Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-74/2025 12.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının Cavabdeh qarşı «evin təmirinə çəkilmiş xərclərin ödənilməsi və maddi ziyan» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evin təmirinə çəkilmiş xərclərin ödənilməsi, maddi ziyan) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçının Cavabdeh qarşı «evin təmirinə çəkilmiş xərclərin ödənilməsi və maddi ziyan» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(051)-156/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən evin təmiri üçün xərclədiyi 100000 (yüz min) manat pulun, 18000 (on səkkiz min) manat verdiyi pulun və 408 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun və ailə üzvlərinin mənzildən çıxarılmağı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Cavabdeh öz verdiyi iddia ərizəsində göstərmişdir ki, “X6 ogluna məxsus ünvan 2 ünvanda yerləşən mənzil ilə ünvan 3 evini dəyişmişlər. Hal-hazırda o, ailəsilə cavabdehə məxsus ünvan 2 ünvanında köçüb yaşayır, cavabdeh isə ailəsi ilə ona məxsus ünvan 4 ünvaninda yaşayir”. Cavabdeh tərəfindən göstərilmiş bu sözlərdən də göründüyü kimi onların arasında dəyişmə müqaviləsi 2017-ci ilin ilk aylarında olmuş və onlar evləri dəyişmişlər. Sözügedən evləri dəyişdikləri zaman Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanı təmirsiz və sənədsiz olmuş, ona məxsus ünvan 5 ünvanında yerləşən mənzil isə tam təmirli olmuşdur. Sözügedən mənzilə onlar evləri dəyişdikdən indiyə kimi cəmi 100.000 (bir yüz min) manatdan çox xərc çəkmişdir. Bunu təsdiq edən sənədləri, evin əvvəlki (təmirsiz) şəkilləri, hazırki (təmirli) şəkillərini təqdim etmişdir. Onun sözügedən evi təmir etməyini cavabdeh hər zaman bilmiş və buna etiraz etməmişdir. Çünki onlar cavabdehin də bildirdiyi kimi evləri dəyişmişlər və ev faktiki olaraq iddiaçıya məxsus olduğu üçün təmir işlərini etdirməyində mübahsə olmamışdır. Cavabdehlə münasibətləri yaxşı olmuş və bir-birilərinin evinə gedib gəlmişlər. Lakin hazırda cavabdeh onu və ilə üzvlərini evdən çıxarır. Təmir tam başa çatdıqdan sonra cavabdeh onu və ailəsini həmin mənzildən çıxarmaqla bağlı məhkəməyə müraciət etmiş və hazırda da onu həmin evdən çıxarmaq niyyətindədir. Bundan əlavə, Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə 18.000 manat pul vermişdir. Bu pulları verməkdə məqsədi evlərin arasında olan fərqi bağlamaq olmuşdur. Belə ki, o, tam təmirli evi verdikdən sonra əlavə olaraq 18.000 manat pul verməklə evləri dəyişmişlər.
3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, verilmiş iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilməməli idi. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsində göstərilir ki, iddia ərizəsində iddiaçı və ya ərizəçinin tələbi, onların öz tələblərinə əsaslandırılması halları göstərilməlidir. Belə ki, iddia ərizəsində iddiaçının tələbinə görə hansı xərclər çəkilibsə, yəni nə düzəldilibsə, onun tərəfindən onların bir-bir adları, çəkdiyi xərclər və digər halları təsdiq edən halları iddia ərizəsində göstərməli idi. Bu halları sübut edən və iddia ərizəsində tələb olunan heç nə göstərilməmişdir. Yəni məhkəmənin belə bir iddianı qəbul etməyə əsası yox idi. Məhkəmə heç bir hüquqi əsaslar olmadan iddia ərizəsini icraata qəbul etmiş, qarşı tərəfə vermədən işi icraata götürüb, ekspertiza təyin etmişdir və ekspertizanın təyin edilməsi ilə əlaqədar olaraq lazım olan məlumatlar qarşı tərəfə bildirilməmişdir. İddia ərizəsinin məzmunu düzgün tərtib olunmaması ekspertlərə səhv rəy vermək üçün əsas yaratmışdır. Bundan əlavə iddiaçı onları aldadaraq ev bankda yüklü olduğu halda evi ona satdığını bildirmiş və qərəzli olaraq sənədləşməni gecikdirmişdir. Bütün göstərilən hallar iddiaçının qanunsuz əməllərindən xəbər verir və vicdanlı sahibdən bu halda söz gedə bilməz.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq iddianın təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi-vəkili Nümayəndə1 İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, verilmiş iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilməməli idi. AR MPMnin 149-cu maddəsinə əsasən, iddia ərizəsinin forma və məzmunu var. Daha doğrusu 149.2.3-cü maddəsində göstərilir ki, iddiaçı və ya ərizəçinin tələbi onların öz tələblərinə əsaslandırılması halları göstərilməlidir. Belə ki, iddia ərizəsində iddiaçının tələbinə görə hansı xərclər çəkilibsə, yəni nə düzəldilibsə, onun tərəfindən onların bir bir adları, çəkdiyi xərclər və digər halları təsdiq edən halları iddia ərizəsində göstərməli idi. Bu halları sübut edən və iddia ərizəsində tələb olunan heç nə göstərilməmişdir. Yəni, məhkəmənin belə bir iddianı qəbul etməyə əsası yox idi. Eyni zamanda bu iddia ərizəsinin surətinin qəbul olunması ilə əlaqədar mənzildən çıxarma işində hansı ki, hakim, Elza xanım baxmışdı, orda verilmiş qarşılıqlı iddia ərizəsində imtinanın qəbul edilməməsi üçün əsaslardan biri də göstərilən hal olmuşdur. Yəni qarşılıqlı iddia ərizəsində hansı işləri, xərcləri göstərilmədiyinə görə imtina edilmişdir və bu qərardan narazı olan tərəf İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, apellyasiya məhkəməsində baxdırmış, apellyasiya məhkəməsi də Mingəçevir şəhər məhkəməsinin qərarını, yəni iddianın qəbul edilməməsini təsdiq etmişdir. Məhkəmə heç bir hüquqi əsaslar olmadan iddia ərizəsini qəbul etmiş, qarşı tərəfə vermədən işi icraata götürüb, ekspertiza təyin etmişdir və ekspertizanın təyin edilməsi ilə əlaqədar olaraq lazım olan məlumatlar qarşı tərəfə bildirilməmişdir. Beləliklə, məhkəmə belə olduğu halda MPM-nin 151-ci maddəsinə əsasən, iddia ərizəsinin mümkünsüzlüyünə görə geri qaytarmalı idi. İddia ərizəsinin olmaması, iddia tələbinin düzgün göstərilməməsi ekspertiza qarşısında qoyulmaması problem yaratmışdır. Belə ki, tərəf iddia ərizəsində göstərməlidir ki, bunları o tikdirmiş və bu qədər xərc çəkmişdir. İddia ərizəsində bunların heç biri göstərilməmişdir. Ekspert onun əsasında məqsədli rəy vermişdir. İddia ərizəsinin məzmunu düzgün tərtib olunmaması ekspertlərə səhv rəy vermək üçün əsas yaratmışdır. Bundan əlavə iddiaçı onları aldadaraq ev bankda yüklü olduğu halda evi ona satdığını bildirmiş və qərəzli olaraq sənədləşməni gecikdirmişdir. Bütün göstərilən hallar iddiaçının qanunsuz əməllərindən xəbər verir və vicdanlı sahibdən bu halda söz gedə bilməz. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil1 Cavabdeh izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.
8. Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)- 156/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 59.257 manat məbləğində təmir xərci, 240 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında şifahi formada evlərin dəyişməsi ilə bağlı razılıq olmuş. Onlar arasında bu cür razılaşma olarkən İddiaçı məxsus mənzil ipoteka yüklu, Cavabdeh evinin isə sənədi olmamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh mübahisəli evi iddiaçının ailə üzvləri ilə həmin evdə yaşadığı və ev təmir olunduqdan sonra yəni 2022-ci ildə mülkiyyətinə keçirmişdir. Cavabdehin evi təmirsiz verdikdən sonra hazırda iddiaçıdan təmirli halda tələb etməsi və onu ailə üzvləri ilə həmin evdən çıxarması onun əsassız varlanması ilə nəticələnməkdədir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə ilk öncə tərəflərin təqdim etdiyi sübutları araşdırmaqla hesab etmişdir ki, iddiaçı öz sübutlarını təqdim etmiş, cavabdeh isə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdeh məhkəmə iclasında və ərizələrində iddiaçı ilə evlərin dəyişməsini etiraf etmiş, lakin bu dəyişmənin etibarsız olmasını bildirmişdir. Buna səbəb kimi İddiaçı ona verdiyi evin yüklü olması barədə ona məlumat verməməsi kimi izah edir.
11. Məhkəmə sözügedən hallara və sübutlara ümumi halda qiymət verərək hesab etmişdir ki, iddiaçının özünün təqdim etdiyi, onların vəsatəti ilə aparılmış ekspert rəyindən və evə baxış protokolundan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsində yaxın vaxtlarda təmir işləri aparılmış, sözügedən təmir iddiaçı tərəfindən aparılması tərəflər tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin təmirə razılıq verməməsi ilə bağlı fikirləri isə məhkəmə tərəfindən inandırıcı görünmür. Belə ki, cavabdeh etirazlarında da evlərin dəyişdirilməsini bildirmiş və iddiaçının ailəsi ilə birlikdə həmin evdə yaşamasını bilmişdir. Evin tam olaraq təmirsiz olmasını və yaşanması qeyri mümkün olmasını nəzərə alaraq təmir olunması aydın görünür. 2017-ci ildən evlərin dəyişməsinə razılığı olmayan cavabdeh buna bir neçə il ərzində etirazını bildirməli və həmin vaxtlar evin təmirinin qarşısının alınmasına çalışmalı idi. Bununla da Cavabdeh evi könüllü olaraq dəyişməsinə razılıq verməsi, 6 il ərzində evin təmir olunmasını bildiyi halda buna mane olmaması və əksinə iddiaçının həmin evin təmirinə pul xərclənməsinə şərait yaratması iddiaçının vicdanlı sahib olmasına əsas verir.
12. Məhkəmə mübahisə obyekti olan tərəflər arasında bağlanmış dəyişmə müqaviləsinə münasibət bildirərək hesab etmişdir ki, tərəflər iddia ərizələrində bu halı mübahisələndirməsələr də məhkəmə tərəflər arasında olan əqdlərə qiymət verməlidir (Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə sözügedən əqdə qiymət verərək hesab edir ki, tərəflər arasında daşınmaz əmlakla bağlı bağlanmış müqavilələr notarial qaydada təstiq olunmalıdır (Mülki Məcəllənin 394-cü maddəsi). Lakin tərəflər arasında müqavilə bağlanmamış və öz aralarıda şifahi razılaşma olmuşdur. Ona görə də müqavilə bağlandığı vaxtdan etibarsızdır. Belə olan halda və ümumilikdə iş materiallarından da görünür ki, iddiaçı vicdanlı sahib olmaqla Mülki Məcəllənin 157-ci maddəsinə əsasən əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsində haqlıdır.
13. Məhkəmə iddiaçının 18000 (on səkkiz min) manat pul tələbinə dair hissədə hüquqi qiymət verərək bildirmişdir ki, iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin isə sözügedən pul məbləğinin ona verilməsini sübut etmək kimi bir öhdəliyi olmadığı üçün iddia həmin hissədə təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 1091.1, 1094, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1280/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1280/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1559/2024 nömrəli qərarı ilə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1280/2024 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1559/2024 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası əmlakın təmirinə çəkilmiş xərclərin məbləği ilə bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu hissədə məhkəmələr tərəfindən işdə olan sübutlara düzgün qiymət verilmədiyi, xərcin məbləğinin düzgün müəyyən edilməsi üçün aparılan araşdırmanın kifayət etmədiyi nəticəsinə gəlir.
20. Belə ki, təmir işlərinin dəyəri məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı mövcud vəziyyətdə evin ümumi təmirin dəyəri müəyyən edilmişdir. Cavabdeh ekspertin göstərdiyi işlərin bir hissəsinin ev iddiaçıya təhvil verilərkən mövcud olduğunu bildirsə də və bu işlərdən bəzilərinin( məsələn, seyf tipli metal qapının quraşdırılması) fərdi yaşayış evinin təmirdən əvvəlki və təmirdən sonra çəkilmiş fotoşəkillərinə baxmaqla müəyyən edilə bilsə də, məhkəmə həmin rəyi ətraflı tədqiq etməmiş, hər iki tərəfin iştirakı ilə evdə görülmüş təmirin hansı hissəsinin iddiaçı, hansı hissəsinin cavabdeh tərəfindən aparılmasını dəqiqləşdirməmiş, cavabdeh tərəfindən görülmüş işlərin dəyərini ümumi məbləğdən çıxmamışdır. Apellyasiya məhkəməsində cavabdeh təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, həmin vəsatət isə təmin edilməmişdir.
21. Bundan başqa, iddiaçı kassasiya şikayətində ekspertin qiymət qoyduğu əmlakın çox hissəsinin iddiaçı tərəfindən sökülüb aparıldığını, mübahisəli mənzilin həyətində olan bütün ağacları kəsdiyini, qapıları çıxardığını, döşəmənin yarısını, ekspertizada göstərilən, lakin divara vurulmayan divar kağızlarını və digər əşyaları sökdüyünü göstərmişdir.
22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş üzrə ekspertiza təyin edildikdən sonra ekspert tərəfindən tədqiqat obyektinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş xx.xx.2023-cü il tarixdə rəy tərtib edilmişdir. İddiaçının həmin yaşayış evindən çıxarılması barədə məhkəmə qətnaməsi isə xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qətnamənin icrasına dair icra məmuru və tərəflərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, borclu ailə üzvləri ilə evdən çıxarılarkən video çəkiliş aparılmış və evin sanitar qovşağının qismən yararsız olması, evin birinci mərtəbəsində mətbəxdən başqa digər otaqlarda divar kağızının olmaması, mənzildə olan 2-ci mərtəbənin isitilik sisteminin panellərinin, ikinci mərtəbədə otaq qapılarının, 2-ci mərtəbədə parket döşəmənin, 2-ci mərtəbədə otaqların birindən başqa divar kağızının və hamam otağının hazır olmaması, mənzildə cərəyan yuvalarının olmaması, mənzildə ətək lövhələrinin yararsız olması və su qızdırıcısının olmaması müəyyən edilmişdir.
23. Bununla əlaqədar olaraq, cavabdeh kassasiya şikayətinə əlavələr təqdim edərək iddiaçı tərəfindən ev təhvil verilərkən evin darmadağın edildiyi göstərilmiş və fotoşəkillər təqdim edilmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, iş üzrə ekspertiza rəyini işdə olan sübutlarla birlikdə araşdırmayaraq, rəydə göstərilən işlərin həqiqətən də mövcudluğunu yerli baxış keçirərək müəyyən etməyərək iş üzrə nəticəyə gəlməklə prossesual hüquq normalarının tələblərini pozmuşdur.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a)Apellyasiya şikayətinin dəlilləri
25. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, məhkəmə təmin olunmuş təmir işlərinin kim tərəfindən aparılmasını və digər halları məhkəmə prosesində araşdırmalı idi. Ekspertizada göstərilən işlərin 90%-i cavabdeh tərəfindən aparılmış işlərdir. Misal üçün, qapının qoyulması, elektrik xəttinin çəkilməsi, sanuzellərin quraşdırılması, ayna pəncərələrin qoyulması və sairə halları iddiaçı öz adına çıxmışdır və bildirəndə ki, bunlar cavabdeh tərəfdən olunub və bunu təsdiq edən şahidlər var, məhkəmə bunlara əhəmiyyət verməmişdir. Məhkəmə Mülki Məcəllənin 157.6- 157.7-ci maddələrinə istinad edərək düzgün təfsir etmədən İddiaçı vicdanlı sahib hesab etmişdir. Bu bəndlər, istər Mülki Məcəllənin 157.6, istərsə də 157.7-ci maddələri vicdanlı sahibə aiddir. Burada isə iddiaçı vicdanlı sahib hesab edilə bilməz. Ona görə ki, onun mənzili V.Abdullayev küçəsi ev 5, mənzil 35 saylı ev 2012-ci ildən ipoteka müqaviləsi əsasında girov qoyulmuşdur. Tərəflər isə mənzilləri 2017-ci ildə dəyişməyə qərara gəlmişdir. Yəni, iddiaçı mənzili dəyişərkən evinin girovda olmasını bildirməmişdir. "xxxx" ASC İddiaçı bununla bağlı dəfələrlə mənzilin məhkəmə qaydasında hərraca çıxarılıb satılacağı barədə xəbərdarlıq etmişdir. Axırıncı xəbərdarlıq 2016-cı ilin fevralında verilmişdir. Bundan sonra iş məhkəməyə verilmişdir. 2017-ci ildə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 saylı evin 35 saylı mənzilinin hərracda satılması və iddiaçının borcunun ödənilməsinə yönəlmişdir. Həmçinin iddiaçının həmin ünvandan çıxarılması barədə qətnamə çıxarılmışdır və bu barədə icra vərəqəsi verilmişdir. Həmin ərəfədə, yəni 2017-ci ildə iddiaçı evini dəyişmək üçün cavabdehə müraciət etmişdir. Bir sözlə, ona məxsus olmayan məhkəmə qərarı olan evi dələduzluqla ona məxsus olmasını bildirmişdir və müxtəlif bəhanələrlə rəsmiləşmənin uzadılmasını xahiş etmişdir. Belə insan vicdanlı sahib ola bilməz. Evin qanunsuz mülkiyyətində olması onunla təsdiq olunur ki, iddiaçı aldadıb evi dəyişmək istəyib, yəni bilib ki, bu ev onun qanunsuz istifadəsindədir. Ona görə də iddiaçı vicdansız sahib hesab edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Plenum qərarı vardır. Vicdanlı, vicdansız sahib anlayışının təfsiri orda verilmişdir. Cavabdeh evin girovda olduğunu 2022- ci ildə daşınmaz əmlakın dövlət reyestrinə müraciət etdikdən sonra bilmişdir. Həmçinin ev girovda, icra vərəqəsi olduğu bir halda iddiaçı yenidən 2019-cu ildə həmin evə yenidən kredit götürmüşdür. Ondan sonra cavabdeh iddiaçının mənzildən çıxarmaq məsələsini qaldırmışdır. Beləliklə, qanunun tələbinə görə iddiaçı vicdansız sahibdir. Ona görə də MMnin 157.5-ci maddəsi tətbiq edilə bilər.
26. Odur ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini tamamilə ləğv edərək, iddianın təmin olunmaması barəsində qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, iş materiallarından da görünür ki, tərəflər arasında mənzillə fərdi yaşayış evinin dəyişməsi barədə razılaşma olmuşdur. Cavabdeh məxsus ev tam olaraq təmirsiz və yarımtikili formada olsa da, İddiaçı məxsus mənzil isə tam təmirli olmuşdur. Bunu sübut edən bütün sübutlar, evlərin hazırki və əvvəlki halları barədə foto şəkillər, təmirə çəkilmiş xərclər barədə qəbzlər iş materillarında vardır. Bundan əlavə Cavabdeh da İddiaçı evdən çıxarılması barədə ərizəsində bunu etiraf edir. Belə ki, təqdim edilmiş iddia ərizəsindən də göründüyü kimi tərəflər arasında razılıq əsasında dəyişmə olsa da, bunun rəsmiləşdirilməməsinin səbəbi hər iki evin sənədlərində olan problemlərdir. Belə ki, cavabdeh iddia edir ki, iddiaçıya məxsus mənzil girovda olmuş, ancaq Cavabdeh məxsus evin də sənədləri olmamış və evin çıxarışı 2022-cil ilin iyun ayında, yəni ev tam olaraq təmir olunduqdan sonra və istifadəyə yararlı olduqdan sonra alınmışdır. Belə olan halda apellyasiya şikayətinin əsassız olması iddia tələbinin tam olaraq əsaslı olmasına əsas verir. Ona görə apellyasiya şikayətinin təmin edilməməsi və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə çıxarılmasını xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-156/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-156/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
38. Cavabdeh apellyasiya şikayətinin yekununda Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilərək, iddianın təmin olunmaması barəsində qərar qəbul edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
39. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(051)-156/2023 nömrəli qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən iddianın təmin edilən hissəsində tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, iddia tələbinin təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına tam uyğun olmamışdır
41. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 nömrəli evin 35 nömrəli mənzili xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. 2017-ci ildə iddiaçı ona məxsus Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 nömrəli evin 35 nömrəli mənzilin, cavabdeh isə ünvan 4 ünvanında ona aid hazırki iş üzrə mübahisəli fərdi yaşayış evinin dəyişdirilməsi barədə şifahi razılığa gəlmişlər. Tərəflər arasında şifahi qaydada əldə edilmiş razılığa əsasən iddiaçı Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə, cavabdeh isə Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 nömrəli evin 35 nömrəli mənzilinə köçərək yaşamağa başlamışlar. Cavabdeh Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evini iddiaçıya təhvil verməmişdən əvvəl, orada müəyyən təmir işləri icra edilsə də, ev tam təmirli vəziyyətdə olmamışdır. Lakin iddiaçı Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evini cavabdehdən təhvil aldıqdan sonra həm fərdi yaşayış evində, həm də həyətyanı sahədə əhəmiyyətli təmir işlərini aparmışdır. Tərəflər arasında fərdi yaşayış evinin və mənzilin dəyişdirilməsi ilə bağlı əldə edilmiş şifahi razılıq sonradan pozulmuş, bununla bağlı onların aralarında məhkəmə mübahisələri də baş vermişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-62/2023 nömrəli qətnaməsi ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı, onun arvadı (hazırki iş üzrə tərəf olmayan) Gülnar Nəsibova, (övladları) X7 və Fərid Nəsibova qarşı irəli sürdüyü “fərdi yaşayış evindən çıxarılma tələbi barədə” iddiasının təmin edilməsi, İddiaçı, Gülnar Nəsibova, Ayla Nəsibova və X3 şəhəri, 20 Yanvar döngəsi, ev 17 ünvanında yerləşən Cavabdeh məxsus mübahisəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Həmçinin cavabdeh də iddiaçıya məxsus mənzili tərk etmişdir. İddiaçı cavabdehə məxsus fərdi yaşayış evində apardığı yaxşılaşdırmalardan bir qismini həmin fərdi yaşayış evini tərk edərkən özü ilə götürmüşdür.
43. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisəələndirilən hissədə tam ləğv edilməsi üçün əsas təşkil etmirlər.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin təmin olunmuş təmir işlərinin kim tərəfindən aparılmasını araşdırmalı olmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyi vaxtdakı vəziyyətini, həmçinin İddiaçının həmin fərdi yaşayış evini tərk edərkən apardığı yaxşılaşdırmalardan hansının özü ilə götürülməsini, məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyi ilə dəyərləri müəyyən edilmiş 59257 manat məbləğində yaxşılaşdırma işlərindən hamısının həmin fərdi yaşayış evinə sərf edilib-edilməməsini dəqiqləşdirməməklə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərini tam diqqətə almamışdır.
45. Belə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən müəyyən edildiyi kimi Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi iddiaçıya təhvil verilərkən həmin fərdi yaşayış evinin bir ədəd seyf qapısı evin üzərində olmuş, həmin 1 ədəd seyf qapısının cavabdeh tərəfindən qoyulması, iddiaçı tərəfindən oraya digər bir seyf qapısının qoyulmaması iddiaçının öz izahatı ilə də təsdiq edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyində qeyd edilmiş, bir ədədinin mövcudluğu ümumiyyətlə müəyyən edilməmiş, 2 ədəd seyf qapısı üçün nəzərdə tutulmuş cəmi 1400 manat pul vəsaitinin iddiaçı tərəfindən evə sərf edilməsi qənaətinə gəlmişdir.
46. Bundan əlavə məhkəməyə təqdim edilmiş fotoşəkillərlə, tərəflərin izahatları ilə iddiaçıya təhvil verilərkən həmin fərdi yaşayış evində elektrik işləri üzrə işıq xətlərinin, ümumi su xəttinin Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsinədək cavabdeh tərəfindən həyata keçirilməsinin müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin işlərə görə müəyyən edilmiş xərclərin də cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gələrkən səhvə yol vermişdir.
47. Həmçinin kollegiya qeyd etməyi vacib hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyində Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin təmirinə hər birinin dəyəri 40 manat olmaqla, cəmi 5600 manat dəyərində 140 rulon divar kağızının işlənildiyi qeyd edilsə də İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin fərdi yaşayış evinin birinci mərtəbəsində yalnız mətbəxə, ikinci mətbəsində isə uşaq otağına divar kağızının vurulduğunu, evin digər otaqlarını divar kağızının vurulması üçün hazır vəziyyətə gətirsə də digər otaqlara divar kağızının vurulmadığını göstərmişdir. Məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında isə işdə iştirak edən şəxslər iddiaçı tərəfindən fərdi yaşayış evinin 2 otağına, yəni mətbəxə və uşaq otağına vurulan divar kağızlarının sayının cəmi 6 rulon olmasını qəbul etmişlər. Beləliklə birinci instansiya məhkəməsi hər biri 40 manat olmaqla, cəmi 240 manat dəyərində 6 rulon divar kağızından əlavə olaraq hesablanmış 134 rulon divar kağızı üçün 5360 manat pul vəsaitinin də cavabdehdən iddiaçının xeyrinə ödənilməli olması nəticəsinə gələrkən işin hallarını tam diqqətə almamışdır.
48. Eyni zamanda kollegiya qeyd etməyi vacib hesab edir ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən İddiaçı evin ikinci mərtəbəsinin döşəməsində apardığı təmirin evin ikinci mərtəbəsinin döşəməsinin yalnız diklə örtülməsindən ibarət olduğunu, yəni evin ikinci mərtəbəsinə onun tərəfindən laminatın vurulmadığı müəyyən edilmiş, bundan başqa İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında evin ikinci mərtəbəsinə ümumiyyətlə atapleniya panellərini quraşdırmadığını, evin ikinci mərtəbəsindəki qapıları isə kreditlə aldığından sonradan onları götürdüyünü göstərmişdir. Həmçinin cavabdehin fərdi yaşayış evini icra məmurları vasitəsi ilə iddiaçıdan təhvil almasına dair videogörüntülərdən evin ikinci mərtəbəsindəki hamam və ayaqyolunun ümumiyyətlə təmirsiz vəziyyətdə olması müşahidə edilmişdir.
49. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın icrası üzrə verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyində evin döşəməsinə vurulan laminatın, evə quraşdırılmış istilik avadanlıqlarının və istilik sisteminin, evə quraşdırılmış qapıların, evdə hamam və ayaqyolunun təmiri üçün müəyyən edilmiş məbləğlərin mərtəbələr üzrə fərdiləşdirilməməsi nəzərə alınaraq, yüksək instansiya məhkəməsinin göstərişlərinin icrası, mülki işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 03 iyun 2025-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirici-ekspert dəvət edilmiş, qiymətləndirmə qiymətləndirici təşkilat "xxxx" MMC-yə həvalə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli rəy mülki iş materiallarına əlavə edilmişdir.
50. "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli rəydə göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehə təhvil verilməsinədək həmin evdə aparılmış işıq və su istilik xətlərinin çəkilməsi ilə bağlı xərclər, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş cəmi 59257,0 manat məbləğində təmir xərclərinin tərkibinə daxil edilmişdir. İşıq sistemi və elektrik işlərinə ümumilikdə 1500 manat; ümumi su və kanalizasiya xətlərinin çəkilməsinə 1500 manat xərc göstərilmişdir.
51. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə (texniki pasportda 2 saylı otaq-16 m2) divarların təmirinə 1850 manat; evin ikinci mərtəbəsinə daxil olduqda sağ tərəfdəki birinci otağın (texniki pasportda 9 saylı otaq-16 m2) divarların təmirinə 1650 manat vəsait sərf edilmişdir.
52. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxin(texniki pasportda 2 saylı otaq-16 m2) divar kağızı olmadan təmirinə 6400 manat; evin ikinci mərtəbəsinə daxil olduqda sağ tərəfdəki birinci otağın (texniki pasportda 9 saylı otaq-16 m2) divar kağızı olmadan təmirinə 6100 manat; hər iki mərtəbədəki hamamlar istisna olmaqla 1-ci və 2-ci mərtəbədəki otaqların (texniki pasportda 1,3,5,6,7,8,1 lvə 12 saylı otaqlar-cəmi 183.7 m2) divar kağızı olmadan təmirinə 40400 manat vəsait sərf edilmişdir.
53. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş hamam və ayaqyolunun kafel və metlaxla üzlənməsinə dair smetada nəzərdə tutulmuş xərclər evin hər iki mərtəbəsindəki sanitar qovşaqları əhatə edir. Belə ki, birinci mərtəbədəki (texniki pasportda 4 saylı otaq-6.4 m2) hamam və ayaqyolunun kafel və metlaxla üzlənməsinə 1834,5 manat; ikinci mərtəbədəki (texniki pasportda 10 saylı otaq-6.4 m2) hamam və ayaqyolunun kafel və metlaxla üzlənməsinə 1834,5 manat vəsaitin sərf olunduğu göstərilmişdir.
54. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş laminatın və plintusun materialla birlikdə döşəməyə vurulması xərci evin hər iki mərtəbəsini əhatə edir. Belə ki, birinci mərtəbəyə sərf olunan vəsait 2565 manat; ikinci mərtəbəyə sərf olunan vəsait 2565 manat olaraq göstərilmişdir.
55. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş istilik avadanlığı və radiatorların quraşdırılması xərci evin hər iki mərtəbəsini əhatə edir. Belə ki, birinci mərtəbəyə sərf olunan vəsait 1550 manat; ikinci mərtəbəyə sərf olunan vəsait 1630 manat olaraq göstərilmişdir.
56. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş taxta və MDF materialdan müasir tipli bir laylı keçid qapılarının quraşdırılması xərci evin hər iki mərtəbəsini əhatə edir. Belə ki, birinci mərtəbədəki 5 ədəd qapıya sərf olunan vəsait 2000 manat; ikinci mərtəbədəki 5 ədəd qapıya sərf olunan vəsait 2000 manat olaraq göstərilmişdir.
57. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyində qeyd edilmiş elektrik razetkalarının (elektrik yuvaları) sayı 30 ədəddir. Bir ədədinin ayrılıqda dəyəri 6 manatdan hesablanaraq ümumilikdə 6 x 30=180 manat olmaqla göstərilmişdir.
58. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki söhbətgahın quraşdırılmasına ümumilikdə tikinti materialları- 1400 manat; usta xərci-600 manat olaraq göstərilmişdir.
59. Beləliklə də "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli mütəxəssis rəyi ilə məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyində qeyd edilmiş laminatın vurulması, istilik avadanlığı və radiatorların quraşdırılması, qapıların quraşdırılması, hamam və ayaqyolunun təmir edilməsinə dair xərclərin ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin hər iki mərtəbəsinə aid edildiyi müəyyən edilmişdir.
60. Birinci instansiya məhkəməsi isə həmin halları araşdırmadan məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyinə istinad etməklə həmin rəylə müəyyən edilmiş 59257 manat məbləğin bütünlükdə cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
61. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadının icrası üzrə alınmış "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, qiymətləndiricinin rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında alınmış qiymətləndiricinin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
62. Kollegiya qeyd edir ki, evin ikinci mərtəbəsinə iddiaçı tərəfindən laminatın vurulmadığı, evin ikinci mərtəbəsindəki hamam və ayaqyolunun iddiaçı tərəfindən ümumiyyətlə təmir edilmədiyi, evin ikinci mərtəbəsində iddiaçı tərəfindən istilik avadanlığı və radiatorların quraşdırılmadığı, evin ikinci mərtəbəsinə iddiaçı tərəfindən qapıların quraşdırılmasına baxmayaraq, sonradan, yəni evin cavabdehə təhvil verilməsi ərəfəsində iddiaçı tərəfindən evin ikinci mərtəbəsinə quraşdırdığı qapıların çıxarılaraq özü ilə aparılmasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin hissələrdə də işin faktiki hallarını tam araşdırmadan evin ikinci mərtəbəsi üzrə həmin xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir.
63. Kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli rəylə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində ümumi su və kanalizasiya xətlərinin çəkilməsinə 1500 manat xərc çəkilməsinin müəyyən edilməsinə baxmayaraq, tərəflərin məhkəmə iclasındakı izahatlarından kanalizasiya xətlərinin məhz iddiaçının özü tərəfindən çəkilməsi, lakin ümumi su və kanalizasiya xətləri üzrə həmin 1500 manat məbləğin fərdiləşdirilməməsi müəyyən edilmişdir.
64. Ümumi su xətlərinin cavabdeh, kanalizasiya xətlərinin isə iddiaçı tərəfindən çəkilməsi nəzərə alınaraq, məhkəmə kollegiyası həmin hissə üzrə 1500 manat xərcdə tərəflərin bərabər iştirakını, kanalizasiya xətlərinə görə iddiaçının cavabdehdən cəmi 750 manat pul vəsaitini tələb etməkdə haqlı olması qənaətinə gəlir.
65. Həmçinin məhkəmə kollegiyası fərdi yaşayış evinin iddiaçı tərəfindən icra məmurları vasitəsi ilə cavabdehə təhvil verildiyi vaxt cərəyan yuvalarından müəyyən hissələrinin boş olmasına münasibətdə qeyd etməyi vacib hesab edir ki, qiymətləndirici tərəfindən işıq sistemi və elektrik işlərinə ümumilikdə 1500 manat vəsaitin sərf edilməsi, həmin xərclərin cavabdeh tərəfindən çəkilməsi müəyyən edildiyindən adıçəkilən xərcin tərkib hissəsini təşkil edən işıq yuvaları üzrə ayrıca bir hesabatın aparılması zərurəti müəyyən edilməmişdir.
66. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisəli mənzilin həyətində olan bütün ağacların kəsilməsi, mənzildə ətək lövhələrinin yararsız olması və su qızdırıcısının olmamasının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, işdə olan məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyindən evin həyətindəki ağaclar, mənzilin ətək lövhələri və su qızdırıcısı ilə bağlı hər hansı bir yaxşılaşdırma xərci müəyyən edilməmiş, beləliklə həmin əşyalarla bağlı birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə hər hansı bir yaxşılaşdırma xərci qət edilməmişdir.
67. Məhkəmə kollegiyası evin sanitar qovşağının qismən yararsız olmasına münasibətdə isə qeyd etməyi vacib hesab edir ki, Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin cavabdeh tərəfindən icra məmurları vasitəsi ilə iddiaçıdan təhvil alındığı vaxt aparılmış videoçəkilişdən evin sanitar qovşağının yalnız tavan hissəsinin yerində olmadığı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə evin sanitar qovşağının tavan hissəsi üzrə hər hansı bir yaxşılaşdırma xərcinin hesablanmadığı müəyyən edilmişdir. Beləliklə evin sanitar qovşağının qismən yararsız olan tavan hissəsi üzrə birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə hər hansı bir yaxşılaşdırma xərci qət edilməmişdir.
68. Beləliklə məhkəmə kollegiyasının araşdırması nəticəsində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi həyətyanı sahədə ekspertiza tədqiqatı ilə müəyyən edilmiş 59257 manat məbləğində yaxşılaşdırma işlərindən işıq sistemi və elektrik işlərinə ümumilikdə 1500 manat, ümumi su xətləri üzrə 750 manat, 01 ədəd seyf qapısı 700 manat olmaqla, cəmi 2950 manatına dair hissəsinin fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsinədək cavabdehin özü tərəfindən icra edildiyi, ekspertiza tədqiqatı ilə yaxşılaşdırma xərci kimi qeyd edilmiş 2 ədəd seyf qapıdan 1 ədədinin ümumiyyətlə mövcud olmadığı, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş evin ikinci mərtəbəsindəki hamam və ayaqyolunda iddiaçı tərəfindən heç bir yaxşılaşdırma işlərinin aparılmadığı, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş evin ikinci mərtəbəsinə iddiaçı tərəfindən laminat və plintusunun ümumiyyətlə vurulmadığı, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş evin ikinci mərtəbəsində iddiaçı tərəfindən istilik avadanlığı və radiatorların quraşdırılmadığı, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş evin ikinci mərtəbəsində iddiaçı tərəfindən quraşdırılmış qapıların sonradan iddiaçının özü tərəfindən oradan götürülməsi, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş hər biri 40 manat olmaqla, cəmi 5360 manat dəyərində 134 rulon divar kağızının isə iddiaçı tərəfindən həmin fərdi yaşayış evinə ümumiyyətlə işlədilmədiyi, nəticədə 59257 manat yaxşılaşdırma işlərinin tərkibindəki 17.039,5 manatın, həmin məbləğə mütənasib dövlət rüsumunun iddiaçının cavabdehdən tələb etməsinin əsaslı olmadığı müəyyən edilmişdir.
69. Lakin məhkəmə kollegiyası 42.217.5 manat məbləğində təmir xərclərinin, həmin məbləğə mütənasib dövlət rüsumunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olmasına dair cavabdehin apellyasiya şikayətində irəli sürülmüş tələbi əsaslı hesab etmir.
70. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-156/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş Cavabdeh 17.039.5 manat məbləğində təmir xərcinin, həmin məbləğə mütənasib 51.12 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməli, Cavabdeh 17.039.5 manat məbləğində təmir xərcinin, 51.12 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi hissələrində iddia tələbi rədd edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)- 156/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
71. Həmçinin məhkəmə xərclərinə dair məsələ də həll edilməklə birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 200 manatın 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
72. Bundan əlavə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış tədqiqat üzrə 500 manat qiymətləndirmə haqqının 250 manatı İddiaçı, 250 manatı isə Cavabdeh tutulub "xxxx" MMC-nə (VÖEN: ********** "xxxx" ASC Abşeron filialı VÖEN: ********** M/h: AZ03NABZ******************** Kodu: 805539 S.W.İ.F.T. BİC: İBAZAZ2X H/h: AZ52İBAZ******************** hesaba) ödənilməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-156/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş Cavabdeh 17.039.5 manat məbləğində təmir xərcinin, 51.12 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdeh 17.039.5 manat məbləğində təmir xərcinin, 51.12 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi hissələrində iddia tələbi rədd edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-156/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 200 manatın 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış tədqiqat üzrə 500 manat qiymətləndirmə haqqının 250 manatı İddiaçı, 250 manatı isə Cavabdeh tutulub "xxxx" MMC-nə (VÖEN: ********** "xxxx" ASC Abşeron filialı VÖEN: ********** M/h: AZ03NABZ******************** Kodu: 805539 S.W.İ.F.T. BİC: İBAZAZ2X H/h: AZ52İBAZ******************** hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.