Məhkəmə qərarları › İş №2(107)-788/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-788/2020

10.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-788/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçıCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun 8 yaşlı oğlu Məhərrəmin və 6 yaşlı oğlu Heydərin hazırda Samux rayonu, Lək kəndində yaşayan ataları Cavabdeh alınıb ona verilməsi və iş üzrə cavabdehdən hər ay hər uşağa 170 manat stabil pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadı ilə (hakim Elçin Mehdiyev) İddiaçı Cavabdeh qarşı aliment və uşaq tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə verilməsi qərara alınmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadından şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Аpelyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadının ləğv edilməsini və mülki işin baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 2010-cu il tarixdə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuş və birgə nikahdan onların xx xxxxxx 2011-ci il tarixdə Məhərrəm, xx xxxx 2013-cü il tarixdə Heydər və xx xxxx 2015-ci il tarixdə Sərdar adlı uşaqları anadan olmuşdur. Hazırda həmin uşaqlardan xx xxxx 2015-ci il təvəllüdlü X3 anası İddiaçı, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxx 2013-cü il təvəllüdlü X4 isə atası Cavabdeh himayəsindədirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X4 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin tutulması məsələsindən əvvəl həmin uşaqların valideynlərindən hansının himayəsində qalmalı olması məsələsi həll edilməli olduğundan bununla bağlı verilmiş iddiaya cavabdehin rəsmi qeydə alındığı yer üzrə müvafiq rayon məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Göründüyü kimi, İddiaçı yanında yetkinlik yaşına çatmayan, xx xxxx 2015-ci il təvəllüdlü X3 vardır. Bunu işə əlavə edilmiş Şəki ŞİHB-nin Çeşməli kənd İƏD üzrə Nümayəndəliyinin verdiyi xx.xx.2019-cu il tarixli, 337 saylı arayış da təsdiq edir. Lakin işə baxan birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Qanunvericiliyin tələbləri baxımından hazırkı iddia tələbinə də aidiyyəti üzrə Şəki Rayon Məhkəməsində baxılmalıdır. Çünki iddia tələbinin bir hissəsi alimentin tutulması barədə olmaqla həmin tələb iddiaçının himayəsində olan uşağa da şamil olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 403-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-283/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment və uşaq tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar