Məhkəmə qərarları › İş №2(107)-756/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-756/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-756/2024 03.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı aliment tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsaasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh 21 fevral 2023-cü ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və onların birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Kamal adlı uşaqları olmuşdur. Tərəflər arasında bağlanmış rəsmi nikah qeydi Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh 10 may 2022-ci il tarixdən başlayaraq 09 aprel 2021-ci il təvvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Eibova Xəzəngülə verilməsi qət edilmişdir. X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 1513 nömrəli məktubu ilə müəyyən olunur ki, pul təminatından bütün vergilər çıxıldıqdan sonra cavabdehin maaşı 1193 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 dekabr 2023-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh hər ay üçün əmək haqqı və digər qazancından və gəlirlərindən 1/4 hissə tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21 fevral 2023-cü ildə rəsmi nikahla Cavabdeh ərə getmişdir. X2 Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Təxminən 6 ay yaşadıqdan sonra Kərəm onunla mübahisə etmiş, qızıllarını da əlindən alıb, onu anasının evinə yola salmışdır. Onlar mübahisə edəndə o, artıq 5 aylıq hamilə olmuşdur. Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(019)-879/2023 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında Balakən rayon Qeydiyyat Şöbəsində 21 fevral 2023-cü ildə 73 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilmişdir. 2023-cü il dekabr ayının 14-də X9 adlı övladları doğulmuşdur. Cavabdeh azyaşlı uşağı -X7 heç bir maddi yardım göstərmir. Odur ki, 14 dekabr 2023-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay onun qazancının (gəlirinin) 1/4 hissəsinin ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyində çalışır. Onun aylıq əmək haqqı 1000 (min) manat təşkil edir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu ilə müraciət etmiş, lakin, hələ onun əmək haqqı barəsində arayış ona təqdim olunmamışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, aliment məbləği onun əmək haqqının 1/4 hissəsi-kimi 250 manat deyil, 1/3 hissəsinin (333 manatın) yarısı kimi (166,5 manat) müəyyən edilməlidr. Belə ki, cavabdehin əvvəlki nikahından da bir övladı var, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 nömrəli qətnaməsi ilə Cavabdeh 193 manat aliment ödəməsi qət edilmişdir. Belə olan halda, yəni Cavabdeh bir uşağı deyil, iki uşağı olduğundan ondan Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə bir uşağa 1/4 hissədə deyil, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə 1/3 hissədə aliment tutulub hər iki uşağa ödənilməlidir. Yəni iki uşağa görə aliment 333 manat hesablanmaqla həmin 333 manat aliment iki yerə bölünməlidir, hər uşağa 166,5 manat müəyyən edilməlidir. Bundan başqa, cavabdehin maddi vəziyyətinin diqqətə layiq digər halları nəzərə alınmalıdır. Cavabdeh hər ay 580 manat kredit ödəyir. Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçisidir, kursantdır, hərbi təhsilini davam etdirir. Cavabdeh 44 günlük Vətən Müharibəsi iştirakçısıdır. Aliment elə müəyyən edilməlidir ki, cavabdehin hər iki övladının mənafeləri bərabər təmin edilsin, cavabdehin özünün kredit borcları, kursant olması, təhsil alması, onun maddi vəziyyətinin diqqətəlayiq halları nəzərə alınmalıdır. Beləliklə, iddiaçının iddia tələbinin dəlilləri və tələbin özü əsassızdır. Hesab edir ki, cavabdehin iki övladı olduğundan iddiaçıya 166,5 manat aliment müəyyən edilməli olduğu halda, digər uşağa görə sabit pul məbləğində 193 manat aliment müəyyən edildiyindən, uşaqların bərabərliyi prinsipini əsas tutub cavabdeh sabit pul məbləğində 193 manat aliment ödəyə bilər. Odur ki, hazırki iddia tələbi üzrə alimentin sabit pul məbləğində 193 manat müəyyən edilməsini xahiş edir. Balakən Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) e-2(019)- 312/2024 nömrəli iş üzrə qəbul etdiyi 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 31 yanvar 2024-cü il tarixdən başlayaraq, Cavabdeh ilə İddiaçı birgə nikahından 08 dekabr 2023-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, 60 (altmış) manat mediasiya xərcinin Cavabdeh alınıb İddiaçı ödənilməsi, Cavabdeh 50 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş bir uşağın saxlanması üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh tutulacaq alimentin miqdarı da bir uşağa görə müəyyən edilməlidir. Cavabdehin digər nikahından olan uşağına aliment ödəməsi isə diqqətəlayiq olan hal kimi nəzərə alına bilər. Məhkəmə uşaqlar üçün yaşayış minimumunun hazırda 235 manat müəyyən edilməsini, iddiaçının işləməməsini, cavabdehin maddi vəziyyətini nəzərə alaraq Ailə Məcəlləsinin 76.1-ci maddəsi ilə müəyyən edilmiş payın miqdarının azaldılmasını əsaslı hesab etmir. Məhkəmə onu da diqqətə çatdırır ki, iş materiallarından görünür ki, cavabdehin əvvəlki nikahından olan uşağı-xx.xx.2021-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur. Həmin vaxt uşaqlar üçün yaşayış minimumu 193 manat olmuşdur. Bu əsasa görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 saylı qətnaməsilə iddia tələbi təmin edilmiş, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaslı üçün Cavabdeh 193 manat aliment tutulması qət edilmişdir. Hazırda isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1, 100.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.2, 124.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və 08 dekabr 2023-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 193 manat miqdarında aliment tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə işə baxarkən cavabdehin iki uşağı olmasını nəzərə almamışdır. İddiaçı ilə cavabdehin bir uşağı olsa da cavabdehin əvvəlki həyat yoldaşından da bir uşağı vardır. Belə olan halda məhkəmə aliment müəyyən edərkən cavabdehin iki uşağa görə ödəməli olduğu aliment miqdarını nəzərə almalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onun aliment ödəməkdən azad edilməsinə heç bir əsas vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh 21 fevral 2023-cü ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və onların birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Kamal adlı uşaqları olmuşdur. Tərəflər arasında bağlanmış rəsmi nikah qeydi Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh 1193 manat əmək haqqı alır və əvvəlki nikahından olan uşağının saxlanılması üçün 193 manat sabit pul məbləğində aliment ödəyir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh xx.xx.2023-cü il təvəllüdlü Kamalın saxlanılması üçün ondan alimentin tutulmasına etiraz etmir. O, yalnız əvvəlki nikahından olan uşağının saxlanması üçün 193 manat aliment ödədiyini, kredit borcunun olduğunu bildirir və hazırki iş üzrə tutulan alimentin miqdarının 193 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, hazırki halda xx.xx.2023-cü il təvəllüdlü Kamalın saxlanılması üçün cavabdehdən hər ay aylıq qazancının(başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutulması yuxarıda göstərilən normanın tələblərinə zidd olmuşdur. Belə ki, cavabdehin iki uşağı olduğundan cavabdehdən tutula biləcək alimentin miqdarı onun gəlirinin 1/3-i həcmində ola bilər. Uşaqlardan birinin, 09 aprel 2021-ci il təvəllüdlü Röyalın saxlanılması üçün Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən aliment tutulduğundan, hazırki iş üzrə xx.xx.2023-cü il təvəllüdlü Kamalın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı cavabdehin gəlirinin 1/3 hissəsinin 1/2 hissəsi, başqa sözlə gəlirinin 1/6 hissəsini təşkil etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, maddi vəziyyətinin hansı səviyyədə olmasından asılı olmayaraq, cavabdeh uşağını saxlamağa borcludur və kredit borcunun olması da onu uşağa görə alimenti ödəmək vəzifəsindən azad etmir. Alimentin tutulma qaydasına gəldikdə isə, Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyin tələblərindən göründüyü kimi, alimentin məhkəmə tərəfindən məhz qazancın (gəlirin) müəyyən hissəsi miqdarında müəyyən edilməsinə o zaman yol verilə bilər ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) olsun və bu qazanc müntəzəm xarakter daşısın. Qeyd olunan bu hallar isə hazırki mübahisə çərçivəsində müşahidə olunur. Belə ki, cavabdehin aylıq müntəzəm qazanca (gəlirə) malik olması iş materialları ilə təsdiq olunur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia qismən əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək tam təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Bundan başqa Məhkəmə bildirir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsində də səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh müharibə veteranıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-nin 124.3-cü maddəsinin tələbinə görə, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği(50 manat) mediasiya prosesi üçün çəkilmiş xərcdən artıq olmadığı üçün iddiaçı iddia ərizəsi verilməsi üçün dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə Məhkəmə hesab edir ki, cavabdeh müharibə veteranı olduğundan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. 31 yanvar 2024-cü il tarixdən başlayaraq 08 dekabr 2023-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının(başqa gəlirlərinin)1/6 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar