Məhkəmə qərarları › İş №2(107)-728/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-728/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-728/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) X3 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Göyçay Rayon Məhkəməsinin 2(046)- 198/2025 saylı xx.xx.2025-ci tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi barədə Göyçay Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(046)-198/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-198/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı nümayəndəsi vəkili Nümayəndə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-198/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il il tarixli qərardadına əsasən Göyçay Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(046)-198/2025 nömrəli qətnaməsindən İddiaçı vəkili Nümayəndə tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, İddiaçı tərəfindən vəkil Nümayəndə verilmiş etibarnamənin müddəti xx.xx.2024- cü il tarixdə bitmişdir. Bundan başqa, iş materialından görünür ki, şikayət yalnız İddiaçı vəkili Nümayəndə tərəfindən elektron qaydada imzalanmış, İddiaçı isə şikayəti imzalamamışdır. Hazırda İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(046)-198/2025 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Göyçay Rayon Məhkəməsinin 2(046)-198/2025 saylı xx.xx.2025-ci tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə həmin qərardadla razılaşmayaraq məhkəməyə yenidən şikayət təqdim etmişdir. Göyçay Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(046)-198/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X2 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(046)- 198/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ərizəsində göstərdiyi xüsusat həmin qətnamədən şikayətvermə müddətinin bərpası üçün əsas ola bilməz və apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüş hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(046)-198/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(046)-198/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(046)-198/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar