Məhkəmə qərarları › İş №2(107)-733/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-733/2025

24.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-733/2025 24.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(051)-368/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-2048/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay əmək haqqının ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məlumat və arayışa əsasən Cavabdeh İddiaçı xeyrinə əmək haqqısından ¼ hissədə tutulan aliment vaxtında tutulmuş və ödənmişdir. Cavabdehin heç bir aliment borcu yoxdur. Alimentin ¼ hissədə tutularaq iddiaçıya verilməsi qaydasında hesablamalar cədvəllərə əsasən düzgün aparılmışdır. Göstərilən arayışda aliment kimi tutulan əməkhqqının ¼ hissəsi əsasən 226 manat təşkil edir. Digər aylarda bu məbləğ çox və ya az olmuşdur. Cavabdeh müxtəlif vaxtlarda iddiaçının hesabına 306 manat pul ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2023-cü ilin sentyabr və oktyabr ayı, 2024-cü ilin yanvar, iyul, avqust ayları üçün hər aya 250 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi, xx.xx.2022-ci il tarixdən hazırki müddətə qədər ona hesablanmamış 1200 manat pulun alınıb ona verilməsi və ödənilmiş mediasiya xərcinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehla xx.xx.2021-ci ildə nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşaqları doğulmuşdur. Aralarındakı münasibət pozulmuş və xx.xx.2022-ci ildə ayrılmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2048/2022 saylı qətnaməsi ilə xx.xx.2022ci il tarixdən başlayaraq birgə nikahdan olan övladları xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının ¼ hissəsinin tutulub ona verilməsi qət edilmişdir. Buna baxmayaraq cavabdeh hər ay aylıq qazancını gizləmiş, bəhanələri isə bundan ibarət olmuşdur ki, qətnamədə aylıq qazanc deyil, əmək haqqı qeyd olunmuşdur. Bununla bağlı dəfələrlə sorğu verilsə də işəgötürən Cavabdeh gəlirləri barədə məlumat verməmişdir. Bundan istifadə edən Cavabdeh 2023-cü ilin sentyabr, oktyabr aylarında 2024-cü ilin yanvar, iyul, avqust aylarında dediyinə görə öz hesabına məzuniyyət götürmüş, nəticədə həmin müddətdə aliment ona 31 manat və 56 manat şəklində ödənilmişdir. Bu səbəbdən 2023-cü ilin sentyabr və oktyabr ayı, 2024-cü ilin yanvar, iyul, avqust ayları üçün hər ay üçün 250 manat alimentin tutularaq ona ödənilməsini istəyir. Cavabdehdən ona ödənilməli olan aylıq hər cürə qazancının ¼ hissəsi düzgün hesablanmadığından xx.xx.2022-ci il tarixdən hazırki müddətə qədər ona hesablanılmamış 1200 manat pulun cavabdehdən alınıb ona ödənilməsini istəyir.

4. Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(051)-368/2025 nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) İddiaçı Cavabdeh qarşı “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 106.4-cü maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-2048/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin və mediasiya üçün çəkilmiş 60 manat xərcin cavabdehdən tutulub İddiaçı verilməsi qət edilmişdir. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞM/MT031/2024-00554 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumatdan görünür ki, 2023-cü il sentyabr ayı üçün Cavabdeh ödənilməli əmək haqqı 125.52 manat, əmək haqqından İddiaçı ödənilməli ¼ hissə isə 31.38 manat təşkil edir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məlumatdan görünür ki, 2023-cü il oktyabr və noyabr ayları üçün Cavabdeh ödənilməli əmək haqqı ardıcıllıqla 746.86 manat və 906.61 manat, əmək haqqından İddiaçı ödənilməli ¼ hissə isə 186.71 manat və 226.65 manat təşkil edir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumatdan görünür ki, 2022-ci ilin dekabr ayından başlayaraq 2024-cü ilin oktyabr ayınadək oktyabr ayı da daxil olmaqla, Cavabdeh həmin dövrlərdə ona ödənilməli olan əmək haqqısı və icra ödənişi üçün tutulmalı olan ¼ hissəsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2048/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh əmək haqqından aliment tam şəkildə tutularaq İddiaçı hesabına ödənilmiş və həmin tarixə aliment borcu yoxdur. Cavabdeh tərəfindən verilmiş vəsatətdən görünür ki, iddia ərizəsinə əlavə olunan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə verilən MŞM/MT031/2024-00554 nömrəli xx.xx.2024-cü il tarixli arayış aliment məbləğinin artırılması barədə 2(051)-179/2025 nömrəli iş ilə bağlı olmuşdur. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, həmin İdarənin ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Cavabdeh əmək haqqısının ştat cədvəlinə uyğun olaraq məbləği 1119.25 manat, ödənilən məbləğ isə 906.61 manatdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-792/2024 saylı qərarında görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı məxsus 4169-7388-9074-3747 nömrəli kart hesabına müxtəlif vaxtlarda aliment ödənişlərindən əlavə ayrı-ayrı məbləğlərdə pul vəsaitləri köçürülmüşdür.

7. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh hər ay aylıq qazancını gizlətmiş, istifadə edən Cavabdeh 2023-cü ilin sentyabr, oktyabr aylarında 2024-cü ilin yanvar, iyul, avqust aylarında dediyinə görə öz hesabına məzuniyyət götürmüş, nəticədə həmin müddətdə aliment ona 31 manat və 56 manat şəklində ödənilmişdir. Bu səbəbdən 2023-cü ilin sentyabr və oktyabr ayı, 2024-cü ilin yanvar, iyul, avqust ayları üçün hər ay üçün 250 manat alimentin tutularaq ona ödənilməsini istəyir. Cavabdehdən ona ödənilməli olan aylıq hər cürə qazancının ¼ hissəsi düzgün hesablanmadığından xx.xx.2022-ci il tarixdən hazırki müddətə qədər mənə hesablanılmamış 1200 manat pulun cavabdehdən alınıb ona ödənilməsini istəyir. Bu il üzrə Azərbaycan Respublikasında orta əmək haqqı 10,8% tam hissəsi orta hesablama 947 manat təşkil etmişdir.Lakin cavabdehin işləmədiyi dövr ərzində 2023-cü il sentyabr ayı 31.38 manat, oktyabr 186.71 manat, 2024-cü il yanvar 180.41 manat, iyul ayı 2024-cü il 178.90 manat, avqust 56.92 manat ödəniş etmişdir.Eləcədə Mingəçevir şəhər İcra və probasiya şöbəsində cavabdehin alimnet borcunun olmaması şübhə yaradır.Belə ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən saxtakarlıq edərək cavabdehə hesablanmış bəzi gəlirlər gizlədilmişdir və mən məhkəməyə mürcaiət edən dövrdə tez bir zaman vurulmuşdur ki, saxtakarlıqları ortaya çıxmasın. Belə ki, cavabdehə 2024-cü il dekabr ayında 1614.00 manat hesablanmışdır. Halbu ki. cavabdehin əmək haqqısı vergi və digər sosial müavinətləri çıxmaqla 906,61 manatdır. Hakim uşaqla görüşlə olan zaman uşağa dərman və yemək üçün xərclədiyi pulu aliment borcundan çıxmışdır. Beləliklə də, cavabdehin və onun işlədiyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi AR İXMvə AR CM müvafiq mddələrini pozaraq cavabdehin əlavə gəlirini gizlədib. Odur ki, yuxarıda qeyd olunanları rəhbr tutaraq 500 manat aliment pulunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(051)-368/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 7-1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26- cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

15. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(051)- 368/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıya əmək haqqının müəyyən hissəsində aliment ödəyir. Cavabdeh işləmədiyi dövrdə yaranmış aliment borcunu iddiaçının hesabına ödəmişdir. Beləliklə Cavabdehin iddiaçıya aliment borcu qalmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan olan övladları xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün əmək haqqısından ¼ hissədə İddiaçı xeyrinə tutulmalı olan aliment lazımi qaydada və müddətdə tutularaq iddiaçıya ödənilmişdir. Alimentin hesablanması düzgün aparılmışdır. Buna görə də İddiaçı Cavabdeh qarşı “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

18. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

19. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(051)- 368/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(051)-368/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar