Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-795/2025 31.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)–529/2025 saylı qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddia ərizəsinin verildiyi vaxtdan hesablanmaqla, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların Cavabdeh alınaraq ona verilməsi, cavabdehdən iddia ərizəsinin verildiyi vaxtdan hesablanmaqla, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2025-ci il tarixli, 2(107)- 559/2025 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ləğv edilmiş və iddia tələblərinin (uşaq və aliment) eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsinin araşdırılması üçün mülki işin materialları Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-529/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların Cavabdeh alınaraq ona verilməsi, cavabdehdən iddia ərizəsinin verildiyi vaxtdan hesablanmaqla, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulduqdan sonra uşaqların iddiaçıdan alınıb cavabdehə verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin icra sənədinin icra edilməsi ilə bağlı dəfələrlə məcburi icra tədbirləri təyin edilməsinə baxmayaraq, iddiaçı qərəzli olaraq icra sənədinin icrasından boyun qaçıraraq, uşaqların hazırkı iş üzrə cavabdehə verilməsini təmin etməmişdir. Ona görə də iddiaçı barəsində Azərbaycan Respublikası İXM-in 528-ci maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Hazırda həmin inzibati tənbeh tədbirlərinin verilməsi haqqında məhkəmə qərarları qüvvəyə minmişdir. Göründüyü kimi iddiaçı uşaqları hazırkı iş üzrə cavabdehə verməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının məhkəmə qətnaməsini icra etməməsinə yönəlmiş qərəzli hərəkələri, yəni uşaqları öz yanında saxlaması qanunsuzdur və yeni əsas kimi qəbul edilə bilməz. Bu hal isə onun barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirləri və hazırda qüvvədə olan inzibati xəta haqqında məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Bununla belə iddiaçı hazırkı iş üzrə ilkin və əlavə iddia ərizələrində heç bir yeni əsasa istinad etmədən aliment və uşaq tələbinə dair ilkin və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi birgə nikahdan doğulmuş uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilmişdir. Belə olan halda iddiaçının iddiası eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirilməlidir. Qərardaddan narazı qalan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhəkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-529/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, hesab edir ki, qərardad tamamilə əsassızdır və ləğv edilməlidir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-529/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki, uşaqların ananın himayəsinə verilməsinə və aliment tutulmasına dair Nərimanov rayon Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu səbəbdən icraata xitam verilmişdir. Qərardad belə əsaslanıdırılmışdır ki, uşaqların ananın himayəsində qalması barədə mövcud qətnamə üzrə yeni bir əsas yaranmamışdır. Halbuki, qeyd edilən iddia tələbi üzrə ərizəni icraata qəbuledilməsi üçün yeniəsasların mövcud olmasının zəruruiliyi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Eyni zamanda xx.xx.2025-ci il tarixli hazır iclasında məhkəmə tərəfindən işin icraata qəbuledilməsi məsələsinə baxılarkən həm aliment, həm də uşaqların ananın himayəsində qalması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda aliment tələbini icraata qəbul etmiş olsa da uşaqların atanın himayəsinə verilməsi tələbi barədə ərizəni icraata qəbul etməmişdir. Bundan başqa iş üzrə yeni əsaslar da mövcuddur. 1-ci yeni əsas bundan ibarətdir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qətnaməsi qüvvəyə minməsinə baxmayaraq uşaqlar 5 ildən çoxdur ki, faktiki olaraq öz istəklərinə uyğun olaraq İddiaçı himayəsində yaşayırlar. Cavabdeh bu müddət ərzində uşaqlarla maraqlanmamış, onların saxlanılması üçün heç bir maddi dəsdək olmamışdır. Yalnız iddiaçı tərəfədən aliment tələbi ilə bağlı iddia ərizəsi verildikdən sonra uşaqları öz himayəsinə almaq istəmişdir. Lakin uşaqların israrla atanın himayəsində qalmaq istəməsi səbəbindən qətnamənin icrası mümkün olmamışdır. 2-ci yeni əsas isə Nərimanov rayon Məhkəməsinin qətnaməsi qəbul edildiyi zamandan fərqli olaraq iddiaçı ilə cavabdehin birgə nikahından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəlüdlü Fateh və xx.xx.2014-cü il təvəlüdlü Bahar adlı uşaqlarının müvafiq olaraq 8 və 10 yaşlarının tamam olmasıdır. Azərbaycan Respublikası Ailə Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, Ailə Məcələsinin tələblərinə əsasən 7 yaşı tamam olmuş uşaqların valideyn seçimi ilə bağlı qərarları nəzərə alınmalı, 10 yaşı tamam olmuş uşaqların isə qərarı mütləqdir. Habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Hazırda isə Fateh və Bahar adlı uşaqların 8 və 10 yaşlarının aylar əvvəl tamam olmuşdur. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Təəssüf ki, məhkəmə tərəfindən qərardad qəbuledilərkən yuxarıda qeyd edilən faktlar nəzərə alınmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-529/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı tam qanunsuz və əsassızdır. Sözügedən qərardadın hüquqi əsası yoxdur. Qeyd edir ki, qanunla nəzərdə tutulmuş qaydada və əsaslarla ərizə təqdim etmişdir. Hakim icraata xitam verilməsinin səbəbini yeni əsasların mövcud olmaması kimi qeyd etmişdir. Uşaqlar yaşının dəyişməsinin yeni yaranmış əsas kimi qəbul edilməsindən də imtina etmiş lakin bu imtinanı qanuni əsaslarla əsaslandırmalı olduğu halda sadəcə qeyd etmişdir ki, uşaqların böyüməsi təbii prosesdir və heç bir hüquqi qiyməti yoxdur. Hakim tərəfindən işə bu cür dırnaqarası və ciddiyətdən kənar şəkildə baxılması göstərir ki, qərardad tamamilə qərəzli və əsassız şəkildə qəbul edilmişdir. İşin halarından da görünür ki, qeyd edilən iddia növü elə bir iddiadır ki, bununla bağlı şəraitin dəyişməsi və uşaqların maraqlarının müdafiə edilməsi baxımından davamlı və ya müntəzəm olaraq iddia qaldırılması mümkündür. Hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamənin mövcud olması bu qəbildən olan iddianın qaldırılmasına mane olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı iltarixli qərarının 7.8-ci maddəsinə əsasən məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Məhkəmə tərəfindən alimentlə bağlı qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmasına baxmayaraq aliment tələbinə dair iddia ərizəsinin icraata qəbul edilib, eyni əsasla uşaq tələbi ilə bağlı iddianı icraata qəbul etməmək hüquqi və məntiqi baxımdan da əsassız olduğu üçün qərardad ləğv edilmiş olsa da bu yeni və daha əsassız qərardadın qəbuluna mane ola bilməmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-529/2025 saylı qərardadın ləğv edilməsi və aliment tələbi ilə bağlı iddia ərizəsinin, eləcə də uşaqların atanın himayəsinə verilməsi ilə bağlı iddia tələbinin artırılması barədə ərizənin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(051)-529/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-529/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər əvvəllər nikahın pozulması tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 867 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqlar yetkinlik yaşına çatana kimi Cavabdeh yanında saxlanılmaları, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtının X2 və X1 cavabdeh İddiaçı alınaraq anasına verildiyi tarixdən dərhal sonra hesablanması qət edilmişdir. Həmçinin iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-864/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 3(051)-247/2025 nömrəli, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-89/2025 nömrəli inzibati xəta haqqında qərarlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulduqdan sonra uşaqların iddiaçıdan alınıb cavabdehə verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin icra sənədinin icra edilməsi ilə bağlı dəfələrlə məcburi icra tədbirləri təyin edilməsinə baxmayaraq, iddiaçı qərəzli olaraq icra sənədinin icrasından boyun qaçıraraq, uşaqların hazırkı iş üzrə cavabdehə verilməsini təmin etməmişdir. Ona görə də iddiaçı barəsində Azərbaycan Respublikası İXM-in 528-ci maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Hazırda həmin inzibati tənbeh tədbirlərinin verilməsi haqqında məhkəmə qərarları qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün mülki işin icraatına xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 7.8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPMnin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası şikayətin yeni əsasların mövcud olması ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qüvvədə olan məhkəmə aktlarından sonra yaranmış yeni əsasa istinad etməmiş, formal əsaslarla, yəni uşaqların 8, 10 yaşlarına çatmasına istinad etmişdir. İş materiallarından görünür ki, birgə nikahdan doğulmuş uşaqların İddiaçı alınaraq Cavabdeh verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün X7 qeydiyyat yeri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin icra sənədinin icra edilməsi ilə bağlı dəfələrlə məcburi icra tədbirləri təyin edilməsinə baxmayaraq, iddiaçı qərəzli olaraq icra sənədinin icrasından boyun qaçıraraq, uşaqların hazırkı iş üzrə cavabdehə verilməsini təmin etməmiş və hazırki vaxtadək xx.xx.2022-ci il tarixli, 2(005)- 408/2022 saylı məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Göründüyü kimi iddiaçı məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmış, hazırkı vəziyyətdə isə formal əsalarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qüvvədə olan məhkəmə qərarı vardır. Belə halda iş üzrə icraata xitam verilməlidir. Beləliklə şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı şikayətində həmin iddianın eyni predmet və eyni tərəflər arasında olmadığını bildirsə də, Məhkəmə Kollegiyası iddiaçının şikayətinin dəlillərini əsaslı hesab etmir və hesab edir ki, şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261, 263-264, 397-398, 402, 404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-529/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-795/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-795/2025
31.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver