Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-722/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-214/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 36000 manat sığorta ödənişi, 7200 manat sığortanı gecikdirdiyinə görə dəbbə pulu, 5000 manat mənəvi zərər, 8000 manat əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 56230 (əlli altı min iki yüz otuz) manat pulun alınıb, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-214/2020 saylı qərardadı ilə (hakim Zamin Tahirov) İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mağaza binasına dəymiş maddi zərərə görə sığorta ödənişi, dəbbə pulu, mənəvi zərər tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İddiaçı İbadov X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-214/2020 saylı qərardadından şikayət vermişdir. Şikayətin əsası kimi iddiaçı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11 və 39.1-ci maddələrində göstərilən hallara istinad etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-214/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)- 214/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ünvanı ünvan 1 olaraq göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehin ünvanı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.11 və 39.1-ci maddəsinin tələbləri hazırkı işə tətbiq edilə və hazırkı iddiayaBalakən Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsində icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiaların müqavilənin icra yerinə görə də verilə bilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsində göstərilən qaydada alternativ aidiyyətə yalnız o halda yol verilir ki, müqavilədə onun icra yeri göstərilmiş olsun. Belə halda iddiaçı öz seçməsinə əsasən iddianı cavabdehin olduğu yerin və müqavilənin icra yerinin məhkəməsinə verə bilər. Lakin birmənalı qaydada qeyd etmək lazımdır ki, Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsində müqavilənin icra yeri dedikdə, onun faktiki icra yeri yox, yalnız müqavilədə göstərilən yer başa düşülməlidir. Lakin şikayət verən İddiaçı Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti ilə belə müqavilənin olmasını, həmin müqavilənin icra yerinin Balakən rayonu olmasını və bununla da hazırkı iddiaya Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinin tələblərinin tətbiq edilməli olmasını təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində isə göstərlir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırkı iddiadan görünür ki, bu iddia tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia deyildir. Hazırkı iddia sığorta ödənişi, dəbbə pulu, mənəvi zərər və əldə çıxmış faydaya görə pul tələbi ilə bağlıdır. Ona görə də Mülki Prosessual Məcəllənin 39.1ci maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət tələbləri hazırkı iddiaya şamil oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin bu işlə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-214/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-214/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(107)-722/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-722/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver