırki qərarın 9-12-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən bəndlərdə də göstərildiyi kimi, Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi qəbul olunarkən nəzərə alınmış hallardan ibarətdir və birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Apellyator himayəsində olan uşağının 11-ci sinifdə oxuması, onun hazırlığının və digər xərclərinin artması, bunun əsasında iddiaçının maddi vəziyyətində dəyişiklik olmasını göstərmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, aliment təyin olunarkən iddiaçının himayəsində olan uşaq 9-cu sinifdə oxumuş, həmin vaxtdan təxminən 1 il yarım vaxt keçmiş, həmin müddət ərzində yalnız iddiaçının himayəsində olan uşağın xərcləri deyil, ölkə üzrə uşaqlar üçün – cavabdehin himayəsində olan uşaq da daxil olmaqla, aylıq xərclər artmış, buna müvafiq olaraq uşaqlar üçün yaşayış minimumu 2022ci ildə 193 manat və 2023-cü ildə 220 manat olmaqla daha da artmışdır. Belə bir şəraitdə, iddiaçının hal-hazırda bir uşaq üçün aylıq 110 manat aliment ödəməsi çox hesab edilə bilməz və azaldılması üçün heç bir səbəb yoxdur.
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)-138/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(019)-138/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev