Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-701/2024 03.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(051)-690/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2019-cu ildə X2 və xx.xx.2021-ci ildə X7 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 270 manat, cəmi 540 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021ci il təvəllüdlü X7 doğulmuşdur. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Aralarında yaranmış mübahisədən sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hazırda cavabdeh hər iki uşağa könüllü olaraq 350 manat məbləğində aliment ödəyir. Lakin həmin məbləğ uşaqların ümumi inkişafı baxımından onların tələbatını kifayət qədər ödəmir. Odur ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 270 manat, cəmi 540 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. Cavabdeh 2 uşağa görə iddiaçıya 350 manat könüllü aliment ödəyir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uşağa 270 manat, cəmi 540 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh etiraz edir aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş edir. Bildirir ki, aylıq qazancı 932 manatdır.
5. Məhkəə hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmalı, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul olunmalıdır. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iddiaçının cavabdehin əmək haqqından əlavə gəlirlərinin olmasına münasibətdə qeyd edir ki, iddiaçı buna dair sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin alimentin onun əmək haqqının 1/3 hissəsindən tutulması tələbinə münasibətdə qeyd edir ki, cavabdeh hazırda uşaqlarına görə könüllü olaraq iddiaçıya 350 manat aliment ödəyir. Onun əmək haqqı hazırda 932 manatdır. Cavabdehin əmək haqqının 1/3 hissəsi 310 manat edir. Belə olan halda alimentin məbləği cavabdehin ödədiyi məbləğdən aşağı olur. Bu hal isə uşaqların maraqlarına uyğun gəlmir.
6. Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(051)-690/2024 nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddia qismən təmin olunmuş, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin xx.xx.2024-cü il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilməmiş dövlət rüsumu olaraq 68 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 100-cü maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X4 Xidmət Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli verilmiş AZ-İ seriyalı, 439272 nömrəli nikahın pozulması haqqında şəhadətnamə X4 Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 308475 nömrəli doğum haqqında şəhadətnamə X4 Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 661810 nömrəli doğum haqqında şəhadətnamə xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2024-cü il tarixli № 104 saylı arayış
9. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh аpellyаsiyа şikаyətləri vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, nikah pozulduqdan sonra cavabdeh özü könüllü olaraq hər iki uşağa 350 manat ödəyirdi. Lakin həmin məbləğ uşaqların ümumi inkişafı baxımından onların tələbatını kifayət qədər ödəmir. Mingəçevir şəhər məhkəməsinin sözü gedən qətnaməsinə əsasən cavabdehdən hər uşağa 200 manat olmaqla 400 manat aliment tutulması qət edildi. Lakin məhkəmə cavabdehin kifayət qədər gəlirə malik olmasına baxmayaraq təyin etdiyi aliment məbləği bugünki gün uşaqların maddi tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Cavabdeh özü Mingəçevir şəhər polis şöbəsi dövlət yol polisi yol patrul xidmətində çalışır. Cavabdeh hazırda 1000 manat yaxın əmək haqqı alır. Bunu sorğu edilən zaman onun nə qədər əmək haqqı almasını müəyyən etmək olar. Bundan əlavə cavabdehin gördüyü işə görə əlavə gəlirləri də mövduddur ki, onu da müəyyən sorğular əsasında əldə etmək olar. Həmçinin cavabdehin birgə nikahda olduğu zaman və nikah pozulduqdan sonrada bir neçə yerdə daşınar və daşınmaz əmlak aldığı da müəyyən edilmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə bu hallara toxunmamış və sadəcə cavabdehin izahatlarına əsasən aliment müəyyən etmişdir. O özü şəhid ailəsidir, atası 1-ci qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Himayəsində iki az yaşlı uşaq vardır. Həmin uşaqlara da valideyinlərinin köməkliyi ilə baxır. Çünki özü aldığı əmək haqqı onların normal yaşamaları üçün kifayət etmir. Belə olan halda o hazırda müəyyən edilmiş alimentlə uşaqların tələbatını ödəmək iqtidarında deyil. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halların heç birini nəzərə almayaraq əsassız olaraq alimentin məbləğini hər ay hər uşaq üçün 200 manat müəyyən etmişdir. Halbu ki, onun də yaşamaq hüququ var. Eyni zamanda da, onun bank və qeyri-bank təşkilatlarına kredit borcu var. Qeyd etdikləri bir daha onu göstərir ki, cavabdehin ona ödəyəcəyi alimentlə o uşaqlarına baxa bilməyəcək. Uşağı saxlamaqda həm ata, həm də ana eyni dərəcəli bərabər hüquqa malikdirlər. Uşağı həm ata, həm də ana saxlamalıdır. Özü müəllim kimi çalışır və aylıq 420 manat əmək haqqı alır. Hər ay əmək haqqının müəyyən hissəsini kredit borclarına və digər ailə məsrəflərinə ödəyir. Ancaq işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halların heç birini nəzərə almamışdır.
11. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(051)- 690/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsində polis nəfəri kimi işləyir və stabil əmək haqqı alır. İşlədiyi müddətdə əmək haqqı vergilər tutulmadan olan hissəsi 932 manat təşkil edir. İddiaçı ilə birgə ailə münasibətlərində olduğu zaman o sözügedən işdə işləmişdir. Polisin iş saatlarını və iş rejimini hamı bilir. O, polis əməkdaşı kimi iş günləri işdə olmaq məcburiyyətindədir. Onun ikinci iş yeri yoxdur və əlavə bir işlə məşğul olmağı heç cür mümkün deyil. Ona dövlət tərəfindən verilmiş iş və əmək haqqı bu məbləğdədir. Lakin hakim qərar çıxararkən onun maddi və ailə vəziyyətini nəzərə almamışdır. Hamıya məlum olduğu kimi o stabil əmək haqqı alır və əmək haqqı dəyişməzdir və ikinci bir işlə məşğul ola bilmir. Məhkəmə normal və ədalətli qətnamə çıxarmalı, alimenti əmək haqqı və sosial vəziyyəti nəzərə almaqla ödəyə biləcəyi həddə təyin etməlidir. 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi göstərilmişdir. Ancaq heç bir qanunda və ya məcəllədə bu qanuna istinad edilib konkret 235 manat aliment ödənilməsi göstərilmir. Bundan əlavə həmin qanunda yaşayış minimumu uşaqlar üçün 235 manat göstərilsə də, həmin məbləğin bir valideyn tərəfindən ödənilməsi yəni, atanın tərəfindən tək ödənilməsi göstərilmir. Bundan əlavə onun əmək haqqı stabil və müntəzəm olmasına baxmayaraq Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi ilə ona əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulmalı olduğu halda hakim qanun tələbindən kənara çıxaraq heç bir əsas gətirmədən AM-nin 78-ci maddəsinə əsasən ona sabit pul məbləğində aliment təyin etmişdir. Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən əsaslar ondə mövcud deyil. Onun qazancının dəyişkən və qeyri müəyyən olmasını məhkəmə hardan müəyyən edib? O dövlət tərəfindən verilmiş işdə işləyir və bunun müqabilində əmək haqqı alır.
13. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(051)- 690/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin olunması, yəni onun əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulub iddiaçıya verilməsı barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini və cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsi xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
18. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya:
19. Qərarlar: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Hər iki tərəf Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(051)- 690/2024 nömrəli qətnaməsini mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, Ailə Məcəlləsinin normalarının mənasına əsasən uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan və hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manatdan daha artıq aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsinin hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manat aliment ödənilməsi barədə gəldiyi nəticə ağlabatan hesab olunmalıdır və qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Ailə Məcəlləsi 76-cı maddəsində uşaqların saxlanılması üçün tutulmalı olan vəsaitin məbləğini gəlirin hissəsi miqdarı ilə müəyyən etmiş, o cümlədən uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarının sabit pul məbləğində tutulmasını müəyyən etmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iki uşaq üçün 400 manat aliment məbləği müəyyən etmiş, iddiaçı isə cavabdehin 1000 manat əmək haqqı olduğunu bildirməklə bu məbləğlə razılaşmamışdır. İddiaçının cavabdehin əmək haqqı ilə bağlı heç bir sübut təqdim etməməsi ilə yanaşı, o da nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 76-cı maddəsində göstərilən gəlirin 1/3 hissəsi ilə hesablandıqda, 2 uşaq üçün alimentin məbləği 1000 manat gəlirə münasibətdə, 333 manat etdiyi halda, məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələb etməsini nəzərə alaraq, iki üşaq üçün 400 manat aliment təyin etmişdir. İddiaçı apellyasiya şikayətində formal mülahizələrdən çıxış edərək qət edilən məbləğin yetərli olmadığını iddia etmiş, 2 uşaq üçün 400 manatdan artıq aliment məbləğinin cavabdehin ödəmə imkanına malik olmasını əsaslandırmamış, bununla bağlı hər hansı sübut və dəlil təqdim etməmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, Ailə Məcəlləsi uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarının sabit pul məbləğində tutulmasını müəyyən etmişdir. Bunun üçün hallardan biri də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozmasıdır. Hazırki halda da məhkəmə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının iddiaçının marağını pozması əsası ilə sabit pul məbləğində aliment tələb etməsini nəzərə alaraq, aliment Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən müəyyən etmişdir. Cavabdeh həmin maddədə göstərilən halalrın mövcud olmaması barədə məhkəməyə əsaslı dəlillər təqdim etməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(051)-690/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(051)-690/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev