Məhkəmə qərarları › İş №2(107)-774/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-774/2020

05.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-774/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-102/2020 nömrəli qərardadından Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 10.000000 (on milyon) manat pulun indiki məzənnə (indeksasiya) ilə cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağından qanunsuz istifadə etdiyinə görə 10000 manat maddi ziyanın və banka ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxx 2020-ci il tarixli 2(033)-102/2020 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-102/2020 nömrəli qərardadından Cavabdeh nümayəndəsi X1 şikayət verərək iddianın geri qaytarılmasına dair qərardadın ləgv edilərək, işin baxılmasına davam etdirilmsini etibarnaməni əvvəlki mülki işin içərisindən götürülməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qeyd olunan qərardad ilə qarşılıqlı iddia geri qaytarılmışdır. Qərardad qanunsuzdur. Belə ki, geri qaytarmanın səbəbi iddiaya etibarnaməli nümayəndənin imza atmamasıdır və etibarnamənin surətinin notariusda təsdiq edilməməsidir. Qeyd etmək istəyir ki, etibarnamə ilə ona imza etmək səlahiyyəti verilib. Etibarnamə verən şəxs onun doğma atasıdır. Bundan başqa etibarnamənin əsli Zaqatala rayon Məhkəməsinin hakimi Tural Həsənovun sədrliyi ilə baxılmış onun cavabdehə qarşı torpaq sahəsindən çıxarılmaya dair mülki işin içərisindədir. Hansı ki, iş Zaqatala rayon Məhkəməsində yekunlaşandan sonra iclas katibi Aygün İsmayılovadan etibarnamənin əslini qaytarılmasını istəmiş, lakin ona etibarnamənin əsli qaytarılmamışdır. Səbəbi isə ona məlum olmamışdır. Etibarnamənin əslini adı çkilən əvvəlki mülki işdən çıxarılaraq ona verildiyi halda surəti təsdiq oluna bilərdi. Əvvəlki mülki iş də o, həmin etibarnamə ilə iddia qaldıraraq məhkəmələrdə iştirak etmişdir. İndi isə həmin etibarnamə ilə iddianı geri qaytarılır. Ona görə də iddianın geri qaytarılmasına dair qərardadın ləgv edilərək, işin baxılmasına davam etdirilməsini etibarnaməni əvvəlki mülki işin içərisindən götürülməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(033)-102/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin əsassız olduğu üçün təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)- 102/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh və nümayəndəsi X1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-102/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.2-ci maddələrinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi Cavabdeh tərəfindən verildiyi halda, iddia ərizəsi nümayəndə kimi göstərilmiş X1 tərəfindən imzalanmışdır. Bundan başqa, qarşılıqlı iddia ərizəsinə etibarnamənin təsdiq olunmuş surəti əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı Cavabdeh göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-102/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar