Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-790/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, "Cavabdeh3" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoru, Cavabdeh1 və "Cavabdeh3" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-193/2021 nömrəli qərardadından cavabdeh "Cavabdeh3" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək ipoteka predmeti qismində qoyulmuş İsmayıllı rayonu, Nizami küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,2774 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 945.5 kv.m olan qeyri-yaşayış binası üzərinə həbs qoyulması, əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar cavabdehlərə hər hansı hərəkətlərin edilməsi qadağan olunması və işə baxılana qədər icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoru, Cavabdeh1 və "Cavabdeh3" ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi iddiası üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(037)-193 nömrəli qərardadı ilə iddiaçının iddianın təmini tədbiri barədə vəsatəti təmin edilərək İsmayıllı rayonu, Nizami küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,2774 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 945.5 kv.m olan qeyriyaşayış binasının üzərinə həbs qoyulması, əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar cavabdehlərə hər hansı hərəkətlərin edilməsinin qadağan olunması və işə baxılana qədər icra hərəkətlərinin dayandırılması qərara alınmışdır. Cavabdeh3 ASC xx xxxxxx 2021-ci il tarixdə şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad ləğv olunmalı və iddianı təmin tədbiri barədə ərizə təmin olunmamalıdır. Belə ki, iddia aidiyyət qaydalarının pozulması ilə icraata qəbul olunub (bu barədə xx.xx.2021-ci il tarixli ərizə verilib). İddiaçılar iddianı təmin tədbiri barədə ərizəsində təmin tədbirinin tətbiq olunmasının zəruriliyini əsaslandırmamış, icra qeydi ilə tutma yönəldilən qeyri-yaşayış sahəsinin pandemiya ilə əlaqədar otel kimi fəaliyyət göstərə bilmədiyinə istinad etmişlər. Halbuki bu hal məhkəmə qaydasında mübahisələndirilən icra qeydinin qanuniliyinə hər hansı formada təsir göstərmir, iddiaçıları bank qarşısında kredit öhdəliyinin icrasından azad etmir və icra qeydinin verilməsinə mane olmur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-193/2021 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(037)-193/2021 nömrəli qərardadından Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən “Cavabdeh3" ASC-nin nümayəndəsi X3 şikayəti müdafiə edərək bildirdi ki, mübahisəsi gedən əmlak ipoteka predmeti olduğundan bununla bağlı icra qeydi verilmişdir, lakin qarşı tərəf icra qeydinin ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsində iddia qaldırılmışdır. Hesab edir ki, ipoteka predmeti olan əmlakın üzərinə yenidən həbs qoymaq düzgün deyil. Ona görə də qərardadın ləğv edilərək, vəsatətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoru və Cavabdeh1 nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdehlər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 611 00 06 və 050 211 20 22 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)- 193/2021 nömrəli qərаrdаdı ləğv edilməli və iddiaçıların iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 ASC öz dəlillərinə əsaslanaraq məhkəmənin iddianı təmin etmə tədbiri barədə qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə Cavabdeh3 ASC tərəfindən verilmiş şikayətdə göstərilən dəlillərə münasibət bildirərək qeyd edir ki, notariusun icra qeydinə əsasən tutma ipoteka predmeti olan obyektə yönəldilmişdir. İddiaçının iddia tələbinin predmeti də həmin ipoteka predmeti olan obyektdir. İcra məmuru tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar icra tədbirlərinin həyata keçirilməsi məhkəmənin icraatında olan hazırki işlə əlaqədar qəbul ediləcək qətnamənin icra edilməsinə gələcəkdə əsaslı təsir göstərə bilər. Ona görə də məhkəmənin qəbul etdiyi iddianın təmini tədbiri ləğv edilməli deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin faktiki halından göründüyü kimi iddianın tədbiri barədə verilmiş vəsatət məhz ipoteka predmeti ilə bağlıdır. Kollegiya qeyd edir ki, ipoteka anlayışı özü-özlüyündə daha geniş anlayışa, o cümlədən mülkiyyət mədudiyyətlərinə malikdir ki, həmin əmlakın üzərinə yenidən həbs və ya qadağa qoyulması absurddur. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Lakin bu xarakterli işlərdə iddianı təmin etmə tədbirinin görülməsi istisnalıq təşkil edir. Məhkəmə kollegiyаsının qənаətincə işin qeyd olunаn hаllаrını və yuxаrıdа şərh olunаn maddi və prosessuаl hüquq normаlаrının tələblərini lazımınca nəzərə аlmаyаn birinci instаnsiyа məhkəməsi cavabdeh "Cavabdeh3" ASC tərəfindən verilmiş şikayət tərəfindən verilmiş iddiаnı təmin etmək haqqında ərizənin təmin edilməsi bаrədə əsаssız nəticəyə gəldiyindən şikayət təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-193/2021 nömrəli qərаrdаdı ləğv edilməli və cavabdeh "Cavabdeh3" ASC tərəfindən verilmiş şikayət təmin edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.3-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.3 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "Cavabdeh3" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-193/2021 nömrəli qərаrdаdı tam, bu qərardadla bağlı xx.xx.2021-ci il tarixli qərardadı qismən- şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilərək, iddianın təmini tədbiri barədə ərizə təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-790/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-790/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver