Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-704/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X10 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(033)-649/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X2 Cavabdeh ilə birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və 50 manat ilkin mediasiya sessiyası üçün çəkilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(033)-649/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh (X1) qarşı “alimentin təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi, iddiaçıya aidiyyəti üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(033)-649/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X9 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(033)- 649/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, 12 dekabr 2016-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 sentyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı oğlu X2 vəfat etməsinə və özünü uşaq üzərində qəyyum təyin edilməsinə istinadən yenidən məhkəməyə müraciət edərək mərhum oğlu X2 Cavabdeh (X5) ilə birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Bununla belə, məhkəmədə mülki məsələlərdə icraat başlamaq hüququ mütləq hüquq deyil və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən bir qismi MPM-nin 261-ci maddəsində nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından görünür ki, artıq tələb olunan alimentin borcludan tutulmasına dair məhkəmə aktı qəbul olunmuşdur və qanuni qüvvədədir. Lakin, icra icraatında tərəf olan tələbkar vəfat etdiyindən faktiki olaraq icra icraatında sıradan çıxmış hesab olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edərək sıradan çıxmış tərəflərin əvəz edilməsini təmin etməlidir. İcra məmurunun bu vəzifəsi “İcra haqqında” Qanunun 31-ci maddəsindən irəli gəlir. Odur ki, artıq məhkəmə aktı ilə həll edilmiş məsələ üzrə yenidən borcluya qarşı məhkəmə icraatı aparmaq, iddianı mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmək yolverilməzdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 261.0.2-ci maddələrinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd etməyi vacib hesab etmişdir ki, bu hal İddiaçı Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hüquq münasibətində iddiaçının hüquq varisi qismində tanınmasına dair aidiyyəti İcra Şöbəsinə müraciət etməsini istisna etmir. Həmçinin bu hal İddiaçı Zaqatala Rayon Məhkəməsinin e2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulması qət edilmiş aliment məbləğinin indeksasiyası məqsədi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməsini də istisna etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(033)-649/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(033)-649/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(033)-649/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-704/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-704/2025
08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver