Məhkəmə qərarları › İş №2(107)-698/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-698/2025

17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-698/2025 17.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə (Açar sözlər: «aliment» tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2(075)-761/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş uşağı 28 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin, həmçinin 28 iyun 2023-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək onun saxlanılması üçün hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin ona verilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş uşağı 28 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin, həmçinin 28 iyun 2023-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək mənim saxlanılmağım üçün hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin ona verilməsinə, hər üç alimentin tutulmasının əvvəlinin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanmasına və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birgə nikahdan anadan olmuş uşağı 28 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin, həmçinin 28 iyun 2023-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək onun saxlanılmağı üçün hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin ona verilməsinə, hər üç alimentin tutulmasının əvvəlinin 14 mart 2024-cü il tarixdən hesablanmasına və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 oktyabr 2022-ci ildə Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikahını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan 28 iyun 2023-cü il tarixdə X6 adlı qızı anadan olmuşdur. Bir müddət mehriban yaşasa da sonradan cavabdehin və valideynlərinin təqsiri ucbatından problemlər yaranmışdır. Belə ki, Fətəli daima onu döyür və təhqir edirdi. Təxmini 10 ay əvvəl də cavabdeh onu döyərək evdən qovmuşdu. Lakin, o, yenə də milli adət ənənəyə görə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmədi və yenə də valideynləri onu aparıb ər evinə qoydu. Lakin 27 yanvar 2025-ci il tarixdə yenə də qaynatası Adil və daha sonra isə cavabdeh onu təhqir edərək evdən qovmuşlar. Hazırda ata evində yaşayır. Lakin cavabdeh birgə nikahdan olan övladın saxlanılması üçün heç bir maddi yardım etmir. Buna görə də aliment və.s tələblə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmək məcburiyyətində qaldı. Cavabdeh də nikahın pozuması və.s tələblə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən mediasiya prosesində iştirak etdilər və aralarında bağlanmış nikah pozularkən birgə nikahdan anadan olmuş uşağın 28 iyun 2023cü il təvəllüdlü X4 onun himayəsində və yanında saxlanılması barədə 04 fevral 2025-ci il tarixli № MŞŞ/MT-018/2025-00224 nömrəli Barışıq sazişi imzalanmışdır. Lakin birgə nikahdan olan övladın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi və həmçinin birgə nikahdan olan övladın 3 yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi ilə bağlı aralarında razılaşma olmadığından 04 fevral 2025-ci il tarixdə Mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Şəki Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2(075)-761/2025 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia qismən təmin edilmiş, 28 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməsi, 28 iyun 2023-cü il təvəllüdlü X6 üç yaşına çatanadək Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, aliment tutulmasının əvvəlinin 06 fevral 2025-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, Məhkəmə xərcinə daxil olan mediasiya xərci olan 60 (altmış) manat pulun 30 (otuz) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh 48.80 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.1.1, 76.1.2, 76.1.3, 85.1.1, 78.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa və Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 728 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Məmmədli”, arvada “Məmmədli” soyadı verilmişdir. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci ildə tarixli MŞŞ/MT018/2025- 00224 nömrəli barışıq sazişindən görünür ki, Cavabdeh ilə İddiaçı Oktay qızının birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşaqları 28 iyun 2023-cü il təvəllüdlü X4 anası İddiaçı Oktay qızının himayəsində və yanında saxlanılmalarına və aliment tələb edilməməsinə hər iki tərəf razıdırlar. Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Cavabdeh ilə İddiaçı Oktay qızı arasında mediasiya sessiyalarının keçirilməsi üçün 60 manatı İddiaçı Oktay qızı, 100 manatı isə Cavabdeh tərəfindən ödənilmişdir. Şəki Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 iyun 2023-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 xx.xx.2025-ci il tarixli 1657/2025-ci il tarixli arayışından görünür ki, Məmmədli X5 Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 Qeydiyyat Şöbəsinin inspektoru vəzifəsində xidmət edir və onun aylıq əmək haqqısı tutulmalardan sonra 805.03 (səkkiz yüz beş manat üç qəpik) manat təşkil edir.

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(075)-761/2025 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, 28 iyun 2023-cü il təvəllüdlü MəmmədliAyla Fətəli qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəs iməbləğində alimentin tutularaq İddiaçı verilməsi, 28 iyun 2023-cü iltəvəllüdlü MəmmədliAyla Fətəli qızı 3 yaşına çatanadək Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimuməmək haqqının 0,10 misli həddində sabit pulməbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin 06 fevral 2025-ci il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnaməni “28 iyun 2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.10 misli həddində sabit pul məbləğində alimentin tutulması” hissəsində tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə iddianı həmin hissədə qismən təmin edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimuməmək haqqının 0,99 misli həddində sabit pulməbləğində alimentin ödənilməsini də tələb etmişdir ki, iş materiallarında olan arayışdan cavabdehin əmək haqqısından başqa digər gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda iddia tələbi həmin hissədə əsassızdır. Sual olunur: iddiaçı tərəfindən cavabdehin əmək haqqısından başqa digər gəlirləri barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdirsə, belə bir sübut iş materiallarında mövcud deyildirsə, məhkəmə 28 iyun 2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək CavabdehAdil oğlun dan hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində alimentin tutulmasını necə və hansı əsasla müəyyən etmişdir? Cavabdehin zəruri vəsaitə malik olmasına dair sübut olmadığı halda, məhkəmənin belə bir nəticəyə gəlməsi əsassızdır. Göründüyü kimi məhkəmə bir tərəfdən uşağın 3 yaşına çatanadək iddiaçıya 0,10 misli həddində aliment müəyyən edir, digər tərəfdən isə qeyd edir ki, iş materiallarında olan arayışdan cavabdehin əmək haqqısından başqa digər gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən qətnamədəki ziddiyyətli hallar aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında bunazəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, tətbiq edilmiş qanun səhv təfsir edilmişdir.

10. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(075)-761/2025 saylı qətnaməsinin dəyişdirilərək “28 iyun 2023-cü il təvəllüdlü X6 3 yaşına çatanadək Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə iclasına gəlməmişlər.

13. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır.

15. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024- cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

“Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

«Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Cavabdeh Şəki Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2(075)-761/2025 nömrəli qətnaməsinin uşaq 3 yaşına çatanadək atadan hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində alimentin tutularaq anaya ödənilməsinə dair hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 28 iyun 2023-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşamışlar. Lakin sonradan aralarında səmimi münasibətlər pozulmuşdur. Hazırda azyaşlı övladları X6 anasının himayəsindədir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Belə ki, iddiaçı cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin ödənilməsini tələb etsə də, yuxarıda göstərilən qanunvericiliyin normasından da görünür ki, aliment bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi tutlumalı olduğundan iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Bundan başqa iddiaçı cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin ödənilməsini də tələb etmişdir ki, iş materiallarında olan arayışdan cavabdehin əmək haqqısından başqa digər gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddia tələbi həmin hissədə əsassızdır. Bundan başqa iddiaçının 28 iyun 2023-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək saxlanılmağı üçün hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin ona verilməsinə dair tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia alimentin tutulması hissəsində qismən təmin olunaraq, 28 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməlidir. 28 iyun 2023-cü il təvəllüdlü X6 üç yaşına çatanadək Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənildiyindən, əsassız olduğundan və aliment vermək üçün zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində təmin edilməməlidir.

22. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyator şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində “məhkəmə iddianı həmin hissədə qismən təmin edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimuməmək haqqının 0,99 misli həddində sabit pulməbləğində alimentin ödənilməsini də tələb etmişdir ki, iş materiallarında olan arayışdan cavabdehin əmək haqqısından başqa digər gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda iddia tələbi həmin hissədə əsassızdır. Sual olunur: iddiaçı tərəfindən cavabdehin əmək haqqısından başqa digər gəlirləri barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdirsə, belə bir sübut iş materiallarında mövcud deyildirsə, məhkəmə 28 iyun 2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək CavabdehAdil oğlun dan hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində alimentin tutulmasını necə və hansı əsasla müəyyən etmişdir? Cavabdehin zəruri vəsaitə malik olmasına dair sübut olmadığı halda, məhkəmənin belə bir nəticəyə gəlməsi əsassızdır. Göründüyü kimi məhkəmə bir tərəfdən uşağın 3 yaşına çatanadək iddiaçıya 0,10 misli həddində aliment müəyyən edir, digər tərəfdən isə qeyd edir ki, iş materiallarında olan arayışdan cavabdehin əmək haqqısından başqa digər gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən qətnamədəki ziddiyyətli hallar aydınlaşdırılmamışdır.” dəlilini qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki, göstərilən dəlil əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi məhkəmə iddiaçı cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimuməmək haqqının 0,99 misli həddində sabit pulməbləğində alimentin ödənilməsini də tələb etmişdir ki, iş materiallarında olan arayışdan cavabdehin əmək haqqısından başqa digər gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyini və iddia tələbinin həmin hissədə əsassız olduğunu qeyd etmiş və həmin hissədə də təmin etməmişdir.

23. Göründüyü kimi məhkəmə qətnaməsində hər hansı ziddiyyətli məqam mövcud deyildir.

24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə mübahisələndirilən hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2(075)-761/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2(075)-761/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar