Məhkəmə qərarları › İş №2(107)-765/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-765/2020

03.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-765/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh1 QSC-nin nümayəndəsi X6 iştirakı ilə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-176/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə, Cavabdeh2na, üçüncü şəxs DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 döngə 16 ünvanında yerləşən 0,0627 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mərtəbəliyi 2,3 otaqlı, 397,7 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh1 QSC arasında xx xxx 2013-cü il tarixdə Cavabdeh2 26M000000386 saylı ipoteka müqaviləsinin ona aid hissəsinə xitam verilməsi, Ucar şəhəri, 20 Yanvar küçəsi, 3 ünvanında yerləşən cavabdeh X3 mülkiyyətində olan 0.1988 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 2489 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair X11 oğlu ilə Cavabdeh1 QSC arasında Cavabdeh2 bağlanmış xx xxxxx 2014-cü il tarixli, 26M000000532 saylı ipoteka müqaviləsinin etibarsız hesab edlməsi, yüklülük çıxarışlarının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə paylı mülkiyyətdə olan İddiaçı, X2 və X5 məxsus ünvan 1 döngə 16 ünvanında yerləşən 0.0627 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mərtəbəliyi 2,3 otaqlı, 397,7 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə və birgə nikah dövründə əldə etdikləri Ucar şəhəri, 20 Yanvar küçəsi, 3 ünvanında yerləşən cavabdeh X3 mülkiyyətində olan 0.1988 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 2489 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair əmlakların satışı ilə bağlı cavabdehə və üçüncü şəxslərə hər hansı bir hərəkət edilməsinin qadağan edilməsi və əmlakın üzərində Daşınmaz Əmlakın DövlətReyestri Xidmətində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-176/2020 saylı (hakim Hilal Xəlilov) qərardadı ilə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməməsi qərаrа аlınmışdır. İddiaçı nümayəndəsi X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)- 176/2020 saylı qərardadından şikayət vermişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-176/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikаyət müzakirə edilməsi üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi X10 şikayətin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-176/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-176/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə görə, iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi iddianı təmin etmək barədə qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirəcək və ya qeyrimümkün edə biləcək halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddianın təmin tədbiri ilə bağlı verdiyi ərizənin təmin edilməsinə dair əsaslar müəyyən olunmamışdır. Belə ki, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi və açıq hərracdan satılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında keçirilir və icra sənədi üzrə icraatın dayandırılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri institutu mahiyyət etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiətinə görə, iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcək qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsi kifayət qədər əsaslandırılmamış və iddiaçı ərizəyə bununla bağlı sübutlarını təqdim etməmişdir. Bundan əlavə iddianın təmin tədbiri kimi əmlak üzərinə həbs qoyulması işə əvvəldən qiymət verilməsi kimi qiymətləndirilmiş olar. Eyni zamanda qeyd olunan tədbirlər tərəflərin və üçüncü şəxslərin qanunvericilikdən və ya müqavilədən, irəli gələn hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnməməli, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasını əsassız dayandırmamalıdır. İddiaçının iddianın təmin tədbiri ilə bağlı verdiyi ərizənin təmin edilməsinə dair əsaslar müəyyən olunmadığına görə (ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi və açıq hərracdan satılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında keçirilir və icra sənədi üzrə icraatın dayandırılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir) ərizə təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən Apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-176/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-176/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar