Məhkəmə qərarları › İş №2(107)-703/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-703/2023

30.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-703/2023 30.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Qəbələ rayon İcra Şöbəsinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)-2276/2016 nömrəli qətnaməsinin izah edilməsindən imtina edilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 saylı, 29 mart 2023-cü il tarixli qərardadından Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və Qəbələ rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Corlu kəndində yerləşən 0.28 ha torpaq sahəsinə dair Cavabdeh3 ASC-nin adına verilmiş “Çıxarışın” ləğv edilməsi, İddiaçı2, İddiaçı1 Rafiq oğlunun, İddiaçı3 və İddiaçı4 mülkiyyət hüququ bərpa olunmaqla DƏDRX-in 9 saylı Ərazi İdarəsi tərəfindən yeni “Çıxarışın” verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 24 noyabr 2016-cı tarixli, 2(025)-2276/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qəbələ rayon Corlu kəndində yerləşən 0.28 ha torpaq sahəsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 həmin qətnaməyə izah verilməsi barədə ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Bank Technique" ASC-nin Qəbələ Regional filialı ilə İddiaçı1 Rafiq oğlu arasında 02 sentyabr 2008-ci il tarixli, 39 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq Qəbələ rayonu, Corlu kəndində yerləşən İddiaçı1 Rafiq oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı2 mülkiyyətində olan 0.28 ha torpaq sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı1 Rafiq oğlu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bank, hüquqlarının müdafiəsi üçün Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli, 2(025)-341/2013 saylı qətnaməsi ilə İddiaçı1 Rafiq oğlundan borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən tutma yönəldilən ipoteka predmetinin satılması üçün hərrac keçirilmişdir. Hərracın nəticələrinə uyğun olaraq 05 iyun 2014-cü il tarixli, 162 №-li protokol və alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC torpaq sahəsini hərracdan almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Qanunvericiliyə uyğun olaraq Qəbələ rayonu, Corlu kəndindəki 0.28 ha torpaq sahəsi üzərində olan yükfülük ləğv edilərək həmin əmlak barəsində "xxxx" ASC-nin adına mülkiyyətə dair dövlət reyestrindən çıxarış verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 1541/2016 saylı qərarı ilə Cavabdeh3 ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılmış, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-qtisadi Məhkəməsinin xx.xx.2016-cı ii tarixli, 2-1(81)-1541/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanamsı Fondu tərəfindən torpaq sahəsinin hazırkı hüquqi vəziyyəti barədə məlumat əldə edilməsinə zərurət yarandığından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi idarəsinə xx.xx.2022-ci il tarixli sorğu ünvanlanmışdır. 9 saylı Qəbələ Ərazi İdarəsindən 15 dekabr 2022-ci il tarixli, **********99 saylı məktubla bildirilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)-2276/2016 saylı qətnaməsinə əsasən "xxxx" ASC-nin adına olan çıxarış ləğv edilmişdir. xx.xx.2016-cı il tarixli, 2(025)-2276/2016 saylı qətnaməsinin əldə edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə müraciət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)-2276/2016 saylı qətnaməsinə əsasən, Bankın adına çıxarışın verilməsinə əsas olmuş məhkəmə aktı ləğv olunduğundan, onun əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış da ləğv olunmuşdur. Tərəflərindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə 29 dekabr 2022-ci il tarixli, **********924 saylı sorğu ilə sözügedən torpaq sahəsinin “Bank Technique" ASC-nin xeyrinə yüklü olub-olmamasına dair məlumat verilməsi barədə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli, **********3 saylı məktubla qeyd edilən əmlak üzərində "xxxx" ASC-nin xeyrinə heç bir yüklüiük aşkar edilmədiyi bildirilmişdir. Halbuki, hazırda İddiaçı1 Rafiq oğlunun 02 sentyabr 2008-ci il tarixli, 39 saylı kredit müqaviləsi üzrə 21.342 manat borcu mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ oiduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Göründüyü kimi Bankın adna mülkiyyət çıxarışı ləğv edildiyindən, sonradan həmin mülkiyyət çıxarışının ləğv edilməsi halında qeyd olunan torpaq sahəsinin ləğv prosesində olan Cavabdeh3 ASC-nin xeyrinə yüklülüyünün bərpa olunması təmin edilməli idi. Həmçinin nəzərə alınmalıdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)- 2276/2016 saylı qətnaməsi ilə məhkəmə yalnız həmin torpaq sahəsinə Bankın adına verilmiş çıxarışın ləğv olunmasına dair qərar qəbul etmişdir. Belə ki, məhkəmə qətnamədə iddaçıların iddasma münasibət bildirərkən qeyd etmişdir: “Məhkəmə belə qənaətə gəlir ki, çıxarışın verilməsinə əsas olmuş məhkəmə aktı ləğv olunduğundan onun əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış da ləğv olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddianın "İddiaçı2, İddiaçı1 Rafiq oğlunun, İddiaçı3, X2 mülkiyyət hüququnun bərpa olunmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən yeni çıxarışın verilməsi” tələbi təmin edilə bilməz. Belə ki məhkəmə hesab edir ki, Qəbələ rayonu, Corlu kəndində 0.28 ha torpaq sahəsinə dair "xxxx" ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, öz-özlüyündə ondan doğan bütün hüquqi nəticələrin ləğvini əhatə edib tərəfləri ilkin vəziyyətə gətirdiyindən və bunun nəticəsində iddiaçıların mülkiyyət hüququ bərpa edildiyindən hər hansı müvafiq orqanın üzərinə hər hansı bir vəzifənin həvalə edilməsinə zərurət yoxdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 Rafiq oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı2 iddiası qismən təmin olunmaqla, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0.28 ha torpaq sahəsinə dair "xxxx" ASC-nin adna verilmiş RX seriyalı, ******* nömrəli çıxarış (reyestr nömrəsi:**********19; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi xx.xx.2014-cü il) ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir”. Tərəflərin ilkin vəziyyətə gətirilməsi yüklülüyün də bərpa edilməsi deməkdir. Hesab edirik ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(025)-2276/2016 saylı qətnaməsi ilə “Bank Technique" ASC-nin adına verilmiş (Seriya RX, № 0520759, Reyestr nömrəsi **********9, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2014) dövlət reyestrindən çıxarış ləğv olunan zaman bankın ipoteka saxlayan qismində hüquqları təmin edilərək yüklülük bərpa edilməli idi. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 230-cu maddəsini rəhbər tutaraq Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Qəbələ rayonu, Corlu kəndində yerləşən 0.28 ha torpaq sahəsinə dair ‘‘Bank Technique” ASC-nin adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi halında həmin əmlak üzərində ləğv prosesində olan Cavabdeh3 ASC-nin ipoteka saxlayan qismində hüquqları təmin edilərək xeyrinə yüklülüyün bərpa olunması məsələsinə izah verilməlidir. Ərizəyə baxmış Qəbələ Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qərardadı ilə qətnamənin izah olunmasından imtina edilmişdir. Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qərardaddan şikayət vermiş və qərardadın ləv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Qəbələ Rayon Məhkəməsi şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Məhkəməsi “qətnamənin izah olunmasından imtina” barədə mövqeyini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-2276/2016 nömrəli, 24 noyabr 2016- cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qəbələ rayon Corlu kəndində yerləşən 0.28 ha torpaq sahəsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adma verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsiqət edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə, qətnamənin “qət etdi” hissəsində tələbdən kənara çıxmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, MPM-in 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərədə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Halbuki, məhkəmə işə baxarkən artıq bilirdi ki, "xxxx" MMC tərəfindən tutma yönəldilən ipoteka predmetinin satılması üçün hərrac keçirilmiş, hərracın nəticələrinə uyğun olaraq 05 iyun 2014-cü il tarixli, 162 №-li protokol və alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC torpaq sahəsini hərracdan aldıqda qanunvericiliyə uyğun olaraq Qəbələ rayonu, Corlu kəndindəki 0.28 ha torpaq sahəsi üzərində olan yüklülük ləğv edilərək həmin əmlak barəsində "xxxx" ASC-nin adına mülkiyyətə dair dövlət reyestrindən çıxarış verilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Bu halda Qəbələ rayonu, Corlu kəndində yerləşən 0.28 ha torpaq sahəsi üzərində ləğv prosesində olan Cavabdeh3 ASC-nin ipoteka saxlayan qismində hüquqları təmin edilərək xeyrinə yüklülüyün bərpa olunması üçün yenidən ayrıca iddia qaldırmağa və bunu yenidən məhkəmə çəkişməsi predmetinə çevirməyə ehtiyac yoxdur, belə mövqe prosessual qənaət prinsipi ilə yanaşı məhkəmə qərarının preyudisiallığı prinsipinə də ziddir. Belə ki, Bankın borcalana qarşı iddası sadəcə iddia müddəti tətbiq edilərək rədd edilmişdir, kredit və ya ipoteka müqaviləsinə xitam edilməmişdir. Hazırda İddiaçı1 Rafiq oğlunun 02 sentyabr 2008-ci il tarixli, 39 saylı kredit müqaviləsi üzrə 21.342 manat borcu mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Qeyd edilənlərə əsasən hazırda həmin əmlak üzərində ləğv prosesində olan Cavabdeh3 ASC-nin ipoteka saxlayan qismində hüquqları təmin edilərək xeyrinə yüklülüyün bərpa olunması məsələsinə izah verilməsi təmin edilməlidir. Həmçinin məhkəmə iclasları haqqında məlumatlı olmadıqlarından qətnamə qəbul edilənədək məhkəmənin diqqətinə bu halları çatdıra bilməmişdilər. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinin tələblərinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsini Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 14-cü bəndində qeyd olunur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsində əks olunmuş fikir dəqiq və aydın ifadə olunmadıqda, habelə onda ziddiyətli məqamların mövcud olması səbəbindən icra olunmasında çətinliklər yarandıqda məhkəmə, qətnamənin məzmunun dəyişdirmədən ona izah verə bilər. İzah verilməsi xahiş edilən qətnamədən görünür ki, qətnamədə aydın olmayan, anlaşılmayan ifadələrdən istifadə edilməmişdir. Qətnamə aydın və anlaşılandır. Qətnamənin izah edilməsi üçün əsas yoxdur. Məhkəmə həm də onu qeyd edir ki, Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnaməyə izah verilməsi barədə ərizəsində və şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə şikayətin bu dəlili ilə bağlı bildirir ki, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hallarını tərəf iş üzrə qəbul edilmiş qətnamədən verdiyi apellyasiya şikayətində mübahisələndirə bilər. Belə olan halda hesab edilməlidir ki, Qəbələ Rayon Məhkəməsi “qətnamənin izah olunmasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar