Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-75/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Şövkət qızının və qeyrilərinin cavabdeh Mingəçevir şəhər Mərkəzi X2rşı əmlak haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqı və yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün əmək haqlarına müddətli əlavələrin hesablanıb ödənilməsi, iddia müddəti) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 Şövkət qızının və qeyrilərinin cavabdeh Mingəçevir şəhər Mərkəzi X2rşı əmək haqqı tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 73/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 Şövkət qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı10 və cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" X19rşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X7 şəhər X9 hüquqi şəxsin üzərinə onların əmək haqlarının 21 yanvar 2020-ci il tarixdən başlamaqla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun əmək haqqının yenidən hesablanıb ödənilməsinin həvalə edilməsini, xx.xx.2020-ci il tarixdən isə aylıq vəzifə maaşlarının 4 misli miqdarında əlavənin ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı5 birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.2001-ci il tarixdən çağırış üzrə tibb bacısı vəzifəsində işləyir və əmək haqqı vaxtamuzd olmaqla əmək fəaliyyəti ilə məşğul olur. Onunla əmək müqaviləsi bağlanmış və elektron informasiya sisteminə daxil edilmişdir. 07 yanvar 2020-ci il tarixdə cavabdehlə onun arasında əmək müqaviləsinə əlavə imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən işçinin tarif maaşı müəyyən olunmuş, əmək haqqına əlavə isə İcbari Tibbi Sığorta üzrə X12 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası»na müvafiq olaraq təyin edilmişdir. Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən bu əlavənin 07 yanvar 2020-ci il tarixində müvafiq dəyişikliklərin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından sonra qüvvəyə mindiyi nəzərdə tutulmuşdur. «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası» İcbari Tibbi Sığorta üzə X12 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilsə də, həmin qaydalara uyğun bağlanmış əmək müqaviləsinə əlavələr elektron informasiya sisteminə daxil edilməmiş, qaydalara uyğun əmək haqqının ödənilməsi təmin edilməmişdir. Halbuki, həmin Qaydanın 4-cü bəndinə əsasən səhiyyə işçisinin əmək haqqına tarif maaşında əlavə, əmək şəraitinə görə əlavə, həvəsləndirici əlavə və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş həvəsləndirici əlavələr daxil edilmişdir. Qaydaların 17.4-cü bəndinə əsasən təcili və X8 stansiyalarının rəhbərlərinin, həkimlərinin, tibb işçilərinin və sürücülərin aylıq vəzifə maaşlarına həvəsləndirici əlavənin cədvəli müəyyən edilmişdir. Həmin əlavələrdə gecə növbəsi işləyən işçilərə əlavə əmək haqqının verilməsi də nəzərdə tutulmuşdur. Ancaq cavabdeh işəgötürən onun bu hüquqlarını təmin etməmiş və əmək haqqına qaydalarla nəzərdə tutulan əlavələrin verilməsini təmin etməmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2020-ci il tarixli Sərəncamında ona münasibətdə icra olunmamış və əmək haqqı artırılmamışdır. Sərəncama əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə» 25 mart 2020-ci il tarixdə 112 saylı qərarı qəbul edilmişdir. Qərarın 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X5 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinəaylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində əmək haqlarına müddətli əlavənin məbləği müəyyən edilmişdir. 01 mart 2020-ci il tarixdən hazırki müddətə qədər ona həmin əlavə də verilməmişdir. Nazirlər Kabinetinin qeyd edilən qərarında tibb işçiləri nəzərdə tutulsa da, 21 yanvar 2020-ci il tarixdə qəbul edilmiş qaydalarda sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələrdə nəzərdə tutulmuşdur. Sürücülər sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində xəstələrə xidmət göstəriblər. İşəgötürən isə onun hüquqlarını pozaraq Prezidentin Sərəncamına və Nazirlər Kabinetinin qərarına zidd olaraq cəmi bir briqadanı növbəliyə salınmasını göstərməklə xəstələrin sayını gizlətmiş və onun göstərmiş olduğu xidmətə görə əmək haqqı almağını əngəlləmişdir. Halbuki, pandemiyanın yüksək olduğu vaxtlarda heç kəs müraciət edənin hansı xəstəlikdən əziyyət çəkməsini bilmədən ona yardım göstərirdi. Həmçinin Sərəncamda və Nazirlər Kabinetinin qərarında konkret olaraq göstərilmişdir ki, yeni növ koronovirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin əmək haqlarına müddətli əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı yuxarı instansiya orqanlara şikayətlər vermişdir. X13 isə işəgötürənin əməlində inzibati xəta müəyyən edərək protokol tərtib etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı iddiaçıların vəkili X10 və digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 da İddiaçı5 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsin nümayəndəsi X6 birinci instansiya məhkəməsinin iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in (bundan sonra MŞMX) TTTYS-in bir qrup işçiləri Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək rəhbərlik tərəfindən Azərbaycan Respublikası Prezdentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına əsasən Nazirlər Kabinetinin xx.xx.2020 ci il tarixli 112 saylı qərarının düzgün tətbiq olunmadığı, əmək haqqlarının düzgün hesablanıb ödənilmədiyi barədə iddia qaldırmışlar. İddiaçılar bu məsələ ilə bağlı bir çox yuxarı dövlət qurumlarına müraciət etmiş, bir qrup işçi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərinin, həmçinin MŞMX PHŞ qəbulunda olmuşlar. AR Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamının icrasını təmin etmək məqsədilə AR NK xx.xx.2020 ci il tarixli 112 saylı “Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarının 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibb Ekspertiza və X5 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun işçilərinə-aylıq vəzifə tarif maaşının 4 misli məbləğində, həmin qərarın 2-ci bəndində isə bu qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq, 2020-ci il martın 1-dən 2021-ci il iyunun 1-dək ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçıların iddia etdikləri hal əslində NK nin qərarının 2ci bəndində izah olunur. Koronovirus infeksiyası ilə mübarizəyə cəlb olunmuş TTYS işçilərinin iş vaxtına mütənasib olaraq müddətli əlavələr mütəmadi qaydada hesablanmış və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar tutulduqdan sonra ödənilmişdir. Həmçinin İddiaçılar 2020-ci ilin yanvar ayı üçün olan əmək haqqlarını təsdiqlənmiş qaydalara uyğun almışdır. Hazırki iş üzrə mübahisəsiz qəbul olunan faktlardan biri də iddiaçıların qanuni mənafeyinin pozulmasına səbəb olan hallar barədə ən geci 2020-ci ilin fevral ayında məlumatının olmasıdır. Ərizəyə əlavə edilmiş iddiaçıların əmək müfəttişliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli əmək müfəttişliyinə kollektiv şəkildə imzalanmış məktubdan bunun əyani şahidi olmaq olar. Həmçinin NK 25 mart 2020-ci il tarixli 112 saylı qərarın icrasına 2020-ci ilin mart ayından başlanmışdır. Halbuki, yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı konkret bir müddətlə məhdudlaşdırıldığından iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” göstərilmişdir. Əmək Məcəlləsinin 296.4 maddəsində qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsin nümayəndəsi X15 birinci instansiya məhkəməsinin iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməmiş, əsasən digər nümayəndə X6 ilə eyni məzmunlu izahat vermişdir.Əlavə olaraq göstərmişdir ki, Mingəçevir şəhər X3 müdiri əvəzi vəzifəsində işləyir. Hər bir vəzifə üzrə tarif maaşı məbləğində əlavə 2020-ci ilin yanvar ayından verilir. Həmin əlavələr xx.xx.2020-ci il tarixdən İcbari Tibi Sığorta Ağentliyinin 2 nömrəli qərarı əsasında təyin edilib. Əlavələr xx.xx.2020-ci il tarixdən verilir. İcbari Sıgortanın xx.xx.2020-ci il tarixli 2 saylı qərarı ilə yalnız həkimlərə 200 manat həvəsləndirici pilot layihə müddətində verilmişdir. Hesab edir ki, iddiaçıların tələbləri əsaslı deyildir. Odur ki, məhkəmədən iddianının rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin nümayəndəsi X1 birinci instansiya məhkəməsinin iclası zamanı izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının işçilərinə əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az əmək haqqı hesablanıb ödənilməsi işçilərin əmək hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əməyin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi ilə bağlı 156-cı maddəsinin 1-ci hissəsində əmək haqqının əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilməsi təsbit edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq, işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğu və işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürənin qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Təqdim olunan sənədlərə baxış zamanı məlum olmuşdur ki, işəgötürən 01 yanvar 2020-ci il tarixdən işçilərə əmək müqaviləsi üzrə razılaşdırılan əmək haqqının ödənilməsini təmin etmir. «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» X21 xx.xx.2020-ci il tarixli 46/Kol-36/20 nömrəli məktubunda koronovirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərlə əlaqədar olaraq Təcili və X8 şöbəsinin hər növbə üçün ayrılmış təcili tibbi yardım briqadası ilə işləyən tibb işçilərinin əmək haqlarına əlavənin tam olaraq ödənildiyi bildirilmişdir. «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X21 xx.xx.2020-ci il tarixi 491 nömrəli məktubu ilə qoşma halında təqdim etdiyi sənədlərdən məlum oldu ki, tərəflərin razılığı ilə işçilərin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 4 nömrəli əlavə ilə dəyişikliklər edilmişdir. Sözügedən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavənin 1-ci bəndində işçinin əmək haqqına əlavə həmin tarixdə təsdiq edilməmiş və yalnız 14 təqvim günündən sonra İcbari Tibbi Sığorta üzrə X12 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin əmək müqaviləsinə əlavənin 3-cü bəndində isə bu əlavənin müvafiq dəyişikliklərin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından sonra qüvvəyə minməsi qeyd edilmişdir. Lakin, işçilərin əmək müqaviləsinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində 13-18 avqust 2020-ci il tarixlərdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə görə əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X21 direktoru TTTNS-in işçilərinin əmək haqlarının hesablanması və ödənilməsində qanun pozuntularına yol verərək inzibati xəta törətmişdir. Ona görə də, Mingəçevir regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ilə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" X21 direktoru Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab etmişdir ki, iddia tələbi əmək haqqının yenidən hesablanması hissəsində qismən əsaslıdır. Bununla belə məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş İcbari Tibbi Sığorta üzrə X16 Hüquqi Şəxsin nümayəndələri X17 iştirak etdiyi birinci instansiya məhkəməsinin iclası zamanı iddia tələbini qəbul etmədi və göstərmişdir ki, «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına müvafiq olaraq təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X5 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə cəlb olunduqları iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Mingəçevir ŞMX tərəfindən Agentliyə təqdim edilmiş məlumata görə hər növbə ərzində bir təcili yardım briqadasının ayrılmasının səbəbi Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayının aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olmasıdır. Yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayının az olması, həmçinin digər xəstəliklərlə bağlı gündəlik çağrışların sayının 100-120 arası olması və gün ərzində 6 briqadanın növbəyə çıxması nəzərə alınaraq, yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik bir briqadanın cəlb edilməsi yetərli hesab edilmişdir. Mingəçevir ŞMX tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən əməkdaşlar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavənin ödənişi mütəmadi qaydada həyata keçirilmişdir. Eyni zamanda tibb müəssisələrinin əməkdaşları yeni növ koronavirus (COVİD-19) infeksiya ilə mübarizə tədbirlərinə zərurətlə əlaqədar növbəlik qaydasında cəlb edilmişlər. Belə ki, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artıbazalmadan asılı olaraq tənzimlənmişdir. Tibb müəssisələrinin rəhbərliyi tərəfindən xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı çox olduqda daha çox tibb işçisinin əksinə xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilmişdir. Hesab edir ki, iddiaçıların hüquqları qanunda nəzərdə tutulmuş qaydada təmin edilmişdir. Ona görə də iddia tələbi əsassızdır. Odur məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-73/2022 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddianın qismən təmin edilməsi, 21 yanvar 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək haqqı məbləğinin həmin vaxt qüvvədə olan əmək müqaviləsinə əsasən, iddiaçılar İddiaçı1 1080 manat, İddiaçı2 1046 manat, İddiaçı3 950 manat, İddiaçı4 1080 manat, İddiaçı5 692 manat, İddiaçı6 1080 manat, İddiaçı7 692 manat, İddiaçı8 692 manat, İddiaçı9 692 manat və İddiaçı10 692 manat məbləğində müəyyən edilmiş tarif (vəzifə) maaşları əsasında cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxs tərəfindən “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”na uyğun olaraq, iddiaçıların hər birinə münasibətdə yenidən hesablanması, və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı məbləği arasında yaranmış müsbət fərqin, iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsin direktorunun “Koronavirus (COVİD- 19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrləri əsasında iddiaçılar xx.xx.2020-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmişlər. Belə ki, Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayı aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olduğundan, həmçinin digər xəstəliklərlə bağlı gündəlik çağrışların sayının 100-120 arası olması və gün ərzində 6 briqadanın növbəyə çıxması nəzərə alınaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik, bir nəfər həkim, bir nəfər tibb bacısı və sürücü olmaqla cəmi 3 nəfər tərkibdən ibarət bir briqada cəlb edilmişdir. Həmin briqadaya iddiaçılar növbəlik əsasında cəlb edildiklərindən, onlara müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən hesablanıb ödənilmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı2 aylıq əmək haqqının məbləği 1046 manatdan 440 manata, İddiaçı3 aylıq əmək haqqının məbləği 950 manatdan 375 manata, İddiaçı4 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı5 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı6 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı7 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı8 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı9 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata və İddiaçı10 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata endirilməsinə dair əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri sistemə daxil edilməsinə və həmin tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxs tərəfindən iddiaçıların əmək haqları 2020-ci ilin yanvar ayından həmin dəyişiklər nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Ona görə də cavabdeh X21 direktorunun barəsində X13 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin sonradan Şəki Apelyasiya Məhkəməsi qərarı ilə müddətin keçməsinə görə inzibati məsuliyyətdən azad etmə ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bununla belə cavabdeh X21 direktorunun əməlində inzibati xəta tərkibinin olması öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi ilk növbədə, cavabdeh tərəfin iddia tələbinin, xx.xx.2020-ci il tarixdən başlayaraq, İcbari Tibbi Sığorta üzrə X18 heyətinin 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq əmək haqqının yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə iddia müddətinin tətbiq ediməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçılarla cavabdeh arasında 07 yanvar 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əlavələrdə 21 yanvar 2020-ci il tarixdə qəbul edilmiş normativ akta istinad edilmişdir. Bu da həmin müqaviləyə əlavələrin əslində 07 yanvar 2020-ci il tarixdə deyil, xx.xx.2020-ci il tarixdən sonra bağlandığını dəlalət edir. Həmçinin, iş materiallarında olan əmək müqaviləsi bildirişləri isə dövlət reyestrinə xx.xx.2020-ci il tarixdə yerləşdirilsə də, iddiaçılara əmək haqqı xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə əlavələr üzrə hesablanmışdır. Halbuki, həmin əlavələr məhz xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir. Belə olan halda iddiaçıların hüquqları xx.xx.2020-ci il tarixədək davam etmişdir. Bundan əlavə iddiaçılar tərəfindən kollektiv şəkildə xx.xx.2020-ci il tarixdə X13 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə müraciət edilsə də, şöbə tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçılara əmək haqqlarının hesablanması və ödənilməsində Mingəçevir Şəhər X9 hüquqi şəxsin qanun pozuntusuna yol verdiyi ilə bağlı məlumat məktubu göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçıların hüquqlarının pozulduğu xx.xx.2020-ci il tarixdə aşkar edildiyindən, onların 2021-ci ilin iyun ayında məhkəməyə müraciətləri iddia müddəti daxilində olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Ona görə də Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddia tələbinin iddiaçıların əməkhaqlarının yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə idda müddəti iddiaçılar tərəfindən ötürülmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin əmək haqqının 2020-ci ilin yanvar ayından xx.xx.2020-ci il tarixdək İcbari Tibbi Sığorta üzrə X12 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclası zamanı müəyyən edilmişdir ki, iddiaçılarla cavabdeh Publik Hüquqi şəxs arasında 2020-ci ilin yanvar ayı ərzində bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri xx.xx.2020-ci il tarixdə sistemə daxil edilməsinə və həmin tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxs tərəfindən iddiaçıların əmək haqları 2020-ci ilin yanvar ayından həmin dəyişiklər nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Ona görə də cavabdeh X21 direktorunun barəsində X13 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin sonradan Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə onun inzibati məsuliyyətdən azad edilməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmişdir. Bununla belə işəgötürənin əməlində inzibati xəta tərkibi olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıların əməkhaqlarının “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”na uyğun hesablanması və ödənilməsi məhz xx.xx.2020-ci il tarixdən etibarən təmin edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə əlavələr xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyindən, iddiaçıların əməkhaqları 2020-ci ilin yanvar ayından, əmək müqavilələrinə əlavələr qüvvəyə mindiyi tarixədək, yenidən hesablanmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı2 aylıq əmək haqqının məbləği 1046 manatdan 440 manata, İddiaçı3 aylıq əmək haqqının məbləği 950 manatdan 375 manata, İddiaçı4 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı5 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı6 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı7 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı8 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı9 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata və İddiaçı10 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata endirilməsinə dair əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri xx.xx.2020-ci il tarixdə sistemə daxil edildiyindən və həmin tarixdə qüvvəyə mindiyindən, iddiaçıların əmək haqqı məbləğləri məhz həmin tarixədək qüvvədə olan və əmək müqaviləsində müəyyən edilmiş tarif (vəzifə) maaşı əsasında hesablanmalıdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçıların əmək haqqı məbləğlərinin əvvəlki qaydada hesablanması, yeni qaydalara münasibətdə iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş qanun pozuntusu aradan qaldırılmalı və iddiaçılara həmin vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş məbləğdə əmək haqqı hesablanmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin 01 mart 2020-ci il tarixdən aylıq vəzifə maaşlarının 4 misli miqdarında iddiaçılara müddətli əlavənin verilməsi hissəsini ilə bağlı qeyd etmişdir ki, idda tələbi həmin hissədə əsaslı deyildir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsin direktorunun “Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrləri əsasınnda iddiaçılar xx.xx.2020-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmişlər. Mingəçevir ŞMX X21 direktorunun müvafiq əmrləri əsasında (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə hər növbə ərzində bir təcili yardım briqadasının ayrılması müəyyən edilmişdir. Belə ki, Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayı aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olduğundan, həmçinin digər xəstəliklərlə bağlı gündəlik çağırışların sayının 100-120 arası olması və gün ərzində 6 briqadanın növbəyə çıxması nəzərə alınaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik, bir nəfər həkim, bir nəfər tibb bacısı və sürücü olmaqla cəmi 3 nəfər tərkibdən ibarət bir briqada cəlb edilmişdir. Həmin briqadaya iddiaçılar növbəlik əsasında cəlb edildiklərindən, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 2-ci hissəsində göstərilən qaydada müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən hesablanıb ödənilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsin direktorunun qeyd edilən əmrlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına uyğun hesab edərək, cavabdehlərin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində növbəlik əsasında iştirak etdiklərini təsdiq edən sənəd kimi qəbul etmiş və nəzərə almışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mingəçevir ŞMX X21 direktorunun müvafiq əmrləri əsasında iddiaçıların hər növbə ərzində bir təcili yardım briqadasının tərkibində yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmədikləri müddətlərdə qeyd edilən müddətli əlavə iş vaxtına mütənasib olmadığı üçün verilməmişdir. Bu halda isə iddiaçıların əmək hüquqları işəgötürən tərəfindən pozulmamışdır. Birinci instansiya məhkəməsi iddiaçıların növbədə olduqları, lakin həmin növbə üzrə yaradılmış (COVİD-19) infeksiyası ilə mübarizəyə cəlb edilən təcili yardım briqadasının tərkibində olmadıqları vaxtlarda da yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri ilə bağlı bildirdiklərini işin həqiqi hallarına uyğun hesab etməmişdir. Belə ki, iddiaçıların COVİD-19 infeksiyası ilə mübarizəyə cəlb edilən təcili yardım briqadasının tərkibinə daxil olmadıqları halda, koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində birbaşa iştirak etmələri, məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin iddiaçılar həmin hallara dair məhkəməyə mötəbər mənbədən əldə edilmiş sübut təqdim etməmişlər. İş materiallarından isə görünür ki, Covid-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində iddiaçılara ödənilməli olan əmək haqqına müddətli əlavələr cavabdeh tərəfindən onların iş saatlarına mütənasib olaraq hesablanıb ödənilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən 21 yanvar 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş əməkhaqları İddiaçılar İddiaçı1 1080 manat, İddiaçı2 1046 manat, İddiaçı3 950 manat, İddiaçı4 1080 manat, İddiaçı5 692 manat, İddiaçı6 1080 manat, İddiaçı7 692 manat, İddiaçı8 692 manat, İddiaçı9 692 manat və İddiaçı10 692 manat məbləğində tarif (vəzifə) maaşları vəzifə maaşı əsasında “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”na uyğun olaraq yenidən hesablanmalı və yenidən hesablanmış məbləğlə faktiki ödənilmiş əmək haqqı arasındakı müsbət fərq iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə, 147-ci maddəsinin 4cü hissəsinə, 288-ci, 154.1, 156.1 və 296.4-cü maddələrinə, İcbari Tibbi Sığorta üzrə X12 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarına, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarına istinad etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin, həmçinin normativ hüquqi aktların və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə bizim hüquqlarımızı kobud surətdə pozmuşdur. İlk öncə Məhkəmə Kollegiyasının nəzərinə onu çatdırmaq istəyirik ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in TTTYS-nin bir qrup şçi iləri Mingəçe v ir Şəhər Məhkəməsinə müraciət edərək rəhbərlik tərəfindən Azərbaycan Respublikası Prezdentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına əsasən Nazirlər Kabinetinin xx.xx.2020 ci il tarixli 112 saylı qərarının düzgün tətbiq olunmadığı, əmək haqqlarının düzgün hesablanıb ödənilmədiyi barədə iddia qaldırmışlar. İddiaçılar bu məsələ ilə bağlı bir çox yuxarı dövlət qurumlarına müraciət etmiş, bir qrup işçi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərinin, həmçinin Mingəçevir şəhər X9 hüquqi şəxsin qəbulunda olmuşlar. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 saylı sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 112 saylı “Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarının 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibb Ekspertiza və X5 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun işçilərinə-aylıq vəzifə tarif maaşının 4 misli məbləğində, həmin qərarın 2-ci bəndində isə bu qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq, 2020-ci il martın 1-dən 2021-ci il iyunun 1-dək ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçıların iddia etdikləri hal əslində NK nin qərarının 2-ci bəndində izah olunur. Koronovirus infeksiyası ilə mübarizəyə cəlb olunmuş TTYS işçilərinin iş vaxtına mütənasib olaraq müddətli əlavələr mütəmadi qaydada hesablanmış və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar tutulduqdan sonra ödənilmişdir. Həmçinin İddiaçılar 2020-ci ilin yanvar ayı üçün olan əmək haqqlarını təsdiqlənmiş qaydalara uyğun almışdır. Bundan başqa hər bir vəzifə üzrə tarif maaşı məbləğində əlavə 2020-ci ilin yanvar ayından verilmişdir. Həmin əlavələr xx.xx.2020-ci il tarixdən İcbari Tibi Sığorta Ağentliyinin 2 nömrəli qərarı əsasında təyin edilmişdir. Əlavələr xx.xx.2020-ci il tarixdən verilir. İcbari Sıgortanın xx.xx.2020-ci il tarixli, 2 saylı qərarı ilə yalnız həkimlərə 200 manat həvəsləndirici pilot layihə müddətində verilmişdir. Belə olan halda Mingəçevir Şəhər Məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Hesab edirirk ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(051)- 73/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, çıxarılmış qətnaməni maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş, tam qanunsuz, ədalətsiz və əsassız hesab edirlər. Məhkəmə İcbari Tibbi Sığorta üzrə X16 Hüquqi Şəxsin nümayəndələri X11 izahatında istinad edərək “Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayının aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olması, infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik bir briqadanın cəlb edilməsi yetərli hesab edilməsini və bir briqada üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavənin ödənişi mütəmadi qaydada həyata keçirildiyini əsas gətirib, iddianın bu hissədə təmin etməmişdir. Hamıya məlumdur ki, 2020-ci ilin mart ayından başalayaraq ilk aylarda (COVİD-19) infeksiyasına yoluxma sayının aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olması hesab edirlər ki, təkzib olunmazdır. Hər ay yoluxma sayının həndəsi silsilə ilə artımı görünür. Cavabdeh məhkəməyə 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, sonrakı ilin aylarında yoluxma sayının hansı həddə olması barədə məhkəmə niyə sübüt təqdim etməmişdir. 2020-ci ilin oktyabr, noyabr, dekabr aylarında Respublikada (COVİD- 19) infeksiyasına yoluxma sayının 5000 nəfərdən artıq olması (mətbuatda gündəlik izlənilən faktlardır) və təxminən Mingəçevir şəhərində yoluxma sayının 70-100 nəfər arasında dəyişməsi və Modul xəstəxanaların Mingəçevir şəhərində olmaması, bir nəfər xəstənin minimum iki-üç saata yaxın rayonlardan (Ağdaş, Goranboy, Şəki, Gəncə şəhərlərində Modul tipli xəstəxanalara yerləşdirilməsi) xəstaxanaya yerləşdirilməsinin mümkün olması nəzərə alınsa bir brikadanın deyil heç altı briqadanın yoluxmuş xəstələri xəstəxanaya yerləşdirilməsi mümkün deyildir. Halbuki, biz bir avtomaşında bir xəstənin aparılması qaydalarını pozaraq 6, 7 hətta 9 nəfər yoluxmuş xəstəni bir avtomobilə yerləşdirərək yaxın rayonlardan xəstəüçün boş olan palataları yerləşdirmişik. Biz də nə işçi, nə də ki, avtomobil çatışmırdı. Məhkəmə bu məsələləri nəzərə almamışdır. Bundan başqa üçüncü şəxsin nümayəndəsi özü qeyd etmişdir ki, digər xəstəliklərlə bağlı gündəlik çağrışların sayının 100-120 arası olmuşdur. Mingəçevir ŞMX-nin təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin hamısı bu çağırışlara getmişdir. Xəstələr qızdırmaları olmalarını gizlədir, xəstəni müayinə edəndə xəstəliyin sindromunu görürdük, həmin vaxt bizim üçün gec olurdu. Xəstə ilə təmasda olurduq, qoruyucu geyimi olmadan. Bundan sonra müayinənin nəticəsi poziviv olması müəyyən edilir, briqada vasitəsilə yaxın rayonlara aparılırdı. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(051)- 73/2022 saylı qətnaməsinin iddianın qalan hissədə təmin edilməməsi hissənin ləğv edilməsini, cavabdeh Mingəçevir şəhər Mərkəzi X2rşı onların əmək haqlarına müddətli əlavənin məbləği aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müəyyən edilməsi iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən 2021-ci il avqustun 1-dək olan müddət üçün müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar və cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə 154. Əmək haqqı 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri 5. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 173. İşçilərin haqq-hesab sənədləri 1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; 147-ci maddənin 1-ci hissəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. 147-ci maddənin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. 288-ci maddəyə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamı
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin; 2.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri
Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçılar Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(051)-73/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində, cavabdeh isə iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddia tələbinin 01 mart 2020-ci il tarixdən aylıq vəzifə maaşlarının 4 misli miqdarında iddiaçılara müddətli əlavənin verilməsi hissəsinin rədd edilməsinə aid hissədə gəldiyi nəticə ilə razılaşır, qalan hissədə isə hesab edir ki, birinci instansiya məhkəməsi əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddia tələbinin ifadə tərzindən və mahiyyətindən belə görünür ki, tələb iki hissədən – 1) 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək əmək müqaviləsi üzrə müsbət artımın (əlavənin) hesablanıb verilməsindən və 2) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün əmək haqlarına müddətli əlavələrin hesablanıb ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın ikinci hissəsi rədd edilmiş, birinci hissəsi isə qismən təmin edilərək “21 yanvar 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək haqqı məbləğinin həmin vaxt qüvvədə olan əmək müqaviləsinə əsasən, iddiaçılar İddiaçı1 1080 manat, İddiaçı2 1046 manat, İddiaçı3 950 manat, İddiaçı4 1080 manat, İddiaçı5 692 manat, İddiaçı6 1080 manat, İddiaçı7 692 manat, İddiaçı8 692 manat, İddiaçı9 692 manat və İddiaçı10 692 manat məbləğində müəyyən edilmiş tarif (vəzifə) maaşları əsasında cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxs tərəfindən “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”na uyğun olaraq, iddiaçıların hər birinə münasibətdə yenidən hesablanması, və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı məbləği arasında yaranmış müsbət fərqin, iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməsi” qət edilmişdir. Mövcud mübahisə üzrə iddiaçılar pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçıların cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçılar qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə əlaqəli təhlil edərək aşağıdakıları qeyd edir. İddia tələbinin ümumi hüquqi əsasını Əmək Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Həmin normaya görə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına əlavə ödənc müəyyən edilə bilər. Hazırki iddia tələbinin ikinci hissəsində iddiaçılar onların yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiklərinə görə əmək haqqına əlavələrin ödənilməsini tələb edirlər. Bu cür əlavələr Azərbaycan Respublikası Prezidentinin «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 18 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamı ilə müəyyən edilmişdir (qərarın 46-cı paraqrafı). Eyni zamanda həmin Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir (qərarın 47-ci paraqrafı). 18 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamın 1-ci bəndinin təhlilindən açıq şəkildə görünür ki, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müəyyən edilən əlavələr müddətli xarakter daşıyır və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə şamil edilir. Buradan o nəticə hasil olur ki, həmin sərəncamda bəhs olunan əlavələr, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləməyən tibb işçilərinə ödənilmir. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 №-li Qərarında yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində dövlət tibb müəssisələrində çalışan işçilərə tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, təcili tibbi yardım xidməti göstərən tibb işçiləri, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçiləri, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilər aid edilmişdir. Məhkəmə kollegiyası mübahisənin həllinə məhz bu kontekstdən yanaşaraq, iddianın həllində bu normalara istinad etməklə, iddiaçıların qeyd olunan əlavələrin şamil olunduğu işçilərin dairəsinə aid edilib-edilmədiyini araşdırmışdır. Çünki işin faktiki halları ilə, o cümlədən tərəflərin özlərinin izahatı ilə müəyyən edilir ki, iddiaçıların göstərdiyi müddət ərzində cəmi bir briqada növbəliyə salınmış, iddiaçılar da həmin briqadanın tərkibində olmamışdır. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli,112 №-li Qərarında həmçinin bu qərardan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin də mövqeyi ondan ibarət olmuşdur ki, müddətli əlavələrin ödənilməsində əsas meyar işçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına münasib olaraq ödənişlərin edilməsidir ki, bu da müəssisə rəhbərliyi tərəfindən verilmiş müvafiq əmrlə təsdiq olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyinə görə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X21 işçilərinə koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələr o halda ödənilir ki, onların tibbi yardım göstərdiyi xəstələrdə koronavirus infeksiyası aşkar olunsun. İddiaçıların əmək haqlarına hesablanmış “covid pulu” saat hesabı hesablanaraq onlara ödənilmişdir. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar TTTYS-də işləmiş olsalar da, onların iş şəraiti bütün müddət ərzində yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraiti olmamışdır. Onların bu infeksiya şəraitinə uyğun işlədikləri dövr üzrə saat hesabı ilə əmək haqlarına əlavələr hesablanmışdır. Bu halda nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işin materialları əlaqəli şəkildə təhlil edilərkən iddiaçılar tərəfin iddia tələbini bu hissədə dəstəkləyən hər hansı sübutu məhkəməyə təqdim etməsi iş materialları ilə sübut olunmur, əksinə cavabdeh tərəfindən təqdim edilmiş coxsaylı sənədlər, o cümlədən tərəflərin özünün izahatı iddia tələbini göstərilən hissədə təkzib edir. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsi, o cümlədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçılarla cavabdeh Publik Hüquqi şəxs arasında 2020-ci ilin yanvar ayı ərzində bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri xx.xx.2020-ci il tarixdə sistemə daxil edilməsinə və həmin tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxs tərəfindən iddiaçıların əmək haqları 2020-ci ilin yanvar ayından həmin dəyişiklər nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Göstərilən nöqsanlar baxımından, cavabdeh X21 direktorunun barəsində X13 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin sonradan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə onun inzibati məsuliyyətdən azad edilməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmişdir. Göründüyü kimi qərarın ləğv edilməsi işəgötürənin əməlində inzibati xəta tərkibi olmaması ilə deyil, müddətin keçməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinə 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Kollegiya işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçıların əmək haqqı məbləğlərinin əvvəlki qaydada hesablanması, yeni qaydalara münasibətdə iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də, işəgötürən tərəfindən yol verilmiş pozuntu aradan qaldırılmalı və iddiaçılara həmin vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş məbləğdə əmək haqqı hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Məhkəmə kollegiyası tərəfindən iddianın birinci hissəsi ilə bağlı iddiaçılara münasibətdə hesablanmış əmək haqqının konkret məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli 3-16-16/2-9/6855/2023 nömrəli rəyli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hazırki iddia tələbinin birinci hissəsində qismən əsaslı, ikinci hissədə isə əsassız olduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası cavabdeh tərəfin verdiyi iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İddia tələbinin birinci hissəsi - 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək əmək müqaviləsi üzrə müsbət artımın (əlavənin) hesablanıb verilməsinə aid olan hissəsi qismən - 2020-ci ilin yanvar ayından 2020-ci ilin iyun ayının 8-nə qədər olan müddət üçün əmək müqaviləsi üzrə müsbət artımın (əlavənin) hesablanıb verilməsi hissəsində iddiaçılar qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Ona görə də, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi nəzərə alınmalı, həmin hissədə iddia müddəti tətbiq olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, iddiaçılar hər bir aya münasibətdə əmək haqlarının verilməsində pozuntu olduğunu həmin ayın əmək haqqını əldə edərkən bilmişlər. Lakin iddiaçılar tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə 8 iyun 2021-ci il tarixdə müraciət edilmişdir. 2020-ci ilin iyun ayının 8-dən 2020-ci ilin avqustun 24-nədək olan müddət ərzində aldıqları əmək haqlarında hüquqlarının pozulduğunu bildikləri vaxtdan hazırki iddia tələbi verilənədək keçən 1 il müddətin içərisinə düşdüyündən həmin ayların əmək haqlarında müsbət artımın (əlavənin) hesablanıb verilməsi hissəsinə iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbinin təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(051)-73/2022 saylı qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 8 iyun 2020-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək müddətə daxil olan hər ay üçün ödənilmiş əmək haqqlarında müsbət fərq olaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 müəyyən edilmiş tarif (vəzifə) maaşları ödənilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(051)-73/2022 saylı qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. 8 iyun 2020-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək müddətə daxil olan hər ay üçün ödənilmiş əmək haqqlarında müsbət fərq olaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 müəyyən edilmiş tarif (vəzifə) maaşları əsasında cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxs tərəfindən “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”na uyğun olaraq, iddiaçıların hər birinə münasibətdə yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı məbləğinin arasında yaranmış müsbət fərqin, iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.