Məhkəmə qərarları › İş №2(107)-732/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-732/2023

20.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-732/2023 20.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X6 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-188/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" və 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməyi səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsi, o cümlədən, cavabdehdən ona vurduğu mənəvi zərərin əvəzi olan 10000 (on min) manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 03 fevral 2022-ci il tarixli ərizə yazaraq bildirmişdir ki, guya ki o vergi xidmətinin əməkdaşlarına 1000 manat rüşvət verməklə qanunsuz gəlir əldə etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununla yanaşı, cavabdeh 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında bildirmişdir ki, guya cavabdeh ondan xəyanətə görə boşanmışdır. Qeyd edir ki, o da yalandır. İş üzrə Cavabdeh yalan olduğunu bilə-bilə ona şər atmaq və onu haqqı olan əməllərindən əl çəkməyi məqsədi ilə hazırki şikayət ərizələrini yazmışdır. Cavabdeh həmin hərəkəti ilə faktiki olaraq onu ağır cinayətdə ittiham edir və əxlaqsızlıqda günahlandırır. İddia ərizəsinə əlavə etdiyi elektron qaydada yazılmış həmin şikayət ərizəsi bir daha onu təsdiq edir ki, iş üzrə Cavabdeh əsl niyyəti ona şər və böhtan atmaq, bununla da onu haqlı iddiasından geri çəkindirməkdir. İş üzrə Cavabdeh şər və böhtanları nəticəsində arzu olunmaz vəziyyətə düşmüş, xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi ilə nəzərdə tutulmuş və dövlət tərəfindən qorunan şərəf və layaqət hüququ pozulmuş və bunun nəticəsi olaraq isə ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi, iş üzrə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "1000 manat rüşvət verməyi ilə bağlı" ifadələrin həqiqətə uyğun olmayan hesab edilməsi və təkzib edilməsi, o cümlədən, cavabdehdən ona vurduğu mənəvi zərərin əvəzi olan 10.000 (on min) manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsidir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-188/2023 saylı qətnaməsi (hakim T.Həsənov) ilə İddiaçı Cavabdeh qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini və mənəvi zərər tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək 13 saylı Ərazi Vegilər İdarəsinin əməkdaşlarının hərəkətlərindən şikayət etmiş və şikayətində iddiaçı X8 ilə boşanma prosesində olduğunu bildirmiş və X5 ona dediklərini “O mənə məhkəmə çıxışında dedi ki, vergiyə şikayət etdin nə oldu? Gəldilər 1000 manat verdim məsələni həll etdim.” sözləri ilə ifadə etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" və 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməyim səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsi, o cümlədən, cavabdehdən ona vurduğu mənəvi zərərin əvəzi olan 10000 (on min) manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək 13 saylı Ərazi Vegilər İdarəsinin əməkdaşlarının hərəkətlərindən şikayət etmiş və şikayətində iddiaçı X8 ilə boşanma prosesində olduğunu bildirmiş və X5 ona dediklərini “O mənə məhkəmə çıxışında dedi ki, vergiyə şikayət etdin nə oldu? Gəldilər 1000 manat verdim məsələni həll etdim.” sözləri ilə ifadə etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" və 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməyim səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsi, o cümlədən, cavabdehdən ona vurduğu mənəvi zərərin əvəzi olan 10000 (on min) manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə iddia tələbinin cavabdehin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi və təkzib edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, həmin şikayətin məzmunundan görünür ki, şikayətçi yalnız özü ilə bağlı baş verdiyini iddia etdiyi hallar barədə məlumatları diqqətə çatdırır. Yazılanların məzmununa görə, cavabdeh vergi xidməti əməkdaşlarının hərəkətlərindən şikayət edir və onların rüşvətxor olduğunu iddia edir. Cavabdeh bu iddianı irəli sürərkən isə iddiaçının ona dediyi ifadələrdən istifadə etmişdir. Cavabdeh həmin şikayətində məmurların düzgün olmayan, qanunsuz mövqeyini əks etdirməklə bununla bağlı şikayət etmişdir. Şikayətdə istifadə olunan sözlər əsasən məlumatlandırıcı xarakter daşıyır. Yazılanlar cavabdehin fikirlərini ortaya çıxarır. Şikayətdə xüsusi olaraq iddiaçının və vergi xidməti əməkdaşlarının şəxsiyyəti barədə birbaşa olaraq qiymətləndirici sözlərdən və söz birləşmələrindən istifadə edilməmişdir. Şikayət ərizəsində əks olunanların məntiqi məqsədində təhqir etmək, alçaltmaq deyil, əsasən ünvanlandığı tərəfdən yardım istəmək kimi niyyət aşkardır. Məhkəmə iddia tələbinin 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməsi səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsi hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı iddia tələbinin bu hissəsində qeyd edilən ifadələrin Cavabdeh tərəfindən istifadə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və sübut edə bilməmişdir. Belə sübutların mövcud olması məhkəmə tərəfindən də müəyyən edilə bilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında da qeyd etmişdir ki, iddianın bu hissəsini onun özü sübut etməlidir, lakin bununla bağlı sübutları yoxdur. Məhkəmə eyni zamanda, iddianın “mənəvi zərər”-ə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin tutulması tələbi digər, yəni Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" və 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməsi səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsindən sonra yaranan törəmə tələbdir. İddiada qeyd edilən ifadələrinin həqiqətə uyğun olmayan hesab edilmədiyi və cavabdeh tərəfindən təkzib edilmədiyi halda və iddia tələbinin hər iki hissəsi əlaqəli olduğundan iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərər tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46, 47, 57, 60, 68 və 71-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 23.2, 23.4, 1096.1, 1096.2, 1097.1 və 1115ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 03 fevral 2022-ci il tarixli ərizə yazaraq bildirmişdir ki, guyaki o, vergi xidmətinin əməkdaşlarına 1000 manat rüşvət verməklə qanunsuz gəlir əldə etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununla yanaşı, cavabdeh 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında bildirmişdir ki, guya cavabdeh ondan xəyanətə görə boşanmışdır. Qeyd edir ki, o da yalandır. İş üzrə Cavabdeh yalan olduğunu bilə-bilə ona şər atmaq və onun haqqı olan əməllərindən əlçəkməyi məqsədi ilə hazırki şikayət ərizələrini yazmışdır. Cavabdeh həmin hərəkəti ilə faktiki olaraq onu ağır cinayətdə ittiham edir və əxlaqsızlıqda günahlandırır. İddia ərizəsinə əlavə etdiyi elektron qaydada yazılmış həmin şikayət ərizəsi bir daha onu təsdiq edir ki, iş üzrə Cavabdeh əsl niyyəti ona şər və böhtan atmaq, bununla da onu haqqlı iddiadan geri çəkindirməkdir. İş üzrə Cavabdeh şər və böhtanları nəticəsində, arzu olunmaz vəziyyətə düşmüş, xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi ilə nəzərədə tutulmuş və dövlət tərəfindən qorunan şərəf və layaqət hüququ pozulmuş və bunun nəticəsi olaraq isə ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi də, iş üzrə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə “1000 manat rüşvət verməyimlə bağlı” ifadələrin həqiqətə uyğun olmayan hesab edilməsi və təkzib edilməsi, o cümlədən, cavabdehdən ona vurduğu mənəvi zərərin əvəzi olan 10.000 (on min) manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. İşdən də göründüyü kimi, X3 etiraf etmişdir ki, həqiqətən də qeyd olunan yazının müəllifi özüdür və iddia edir ki, guya ki, o, ona demişdir ki, vergi işçiləri rüşvət vermişdir. Hətta ifadəsində qeyd edir ki, bu birinci hal da deyil. Halbuki, bütün bunlar yalandır və X3 məhkəməyə heç bir sübut təqdim etməyib ki, həqiqətən də o, ona vergi işçilərinə rüşvət verməyi barədə nə isə demişdir. Zaqatala Rayon Məhkəməsi isə X1 əsas götürərək iddianın əsassız olması qənaətinə gəlmişdir. Belə çıxır ki, o da ürəyi kimi istəsə başqa şəxsin adı ilə rüşvət cinayətində ittiham edə bilər. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023cü il tarixli, 2(033)-188/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılamsını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-188/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-188/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. 57-ci maddəsinə əsasən hər bir vətəndaşın şikayət etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir; Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onun yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Şəxsin şərəfi, layaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyalara səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı: Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və X7 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarı: 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı: 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, iddiaçı Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-188/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-188/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-188/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edildi ki, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək 13 saylı Ərazi Vegilər İdarəsinin əməkdaşlarının hərəkətlərindən şikayət etmiş və şikayətində iddiaçı X8 ilə boşanma prosesində olduğunu bildirmiş və X5 ona dediklərini “O mənə məhkəmə çıxışında dedi ki, vergiyə şikayət etdin nə oldu? Gəldilər 1000 manat verdim məsələni həll etdim.” sözləri ilə ifadə etmişdir. İddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, iddiaçının dəlilləri formal mülahizələrə əsaslanır, heç bir hüquqi əsası yoxdur. Belə ki, apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi də, iş üzrə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə “1000 manat rüşvət verməyimlə bağlı” ifadələrin həqiqətə uyğun olmayan hesab edilməsi və təkzib edilməsi, o cümlədən, cavabdehdən ona vurduğu mənəvi zərərin əvəzi olan 10.000 (on min) manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. İşdən də göründüyü kimi, X3 etiraf etmişdir ki, həqiqətən də qeyd olunan yazının müəllifi özüdür və iddia edir ki, guya ki o, ona demişdir ki vergi işçiləri rüşvət vermişdir. Hətta ifadəsində qeyd edir ki, bu birinci hal da deyil. Halbuki, bütün bunlar yalandır və X3 məhkəməyə heç bir sübut təqdim etməyib ki, həqiqətən də o, ona vergi işçilərinə rüşvət verməyi barədə nə isə demişdir. Zaqatala Rayon Məhkəməsi isə X1 əsas götürərək iddianın əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyatorların bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 03 fevral 2022-ci il tarixli şikayətdə "vergi xidməti əməkdaşlarına 1000 manat rüşvət verməyi ilə bağlı" məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi və təkzib edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, həmin şikayətin məzmunundan görünür ki, şikayətçi yalnız özü ilə bağlı baş verdiyini iddia etdiyi hallar barədə məlumatları diqqətə çatdırır. Yazılanların məzmununa görə, cavabdeh vergi xidməti əməkdaşlarının hərəkətlərindən şikayət edir və onların rüşvətxor olduğunu iddia edir. Cavabdeh bu iddianı irəli sürərkən isə iddiaçının ona dediyi ifadələrdən istifadə etmişdir. Cavabdeh həmin şikayətində məmurların düzgün olmayan, qanunsuz mövqeyini əks etdirməklə, bununla bağlı şikayət etmişdir. Şikayətdə istifadə olunan sözlər əsasən məlumatlandırıcı xarakter daşıyır. Yazılanlar cavabdehin fikirlərini ortaya çıxarır. Şikayətdə xüsusi olaraq iddiaçının və vergi xidməti əməkdaşlarının şəxsiyyəti barədə birbaşa olaraq qiymətləndirici sözlərdən və söz birləşmələrindən istifadə edilməmişdir. Şikayət ərizəsində əks olunanların məntiqi məqsədində təhqir etmək, alçaltmaq deyil, əsasən ünvanlandığı tərəfdən yardım istəmək kimi niyyət aşkardır. Cavabdehin iddiaçı barəsində onun şərəf-ləyaqətinə zərər vuracaq hansı söz və ifadələrin istifadə olunması görünmür. Göründüyü kimi, hazırki iş üzrə yuxarıda göstərilmiş şərtlərdən hüquqazidd əməlin mövcudluğu şərtinin ödənilməsi sübut olunmur. Həmin şərtin mövcudluğunun aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı tərəf həmin müraciət əsasında hər hansı mənəvi zərər dəyməsi barədə isə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə təmin edilmiş hissədə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf mənəvi ziyan çəkməsini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Bundan başqa kollegiya 24 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılan apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasında "cavabdehin iddiaçıdan iddiaçının ona xəyanət etməsi səbəbindən boşanmışdır" ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməsi və cavabdeh tərəfindən təkzib edilməsi hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı iddia tələbinin bu hissəsində qeyd edilən ifadələrin Cavabdeh tərəfindən istifadə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və sübut edə bilməmişdir. Belə sübutların mövcud olması məhkəmə tərəfindən də müəyyən edilə bilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında da qeyd etmişdir ki, iddianın bu hissəsini onun özü sübut etməlidir, lakin bununla bağlı sübutları yoxdur. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillər ilə razılaşmır və hesab edir ki əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-188/20232 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(033)-188/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar